Moldovada Nizami Gəncəvi İli münasibətilə silsilə tədbirlər təşkil edilib - Foto

211689 438x7f22ej

     Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Azərbaycan və Moldova Mədəniyyət nazirliklərinin dəstəyi ilə ölkəmizin Moldovadakı Səfirliyi və Moldova Milli Kitabxanası tərəfindən “Nizami Gəncəvi irsi mədəniyyətlərarası dialoq kontekstində” adlı birgə konfrans təşkil edilib. 211691 4zypiiddm5

     Azərbaycanın Moldovadakı Səfirliyindən araz.az-a verilən məlumata görə, konfransda Moldova Respublikasının mədəniyyət naziri Sergiu Prodan, Yazıçılar Birliyinin sədri Teo Kiriyak, deputat Vitaliy Jakot, Elmlər Akademiyasının müxbir üzvü İon Hadırke, tanınmış jurnalist İqor Volnitski, şair Arkadi Suçeveanu, yerli ədəbiyyatşünaslar, Moldovadakı diplomatik korpusun əməkdaşları, eləcə də Moldovada yaşayan müxtəlif icmaların nümayəndələri, həmvətənlərimiz və yerli media nümayəndələri iştirak edib.WhatsApp Image 2021 12 19 at 03.28.37

     İlk öncə, Moldovanın mədəniyyət naziri S.Prodan çıxış edərək, konfrans iştirakçılarını salamlayıb, dahi mütəfəkkir Nizami Gəncəviyə həsr edilmiş konfransın Moldova və Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlığa əhəmiyyətli töhfə verəcəyinə əminliyini bildirib.

     Daha sonra, səfir Qüdsi Osmanov Moldova Milli Kitabxanasına Azərbaycanın görkəmli şairinə həsr edilmiş konfransın və Nizami Gəncəvinin yaradıcılığına dair kitablardan ibarət sərginin təşkilində göstərdiyi yardıma görə təşəkkürünü bildirib. Səfir Nizami irsinin öyrənilməsinin xalqlararası əlaqələrin qurulması və möhkəmləndirilməsi baxımından vacib olduğunu vurğulayıb. Eyni zamanda, Q.Osmanov ölkəmizin mədəniyyət naziri Anar Kərimovun bu əlamətdar yubileylə bağlı müraciətini konfrans iştirakçılarının diqqətinə çatdırıb.WhatsApp Image 2021 12 19 at 03.28.38

     Öz növbəsində, Moldova parlamentinin hakim Fəaliyyət və Həmrəylik partiyasının deputatı V.Jakot çıxışında Nizami Gəncəviyə həsr edilmiş konfrans mədəniyyətlərarası dialoqun uğurla davam etdirilməsinə zəmin yaratdığını bildirib, Azərbaycan mədəniyyətinin, eləcə də Nizami irsinin Moldovada təbliğində fəal və nümunəvi iştirakına görə ölkəmizin Səfirliyi ilə yanaşı Moldovada yaşayan azərbaycanlılara minnətdarlığını dilə gətirib.WhatsApp Image 2021 12 19 at 03.28.38 1

     Konfransda dahi şair və mütəfəkkirin yaradıcılığına dair hərtərəfli fikir mübadiləsi aparılması məqsədilə  Moldovanın Yazıçılar Birliyinin sədri T.Kiriyak, Elmlər Akademiyasının müxbir üzvü İ.Hadırke, şair A.Suçeveanu, jurnalist İ.Volnitski, həmyerlimiz Yasin Seyidov və digərləri çıxış edib, konfrans iştirakçıları tərəfindən Nizami Gəncəvinin əsərlərindən götürülmüş azərbaycan və rumın dilində nümunələr səsləndirib.WhatsApp Image 2021 12 19 at 03.28.39

     Eyni zamanda, konfransda səfir və moldovalı ədəbiyyat xadimlərinin görüşünə əsasən, Azərbaycan kitablarının rumın dilinə və Moldova kitablarının azərbaycan dilinə tərcümə edilərək, gələn il çoxsaylı şair və yazıçıların iştirakı ilə Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada tədbir təşkil edilməsinə dair təşəbbüs qonaqların diqqətinə çatdırılıb.WhatsApp Image 2021 12 19 at 03.28.39 2

     Konfrans çərçivəsində Nizami Gəncəvi yaradıcılığına dair azərbaycan, rumın, rus və ingilis dilində kitablardan ibarət sərgi təşkil edilib. Sərgidə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən göndərilmiş dahi şairin həyat və fəaliyyəti ilə bağlı kitablar Moldova Milli Kitabxanasının kitab fonduna hədiyyə edilib. Kitab sərgisi konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.211690 7bxzx841wf

     Konfrans və kitab sərgisi Moldovanın aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Rəşad CƏFƏRLİ,

araz.az xəbər portalının xüsusi müxbiri.

Ustad Şirməmməd Hüseynovun xatirəsi Mətbuat Şurasında keçirilən anım tədbirində yad edildi

 WhatsApp Image 2021 12 17 at 18.51.30

     17 dekabr görkəmli mətbuat tədqiqatçısı, alim, müasir jurnalistikamızın patriarxı, professor Şirməmməd Hüseynovun anadan olduğu gündür. Bu münasibətlə, Azərbaycan Mətbuat Şurasında da, anım tədbiri keçirilib. Bu barədə, Mətbuat Şurasından araz.az-a daxil olan məlumatda deyilir ki, toplantını açan təşkilatın sədri Əflatun Amaşov unikal zəkaya, fundamental biliyə, böyük natiqlik qabiliyyətinə malik Şirməmməd Hüseynovun 95 illik ömründə nəinki Azərbaycan jurnalistikası qarşısında, bütövlükdə ictimai fikir tariximizdə müstəsna xidmətlər göstərdiyini xüsusi vurğulayıb.Xüsusi olaraq onu da bildirib ki, o, bir institutun həyata keçirə bilməyəcəyi işi görüb.WhatsApp Image 2021 12 17 at 18.51.27     Böyük alimin Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının miras qoyduqları irsin öyrənilməsindəki fədakar əməyindən bəhs edən Əflatun Amaşov daha sonra vurğulayıb ki, Şirməmməd Hüseynov uzun və mənalı həyatında elmi xəzinə yaradıb. Bu xəzinə özlüyündə gələcəyin tədqiqatçıları və alimləri üçün son dərəcə müstəsna əhəmiyyət daşıyan mənbədir. Mətbuat Şurasının sədri, həm də Ş. Hüseynovu tələbkar pedaqoq kimi xarakterizə edən məqamlardan da ətraflı söz açıb.WhatsApp Image 2021 12 17 at 18.51.29

     “Mən ona hər zaman Ali Ruh deyə müraciət edirdim. O, həqiqətən də ali şəxsiyyət idi. Həm özünə, həm də ətrafdakılara münasibət baxımından son dərəcə həssas xarakter daşıyıcısıydı. Şirməmməd müəllimlə bağlı xatirələri saymaqla bitirmək mümkün deyil. Böyüklə böyük, kiçiklə kiçik, eyni zamanda son dərəcə prinsipial insan idi. O, yalnız alim deyildi, eyni zamanda ideoloq idi, məfkurə qaynağıydı. Şirməmməd müəllimin Azərbaycan jurnalistikası, bütövlükdə elmi qarşısındakı xidmətləri öyrənilməli və cəmiyyətə çatdırılmalıdır. WhatsApp Image 2021 12 17 at 18.51.26

     Bu, bütövlükdə XX əsr tariximizə dəyər olar”, -- deyə, Ə. Amaşov vurğulayıb.
Toplantıda çıxış edənlərdən “Xalq qəzeti”nin Baş redaktor müavini Tahir Aydınoğlu, əməkdar jurnalist Tofiq Yusif, MŞ İdarə Heyətinin üzvü, “Bayraqdar.info” saytının Baş redaktoru Azər Həsrət, MŞ-nin icraçı katibi Şəmsəddin Əliyev və başqaları Ş. Hüseynovla bağlı xatirələrini dilə gətiriblər. Onlar ustad jurnalisti xarakterizə edən cəhətlərdən söz açaraq, onu ləyaqət mücəssəməsi, ayrıca jurnalistika məktəbi kimi dəyərləndiriblər.

Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.

Ulu Öndərin Anım Günüylə bağlı Moldovadakı səfirimizin geniş müsahibəsi və Səfirliyimizdə keçirilən möhtəşəm tədbir barədə rumın və rus dillərində ətraflı yazılar mətbuat səhifələrində

 WhatsApp Image 2021 12 14 at 03.15.53    Ulu Öndərimiz Heydər Əliyevin Anım Günüylə əlaqədar ölkəmizin Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun verdiyi geniş müsahibə və bu ölkədəki Səfirliyimizdə keçirilən möhtəşəm tədbir Moldova mətbuatında rumın və rus dillərində geniş işıqlandırılıb. Bunlar barədə səfirliyin Mətbuat Xidmətindən araz.az-a daxil olan məlumata görə, səfir Qüdsi Osmanov öz müsahibəsində öncə onu bildirib ki, ölkəmizin, Moldova Respublikası da daxil olmaqla, dünyanın müxtəlif yerlərindəki diplomatik nümayəndəlikləri hər ilin dekabr ayının 12-sində Unudulmaz Liderin əziz xatirəsini dərin ehtiramla yad edirlər. Bundan sonra, səfir öz müsahibəsində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən geniş söhbət açıb, Prezident İlham Əliyev tərəfindən atasının yolunun uğurla davam etdirildiyini xüsusi vurğulayıb. 

  Daha sonra: “Ötən il isə, Ümummilli Liderin ən əziz arzusu gerçəkləşdi -- Azərbaycan işğal olunmuş torpaqlarını geri qaytardı. Artıq, bu gün müqəddəs Azərbaycan Bayrağı Şuşanın, Qarabağın düşmən işğalından azad edilmiş digər ərazilərinin üzərində dalğalanır! Heydər Əliyev bizimlə olmasa da, onun möhtəşəm ideyaları, siyasəti, fəlsəfəsi, azərbaycançılıq fəlsəfəsi, ideologiyası bizimlə bərabər yaşayır. Konkret desək, onun yaratdığı müasir Azərbaycan yaşayır və müstəqilliyinə daha möhkəm qovuşan Azərbaycan dövləti böyük sürətlə inkişaf edir. Bütün bunlara görə də, bu Böyük və Dahi Siyasətçinin xatirəsi azərbaycanlıların qəlbində əbədi qalacaq!” -- deyə, səfir Qüdsi Osmanov öz müsahibəsinə Dahi Liderə məxsus xüsusi bir ahəng qatıb.
   Bundan başqa, səfirlikdən araz.az-a daxil olan məlumatda o da bildirilir ki, dekabrın 12-si tarixində, Ümummilli Lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar, ölkəmizin Moldovadakı səfirliyinin qarşısındakı bağçada ucadılmış Ulu Öndərin büstü önünə həmişə xatırlanacaq və yadda qalacaq gülqoyma mərasimi keçirilib. Bu mərasimə, qardaş Türkiyə Respublikasının Moldovadakı səfirliyinin diplomatı, yerli iş adamları və sakinlər, Moldovadakı Azərbaycanlılar Konqresinin (MAK-ın) üzvləri, çoxsaylı həmvətənlərimiz, bu ölkədə yaşayan müxtəlif təşkilat və icmaların nümayəndələri də qatılıblar.

   Mərasimdə Ümummilli Lider Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar çıxışlar da səsləndirilib, Dahi Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib.
   Ulu Öndərin vəfatının on səkkizinci ildönümünə həsr edilmiş bu mərasim Heydər Əliyevin Səfirliyin qarşısındakı bağçada ucadılmış büstü önünə qonaqlar tərəfindən gül dəstələri qoyulması ilə yekunlaşıb.
Onu da qeyd edək ki, Anım Günü ilə əlaqədar səfirin verdiyi müsahibəni, eləcə də Səfirlikdə keçirilmiş mərasimlə bağlı məlumatları Moldovanın nüfuzlu “Noi”, “Tribuna”, “Deschide”, “TV8”, “Dosarmedia”... xəbər agentlikləri geniş işıqlandırıblar.
   araz.az-ın dəyərli oxucularının diqqətinə onu da çatdırırıq ki, onlar, həmin yazılarla daha ətraflı aşağıdakı linklər vasitəsilə tanış ola bilərlər:
--https://noi.md/ru/obshhestvo/posol-azerbajdzhana-nashi-narody-ocheni-pohozhi-trudolyubivye-gostepriimnye-shhedrye;

--https://tribuna.md/ru/2021/12/12/a-18-a-aniversare-de-la-moartea-liderului-national-al-poporului-azer-heydar-aliyev;

--https://tribuna.md/2021/12/12/a-18-a-aniversare-de-la-moartea-liderului-national-al-poporului-azer-heydar-aliyev;

--https://tv8.md/2021/12/12/s-au-implinit-18-ani-de-la-moartea-liderului-national-al-poporului-azer-heidar-aliev;

--https://dosarmedia.md/ambasadorul-gudsi-osmanov-a-18-a-aniversare-de-la-moartea-liderului-national-al-poporului-azer-heidar-aliev;

--https://tribuna.md/ru/2021/12/13/memoria-liderului-national-al-poporului-azer-heydar-aliyev-cinstita-in-moldova;

--https://tv8.md/ru/2021/12/13/v-moldove-pochtili-pamyat-obshhenatsionalnogo-lidera-azerbajdzhana-gejdara-alieva;

--https://dosarmedia.md/foto-memoria-lui-heidar-aliev-a-fost-onorata-in-moldova-eveniment-la-ambasada-azerbaidjanului;

--https://noi.md/ru/stolica/v-moldove-pochtili-pamyati-obshhenacionalinogo-lidera-gejdara-alieva;

--https://dosarmedia.md/memoria-lui-heidar-aliev-va-fi-onorata-la-ambasada-azerbaidjanului-din-chisinau;

--https://tribuna.md/2021/12/13/memoria-liderului-national-al-poporului-azer-heydar-aliyev-cinstita-in-moldova;

-https://deschide.md/ru/russian_news/social_ru/97082;

--https://agora.md/stiri/94559/comunitatea-azera-cu-flori-la-bustul-lui-heidar-aliev-din-chisinau-diplomat-el-va-ramane-un-simbol-al-constructiei-azerbaidjanului-modern.


Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.

Vüqar Dadaşovun “BİZİM TARİX” adlı növbəti kitabı çapdan çıxıb

WhatsApp Image 2021 12 05 at 13.48.49   Vüqar Dadaşovun “BİZİM TARİX” adlı növbəti kitabının çapdan çıxması barədə, müəllifin özü öz sosial hesabında məlumat verib.    Müəllifin öz qeydlərinə istinadən, araz.az da, əziz kitabsevərlərin diqqətinə çatdırır ki, tarixi, milli-ideoloji, elmi-fəlsəfi, siyasi mövzuda yazılmış bu əsərində, o, Azərbaycan xalqının, türk etnosunun problemləri, bu problemlərdən qurtuluş yolları, həyat mübarizəsi, haqq savaşı barədə, həmçinin digər vacib məsələlər haqqında etibarlı mənbə və məxəzlərə əsaslanaraq, habelə şəxsi mülahizələrini də qeyd etməklə dolğun şəkildə fikirlərini təqdim edib. Böyük maraq doğuran bu əsərdə, həmçinin, qalib Azərbaycan xalqının 44 günlük Vətən Müharibəsində nümunəvi birliyi, yüksək döyüş ruhu, qəhrəmanlığı, əzmkarlığı, dost və düşmənləri, müharibədə gizli tərəflər və gizlinlər haqqında mötəbər mənbələrə əsaslanan məlumatlar da əksini tapıb.    Onu da qeyd edək ki, bu əsər yeni nəslin hərtərəfli maariflənməsində, onun daha dolğun tədrisində və vətənpərvərlik hisslərinin ona daha əhəmiyyətli şəkildə aşılanmasında xüsusi əhəmiyyət kəsb etməsi baxımından, geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
   Sonda, araz.az onu da bildirir ki, Vüqar Piri oğlu Dadaşov 1972-ci ilin dekabr ayının 18-də Yardımlı rayonunun Bozərən kəndində anadan olub. Ali təhsilli hüquqşünas, Qarabağ müharibəsi veteranı, qazidir. Onun tarixi, elmi-fəlsəfi, milli-ideoloji mövzuda yazdığı “Mənim düşüncəm” adlı daha bir kitabı 2019-cu ildə çap olunub və geniş oxucu kütləsinin böyük marağına səbəb olub.    Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Vüqar Dadaşov, həm də oxucu marağına səbəb olmuş elmi, araşdırma, publisistik... mövzulu 200-dən çox məqalə müəllifidir. O, Milli Cəbhə Partiyasının Siayasi Şurasının da üzvüdür.WhatsApp Image 2021 12 05 at 13.48.50 1

Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.

Moldovanın nüfuzlu KİV-ləri yenə Azərbaycandan yazdı -- XÜLASƏ

 WhatsApp Image 2021 11 30 at 01.42.16

    Son vaxtlar, Azərbaycanın ictimai-siyasi həyatında baş verən yeniliklər, xarici ölkələrin mətbuat vasitələrinin də diqqətindən yayınmır. Xüsusi maraq doğuran bu mövzuda geniş yazılara, Azərbaycanla dostluq münasibətlərinin getdikcə genişləndirilməsinə həmişə xüsusi önəm verən Moldovanın mətbuat vasitələrində tez-tez rast gəlinir. Elə, ölkəmizin Moldovadakı səfirliyindən araz.az-a daxil olan son məlumatlar da, deyilənlər barədədir.    Səfirliyin bu məlumatlarında bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev cənablarının Rusiyanın nüfuzlu “Rossiya -- 1” telekanalına müsahibəsi Moldova mətbuatında geniş işıqlandırılıb. Daha doğrusu,Moldovanın aparıcı KİV-lərinin əksəriyyətində, bu ölkə əhalisinin xüsusi marağına səbəb olduğu üçün, Azərbaycan dövlət başçısının “Rossiya 1” telekanalının “Kreml. Putin. Moskva" proqramına verdiyi müsahibəsi dərc edilib və bu müsahibənin şərhinə geniş yer ayrılıb. Səfirliyin məlumatına görə, həmin yazıların qısa xülasəsi bir daha onu təsdiqləyir ki, digər xarici ölkələrin media vasitələri kimi, Moldova mətbuatı tərəfindən də, Prezident İlham Əliyevin, illərdi aralarında baş verən münaqişə və müharibələrdən sonra,   Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşmasında Rusiyanın mühüm stabilləşdirici roluna xüsusi önəm verməsini müsbət qiymətləndirib.Xüsusi maraq doğurduğu üçün, həmin yazıların aşağıdakılinklərini də, səfirlik araz.az-a ünvanladığı öz məlumatına əlavə edib:WhatsApp Image 2021 11 30 at 01.42.42

https://dosarmedia.md/ilham-aliev-despre-rolul-rusiei-in-normalizarea-relatiilor-dintre-armenia-si-azerbaidjan/

https://noi.md/ru/v-mire/aliev-rossiya-igraet-ocheni-vazhnuyu-roli-v-normalizacii-otnoshenij-mezhdu-armeniej-i-azerbajdzhanom

                                                           ***

   Ölkəmizin Moldovadakı səfirliyindən araz.az-a daxil olan digər bir məlumatda isə bildirilir ki, Moldovanın tanınmış KİV-lərində Azərbaycan, İran və Türkmənistan arasında üçtərəfli qaz tədarükü sazişi haqqında məlumatlar da geniş yayımlanıb.   Qaz tədarükü ilə bağlı üçtərəfli sazişin bağlanması üçün tələb olunan vacib məqamların şərhinə geniş yer ayıran Moldovanın bu aparıcı KİV-ləri, öz yazılarında xüsusi olaraq onu vurğulayıblar ki, bu sazişə əsasən, Türkmənistandan İran vasitəsi ilə, hər il 1,5 milyardan 2 milyard kubmetrədək təbii qazın Azərbaycana göndərilməsi nəzərdə tutulur. Bu isə, Azərbaycan üçün, möhtəşəm tarixi bir uğurun əldə olunması deməkdir.

   Səfirlik tərəfindən araz.az-a ünvanlanan məlumata əlavə edilmiş aşağıdakı linklər də Moldovanın tanınmış KİV-lərinə məxsusdur və adı yuxarıda qeyd olunan tarixi üçtərəfli qaz tədarükü sazişindən bəhs edir. Dəyərli oxucularımız və ictimaiyyət nümayəndələri həmin yazılarla daha ətraflı aşağıdakı linklər vasitəsilə tanış ola bilərlər:WhatsApp Image 2021 11 30 at 01.42.57

https://noi.md/ru/v-mire/azerbajdzhan-iran-i-turkmenistan-zaklyuchili-trehstoronnee-soglashenie-o-postavkah-gaza

https://tribuna.md/ru/2021/11/29/presedintele-azerbaidjanului-la-al-xv-lea-summit-eco-economia-azerbaidjanului-se-dezvolta-rapid/

https://tribuna.md/ru/2021/11/29/presedintele-azerbaidjanului-la-al-xv-lea-summit-eco-economia-azerbaidjanului-se-dezvolta-rapid/

Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.

3 -dən səhifə 44

Əlaqəli xəbərlər