Avropa Şurasının nümayəndələri Mətbuat Şurasında olublar -- FOTOLAR

 
 MS-AS-gorush-3-29.11.2022.jpg
 
Bu gün, Avropa Şurasının İnformasiya cəmiyyəti departamentinin proqramlar meneceri Şahin Rzayev və qurumun Bakı ofisinin layihələr rəhbəri Vüsal Behbudov Azərbaycan Mətbuat Şurasında olublar.
 
Mətbuat Şurasından araz.az-a daxil olan məlumata görə, Beynəlxalq Əlaqələr Komissiyasının təşəbbüsü ilə keçirilən bu görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib. 
MS-AS-gorush-1-29.11.2022.jpg
        Məlumatda qeyd olunur ki, görüş zamanı Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, Avropa Şurası Azərbaycan mediası ilə, o cümlədən, rəhbərlik etdiyi qurumla hər zaman effektiv çalışıb. Bu fəaliyyətin həm jurnalistika, həm də cəmiyyət üçün konkret faydaları var. R. Məcid ötən illər ərzində formalaşmış bazaya görə, mövcud istiqamətdəki əməkdaşlığın gələcəkdə də davamlı olacağına inandığını deyib. 
MS-AS-gorush-4-29.11.2022.jpg
        Məlumatda xüsusi olaraq vurğulanır ki, Avropa Şurasının nümayəndələri Ş. Rzayev və V. Behbudov çıxışlarında təmsil olunduqları qurumla Mətbuat Şurasının indiyədək mövcud olmuş birgə fəaliyyət sahələrindən söz açıblar. Bildirilib ki, hazırda AŞ “Media peşəkarlığı və informasiya azadlığı” layihəsinə start verib və layihəyə V.  Behbudov rəhbərlik edir. Bu təşəbbüs çərçivəsində diqqət yetiriləcək məqamlar isə əsasən hərbi jurnalistika, media qanunvericiliyi, media savadlılığı, dezinformasiyalar və digər məsələlər olacaqdır. 
MS-AS-gorush-2-29.11.2022.jpg
         Məlumatın sonunda bildirilir ki, -nin Beynəlxalq Əlaqələr Komissiyasının sədri Müşfiq Ələsgərlinin, komissiya üzvü Yeganə Hacıyevanın çıxışlarında müzakirə edilən mövzunun, eləcə də perspektiv əməkdaşlığın müxtəlif istiqamətləri barədə fikirlər səsləndirilib, təkliflər irəli sürülüb. 
 
Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.

Dünya reytinqində olan beynəlxalq şirkət AQC-yə üzv oldu – Üzv sayı 57-yə çatdı

 

 

cropped-biznes-kredit2t (1).jpg

Daha bir beynəlxalq qiymətləndirmə şirkəti Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə (AQC) üzv olub.


Cəmiyyətin İctimaiyyətlə Əlaqələr Departamentindən araz.az-a verilən məlumata görə, “Baker Tilly ” beynəlxalq konsaltinq şirkətinin AQC-yə qoşulması ilə quruma üzv qiymətləndirmə şirkətlərinin sayı 57-yə çatıb. Bununla bağlı qərar AQC-nin İdarə Heyəti tərəfindən qəbul olunub.Yayılan açıqlamada qeyd olunur ki, “Baker Tilly Audit Azərbaycan” şirkətinin cəmiyyətə üzv olmasından sonra AQC-də təmsil olunan beynəlxalq şirkətlərin sayı ikiyə çatıb. “ABAK-Az Crowe Ltd” beynəlxalq audit və qiymətləndirmə şirkəti də Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində təmsil olunur.

“Baker Tilly İnternational” beynəlxalq konsaltinq şəbəkəsi 148 ölkənin 740 ofisində 37 min əməkdaşın çalışdığı 126 üzv şirkəti özündə birləşdirən, ümumi gəliri 4 milyard dollar təşkil edən, gəlirlərinə görə və dünyada peşəkar xidmətləri ilə seçilən 9-cu qabaqcıl audit və konsaltinq şirkətləri şəbəkəsidir. 2007-ci ilin aprel ayından etibarən “Baker Tilly” şirkəti bu şəbəkənin müstəqil üzvü olaraq yeni üzvü olan şirkət 100-dən artıq əməkdaşın dəstəyi ilə gəlirlərinə və müqavilə sayına görə Azərbaycanda 5 qabaqcıl audit və biznes məsləhət xidməti şirkətləri siyahısında yer alıb.

Xatırladaq ki, Azərbaycan Qiymətləndirmə Cəmiyyəti (AQC) 1999-cu ildə təsis olunub və ölkəmizin ilk kollektiv ictimai birliklərindən biridir. Bu ilin mayında keçirilən konfransdan sonra isə cəmiyyət öz fəaliyyətini genişləndirib. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının yeni qanunu ilə bağlı müzakirələrdə fəal iştirak edən AQC rəhbərliyi bu məqsədlə müxtəlif dövlətlə qurumlarında, son olaraq isə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri ilə görüşlər keçirib. Eyni zamanda beynəlxalq qiymətləndirmə standartlarının tətbiqi və milli qiymətləndirmə standartının yaradılması ilə bağlı təşəbbüs və təkliflə çıxış edib. Beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıqlar qurmağa müvəffəq olan cəmiyyət sədrinin Türkiyə üzrə xüsusi təmsilçisi təyin edilib.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri “Vecon” şirkətlər qrupunun təsisçisi və tanınmış iqtisadçı ekspert Vüqar Orucdur.

 

Rəşad CƏFƏRLİ,

araz.az xəbər portalının xüsusi müxbiri.

Mətbuat Şurası İdarə Heyətinin keçirilən növbəti iclasında, vəzifələrə yeni təyinatlar da olub

IMG_20221115_231022_561.jpg

Noyabrın 15-də Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib.

Bu barədə, qurumdan araz.az-a daxil olan məlumatda bildirilir ki, toplantını giriş sözü ilə açan Mətbuat Şurasının yeni sədri Rəşad Məcid gündəlikdə duran məsələlərlə bağlı məlumat verib. O, bu vəzifəyə seçiləndən ötən bir ay ərzində gördüyü işlər barədə danışaraq, bildirib ki, hesabat dövrünün ən mühüm hadisəsi, oktyabrın 12-də Azərbaycan Mətbuat Şurası ilə, Medianın İnkişafı Agentliyi arasında imzalanmış Əməkdaşlıq Memorandumudur. Bundan başqa, Şuranın təşəbbüsü ilə, sosail media və sosial şəbəkələrdəki populyar səhifə istifadəçiləri ilə, Vətən Müharibəsində iştirak etmiş jurnalistlərlə, Xüsusi Təyinatlı Qüvvələrin qaziləri ilə, Medianın İnkişafı Agentliyi və Audiovizual Şura ilə birlikdə, regional medianın inkişaf məsələlərinə dair Qubada, şimal bölgəsində fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə görüşlər, həmçinin “Elnur Əşrəfoğlu xatirələrdə” kitabının təqdimat mərasimi keçirilib. Qurumun Şikayətlər üzrə Komissiyasının və Beynəlxalq Əlaqələr Komissiyasının iclasları da baş tutub. Bundan başqa, Mətbuat Şurası, Şuşa Rayon İcra Hakimiyyəti ilə birgə, “Şuşa” qəzetinin 90 illik yubileyini qeyd edib və tanınmış media qurumlarına əlamətdar günləri ilə əlaqədar təbriklər ünvanlayıb.

İh-iclas-15.11.2022-2.jpg      Rəşad Məcid onu da bildirib ki, uzun illər Şuranın icraçı katibi vəzifəsini Şəmsəddin Əliyev tutub. O, Ş. Əliyevin bu vəzifədə səmərəli fəaliyyət göstərdiyi nəzərə alınaraq, Şuranın diplomu ilə təltif edildiyini diqqətə çatdırıb və diplom ona təqdim olunub.
     Məlumata görə, Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə isə öz çıxışında, 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev ili” elan olunması ilə bağlı Şuranın görəcəyi işlərin böyük əhəmiyyət daşıdığını xüsusi vurğulayıb. O, mövcud istiqamətdə ayrıca tədbirlər planının hazırlanacağını və İdarə Heyətinin növbəti iclasına təqdim ediləcəyini bildirib.
        Məlumatda daha sonra bildirilir ki, bu iclasda Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının sədri Vüqar Zifəroğlu, qurumun baxdığı şikayətlərlə bağlı məlumat verib. O bildirib ki, bu Komissiyanın müzakirəsinə çıxarılmış 6 şikayətdən 4-ü ilə bağlı Qərar çıxarılması məqbul sayılıb. Qərar layihələri nəzərdən keçirildikdən sonra, qəbul olunub.       Bu çıxışdan sonra, Şuranın Beynəlxalq Əlaqələr Komissiyasının sədri Müşfiq Ələsgərlinin məlumatı dinlənilib. O, bu Komissiyanın xətti ilə, ölkəmizdəki beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələlərinin prioritet olaraq müəyyənləşdirildiyini, bununla bağlı, onlara müraciətlər ünvanlandığını vurğulayıb.

İh-iclas-15.11.2022-3.jpg     Məlumata görə, iclasda ekstremal şəraitdə, kütləvi aksiya və tədbirlərdə, kriminal hadisələrin işıqlandırılması zamanı jurnalistlərin davranışlarına dair müzakirələr də aparılıb. Bununla əlaqədar, Şuranın Etika Komissiyasının sədri Qulu Məhərrəmli, İdarə Heyətinin üzvləri Əflatun Amaşov, Yadigar Məmmədli, Yeganə Hacıyeva fikirlərini bildiriblər. Çıxış edənlər media məkanımızdakı tendensiyaları diqqətdə saxlamağın ümumən cəmiyyətin maraq və mənafelərinin qorunmasına dəstək baxımından əhəmiyyətini qabardıblar. İclasda medianın cəmiyyəti formalaşdırdığı reallığına söykənilərək, jurnalistlərlə etik prinsiplərin qorunması istiqamətində davamlı iş aparılmasının zəruriliyi önə çəkilib. Xüsusən bildirilib ki, tutduğu vəzifədən, ictimai statusundan və populyarlıq dərəcəsindən asılı olmayaraq, jurnalistlərin təqdimatları cinayət əməlində təqsirləndirilən şəxslərin kultlaşdırılmasına xidmət etməməlidir. Hazırda mövcud olan bu tendensiyanın ziyanlı tərəflərinə diqqət yetirilib.
       İclasda Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Mediasiya Şurası ilə əməkdaşlıq məsələlərinə dair, Mətbuat Şurası İdarə Heyətinin üzvü Elçin Mirzəbəylinin məruzəsinin dinlənildiyi də, araz.az-a daxil olan məlumatda əksini tapıb. Qeyd olunub ki, E. Mirzəbəyli bununla bağlı təklifləri də diqqətə çatdırıb. Təkliflər müsbət qiymətləndirilib və hər iki qurumla əməkdaşlıq üçün əsas götürülüb.

İh-iclas-15.11.2022-5 (1).jpg     Bu toplantıda Mətbuat Şurasının Media subyektləri, həmçinin Sosial media təmsilçiləri ilə əlaqələr komissiyalarının sədrlərinin müəyyənləşdirildiyi barədə də, qurumun bu məlumatında bildirilib. Qeyd olunub ki, birinci komissiyaya İdarə Heyətinin üzvü Vüqar Rəhimzadənin, ikinci komissiyaya isə, İdarə Heyətinin üzvü Hacıbəy Heydərlinin rəhbərlik etməsi məqbul sayılıb. İclasda, Şuranın digər komissiyalarının tərkiblərinin komplektləşdirilməsi ətrafında da, müzakirələr aparılıb. Təklif edilib ki, Etika Komissiyasının tərkibinə nüfuzlu ictimaiyyət nümayəndələri də daxil olunsun. Bu baxımdan, tanınmış jurnalist İlhamiyyə Rzanın Komissiyada təmsilçiliyi məqbul qiymətləndirilib. “Xalq qəzeti”nin əməkşdaşı, əməkdar jurnalist Tahir Aydınoğlu Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədri, “Kür” qəzetinin Baş redaktoru Əminə Yusifqızı isə, sədrin müavini olaraq, təsdiqləniblər. Vətən Müharibəsində iştirak etmiş jurnalistlərlə işin əlaqələndirilməsi üçün, “Təbib” qəzetinin Baş redaktoru, Vətən Müharibəsi iştirakçısı Məğrur Əliyevin koordinatorluğu irəli sürülüb və məqbul qiymətləndirilib.

İh-iclas-15.11.2022-4.jpg     Mətbuat Şurasından araz.az-a daxil olan bu məlumatın sonunda isə bildirilib ki, iclasda, İdarə Heyətinin üzvü Yadigar Məmmədlinin, Avropa Mətbuat Şuraları Alyansının Kiprdə keçirilmiş illik toplantısında iştirakına imkan verilməməsi, onun Kiprə buraxılmaması məsələsi üzərində xüsusi dayanılıb. Bildirilib ki, Avropa Mətbuat Şuraları Alyansı Avropanın media cameəsini əhatə edən kifayət qədər mötəbər təşkilatdır və onun iclaslarında iştirakın bütün detalları nəzərə alınmalıdır.

Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri. 

Zəfər Günü və Şuşa İli ilə əlaqədar, Moldova Respublikasında keçirilən silsilə tədbirlər, yerli mətbuatda da geniş işıqlandırılıb

WhatsApp Image 2022-11-11 at 18.20.56 (1).jpeg

8 Noyabr -- Zəfər Günü münasibəti ilə, Moldovada keçirilən tədbirlər çərçivəsində, Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın 270 illiyi ilə əlaqədar, bu ölkənin Parlamentində təşkil olunan sərgi, ölkəmizin Moldovadakı Səfirliyi binasının önündəki bağçada Şuşa İlinə həsr olunan barelyefin açılış mərasimi, Moldovanın aparıcı telekanalı Jurnal TV-də “Şuşa, sən azadsan!” filminin təqdimat-nümayişi, eləcə də Moldova  Azərbaycanlıları Konqresinin Zəfər Günü ilə əlaqədar təşkil etdiyi bayram şənliyi barədə, aparıcı və böyük izləyici auditoriyasına malik “CANAL 3”, “TV 8”, “PRİME TV”, Jurnal TV”, “TVR Moldova” telekanallarında geniş reportajlar efirə verilib.

WhatsApp Image 2022-11-11 at 18.20.57.jpeg

Bu barədə, Səfirliyin Mətbuat Xidmətindən araz.az-a daxil olan məlumatda deyilir ki, Moldovanın adı çəkilən telekanallarında efirə gedən reportajlarda 44 günlük Vətən Müharəbəsində Azərbaycanın beynəlxalq hüquqa arxalanan ədalətli mövqeyi, hər bir  azərbaycanlı üçün müqəddəs olan Şuşanın 28 il sonra erməni işğalından azad olunması, bu tarixi şəhərimizdə və bütün Qarabağ regionunda aparılan geniş miqyaslı yenidənqurma işləri, keçirilən beynəlxalq tədbirlər, o cümlədən 2023-cü ildə Şuşanın bütün Türk Dünyasının paytaxtı elan olunması izləyicilərin diqqətinə çatdırılıb. Bundan əlavə, Səfirliyin önündəki bağçada Şuşaya həsr olunmuş barelyefin açılış mərasimində Moldova və Azərbaycanın yüksək səviyyəli rəsmilərinin iştirakı, habelə Moldova Parlamentində təşkil olan sərgidə bu ölkənin spikerinin iştirakı geniş işıqlandırılıb.

WhatsApp Image 2022-11-11 at 18.20.58 (1).jpeg

Eyni zamanda, Moldovanın digər aparıcı “Noi”, “Timpul”, “Rupor”, “Dosarmedia”, “Publika”,  “Tribuna”, “Realitatea”, “Trm”, “Primelestiri”, “Moldpress” informasiya agentliklərində də, 8 Noyabr -- Zəfər Günü, Şuşaya həsr olunmuş barelyefin açılışı və Parlamentdə təşkil olunmuş sərgi ilə əlaqədar, ümümi sayı 29 olan xəbər və məqalə dərc olunub.


WhatsApp Image 2022-11-11 at 18.20.57 (1).jpeg
          Səfirlikdən verilən bu məlumata görə, bütün bunlarla bərabər, ölkəmizin Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun “Tribuna”, “Timpul”, “Dosarmedia” və “Noi” informasiya-analitik portallarında, “44-günlük Vətən Müharibəsi tarixi ədalətin və beynəlxalq hüququn təntənəsidir” adlı məqaləsi də, rumın və rus dillərində yer alıb.

WhatsApp Image 2022-11-11 at 18.20.58.jpeg

         Səfirliyin məlumatında adları çəkilən media vasitələrinin həmin materialları ilə, aşağıda dərc etdiyimiz linklərdən daha ətraflı tanış olmaq mümkündür:

WhatsApp Image 2022-11-11 at 18.20.56.jpeg


WhatsApp Image 2022-11-11 at 18.20.54.jpeg

 

WhatsApp Image 2022-11-11 at 18.20.55 (1).jpeg


Reportjların linkləri:

https://ru.primelestiri.md/na-territorii-azerbajdzhanskogo-posolstva-v-kishineve-otkryt-barelef-v-chest-osvobozhdeniya-shushi---127380.html

https://tv8.md/2022/08/11/un-basorelief-a-fost-inaugurat-la-chisinau-sculptura-poate-fi-vazuta-pe-zidul-ambasadei-azerbaidjanului/214981

https://www.canal3.md/ru/na-territorii-azerbajdzhanskogo-posolstva-v-kishineve-otkryt-barelef-v-chest-osvobozhdeniya-shushi_110942.html

Xəbərlərin linkləri:

https://realitatea.md/foto-consolidarea-relatiilor-moldo-azere-in-parlament-a-fost-inaugurata-o-expozitie-dedicata-orasului-susa/

https://tribuna.md/ru/2022/11/11/posol-azerbaidjana-44-dnevnaia-voina/
https://timpul.md/articol/azerbaidjanul-are-ca-obiectiv-stabilirea-pacii-pe-termen-lung-a-stabilitatii-si-bunastarii-in-regiune-care-sa-raspunda-intereselor-tuturor-tarilor.html

https://rupor.md/foto-ukreplenie-moldavsko-azerbajdzhanskih-otnoshenij-v-parlamente-prohodit-vystavka-posvyashhennaya-gorodu-shusha/

https://dosarmedia.md/la-parlament-a-fost-inaugurata-o-expozitie-dedicata-capitalei-culturale-a-azerbaidjanului-orasului-susa/

https://noi.md/ru/obshhestvo/azerbajdzhan-blagodaren-moldove-za-podderzhku-my-vsegda-sohranim-jeto-v-nashih-serdcah

Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.

“Şuşa, sən azadsan!” filmi Moldova teleradio kanalında -- FOTOLAR

WhatsApp Image 2022-11-10 at 14.40.14.jpeg

Azərbaycan Moldovadakı Səfirliyinin Mətbuat Xidmətindən araz.az-a daxil olan məlumata görə, bu ölkənin nüfuzlu JurnalTV teleradio kanalında “Şuşa, sən azadsan!” filmi  nümayiş olunub.  Məlumatda bildirilir ki, bu tədbir, Zəfər Günü ilə bağlı, Moldovada yüksək səviyyədə təşkil olunan silsilə tədbirlər çərçivəsində keçirilib. Tədbirdə Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov çıxış edib. Səfir 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş komandan, möhtərəm Prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə, Azərbaycan Ordusunun şanlı zəfərindən söz açaraq, Şuşanın işğaldan azad olunmasının azərbaycan xalqı üçün xüsusi əhəmiyyət  kəsb etdiyini söyləyib. Səfir öz çıxışında Şuşanın hər bir azərbaycanlı üçün, müqəddəs olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

        Məlumatda sonra deyilir ki, tədbirdə çıxış edən JurnalTV telekanalının rəhbəri Adrian Buraga, rəhbərlik etdiyi kanalın jurnalistlərinin Şuşaya səfərindən söz açaraq, onların bu bölgənin ecazkar təbiəti, xalqımızın tarixini əks etdirən memarlıq abidələri, şəhərdə həyata keçirilən miqyaslı tikinti-bərpa işləri barədə təəssüratlarından danışıb.

        Məlumatda, Moldova Azərbaycan Konqresinin sədri Elçin Bayramovun öz çıxışında bu filmin Azərbaycan tarixinin, xüsusən Vətən Müharibəsinə qızıl hərflərlə yazılan Şuşa əməliyyatının öyrənilməsində böyük rolundan danışdığı xüsusi qeyd olunub.

WhatsApp Image 2022-11-10 at 14.40.14 (1).jpeg

       Məlumatın sonunda isə qeyd olunub ki, bu çıxıslardan sonra, tədbir iştirakçılarına film nümayiş olunub. Məlumatın sonunda o da bildirilir ki, filmin baş prodüseri Arzu Əliyavadır. “Bakı Media Mərkəzi” və “Səlnaməfilm” studiyasının birgə istehasalı olan bu film, real hadisələr əsasında lentə alınıb.  Film izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.

REDAKSİYADAN:

Səfirliyin bu məlumatının rus dilində variantını da, araz.az-ın dəyərli oxucularının diqqətinə çatdırırıq:

Фильм «Шуша, ты свободна!»
на Молдавском телерадиоканале

                  WhatsApp Image 2022-11-10 at 14.40.15.jpeg
        На Молдавском телерадиоканале JurnalTV состоялся показ фильма «Шуша, ты свободна!». Показ фильма прошел в рамках серии мероприятий, организованных в Молдове по случаю Дня Победы и дня освобождения города от оккупации. На мероприятии выступил Посол Азербайджана в Молдове Гудси Османов. Посол рассказал участникам мероприятия о славной Победе азербайджанской армии под руководством Победоносного Верховного Главнокомандующего, Президента Ильхама Алиева в 44-дневной Отечественной войне, отметив особое значение для азербайджанского народа освобождение от оккупации  города Шуша. Он подчеркнул, что  Шуша священна для каждого азербайджанца.

          Выступивший на мероприятии руководитель телеканала Jurnal TV Адриан Бурага, рассказал о визите журналистов телеканала в Шушу и их впечатлениях о самобытной природе, архитектурных памятниках, отражающих историю азербайджанского народа и масштабных строительно-реставрационных работах, проводимых в городе.

         В своем выступлении председатель Конгресса азербайджанцев Молдовы Эльчин Байрамов отметил, большую роль фильма в изучении истории Азербайджана, особенно Шушинской операции, которая золотыми буквами вписана в Отечественную войну.

        Затем участникам мероприятия был продемонстрирован фильм. Отметим, что главным продюсером фильма является Арзу Алиева. Фильм, снятый на реальных событиях, является совместной работой “Baku Media Center” и студии “Salnaməfilm” .

Рашад Джафарли,
специальный корреспондент информационного портала araz.az

1 -dən səhifə 40

Əlaqəli xəbərlər