Ucarlı Vətən Müharibəsi Qazisi də, ölkə başçısından kömək istəyir -- MÜRACİƏT

WhatsApp Image 2021 11 23 at 00.49.45İndi də, kömək üçün üz tutduqları bütün rəsmi ünvanlarda hədsiz biganəlik görərək, naümid geri dönən 44 günlük Vətən Müharibəsi qazilərinin, son ümid yeri kimi, ölkənin kütləvi informasiya vasitələrinə -- qəzet, jurnal, informasiya agentliyi və rəsmi qeydiyyatdan keçmiş internet media resurslarına ünvanladıqları şikayət xarakterli ürəkgöynədən müraciətləri ilə daha çox rastlaşırıq. Onlardan biri -- əslən Ucar rayonunun Bərgüşad kəndindən olan Samir Yusif oğlu Abbaslı tərəfindən, bu günlərdə, belə bir Müraciət də, araz.az-ın redaksiyasına ünvanlanıb. Bu Vətən Müharibəsi Qazisi də, (050) 569-51-05  nömrəli əlaqə telefonu olduğunu qeyd etdiyi öz Müraciətində, üz tutduğu hər yerdə üzləşdiyi biganəliklərdən bəhs edir. Onun yazdıqlarına görə, səhhətindəki ciddi problemlərlə bağlı, qapısını döymədiyi aidiyyatı dövlət qurumu qalmayıb, lakin...WhatsApp Image 2021 11 23 at 00.48.36
...Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında, mənfur düşmən üzərində əldə edilən, hətta bütün dünyaya böyük hadisə kimi səs salan 44 günlük Vətən Müharibəsində qazandığımız Möhtəşəm Qələbəmizdə payı danılmaz daha bir Qazimizin başına gətirilənlərlə, dəyərli oxucularımız və ictimaiyyət nümayəndələri, onun özü tərəfindən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan möhtərəm İlham Əliyev cənablarının adına yazdığı və araz.az-ın nöqtəsinə-vergülünə toxunmadan dərc etdiyi video-foto faktlı aşağıdakı Müraciətindən də tanış ola bilərlər:WhatsApp Image 2021 11 23 at 00.48.34
"Möhtərəm Prezident!
Cənab Ali Baş Komandan!
Sizə müraciət etməyimin əsas səbəbi, hərbi xidmət keçdiyim zamanı üzləşdiyim və həyatımı bütünlüklə məhv edən haqsızlıqlardır. İlkin məlumat olaraq, öncə Sizə də çatdırmaq istəyirəm ki, mən, 2012-ci ilin yanvar ayının 16-dan, 2013-cü ilin iyul ayına qədər hərbi xidmətdə olmuşam. 2020-ci ilin avqust ayından etibarən, MAHHXHQ əsgər kimi, hərbi xidmətə başlayaraq, əvvəl bir ay 708 saylı, sonra isə, 701 saylı hərbi hissələrdə xidmət etmişəm.Vətən Müharibəsi zamanı iki dəfə yaralanmışam. Bakıda, el arasında "Papanin hospitalı" adıyla daha çox tanınan hərbi tibb müəssisəsində müalicə almışam. Buradakı müayinələr zamanı, müharibədə aldığım əlavə qəlpə yaralarından başqa, məndə ürək çatışmazlığı olduğu da müəyyən edilib və hərbi xidmətə tam yararsız hesab edilmişəm. Lakin sonradan mənə deyirlər ki, mənim ürək çatışmazlığımın kökü anadangəlmədir. Di gəl ki, bu tam yalandır, çünki mən, doğrudan da, hərbi xidmət zamanı ürək xəstəliyinə düçar olmuşam.WhatsApp Image 2021 11 23 at 00.48.33

  Vaxtınızı almaq istəmədiyim üçün, bu ciddi məsələ ilə bağlı, üz tutub, qapısını döydüyüm aidiyyatı dövlət qurumlarında üzləşdiklərimi tam təfsilatı ilə yazmağa ehtiyac duymadım. Sonda, konkret olaraq, öz xalqının və haqqın tərəfdarı bir rəhbərimiz olaraq, diqqətinizə, məni hədsiz narahat edən bu ciddi əsas məsələni çatdırıb, köməksiz və imkansız bir əsgərin tək, acizanə şəkildə, Müraciətimin obyektiv araşdırılmasına göstəriş verməyinizi, mənim müharibə əlili sayılmağıma yardımçı olmağınızı Sizdən xahiş etmək qərarına gəldim! Mən, edəcəyiniz köməyə inanıram, -- haqq çərçivəsində etdikləriniz hər an bir kino lenti kimi gözlərim önündən keçdiyi üçün, -- mənim yardımçım olmağınıza görə də, öz dərin minnətdarlığımı qabaqcadan Sizə çatdırıram!WhatsApp Image 2021 11 23 at 00.48.34 1
Möhtərəm Prezident!
Cənab Ali Baş Komandan!
Axı, mən, hərb sənətini xoşladığıma görə, bir müddət, sevib-seçdiyim bu sahədə çalışmışam. Nə edim ki, yuxarıda göstərdiyim ciddi xəstəliyimə görə, hərbi xidmətə tam yararsız hesab olunmuşam. Buna baxmayaraq, məsuliyyətsiz vəzifə sahiblərinin və həkimlərin günahları ucbatından, guya, məndə, ürək çatışmazlığının kökünün anadangəlmə olduğu diaqnozu yalandan ortaya çıxarılıb. Axı, mən, nədən, müharibə əlili hesab edilməməli, mülki qaydada, ümumi səbəblərlə sadə əlillik dərəcəsi almalıyam?!WhatsApp Image 2021 11 23 at 00.48.35 Əgər, məndə ürək çatışmazlığı anadangəlməydisə, niyə, onda məni həqiqi hərbi xidmətə aparıb, üstəlik, hələ hərbdə işə də götürüblər?! Bir də ki, əgər, ürək çatışmazlığım əvvəl hiss olunmayacaq dərəcədə olduğu üçün orduya qəbul edilmişəmsə, onda, indiki sağlamlıq vəziyyətimə görə, nədən, müharibə əlili sayılmamalıyam?!WhatsApp Image 2021 11 23 at 00.48.35
Hazırkı sağlamlıq durumumun göstəricilərinə əsasən, həkimlər açıq ürək əməliyyatı olunmağımı zəruri saysalar da, əməliyyatın uğurla başa çatacağına, iki azyaşlı övladımın atasız qalmayacağına tam əminliklə söz vermir, hər dəfə həyatımı itirmə riskinin çox olduğunu xüsusi vurğulayırlar. Digər bir tərəfdən, müharibə əlili sayılmayacağım təqdirdə, bu əməliyyatı mülki xəstəxanalarda ödənişli şəkildə etdirməyimi deyirlər. Axı, bu ödənişlər üçün, heç bir maddi imkanım yoxdur və bu vəziyyətə müharibə nəticəsində düşmüşəm. WhatsApp Image 2021 11 23 at 00.48.35 1Xəstəliyim təhlükəli olduğundan, mənə nə iş verirlər, nə də ki, əlillik dərəcəsi təyin edirlər. Belə çıxır ki, mən, yıxılıb ölməliyəm! Vətən Müharibəsi Qazisi olaraq, başıma gətirilənləri birbaşa ədalətsizlik, qanunsuzluq və açıq-aşkar törədilən cinayət hesab edirəm...WhatsApp Image 2021 11 23 at 00.48.36 1

Səməndər QURBANOV,
Rəşad CƏFƏRLİ,

araz.az xəbər portalının xüsusi müxbirləri.

Azərbaycanın YUNESKO-nun İcraiyyə Şurasına üzv seçilməsi Moldova mətbuatında geniş işıqlandırılıb

WhatsApp Image 2021 11 20 at 01.29.23Moldovanın aparıcı KİV-ləri, APA xəbər agentliyinə istinadən, Azərbaycanın YUNESKO-nun İcraiyyə Şurasına üzv seçilməsi ilə bağlı xəbər dərc ediblər. Bu barədə, ölkəmizin Moldovadakı səfirliyindən araz.az-a daxil olan məlumata görə, nüfuzlu “Tribuna” informasiya-analitik portalında qeyd edilir ki, 2021-ci ilin noyabr ayının 17-də, UNESCO Baş Konfransının 41-ci sessiyası çərçivəsində yüksək rəqabət şəraitində keçirilən seçkilərdə Azərbaycan 143 səs toplayaraq, 2021-- 2025-ci il üzrə İcraiyyə şurasına üzv seçilib.WhatsApp Image 2021 11 20 at 01.26.37
Moldovanın tanınmış digər informasiya portalı deschide.md də, bu barədə xəbər yayıb. Xəbərdə o da bildirilir ki, Azərbaycan Respublikası tərəfindən, YUNESKO-nun İcraiyyə Şurasında üzvlük müddəti ərzində, daşıyacağı YUNESKO-nun mandatının, xüsusən də inkişaf etmiş ölkələrdə səmərəli həyata keçirmək üçün töhfə vermək niyyətində olduğu dəfələrlə xüsusi vurğulanıb.
Bu xəbər saytlarından başqa, Moldovanın digər tanınmış mətbuat vasitələri noi.md, jurnal.md/ro və dosarmedia.md-nin də, rus və rumın dillərində dərc etdikləri həmin yazılarla daha ətraflı aşağıdakı linklər vasitəsilə tanış ola bilərsiniz:WhatsApp Image 2021 11 20 at 01.29.54

https://deschide.md/ru/russian_news/externe_ru/95707/Азербайджан-избран-членом-Исполнительного-совета-ЮНЕСКО.htm

https://deschide.md/ro/stiri/externe/95707/Azerbaidjanul-a-fost-ales-membru-al-Comitetului-Executiv-al-UNESCO.htm

https://tribuna.md/ru/2021/11/18/azerbaidjanul-a-fost-ales-membru-al-comitetului-executiv-al-unesco

https://tribuna.md/2021/11/18/azerbaidjanul-a-fost-ales-membru-al-comitetului-executiv-al-unesco

https://noi.md/ru/v-mire/azerbajdzhan-stal-chlenom-ispolnitelinogo-soveta-yunesko-na-2021-2025-gody

WhatsApp Image 2021 11 20 at 01.29.55

https://www.jurnal.md/ro/news/f1cd02f11fc7d885/azerbaidjan-ales-membru-al-comitetului-executiv-al-unesco.html

 

https://dosarmedia.md/azerbaidjanul-a-fost-ales-membru-al-comitetului-executiv-al-unesco

Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.

Folklordan keçən Zəfər Yolu

modern.az 08.11.2021 1636346265

Beş yüz ilə yaxındır ki, dünya Mişel Nostradamusun, başqa öncəgörücülərin öncəgörmələrinin sirri üzərində baş sındırır.

Dini kitablardakı bəzi tezislərin dünya elmini yüzillər, minillər qabaqlaması da alimlərin heyrətinə səbəb olmaqdadır.

Eyni fikri dünya ədəbiyyatının bir sıra dahilərinin yaradıcılığına da şamil edə bilərik.

Bir çox fantastik yazıçıların əsərlərində gələcək elmi ixtira və kəşflərin əlli il, yüz il öncədən “tətbiqini” də az görməmişik.

Belə misalların sayını istənilən qədər artırmaq olar. Bütün bunlar nədir? Bəşəriyyətin və dünyanın gələcəyi haqqında müəyyən fövqəlqüvvələr (kosmos) tərəfindən insanlara bu və ya digər məqsədlə ötürülən informasiyalar, yoxsa insan şüurunun fövqəl gücü?! Bəlkə heç tarixi inkişaf birxətli yox, dairəvi gedir, biz tarixin dərinliklərinə endikcə bu gün getməkdə olduğumuz yolun qarşısına çıxmış oluruq?! Tarixin dərinliklərinə daha çox enib, getməkdə olduğumuz gələcəyin sərhədini qarşı tərəfdən keçəndə isə bizim üçün gələcək olan informasiyalara çatırıq?! Bəlkə buradan qaynaqlanır öncəgörmələr?!

Bütün bunlar dünyanın insanlara bəlli olmayan və ya bəlli olmasına icazə verilməyən sirləri sırasındadır.

Lakin nədənsə bu günə qədər belə “öncəgörmələri” folklor dünyasında axtarmaq heç kəsin ağlına gəlməyib. Halbuki insanın bütün tarixi-mədəni təcrübəsinin “yükləndiyi” folklor bu məsələdə daha çox informasiya yükünə malik olmalıdır və malikdir. Bəlkə “ağıllarına gəlməyib” deməyək, bu sirrə “ağıllarının qapısı kilidlənib” deyək?! Bəlkə bu özü də bir “sirri-Xudadır”, nağıllarımızda adi insanlar üçün açılmasına həmişə qadağa qoyulmuş “qırxıncı otaq”dır?! Lakin bu gün şüurum mənə bu barədə danışmağı və bu barədə yazmağı diqtə edirsə, belə hesab edirəm ki, həmin “qırxıncı otağın” açılması icazəsi artıq mənə verilmişdir.

Əvvəl oradan başlayaq ki, folklor nədir və niyə dünyanın gələcəyi və gələcək hadisələri barədə onda daha çox informasiya gizlənə bilər.

Biz alimlər, folklorşünaslar, fikir adamları bu günə qədər daha çox bütövlükdə folklorun, yaxud müxtəlif folklor mətnlərinin, onlardakı hadisə, obraz və ayrı-ayrı elementlərin estetik funksiyalarından bəhs etmişik və edirik də, lakin unutmaq lazım deyil ki, folklor ən qədim zamanlardan bu günə qədər insan cəmiyyətinin yaratmış olduğu mənəvi dəyərlər sistemidir, ümumi şəkildə desək, qeyri-maddi irsdir, deməli, insanın gördüyü, eşitdiyi, etdiyi hər bir şeydir və ilk növbədə tarixi təcrübənin toplumudur. Başqa sözlə, insan gördüyü, eşitdiyi, etdiyi hər şeyi yaddaşına köçürür, orada “emal” edir və bu və ya digər formada, bu və ya digər üsullarla gələcək nəsillərə ötürür.

Bu o deməkdir ki, folklor təkcə şifahi söz sənəti deyil, şifahi nitqlə ifadə olunmaqdan və söz sənəti olmaqdan əlavə, həm də məşhur bolqar folklorşünas-etnoqrafı, professor T.İ.Jivkov demişkən, “folklor mifoloji, dini, əxlaqi və digər təsəvvür və normaların vahid sistemini, bütövlükdə götürdükdə, etnosun özünəməxsus tarixi yaddaşını, onun təbiətə və cəmiyyətə münasibətini, əxlaqi prinsiplərini, dünyaya baxışını ehtiva edir...”.

Bundan əlavə, nəzərə almaq lazımdır ki, folklor həm də insanla dünya arasında kommunikasiya vasitəsi, əlaqələr sistemi, kodlaşdırma mexanizmidir. Və bu sistem, bu mexanizm bütöv bir kodlar, şifrələr, işarələrlə idarə olunur. Başqa bir görkəmli alim, akademik V.N.Toporov bu sistemin strukturundan danışarkən qeyd edir ki, arxaik şüurda dünyanın təsvir olunması üçün vahidləri kosmosun əsas elementləri olan müəyyən əlifba mövcuddur.

Dünya folklorşünaslığının korifeylərindən olan V.Y.Propp isə folklorun bir çox sirlərini açmaq üçün mövcud tədqiqat metodlarının yetərli olmadığını dərk edərək folklor mətnlərinin araşdırılmasında yeni tədqiqat üsulları axtarırdı. V.Y.Proppun bu axtarışlarını diqqətlə təhlil edən digər görkəmli folklorşünas B.N.Putilov belə qərara gəlir ki, bu və ya digər folklor süjetinin və ya motivinin (bəzən də janrının) sirrini açmaq üçün, birincisi, onun özəyində yerləşən etnoqrafik substratı tapmaq, ikincisi, onunla bağlı təsəvvürlər sistemini aydınlaşdırmaq, üçüncüsü isə bu substratın folklor faktına çevrilməsinin qanunauyğun və ardıcıl yolunu izləmək lazımdır. V.Y.Propp da elə bu yolla getmiş, dünya xalqları folklorundakı saysız-hesabsız müəmmaları açmağa nail olmuşdu.

Bir folklor tədqiqatçısı kimi, güclü tarixilik hissinə malik olan V.Y.Propp folklorun gerçəkliyə münasibətini təhlil edərkən belə qərara gəlir ki, “Folklor gerçəklikdən törəyir. Hətta folklorun ən fantastik obrazlarının da real gerçəklikdə kökü var”.

Bütün bu deyilənlər hamısı folklorda təkcə keçmişin yox, bütün zamanların, kifayət qədər şifrələnmiş informasiyaları olduğunu söyləməyə əsas verir. Bu, başqa düşüncə sahələrinə nisbətdə folklorun gələcəkdən xəbər vermək şansının daha çox olması fikrini də təsdiq edir.

Onda sual ortaya çıxır, folklorun belə bir informasiya gücü varsa, necə ola bilər ki, tariximizin və taleyimizin son 250 ildə ən möhtəşəm hadisəsi olan 44 günlük Vətən müharibəsi barədə onda bu və ya digər şəkildə informasiya olmamış olsun?! Üstəlik, nəzərə alsaq ki, Azərbaycan xalqı dünya xalqları işərisində ən zəngin folklor irsinə malik xalqlardan biridir, onda xalqımızın tərcümeyi-halındakı 44 günlük Vətən müharibəsi kimi önəmli bir tarixi hadisənin folklorumuzun “informasiya səbəti”ndə yer alması qaçılmazdır.

Beləliklə, keçək mətləbə.

Birinci işarə

Folklorumuzda nağıl obrazlarının geniş yayılmış titullarından biri “məlik” tituludur. Tarixən “məlik” Azərbaycanda vilayətlərə tabe olan mahalların başçılarına verilən ünvan olub. Həmin mahallar isə “məliyin idarə etdiyi inzibati ərazi” anlamında “məliklik” adalandırılıb və “xanlıq”, “xaqanlıq//kağanlıq”, “şahlıq”, “sultanlıq” “bəylik” kimi titullarla oxşarlıq təşkil edib. O cümlədən Azərbaycan tarixindəki alban şahzadələri də belə adlanıb və bu ənənə Azərbaycanda Elxanlıların (Qazan xanın) İslamı qəbul etməsinə qədər davam edib. Albanlar isə xristian olduqları üçün sonralar bu ənənəyə uyğun olaraq Qarabağdakı qeyri-müsəlman bəylər “məlik”, onların idarəçiliyindəki ərazi isə “məliklik” adlandırılıb. Həmin xristian alban əhali müəyyən tarixi səbəblərdən XVIII-XIX əsrlərdə erməniləşdirildiyindən “məlik titulu erməni knyazlarına verilən addır” kimi yanlış fikir formalaşıb. Buna nəzərən, Qarabağ ərazisindəki Xəmsə – beş məliklik də səhvən tarixən erməni məliklikləri hesab olunub. Təsadüfi deyil ki, nağıllarımızdakı Məlik Məmməd, Məlik Əhməd, Məlik Əjdər və b. kimi obrazların ermənilərlə heç bir əlaqəsi yoxdur, ola da bilməz, zatən XIX əsrə qədər Qarabağda erməni yaşamayıb.

Amma burada bir vacib məqam nəzərdən qaçırılmamalıdır, alban xristianlığı (alban xristian kilsəsi) və “məlikliklər” 1836-cı ilə qədər öz mövcudluğunu məhz Qarabağ ərazisində saxladığından biz bu titul sahibi olan folklor obrazlarının fəaliyyət dairəsinin məhz Qarabağ coğrafiyası ilə bağlı olduğunu iddia edə bilərik. Məsələn, cəsarətlə deyə bilərik ki, “Məlik Məmmədin nağılı”nda qəhrəmanın “məlik” titulu daşıması ilə bu və bu kimi mətnlərdə hadisələrin Qarabağ ərazisində cərəyan etməsinə işarə olunur.

İkinci işarə

Nağıllarımızda (o cümlədən qismən də “Məlik Məmmədin nağılı”nda) əsas motiv (hədəf) qızıl almanın əldə edilməsidir. Dünya folklorunda geniş yayılmış qızıl alma motivi, məsələn, yunan mifologiyasındakı “nifaq alması” deyil, Türkün inanc sistemində qızıl alma “cahan hakimiyyətinin simvolu” kimi başa düşülür ki, mövcud Turançılıq fəlsəfəsini həmin inanc sisteminin ekvivalenti hesab etmək olar. Deməli, bugün üçün Türk dünyasının birliyinə açılan yol “qızıl alma”nın əldə edilməsindən keçir. Qarabağ problemi Türk dünyası birliyinə açılan yolu əngəlləyən maneə idi və “qızıl alma”ya gedən yolun açılması bu maneənin aradan qaldırılmasını tələb edirdi. Elə də oldu, 44 günlük müharibədə qazanılmış Zəfərdən sonra yüz il əvvəl Türk dünyasını ayıran yolların birləşməsi imkanı yarandı və Zəngəzur dəhlizinin açılması məsələsi 10 noyabr Bəyannaməsinə möhür kimi vuruldu.

Üçüncü işarə

Bəs bu “almanın” arxasınca kim getməlidir? Yəni Qarabağ probleminin həllini kim bacara bilərdi? Folklor təfəkkürü bu insanın sıradan biri olmasını qəbul etmir, o mütləq şahzadə (şah/hokmdar oğlu) olmalı idi və Məlik Məmməd şahzadə idi. Son 30 ildə Azərbaycanda hakimiyyətdə bir neçə dövlət başçısı olub, lakin Prezident İlham Əliyevə qədər heç biri şahzadə olmayıb. Deməli, Prezident İlham Əliyevə qədər heç bir dövlət başçısı Qarabağ problemini həll edə bilməzdi. Folklor informasiyası İlham Əliyevi nişan verir.

Dördüncü işarə

Folklorda Şahzadə həm almanın, həm də Divin arxasınca gedəndə Şah atasının icazəsini alaraq gedir. Prezident İlham Əliyevin 44 günlük müharibənin taleyini həll edən Şuşa qələbəsindən sonra “Ata vəsiyyətini yerinə yetirməsi” barədəki açıqlaması müvafiq folklor informasiyasını tam təsdiq edir.

Beşinci işarə

Nağıllarımızda qəhrəmanı “qızıl alma”ya aparan yolda mütləq “qardaş xəyanəti” motivi yer alır. 1-ci Qarabağ müharibəsində torpaqlarımızın işğaldan azad oluna bilməməsinin səbəbləri sırasında öz millətimizdən olan bəzi xəyanətkarların “xəyanəti” də az rol oynamadı. Nəticədə minlərlə qəhrəman Vətən oğlu qurban getdi. Folklorumuzda “qardaş xəyanəti” deyəndə məhz bu məqam başa düşülməlidir.

Altıncı işarə

Folklorumuzda Qarabağ problemi şərin, qara qüvvələrin təmsilçisi kimi Div, Əjdaha obrazları ilə simvollaşıb. Div qırxıncı otaqda əyləşib və başını bir dünya gözəlinin dizi üstə qoyub yatıb. Biz onun nə qədər yatdığını bilmirik, amma yəqin 30 il beləcə yatıb. Dünya gözəlinin simvolizə etdiyi Qarabağ isə bu Divin əsiridir, oturub öz xilaskarını gözləyir.

Yeddinci işarə

Divin yatdığı quyuya düşmək istəyən qardaşların ayrı-ayrılıqda hər ikisi yolun yarısındaca “yandım, yandım”, – deyib iddialarından geri dururlar, quyuya enməyə cəsarət etmirlər. Yalnız folklor qəhrəmanı yanmaqdan qorxmayaraq quyuya enir. Doğrudan da, Qarabağ problemi son dərəcə çətin bir problem idi, onun həllinə girişmək böyük risq tələb edirdi və bu işin arxasında sözün hər mənasında “yanmaq” var idi. Əsas bu “yanmaqdan” qorxmamaq idi ki, bunun üçün də İlham Əliyev cəsarəti lazım idi.

Səkkizinci işarə

Nağıllarımızda, adətən, qəhrəman otuz doqquz otaqdan keçib, qırxıncı otağa daxil olur və divi qırxıncı otaqda yaxalayır. Qırxıncı otağa aparan bu yol birxətli yoldur, çünki otaqdan-otağa keçir, çətin yoldur, çünki maneələrlə müşayiət olunur, şərəfli yoldur, çünki hədəfə aparan yoldur. Bu, Zəfər yoludur!

Doqquzuncu işarə

Qəhrəman qırxıncı otağa daxil olandan sonra onun üçün ən çətin döyüş başlayır – Divlə əlbəyaxa döyüş! Azərbaycan ordusunun qəhrəman əsgərləri qırxıncı otağı – Şuşa şəhərini məhz əlbəyaxa döyüşlə aldılar.

Onuncu işarə

Qəhrəman üçün burada aydın olur ki, Divin (Qarabağ probleminin) canı şüşədədir (Şuşanın da əsl adı Şüşədir!). Demək, Divin canını almaq üçün otuz doqquz otağı keçib, qırxıncı otağa – Şuşaya daxil olmaq lazım imiş. Və qəhrəman şüşəni sındırıb (Şuşa qalasını fəth edib!) şüşənin içindəki quşun başını üzür. Bununla da Div şaqqıltı, gurultu ilə yıxılıb ölür (Qarabağ problemi həll olunur).

On birinci işarə

Folklor mətnində şüşənin içindən çıxan quş erməniləri simvolizə edir. Əlbəttə, şüşənin içindən quş yox, başqa canlı da çıxa bilərdi, lakin folklor düşüncəsində təsadüfi heç nə yoxdur, burada quş – gerbində təkbaşlı quş həkk olunan ermənilərə, dünya erməniliyinə işarə olunur.

On ikinci işarə.

Qəhrəman qırxıncı otağa qədər uzun bir yol keçir, qırx otaq qırx gün deməkdir, demək, Zəfər yolu qırx günə keçilməli, Azərbaycan əsgəri qırxıncı gün Şuşanı (qırxıncı otağı) fəth etməliydi. Onda bəs niyə müharibə qırx gün yox, qırx dörd gün çəkdi? Lakin burada nəzərə alınmalıdır ki, Şuşa şəhəri noyabrın 10 da yox, 8-də azad olundu, amma bu, yenə də 42 gün edir. Halbuki folklor informasiyasına görə bu, qırx gün olmalı idi. Əlbəttə, folklor informasiyası yanıla bilməz və biz iddia etməyə məcburuq ki, qəhrəman Azərbaycan əsgəri Şuşa qalasına (qırxıncı otağa) noyabrın 8-də yox, məhz noyabrın 6-da daxil olub, görünür, şəhərdə bir gün düşmənlə əlbəyaxa döyüş gedib və noyabrın 8-də Şuşa şəhərinin azad olunması başa çatıb. Mən bilmirəm, bu belə olub, yəni Azərbaycan əsgəri Şuşaya ayın 6-da girib, ya yox, amma folklor informasiyası belə olduğunu iddia edir və biz bununla razılaşmağa məcburuq.

On üçüncü işarə

Lakin məsələ Divin öldürülməsi ilə bitmir, qəhrəman geri dönəndə yolda çayın qabağını kəsib, insanları susuz qoyan Əjdahanı da öldürməli olur. Həm də o Əjdahanı ki, su əvəzində insanlardan hər gün şəhərin bir gözəl qızını alıb yeyir. Burada da işğal altında olan ərazilərdəki çayların, su anbarlarının qarşısının illər boyu düşmən tərəfindən kəsilməsi, Qarabağın gözəl təbiətinin ermənilər tərəfindən məhv edilməsi simvolizə olunur. Folklor qəhrəmanı bu Əjdahanı qılıncı ilə iki parça edərək insanları və Qarabağın gözəl təbiətini bu bəladan qurtarır.

On dördüncü işarə

Daha sonra Vətənə dönən qəhrəman bu çətin yolda (44 günlük Vətən müharibəsində) ona xəyanət edən “qardaşlarını” cəzalandırır ki, bu da “Vətən müharibəsində Vətənə xəyanət edənlərə aman olmamalıdır” anlamına gəlir.

On beşinci işarə

Nağılın sonunda mətnin qəhrəmanı Divin əsarətindən xilas etdiyi gözəlinə (gözəl Qarabağa!) qovuşur və xalq bayram edir...

Zəfər Bayramımız mübarək!

Əziz ƏLƏKBƏRLİ

Milli Məclisin deputatı

"Sumqayıt doğma evimizdir, onu nümunəvi şəhərə çevirmək hər birimizin borcudur!" -- Bu çağırış, gənclər şəhərində aparılan abadlaşdırma və təmir işlərinə yeni bir ahəng qatıb -- FOTO-VİDEO FAKTLAR

WhatsApp Image 2021 11 07 at 13.27.30 1

Dövlət başçısının xüsusi diqqət və qayğısı,
şəhər rəhbərinin yüksək təşkilatçılığı və qətiyyəti sayəsində həyata keçirilən işlər Sumqayıta xüsusi bir gözəllik verir

Sürətlə gedən işlərin, çağdaş tərəqqinin ünvanına çevrilən Sumqayıtı qısa müddətdə belə füsunkar şəkildə dəyişməsi insanda qürur hissi yaradır

Artıq, beynəlxalq aləmdə çox böyük uğurlara imza atan, dünyanın sürətlə inkişaf edən ölkələrindən biri kimi tanınan Azərbaycanda, fəaliyyətində balanslaşdırılmış daxili və xarici siyasət kursu götürən respublika rəhbərliyinin uğurlu idarəetmə təcrübəsi, eləcə də, əhalinin güzəranının daha da yaxşılaşdırılması istiqamətində dövlət səviyyəsində atılan inamlı addımlar ilbəil özünün gözəl bəhrələrini verir. İqtisadi böhranın dünyanı bürüdüyü indiki çətin dönəmdə belə, Azərbaycanda möhtəşəm layihələr uğurla həyata keçirilir. Ölkə başçısının uğurlu siyasətinin məntiqi nəticəsi olaraq, məhz sabaha hesablanmış inkişaf prosesi yüksək peşəkarlıqla davam etdirilən Cənubi Qafqazın Bakıdan sonra ikinci sənaye mərkəzi Sumqayıt şəhərində də, əhəmiyyətli uğurlara nail olunur. Elə, respublikanın ən sürətlə dəyişən bu üçüncü böyük şəhərinin sosial-iqtisadi inkişaf göstəriciləri də, deyilənlərin sübutudur. Bütün bunlar isə, birbaşa, yüksəliş dinamikasından soraq verir.
Sumqayıtın inkişafına xüsusi diqqət və qayğı göstərən dövlət başçısının buraya intensiv səfərləri də, həmişə möhtəşəm yeniliklərlə müşayət olunur, şəhərin şöhrətini artırır. Bir sözlə, ölkə rəhbərinin dəstəklədiyi sosial-iqtisadi inkişaf proqramları sayəsində, Sumqayıtın önəmli proseslərdə rolu durmadan artır. Fərəhli və qürurverici haldır ki, iqtisadiyyatın bütün sahələrində olduğu kimi, şəhər təsərrüfatının da günün tələblərinə uyğun səviyyədə inkişafı istiqamətində Sumqayıtda mühüm işlər görülür. Dövlətin qayğısı, şəhər rəhbərliyinin yüksək təşkilatçılığı və qətiyyəti sayəsində, yenidənqurma və quruculuq işləri, abadlıq tədbirləri burada böyük əzmkarlıqla həyata keçirilir. Elə, şəhər Ağsaqqallar Şurasının: "Sumqayıt doğma evimizdir, onu nümunəvi şəhərə çevirmək hər birimizin borcudur!" -- çağırışı da, görülən işlərə yeni bir ahəng qatır. Uğurla reallaşdırılan belə işlər və tədbirlər sayəsində, dünyanın ən gözəl şəhərləri sırasında yer alan Sumqayıtın indi çağdaş tərəqqi ünvanı olmasıyla da öyünə bilərik.


Bəli, ölkənin bütün bölgələrinin əksər böyük yaşayış məntəqələrində olduğu kimi, indi özünün inkişaf dövrünü yaşayan Sumqayıtda da, həyata keçirilən abadlıq-quruculuq tədbirlərinin daha da genişləndirilməsi üçün, aparılan işlər kompleks şəkildə görülür. Müxtəlif istiqamətlər üzrə gedən intensiv işlər şəhərin ayrı-ayrı ərazilərinə müsbət dəyişikliklər gətirir. Prezidentin göstərişi, işlərin yerinə yetirilməsinə onun xüsusi diqqəti və qayğısı, abadlaşdırma istiqamətində reallaşdırılan yeni-yeni layihələr sayəsində Sumqayıt günü-gündən gözəlləşir, səhər nəinki Azərbaycanın, bütövlükdə regionun müasir sənaye və turizm mərkəzinə çevrilir.
Görülən işlərə əlavə rəng qatan
şəhərin giriş hissəsinin, dənizkənarı park-bulvarın müasir üslubda yenidən qurulması, məhəllə və mikrorayonların, yolların və yol kənarlarının, istirahət parklarının və bağların yeni stilə uyğun yüksək səviyyədə abadlaşdırılması Sumqayıta xüsusi bir görkəm verir.
Ümumiyyətlə, şəhər rəhbərliyinin də diqqət yetirdiyi əsas məsələlərdən biri, Sumqayıt üçün böyük əhəmiyyət daşıyan dənizkənarı park-bulvarının yenidən qurulmasıdır. Çünki, dövlət başçısı da, Sumqayıtda bulvarın olmasının vacibliyini öz çıxışında xüsusi vurğulayıb: "Mən hesab edirəm ki, Sumqayıt şəhərində mütləq bulvar olmalıdır. Bu bulvar, Bakı bulvarının standartlarına uyğun olmalıdır. Çünki Bakı bulvarı indi dünyanın ən gözəl bulvarlarından biridir, bəlkə də birincisidir. Çünki müxtəlif sahilyanı şəhərlərdə bulvarlar vardır. Ancaq, mən, hər halda Bakı bulvarı kimi gözəl, geniş və müasir bulvar görməmişəm. Sumqayıtın da bu dənizkənarı sahəsindən, biz, gərək, səmərəli şəkildə istifadə edək. Bulvarın tikintisi, demək olar ki, başlayır. Sumqayıtda gözəl bulvar tikilməlidir, çimərliklər yaradılmalıdır. Bir sözlə, bu şəhərdə insanların istirahəti üçün çox gözəl guşə yaradılacaqdır".
Məhz bu səbəbdəndir ki, layihələrdə, hal-hazırda 186 hektar ərazini əhatə edən park-bulvarın daha da genişləndirilməsi nəzərdə tutulub. Buranın istifadəyə veriləcəyi günü isə, şəhər sakinləri də, həmişə çox böyük səbirsizliklə gözləyiblər. Artıq, dənizkənarı parkla birlikdə, bulvarda işlər sürətlə həyata keçirilib. Sahil zolağı göz önündəcə günbəgün simasını dəyişib.
"Araz" Media Qrupunun və araz.az xəbər portalının əməkdaşları olaraq, bu mövzuda qələm aldığımız "Sumqayıtın Şəhidlər Xiyabanında Üçrəngli Bayrağımız 30 metr hündürlüyü olan parıltılı metal -- "nerjaveyka" dirək üzərində dalğalanacaq -- Azərbaycanda daha bir ilk" sərlövhəli ötən yazımızda da, şəhərdə yüksək vüsət alan bu abadlıq və quruculuq işləri dəyərli oxucularımızın və ictimaiyyətin diqqətinə çatdırılıb. Həmin yazımızda şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun bu sahəyə birmənalı şəkildə yüksək önəm verməsi və göstərdiyi müstəsna xidmətlər xüsusi vurğulanıb. Xüsusi olaraq onu da vurğulamışıq ki, dövlət başçısının göstərişi və şəhər rəhbərinin təşəbbüsüylə, Sumqayıtda indiyədək görülən bütün geniş və mürəkkəb abadlıq-quruculuq işlərinin yüksək səviyyədə həyata keçirilməsində, bu önəmli tədbirlərə böyük məsuliyyət hissiylə yanaşan iş icraçısı Müqayis Verdiyevin və onun başçılığı altında yüksək əzmlə çalışan əlli nəfərə yaxın işçi heyətinin rolu da danılmazdır.

Bir sözlə, həmin yazımızda qeyd etdiyimiz kimi: "Hər şey göz qabağında: Hava şəraiti getdikcə sərt kəskinliyə doğru dəyişsə də, Sumqayıtda xeyli vaxtdır gedən abadlaşdırma və təmir işlərinin sürəti aşağı düşmür. Yüksək zövqlə həyata keçirilən bütün işlər şəhərə xüsusi bir yaraşıq verir, görkəminə gözəllik qatır. Hara baxsan, iş icraçılarının çəkdikləri böyük əziyyətlər hesabına tam olaraq başa çatan bütün işlər valehedicidir. Adama elə gəlir ki, ərazilərində təmir və abadlıq işləri yüksək səviyyədə həyata keçirilən görməli yerlərinin hər biri, sanki, çoxdan, ölkənin bu üçüncü böyük şəhərinin -- Sumqayıtın gözəllik rəmzi kimi qəbul olunubmuş; Elə, yenidənqurma stilli abadlıq və təmir işləriylə görkəmlərinə xüsusi gözəllik qatılan şəhərin adıyla -- "SUMQAYIT" yazısıyla başlayan giriş hissəsi və dənizkənarı park-bulvarı qarışıq, digər görməli yerləri belə, son vaxtlar, adamı bu sarıdan çaşdıranlardır.
Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov özünün xüsusi nəzarətində saxladığına görədir ki, Sumqayıtlı Şəhidlərimizin Uyuduqları Müqəddəs Məkanda -- Şəhidlər Xiyabanında başladığı gündən ən müasir inşaat materialları hesabına yüksək zövq və keyfiyyətlə görülən, günü-gündən daha da sürətlənən və tam olaraq başa çatmasına artıq sayılı günlər qalan təmir və abadlıq işlərinin isə, adama təsiri fərqli yöndəndir. Həm də ona görə ki, bu And və Qürur Yerimizdə, şəhər rəhbərinin təşəbbüsü ilə indiyədək həyata keçirilən bütün mürəkkəb işlərə, iş icraçısı Müqayis Verdiyevin başçılığı altında çalışan əlli nəfərə yaxın işçi heyəti böyük məsuliyyət hissiylə yanaşır. Məhz bu işçi heyəti tərəfindən böyük məsuliyyətin nə demək olduğu dərindən anlandığına görədir ki, bu Müqəddəs Ziyarətgahımız indi daha abad olduğu qədər də, şəhərin digər görməli yerlərindən fərqli yöndən təsirlidir.
Bəli, icra başçısı Zakir Fərəcovun özünün təşəbbüsüylə və iş icraçısı Müqayis Verdiyevin rəhbərlik etdiyi tikinti şirkətinin bu işçi heyəti tərəfindən neçə vaxtdır yüksək məsuliyyət hissiylə görülən alqışa və tərifə layiq bütün işlər müqabilində Şəhidlər Xiyabanında bir cənnət gözəllik yaradılır. Bütün bunlar isə, Vətən torpaqlarımızın bütövlüyü və toxunulmazlığı naminə, Qarabağda mənfur düşmən tərəfindən işğal edilmiş kənd, qəsəbə və şəhərlərimizin azadlığı uğrunda canlarını fəda etmiş Şəhidlərimizin hər birinin adına onların sonsuz hörmət və rəğbətlərinin, yüksək sevgi və dərin məhəbbətlərinin bariz nümunəsidir. Bunları tərif xatirinə yox, ürəkdən gələn xüsusi hisslərə görə deyirik! Çünki əsl həqiqətdə və reallıqda da, burada görülən bütün işlər alqışa və tərifə layiqdir -- bizləri qürurlandıraraq, bir daha, Azərbaycanlı olmağımıza fəxr və fəxarət gətirir! Bütün bunların nə demək olduğunu, elə, Şəhidlər Xiyabanının girişində, bu dəfəki təmir və abadlıq işlərindən sonra daha yüksəyə qaldırılan və hər səhər tezdən Şəhid Ruhunun salamladığı Əzəmətli Üçrəngli Dövlət Bayrağımıza baxmaq kifayətdir. Bayrağımız əbədi olaraq, hər səhər tezdən, öz parıltısını Günəş şəfəqlərinin parıltısına qataraq, -- bəli, öz parıltısını, qoy, bu, heç kəsə qəribə gəlməsin, -- Şəhid Ruhunun salamlarına: "Salam!" -- deyəcək.

Yeri gəlmişkən, bu yerdə onu qeyd etməyi vacib bildik ki, bu dəfəki təmir və abadlıq işlərindən sonra, tam keyfiyyətli və müasir standartlara cavab verəcək şəkildə işlənən Müqəddəs Üçrəngli Bayrağımız, artıq, 30 metr hündürlüyü olan parıltılı metal -- pas atmayan və "nerjaveyka" deyilən dirək üzərində dalğalanır. Dövlət Bayrağımızı bu hündürlükdə parıltılı və pas atmayan metal dirək üzərində dalğalandırmağın özü isə, Vətənimiz Azərbaycanda daha bir ilkdir. Bu yerdə, onu da bildirmək istəyirik ki, Şəhidlər Xiyabanında, böyük məsuliyyət tələb etdiyi üçün, yüksək keyfiyyətlə görülən bu işlərin yekunlaşması Noyabr ayına, daha dəqiq desək, Zəfər Bayramına planlaşdırılıb.
Sonda, xüsusi olaraq bir daha vurğulamaq istəyirik ki, doğrudan da, ölkəmizin üçüncü böyük şəhərindəki Şəhidlər Xiyabanının girişində ucaldılan Əzəmətli Bayrağımızın əhatə etdiyi geniş meydanda, aşağıdan yuxarıya böyük məsuliyyət hissiylə görülən mürəkkəb nümunəli bütün işlərdən bura yolu düşən hər kəs qürur duyur.
Bu yenidənqurma, təmir və abadlıq işlərindən sonra, Sumqayıta bəxş olunan füsunkar gözəlliyi ilə, haqlı olaraq, onun sakinləri fəxr edirlər. Üstəlik, şəhərin qonaqları belə burada görülən işləri ürəkdən təqdir edirlər. Doğrudan da, şəhərin qısa müddətdə belə füsunkar şəkildə dəyişərək, gözəlləşməsi, sözün əsl mənasında, insanda qürur hissi yaratmaqla, onu heyran edir. "Araz" Media Qrupundakı mətbuat vasitələrinin, eləcə də araz.az xəbər portalının əməkdaşları olaraq, biz də, həmin qürur hissi keçirənlərdənik. Və bu yazımız da, Şəhidlər Xiyabanını ziyarətimizdən doğan təəssüratlarımızın ifadəsidir.
Üçrəngli Müqəddəs Bayrağınla Məsud Yaşa, Azərbaycan!
Ruhun Şad Olsun Azərbaycan Şəhidi!".
Bəli, ötən yazımızda da qeyd etdiyimiz kimi, Sumqayıtın təmir və abadlaşdırma gedən bütün ərazilərində icra hakimiyyətinin başçısı Zakir Fərəcov görülən işləri xüsusi nəzarətində saxladığı üçün, bir daha şahidi olduq ki, ümumiyyətlə, şəhərin bu hissələrinin siması bütovlükdə dəyişir. Şəhər rəhbərliyinin gördüyü işlər sırasında prioritetlərdən olan Şəhidlər Xiyabanının abadlaşdırılması, müasir standartlara cavab verən inşaat materiallarindan istifadə hesabına yekunlaşıb.


Yeri gəlmişkən, onu da deyək ki, son vaxtlar, şəhərin girişindən tutmuş müxtəlif yerlərində görülən tikinti, abadlıq-quruculuq işləri yerli sakinləri olduqca sevindirməklə bərabər, biznes mühitini də, Sumqayıtda yeni biznes açmaq istəyənlər üçün son dərəcə cazibədar edib. Bütün bunları isə, şəhər sakinləri və iş adamları dövlət başçısının Sumqayıta diqqətinin nəticəsi kimi qiymətləndirirlər. Bu, onların, bu inkişaf fonunda ifadə etdikləri böyük razılıqlarda da öz əksini tapır. Onların dediklərində Prezident İlham Əliyevin Sumqayıta olan diqqət və qayğısından, şəhərin gündən-günə gözəlləşməsindən, şəhərdə həyata keçirilən abadlıq-quruculuq işlərindən hədsiz razılıqlar ifadə olunur, bütün bunlara görə, onlar tərəfindən dövlət başçısına dərin minnətdarlıq və təşəkkürlər çatdırılır.


Səməndər QURBANOV,
Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbirləri.

DOĞUM GÜNLƏRİ BU TARİXƏ DÜŞƏN ŞƏHİDLƏRİMİZ -- FOTOLARI

birinci

44 günlük Vətən Müharibəsi müzəffər Azərbaycan Ordusunun möhtəşəm qələbəsi ilə başa çatdı və əbədi olaraq tarixə yazıldı. Bəli, bu Böyük Qələbə xalqımızın qəhrəmanlıq tarixində özünəməxsus böyük epopeyalar, səlnamələr və dastanlar yazmış oldu!

Bu gün, bu Möhtəşəm Qələbəni canları, qanları bahasına bizə bəxş etmiş
Vətən Müharibəsi şəhidlərimizdən 3 nəfərin doğum günüdür.

araz.az şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir və bu gün ad günlərini qeyd etdiyimiz şəhidlərimiz haqqında məlumatları dəyərli oxucularımızın və ictimaiyyətin də diqqətinə çatdırır:dördüncü

MAHHXHQ, əsgər Məmmədov Sərxan Elxan oğlu 1993-cü ildə Yevlax rayonunda dünyaya gəlib. 2012-ci ildə müddətli hərbi xidmətə çağırılıb. 2020-ci il 27 sentyabr tarixindən Vətən müharibəsində iştirak edən qəhrəmanımız Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib və verilən döyüş tapşırıqlarını uğurla yerinə yetirib.

Oktyabrın 19-u 2020-ci ildə Talış-Suqovuşan istiqamətində gedən döyüşlər zamanı şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Sərxan Məmmədov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.beşinci

Əsgər Səfərov İntiqam Əlihüseyn oğlu 4 noyabr 1998-ci il Rusiya Federasiyasının Saransk şəhərində anadan olub. Bakı şəhərinə gəldikdən sonra, Maştağa qəsəbəsində yerləşən Ə.Vahid adına 293 saylı tam orta məktəbdə təhsil alıb.

2015-ci ildə orta təhsili başa vuran İntiqam Səfərov 2016- ci ildə “Kompüter operatoru” peşəsini müvəffəqiyyətlə bitirib. 2020-ci ildə Tərtərdə N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

O, 27 sentyabr 2020-ci il tarixində başlanan Vətən müharibəsində iştirak edib və Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə vuruşub.

6 oktyabr 2020-ci il tarixində Talış kəndi və Suqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Şəhid Səfərov İntiqam Əlihüseyn oğlu Maştağa kəndində yerləşən Şəhidlər Xiyabanında dəfn edilib.

Prezident İlham Əliyevin sərəncamlarına əsasən, İntiqam Səfərov ölümündən sonra “İgidliyə görə”, “ Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.yeni şəkil

Əsgər Babayev Mustafa Elman oğlu 2000-ci il noyabrın 4-də Ağstafa rayonunun Yenigün kəndində anadan olub. Orta təhsilini 2007-2018-ci illərdə E. Mustafayev adına Yenigün kənd və 2 saylı Xırdalan şəhər tam orta məktəblərində alıb.

Mustafa Babayev 2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. O, müharibə zamanı Füzuli, Qubadlı, Zəngilan və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb.

Şəhidimiz Ağstafada Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Mustafa Babayev ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.ikinci

Şəhidlər ölməz, vətən bölünməz.

Rəşad CƏFƏRLİ,

araz.az xəbər portalının xüsusi müxbiri.

4 -dən səhifə 44

Əlaqəli xəbərlər