Vüqar Dadaşovun “BİZİM TARİX” adlı növbəti kitabı çapdan çıxıb

WhatsApp Image 2021 12 05 at 13.48.49   Vüqar Dadaşovun “BİZİM TARİX” adlı növbəti kitabının çapdan çıxması barədə, müəllifin özü öz sosial hesabında məlumat verib.    Müəllifin öz qeydlərinə istinadən, araz.az da, əziz kitabsevərlərin diqqətinə çatdırır ki, tarixi, milli-ideoloji, elmi-fəlsəfi, siyasi mövzuda yazılmış bu əsərində, o, Azərbaycan xalqının, türk etnosunun problemləri, bu problemlərdən qurtuluş yolları, həyat mübarizəsi, haqq savaşı barədə, həmçinin digər vacib məsələlər haqqında etibarlı mənbə və məxəzlərə əsaslanaraq, habelə şəxsi mülahizələrini də qeyd etməklə dolğun şəkildə fikirlərini təqdim edib. Böyük maraq doğuran bu əsərdə, həmçinin, qalib Azərbaycan xalqının 44 günlük Vətən Müharibəsində nümunəvi birliyi, yüksək döyüş ruhu, qəhrəmanlığı, əzmkarlığı, dost və düşmənləri, müharibədə gizli tərəflər və gizlinlər haqqında mötəbər mənbələrə əsaslanan məlumatlar da əksini tapıb.    Onu da qeyd edək ki, bu əsər yeni nəslin hərtərəfli maariflənməsində, onun daha dolğun tədrisində və vətənpərvərlik hisslərinin ona daha əhəmiyyətli şəkildə aşılanmasında xüsusi əhəmiyyət kəsb etməsi baxımından, geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
   Sonda, araz.az onu da bildirir ki, Vüqar Piri oğlu Dadaşov 1972-ci ilin dekabr ayının 18-də Yardımlı rayonunun Bozərən kəndində anadan olub. Ali təhsilli hüquqşünas, Qarabağ müharibəsi veteranı, qazidir. Onun tarixi, elmi-fəlsəfi, milli-ideoloji mövzuda yazdığı “Mənim düşüncəm” adlı daha bir kitabı 2019-cu ildə çap olunub və geniş oxucu kütləsinin böyük marağına səbəb olub.    Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Vüqar Dadaşov, həm də oxucu marağına səbəb olmuş elmi, araşdırma, publisistik... mövzulu 200-dən çox məqalə müəllifidir. O, Milli Cəbhə Partiyasının Siayasi Şurasının da üzvüdür.WhatsApp Image 2021 12 05 at 13.48.50 1

Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.

Əlaqəli xəbərlər