MİRKAZIM SEYİDOVDAN RAMİZ MEHDİYEVƏ SENSASİON XATIRLATMA

kodek 10Tanınmış ictimai-siyasi xadim, Azərbaycan diaspor quruculuğunun formalaşmasında müstəsna xidmətləri olan, uzun müddət müxtəlif ölkələrdə, xüsusilə də, Rusiyada Azərbaycan həqiqətlərinin ən parlaq təbliğatçılarından biri, "Tərəqqi" medalı laureatı, yazıçı Mirkazım Seyidov Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev haqqında ciddi ittihamlar səsləndirib. 

Onun fikirlərini olduğu kimi təqdim edirik:
 
Sizin mənə etdiyiniz təklif Dövlət başçısına qarşı, Mehriban xanım Əliyevaya qarşı təxribat idi. 2 saat Əli Həsənovun otağında danışıqlardan sonra mən sizin təklifinizdən imtina etdim"

"Ramiz Mehdiyev, sizə müəllim deməyə dilim gəlmir, müəllim adına layiq olmadığınız üçün sizə ad və soyadınızla müraciət edəcəm. Bir aya yaxındır ki, kütləvi informasiya vasitələri, ictimai-siyasi xadimlər, deputatlar, özünüzə ən yaxın saydığınız silahdaşlarınız, çoxlu sayda insanlar sizin və Əli Həsənovun qeyri-qanuni yollarla, vəzifənizdən sui-istifadə edərək əldə etdiyiniz dəyəri milyardlarla ölçülən mülklərinizdən, var-dövlətlənizdən danışıb yazırlar. Eyni zamanda, bu qədər sərvəti hansı yollarla qazanmağınızı sual olaraq sizin qarşınıza qoyub cavab tələb edirlər. İctimaiyyəti narahat edən qaranlıq dolu fəaliyyətinizlə bağlı xalqın haqlı suallarına cavab vermək və qeyri-qanuni yollarla dövlətdən və xalqdan oğurladıqlarınızı könüllü olaraq xalqa qaytarıb xalqdan üzr istəmək əvəzinə, ən nəhayət, günahlarınızı "yumaq" üçün özünüzü (halbuki sizi xalq bağışlamaz) intihar etmək əvəzinə "əzələ nümayiş etdirirsiniz, şantajla məşğul olursunuz. Siz özünüz heç utanmırsınız? Hesab etmirsiniz ki, xalqın qəzəbinə düçar olmusunuz? Siz "əlimdəki faktları ortaya qoysam, aləm bir-birinə dəyər" deyirsiniz. Hələ də düşünürsünüz ki, xalq sizin şər- böhtanlarınıza, "fakt"larınıza, şantajlarınıza inanacaq? Əsla yox!

Ona görə ki, uzun illər siz, Əli Həsənov və sizin kimi ünsürlər ölkə başçısının sizə olan inam və etibarından sui-istifadə edərək ona qarşı, xalqımıza qarşı nəinki xəyanət etmisiniz, hətta özünüz kimi xəyanətkar və cinayətkar məmur "ordusu" yaradaraq onlara rəhbərlik etmisiniz. Xəyanətkar məmur ordusuna himayədarlıq etmisiniz. Siz və sizin kimi ünsürlər çirkin yollarla biznes imperiyası yaratmısınız. Bu dövlətin, xalqın, yetimin, kasıbın pulunu yeyərək sərvətlərimizi xaricə daşımısınız, xarici qüvvələrin vassalına çevrilmisiniz.

Bir sualım var sizə...Yaxın keçmişdə sizin Diaspora komitəsinə yeni təyin olunan rəhbərini təqdim etdiyiniz vaxt çıxışınız yadınızdadırmı? Siz demədinizmi ki, diaspor komitəsinin keçmiş rəhbərliyi Sizdən də ikiqat rüşvətxor Nazim İbrahimov dövlət vəsaitini mənimsəyib, diasporaya ayrılan pullar ünvanına çatmayıb? Bəs niyə Nazim İbrahimova cinayət işi açılmasına imkan vermədiniz? Dünyanın müxtəlif ölkələrində, xüsusilə də, Rusiyada olan diaspor təşkilatları çıxışınızdan sonra sizin qəti qərar qəbul etməyinizi gözləyirdi. Siz nə etdiniz? Nazim İbrahimovun dedikləri ilə razılaşdınız. Yadınızdan çıxıbsa, yaddaşınızı təzələyirəm. Sizin çıxışa rəğmən Nazim İbrahimov dedi ki, "Ramiz Mehdiyev ilk növbədə bizim ağsaqqalımızdır, rəhbərimzidir, o, nə deyirsə, düz deyir”. Və bununla da siz işinizi bitmiş hesab etdiniz. Bununla da sübut etdiniz ki, siz rüşvətxorun, korrupsionerin himayədarısınız. Tək budumu?

Mən şəxsən özüm üç dəfə sizin və Əli Həsənovun çirkin əməllərinizin qurbanı olmuşam. Bu üç faktı mən böyük məmuniyyətlə kütləvi- informasiya vasitələrinə danışacam, bunu sizə söz verirəm. Sizin xəyanətlərinizdən, rüşvətxorluğunuzdan və "dövlət içində dövlət" yaratmaq “bacarığınızdan” saatlarla danışmaq olar. Siz həm də qısqanc və paxıl adam olmusunuz. Həmişə hörmətli adamları ləkələməyə çalışmısınız. 

Yadınızdadırmı, 2013- cü ildə Əli Həsənovun vasitəsi ilə Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) rəhbəri kimi mənim vasitəmlə ölkədə, qarşıdurma yaratmaq istəyirdiniz? Sizin mənə təklifiniz dövlət başçısına qarşı, Mehriban xanım Əliyevaya qarşı təxribat idi. 2 saat Əli Həsənovun otağında danışıqlardan sonra mən sizin təklifinizdən imtina etdim. Bəs niyə sonra məni vəzifəyə qoymadınız? Axı danışıqlar olanda Əli Həsənov mənə sizin adınızdan icra başçısı vəzifəsini təklif etmişdi. Sonra nə oldu? Niyə məni qoymadınız vəzifəyə? Çünki, mən sizin təxribatınıza razılıq vermədim. Sizin o vaxt həyata keçirmək istədiyiniz təxribat Ölkə Başçısına, Birinci Xanıma xəyanət idi. Siz murdar əməllər sahibisiniz. Əlinizdə olan faktlar da elə sizin özünüz kimi saxtadır, buna mənim şübhəm yoxdur. Açıqlayacağınız “fakt”lar ilk növbədə özünüzü xalqın qəzəbinə tuş edəcək. Atalar yaxşı deyiblər ki, daldan atılan daş topuğa dəyər. Siz əlinizdə olan faktları vaxtında ictimaiyyətə açıqlasaydınız, sizi başa düşmək olardı. Artıq gecdir, sizə də inam yoxdur. Məsləhət görərdim ki, hakimiyyəti və xəyanətkar “silahdaşlarınızı" şantaj etmək əvəzinə, mülkünüzdən, torpaqlarınızdan xalqın xeyrinə imtina edin, bəlkə bu xalq sizi bağışlayar”

araz.az xəbər portali

Əlaqəli xəbərlər