Mətbuat GENERALINDAN DİN generalına: "Cənab general, həyatım təhlükədədir"-MÜRACİƏT

1516083862_rafiq-abbasov.jpg

AYDIN CANIYEV DİN GENERALINA MÜRACİƏT ETDİ !!!
CƏNAB GENERAL, HƏYATIM TƏHLÜKƏDƏDİR !!!
 
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi
Baş Kadrlar İdarəsinin rəisi,
polis general-mayoru Rafiq Abbasova
 
Surəti
Daxili işlər naziri
general-polkovnik Ramil Usubova
Surəti:  Yasamal RPİ 28-ci PB-yə
Surəti:  bütün onlayn və print mediaya
 
 
Cənab general!
 
Sizə üç əsaslı amilə görə müraciət edirəm. Mən sadəcə qəbulunuza da yazılsaydım, bilirəm ki, qəbul edəcəkdiniz, amma və lakin… səbəb odur ki, bu müraciət xahiş və ya hansısa işgüzar motiv daşımır, sırf həyatımın təhlükədə olması ilə bağlıdır və bunu ictimailəşdirərək etməyimin nədənini açıqlayıram.
 
Əvvəla, niyə məhz Sizi seçməyimə aydınlıq gətirim:
 
Biz bir-birimizi üzbəsurət 2006-cı ilin fevralın 9-da aşura gecəsi tanıdıq: Lənkəran şəhər polis şöbəsinin rəisi olduğunuz otağınızda. Siz saat 18.00-dan gecə saat 00.30-a qədər mənim özümə gəlməyimi gözləmişdiniz. Ona qədər isə, yəni 11 gün əvvəl, 28 yanvarda mən "Geopolitika XXI əsr” qəzetində Sizi kəskin, bəzi məqamlarda Sizdən asılı olmayan məsələlərə görə sərt tənqid etmişdim. Məni dinlədiniz, ruhi-psixoloji halımı və sarsıntılarımı, şərəf və ləyaqətim uğrunda atdığım addımları nəzərə aldınız. Səmimi söhbət edib cəmiyyətin birgəyaşayış qaydalarına uyğun olmayan hərəkətimə görə mümkün olan ən yumşaq cəzanı verməklə – cərimə etməklə məni buraxdınız. Gecə saat 01.30 olardı. Qapıdan çıxanda Sizə minnətdarlıq etdim və üzrxahlıq edərək bir suala cavab verməyinizi istədim:
 
– Rəis, mən Sizi cəmi 11 gün əvvəl sərt və bəzi məqamlarda, belə deyək, haqsız tənqid etmişdim. İndi əlinizə düşmüşdüm, nəinki inzibati xətalar məcəlləsi ilə, hətta cinayət məcəlləsinin azadlıqdan məhrumetmə maddələrindən biri ilə də iş aça bilərdiniz, heç nə də edə bilməyəcəkdim, üzəduranlar da hələ də qapıdadı, niyə etmədiniz? Amma səmimi…
 
Ölkə prezidenti İlham Əliyevin portretinə işarə edərək:
– Cənab Prezident jurnalistlərlə humanist davranmağı tövsiyə və tələb edir!
Dediniz və mən heyrət etdim! Otaqda biz ikimiz idik: nə Az.TV-nin kameraları vardı, nə də ayrı biri. Siz – kəskin tənqid olunan rəis və mən – Sizi tənqid edən həmin jurnalist və həm də günahkar. Aradan cəmi 11 gün keçmişdi!
 
Bu mərdliyi – Azərbaycan kişisinin öz şərəf və ləyaqəti uğrunda bacardığı yollarla vuruşmasını anlamağınızı, əleyhdarınız olsa belə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməyərək fürsətcillikdən yan keçməyinizi və qanunun maksimum islahedici hallarına üstünlük verməyinizi heç zaman unutmadım!
 
Sonra bu mərdliyi elə həmin fevralın 23-də – kişilər günündə də gördüm.
 
Sonra bu mərdliyi sonrakı ayın – martın 20-də də gördüm.
 
Sonra bu mərdliyi Siz 2006-2007-ci illərdə DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, 2007-2014-cü illərdə isə Bakı şəhər Baş Polis İdarəsinin rəisi vəzifələrində çalışarkən də gördüm – ən müxtəlif qəzetlərdə Sizi dəstəkləyən, təbliğ edən yazılarla çıxış etdim, motiv bir idi: bu şəxs, yəni ki, Rafiq Abbasov olduğu hər yerdə hər bir azərbaycanlının təkcə konstitusion deyil, həm də milli-mental dəyərlərinin qoruyucusudur deyə! Amma heç vaxt Sizinlə görüşmədim! Mənə bəs edirdi: "poqon” – çin altında bir ləyaqətli Azərbaycan kişisi var və mən onu tanıyırdım!
 
Yəni bu iki amilə, – həm çin sahibisiniz, mənsub olduğunuz komandaya, onun rəhbərinə – Prezidentə sadiqsiniz, həm də milli-mental dəyərlər Sizin üçün önəmlidir, – görə Sizə müraciət edirəm.
Üçüncü amil isə odur ki… Sizə məhz DİN BAŞ KADRLAR İDARƏSİNİN rəisisiniz! Bu an buna məndən çox sevinən ikinci bir şəxs hətta özünüz deyilsiniz. Çünki Siz Baş Kadrlar İdarəsinin rəisi olmasaydınız, mən bu vəzifə sahibinə müraciət etməzdim. Sizə inanıram! Qəbul edib verəcəyiniz qərardan asılı olmayaraq!
Sizin qəbulunuzda olmaq, Sizi həqiqətlə tanış etmək və nəticəni gözləmək istəyirəm. Bilirəm ki, Siz həm cənab nazirə həqiqəti məruzə edəcəksiniz, həm də kişiliyə, qanunlara, polisliyə tüpürməsiylə məni Sizə müraciət etməyə məcbur etmiş Rahibin, – özünü ağdaşlı Ramin və polis işçisi kimi təqdim edən, +99455 247 80 16 saylı mobil telefon istifadəçisinin, – DİN sıralarında bundan sonra saxlanmasının məqsədəuyğun olmadığına əmin olacaqsınız!
 
Ən azından bu adam Azərbaycan əxlaqına, adət-ənənələrinə, kişiliyinə tüpürmüş biri olmaqla bərabər, həm də polis mundirini alçaldan məsuliyyətsiz biridir. Bunlar bir yana, bu adamın düşüncəsində və əxlaqında qanunların varlığına tüpürmək cəsarəti haracan desən var! Bax buna görə üzümü Sizə tutdum!
 
Mən təfsilatı Sizə burdan yazmıram. Özünüz oxuyacaqsınız onun yazdıqlarını – iyrənəcəksiniz belə birinin polis olmağından! Dinləyəcəksiniz danışdıqlarını, nifrət edəcəksiniz!
 
Mən sadəcə məlumat verirəm: 11 dekabr 2017-ci ildə gecə saat 03.00-04.00 radələrində həm sosial şəbəkədə mesaj bölümündə, həm də mobil telefonda həyatda heç vaxt görmədiyim, heç bir şəxsi qərəzim olmayan, heç bir halda kəsişmə nöqtəmiz olmayan Rahib adlı polis (həqiqətən də bu adamın adı Rahibdir və internet resurslarda nömrəsi axtarışa verilərkən adı elə də çıxır: "Rahib Polis”) məni və ailə üzvümü cinsi zorakılığa məruz qoyacağını bəyan etdikdə ilk olaraq onun mobil telefonuna mesaj yazıb Daxili Təhqiqat İdarəsinin onunla məşğul olacağıyla xəbərdar etdim. Hədələrini, təhqirlərini, aşağılayıcı ifadələrini, zorakılıq bəyanatlarını daha da artırdıqda isə 35 (otuz beş!!!) dəfə ona anlaşmaq üçün zəng etdim və son sözü bu oldu: "dalını dağıdaram”.
Gündüz DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovun nömrəsini tapıb ona zəng etdim. Təxminən dörd dəqiqəlik danışığımız zamanı vəziyyəti izah etdim. Mənə 102 xidmətinə zəng vurmağın doğru yol olduğunu bildirdi.  102 xidmətinə zəng vurdum. 10 dəqiqə sonra +994557150349 nömrəli telefondan zəng olunaraq Yasamaldakı 28-ci bölməyə dəvət olundum. Getdim. İzah elədim. Ərizə aldılar. Bir həftə keçdi, xəbər olmadı. Yenə getdim. Bildirdilər ki, 15 günə cavab veriləcək – şifahi və yaxud yazılı. Yenə cavab verilmədi. Dekabrın 27-də, yəni vətəndaşların ərizə və şikayətlərinə 15 iş günü müddətində baxılması təlimatına uyğun olaraq, yenidən növbətçi hissəyə müraciət etdim. Ki… rəis, nə oldu, 15 iş günü də keçdi, alınmır??? Bu dəfə məni kirayə qaldığım sahə üzrə cavabdeh polis kapitanı Ərəstun Qurbanovla calaşdırdılar. O da bir həftə sonra məndən izahat aldı. Artıq bir aydan artıqdır ki, mənə heç şifahi şəkildə də bildirilməyib ki, kimdir bu Rahib, harada işləyir, soyadı nədir. Mən sadəcə bu adamın kimliyini ona görə bilmək istəyirdim ki, görüm doğrudanmı bu Rahib polis "hacıməmmədovluq” gücündədi ya yox! Və… Rahib polisə telefonda kimliyimi bildirdiyim kimi, Ərəstun Qurbanova da ətraflı məlumat vermişəm, tərcümeyi-halımı danışmışam, Rahiblə yazışmanı oxutmuşam və üstündən yenə də bir həftə keçib. Reaksiya sıfır!
 
Hörmətli general!
Nə polis Rahib, nə polis Ərəstun Qurbanov məni tanımır, tanımaq da istəmir və bilmirlər… amma Siz şahidsiniz və bilirsiniz, mən şərəf və ləyaqətim uğrunda hətta… cinayətə belə gözüyumulu atılıram!
 
Mənim həyatım ona görə təhlükədə deyil ki, Rahib arvadınımı, bacısınımı, kiçik qardaşının arvadınımı, – Sevgiladə Qənimət Zahidin üzünə durduğu kimi, – mənim üzümə durğuzacaq!Bilirəm, bu an əsəbləşirsiniz, amma onun yazdıqlarını oxuyanda mənim belə düşünməkdə nə qədər haqlı olduğumu görəcəksiniz: adam anasını-bacısını söydürüb söhbəti heç nə olmamış kimi davam etdirəcək qədər özünü buraxmış biridir!
Mənim həyatım ona görə təhlükədə deyil ki, Mirzə Sakit kimi yol gedəndə cibimdən narkotik maddə tapdıracaq bu Rahib polis – bu günün "Hacı Məmmədov”u. Bilirəm, yenə əsəbləşirsiniz, amma və lakin… yazdıqlarını oxuyanda görəcəksiniz ki, adam qanunları necə ayaqaltı bilir!
 
Adamın DİN-də daxili təhqiqat idarəsinin və mətbuat xidmətinin varlığından xəbəri yoxdu!
 
Mənim həyatım heç ona görə də təhlükədə deyil ki, bu Rahib polis Hacı Məmmədov kimi məni oğurlayıb, başıma mesajda yazdığı, telefonda söylədiyi oyunları açacaq!
 
Bütün bu şərləmələr və böhtanlar ola bilər və çox da mümkündür! Mən bunları təhlükə hesab etmirəm – oturmuşam evdə, heç hara çıxmıram!
 
Bəli, cənab general, doğru bildiniz, mənim həyatım ona görə təhlükədədi ki, mən şərəf və ləyaqətimi qorumaq üçün hətta cinayətə də əl ata bilərəm! Amma bu günə qədər mənim kimi çılğın adam Rahib polisin mənə və ailə üzvümə qarşı polisə yaraşmayan, azərbaycanlı kişisinə heç yaraşmayan təhqiredici, hədələyici, aşağılayıcı davranışına ona görə səbr edib (bəli! səbr etmişəm, peysərə verməmişəm), detektivlik etməmişəm ki, Siz varsınız!
 
Mən səbrimin son damlasıyla bu müraciəti yazıram və bəyan edirəm: bu andan Yasamal rayon 28-ci polis bölməsinin həyatıma yaranan təhlükənin qarşısını almaq üçün ASTAGƏLLİKLƏ addım atmasına görə onların qanunçuluğu qoruma missiyasından imtina edirəm, daha onların heç bir çağırışına cavab verməyəcəm, xahiş edirəm də ki, bunu polisin çağırışına cavab verməmək kimi qiymələndirməyəsiniz! Son sözüm isə budur: yalnız Sizinlə görüşdən sonra məsləhət bildiyiniz addımı atacam!
 
Xahiş edirəm, məni qəbul edin və oxuyun Rahib polisin yazdıqlarını, dinləyin dediklərini və DOĞRU, QƏNAƏTBƏXŞ qərarı verin!
 
Mən bir daha inanmaq və əmin olmaq istəyirəm: Siz hələ də Prezidentin "jurnalistlərlə humanist davranın” tövsiyə və tələbinə sadiqsiniz.
 
Prezidentin bu tövsiyə və tələbinə Yasamal RPİ 28-ci bölmədəki cavabdehlər əməl etmədi!
Hörmətlə və Sizə inamla:
Aydın CANIYEV
müstəqil jurnalist
 

Xaləddin İsgəndərovdan mediaya qadağa - "Heç kimə açıqlama verilməyəcək"

1516106096_1516099841_1c07b9d808625809d91e37f7b38e1695.jpg

Binəqədi Rayon İcra Hakimiyyəti başçı Xaləddin İsgəndərovla bağlı saytlarda yazılan xəbərlərə heç bir münasibət bildirməyəcək.

Araz.az Bakunews.az əsasən xəbər verir ki, bu sözləri axar.az-a Binəqədi Rayon İcra Hakimiyyətindən başçı X.İsgəndərovun Almaniyaya müalicəyə getməsi və səhhəti ilə əlaqədar işə çıxmamasına münasibət bildirərkən deyiblər.

İcradan bildirilib ki, Xaləddin İsgəndərovla bağlı bu günlərdə yayılan heç bir məlumata cavab vermək istəmirlər və mediaya da bu barədə heç bir açıqlama verilməyəəcək.

Qeyd edək ki, "Yeni Müsavat”qəzeti Binəqədi İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun Almaniyaya müalicəyə getdiyi ilə bağlı məlumat yaymışdı. Məlumatda X.İsgəndərovun illərdir baş ağrılarından əziyyət çəkdiyi və ildə 1 dəfə Almaniyada müalicə olunduğu bildirilmişdi.

Fazil Mustafa tarixi şəxsiyyətlərlə bağlı qanunun əleyhinə çıxdı

fazil-1.jpg

Son vaxtlar çağırışlar daha da intensivləşir: adamlar yer aldıqları bütün məclislərdən tələb edirlər ki, tarixi şəxsiyyətlərimizə qarşı çıxışları qadağan edən qanun qəbul olunmalıdır.

Araz.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.

“Onlara toxunmaq olmaz, təftiş etmək olmaz, barəsində həqiqətləri söyləmək olmaz və s. Bu təkliflə çıxış edənlərin bir qismi də titulları və diplomları bioqrafiyasına doldurmuş, hansısa orijinal yaradıcı mətnləri olmayan “alimlər”dir” – deyən millət vəkilinin iddiasına görə, gerçək alim “qadağan” sözünü dilinə gətirə bilməz, yazıya daha yetkin və məntiqli yazı ilə, kitaba kitabla cavab verər:

“Adama deyərlər ki, ay odun parçası, sənin hansısa mövzuda kiminsə aydın fikirlərini təkzib etməyə, çözməyə, əks dəlillərlə susdurmağa inttellektin yetərli deyilsə, qanunun, hüququn arxasında niyə gizlənməyə çalışırsan? Bu gün layiq olmadığı halda, akademik, professor, fəlsəfə doktoru elmi dərəcəsini daşıyanlara kim mane olur ki, çıxıb debatlarda bizim millətə sırınmış, tariximizdə faydalı rolu olmamış kimlikləri müdafiə etsin? Bu cəmiyyətdə saxta alimlərin sayı çoxaldıqca, fikir mühitini daraltmaq istəyənlərin də sayı artmağa başlayır”.

Bəs onların tələbləri nədir? Millət vəkili belə cavab verib:

“Onların fikrincə, saxta din anlayışımıza toxunmaq olmaz, saxta tarix konsepsiyamıza toxunmaq olmaz, Stalinin bizim üçün müəyyənləşdirdiyi saxta qəhrəmanlar mövzusuna toxunmaq olmaz, Sasani düşüncəsinin milli libasda təzahürlərinə toxunmaq olmaz! Qəribədir, dualist inanc kodunu daşıyan biz Azərbaycan insanı üçün məsum filosof-şairimiz Hüseyn Cavid də, onu güllələdən Mircəfər Bağırov da eyni statuslu dəyərdir. Formal da olsa, təbliğ etdiyi dinə mənsubluğumuzu ifadə etdiyimiz Məhəmməd də, bu dinə qarşı amansız müqavimət göstərən Babək də eyni statuslu dəyərdir.

Azərbaycanı müstəqil görmək istəyən Məhəmmədəmin bəy də, onu Rusiyanın tərkibində görmək istəyən Nərimanov da eyni statuslu dəyərdir. Türk və İslam Birliyinin atəşli carçısı olan Nadir Şah da, bu birliyin üzərində Sasani düşüncəsini qalib gəlməsini təmin edən Şah İsmayıl da eyni statuslu dəyərdir. Bunların nəticəsi bilirsiniz nədir? Çaşqınlıq, məntiqsizlik, tarixi doğru çözə bilməmək, gələcəyin tələblərini anlamamaq deməkdir. Biz Sasani dövrünün, Səfəvi dövrünün, Çar Rusiyasi dövrünün, Sovet dövründən bizim üçün formalaşdırdıqları qəlibləri indiki müstəqillik dövrümüzdə yenidən çək-çevir etməsək, çözə bilməsək, gələcəyin Qarabağ savaşında, Azərbaycan savaşında yenə də məğlubiyyətlər yaşayacağıq”. 

Millət vəkilinin fikrincə, həmin adamlar özləri siyasətdə demokratiyanın azlığından gileylənirlər, ancaq eyni qaydada başqasının görüşlərini də dinləməkdən imtina edirlər:

“Fikrimi bir olmuş əhvalatın fərqli anlaşıla biləcək məzmunu ilə əsaslandırmaq istəyirəm. Bütün əsrlərdə və qərinələrdə Şeyx Nəsrullahın ölü dirildəcəyinə inanmış insanların qələbəlik olduğu bir məmləkətdə bir çoban çox-çox sevdiyi, özünün və sürüsünün dəfələrlə xilaskarı saydığı qurdlarla savaşda yaralanıb ölən itini bir ağacın altında basdırır. Ara-sıra gəlib sevdiyi itini xatırlaması üçün ətrafdakı ağaclarla qarışdırmasın deyə həmin ağaca qırmızı köynəyinin qolundan bir parça cırıb bağlayır. Kədərli halda bir neçə gün dolaşandan sonra yenə də sürüsünün yönünü bu məkandan salıb itini ziyarət etmək istəyir. Gəlib yetişəndə gözlərinə inana bilmir. Həmi ağacaın altında itini basdırdığı ağacın ətrafında minlərlə insan başına döyür, ağlaşır, itin yerini tanımaq üçün çobanın qoyduğu daşı öpür, dualar edir. Həm də bunların çoxu mahalın mədrəsə təhsilli, diplomlu başbilənləri sayılırlar. Baxır ki, ağacın budaqlarından isə saysız-hesabsız qırmızı parçalar bağlanıb. Çobanın vicdanı sızlayır, yaxınlaşıb bu insanlara deyir ki, burada onun iti basdırılıb, bu, yanlış hərəkətdir, buranı ibadət yerinə çevirmək olmaz, Yaradana bu durum xoş gəlməz. Gözü qızmış qələbəlik çobanın başını yarıb, üst-başını pardaxlayıb oradan qovurlar ki, sən niyə bizin inancımıza sataşırsan, sən niyə bizim qəhrəmanımıza böhtan atırsan. Öz qoyunlarına istədiyini anlada bilən çoban şüurlu sayılan bu insan sürüsünə sadə bir doğrunu illərlə anlada bilmir.

Bu əhvalatın necə bitdiyi barədə bilgim yoxdur. Bəziləri deyir ki, həmin çoban Kefli İsgəndər kimi, içkiyə aludə olub, hər səhər ziyarətçilərin qarşısına çıxıb onları məsxəyərə qoyurmuş. Başqalarının nəql etdiyinə görə, çoban bir saz tapıb, oba-oba gəzərək itinin kəramətindən danışıb dolanışığını təmin edirmiş. Hansı doğru, hansı yanlışdır, bilmirəm. Onu bilirəm ki, modern dövrümüzədək hər kəsin içində bu barədə şübhə qalsa da, kimsə “inanclarımıza və dəyərlərimizə əl uzatmaq olmaz” tabusunu sındırmağa cəsarət etmədiyinə görə bu ibadət forması yaşamaqdadır. İnsanlara anlatmaq olmayıb ki, bu millətin və dövlətin bir daha məğlubiyyətə düçar olmaması üçün heç kimi və heç nəyi müqəddəsləşdirmək, pirə, kəramət axtarılan yerə, ibadət ocağına çevirmək olmaz. Təhlil edin, təftiş edin, lakin təhqir etməyin. Xüsusilə də öz inandığınız ehkamları başqasına zorla, susdurmaqla sırımağa çalışmayın, faydalı bildiyiniz görüşləri ictimailəşdirməkdən çəkinməyin, qəbul etmədiyiniz görüşlərə görə başqasını söyüşlə qarşılamayın, əks dəlillərinizi mədəni üslubda ortaya qoymağa çalışın…”

Elmar Vəliyev Gəncə bazarını mühasirəyə alıb – Sahibkarlar acınacaqlı durumda – FOTO

1516000328_1457841828_1441998553_img-4933.jpg

“Yolları qazırlar, bağlayırlar, avtobus xətlərini kəsib təzə bazara istiqamətləndiriblər. Vəziyyət çox pisdir”
 
Sovetlər dönəmində mərkəzi kolxoz bazarı kimi tanınan “Gəncə bazarı”nda mağaza sahibləri və icarədarları Gəncənin icra başçısı Elmar Vəliyevdən şikayətçidir.
 
Turkustan.info BakuPost-a istinadən xəbər verir ki, bazarda çalışanlar 2 aya yaxındır, icra hakimiyyətinin və polis əməkdaşlarının təzyiqlərindən bezara gəliblər. Belə ki, səlahiyyətli şəxslər bazara gələrək, buranın söküləcəyini, tezliklə dağıdılacağını anons edirlər. Onlar bazar işçilərinə buranı tez bir zamanda tərk etmələrini “məsləhət görür”. Buna səbəb isə icra başçısı Elmar Vəliyevin Gəncədə özünə yeni bazar açmasıdır. Məlumat üçün bildirək ki, bir müddət əvvəl Gəncədə “Grand Qafqaz” ticarət mərkəzi fəaliyyətə başlayıb. Obyekt kifayət qədər böyükdür. Onun fəaliyyətini genişləndirmək üçün isə müxtəlif planlar hazırlanıb.
 
Bu planlardan biri və ən əsası digər bazarların qapadılaraq, bura köçürülməsinə nail olunmaqdır. Gəncə bazarında mağaza sahibi olan şəxslərdən biri (təzyiqlərdən qorxduğu üşün adının çəkilməsini istəmir – red.) saytımıza müraciət edərək bildirib ki, 10 gündür, bazar və ətrafındakı küçələrdə vəziyyət acınacaqlı hala salınıb. Bazara gələn yollar qapadılıb, sökülüb, küçələrdə isə işıq və su kəsilib. “1 ay, ay yarım əvvəl icra hakimiyyətinin işçiləri bazarda dövrə vurmağa, camaatı incitməyə başladı. Başlamışdılar deməyə ki, bazar söküləcək, dağılacaq, burdan çıxmaq lazımdır. Son 10 gündə isə təzyiqlər kəskin xarakter alıb. Hətta şayiə də yaymışdılar ki, bazarı yandıra bilərlər, dağıda bilərlər. Belə edirlər ki, camaat qorxusundan buranı tərk etsin, getsin təzə bazara (“Grand Qafqaz”ticarət mərkəzi nəzərdə tutulur – red.). Gəncə bazarı ətrafında Nizami və Vaqif küçələri var. Şəhərin ən yaxşı ticarət obyektləri buradadır. İndi də başlayıblar həmin obyektlərin icarədarlarını və sahiblərini incitməyə. Yolları qazırlar, bağlayırlar, avtobus xətlərini kəsib təzə bazara istiqamətləndiriblər. Vəziyyət çox pisdir. Bu gün gəlmişəm mağazaya, qonşu mağazanın icarədarları, sahibləri deyir ki, bəlkə çıxaq gedək? Hamının canına qorxu salıblar. Hamını incidirlər. 15 dəqiqə əvvəl elə gəlib küçədəki məhsulları təpikləyib getdilər ki, küçə satışı qadağandır. Neçə gündür Vaqif küçəsinin işıqları yanmır, suyu gəlmir. Bu boyda sahibkarların hamısının işini iflic ediblər. Günə 300-400 manat gəliri olan mağazalar neçə gündür ki, siftə belə edə bilmir. Bu gün Vaqif küçəsində bir sahibkar 25 ildir işlətdiyi, ailəsini oradan gələn gəlirlə saxladığı mağazanı bağladı. Çünki işlədə bilmədi. Su yox, işıq yox, avtobus yox… Təbii ki, bu səbəblərdən müştəri də yox. Bazarda və ətraf küçələrdə vəziyyəti o hala qoyublar ki, nəinki müştəri, heç mağazanın yiyəsi belə orada dayanmaq istəmir”, – deyə şikayətçi bildirib.
 
 
 
Sahibkarın sözlərinə görə, təzə bazara köçənlər var, lakin onlar məcbur olduqları üçün gediblər. Mağaza sahibi onu da əlavə edib ki, “Grand Qafqaz”da icarə haqları 400-3000 manat arasında dəyişir, lakin Gəncə bazarında bu, 2-3 dəfə ucuzdur – yəni 100-1200 manat civarındadır.
 
Məlumata görə, “Grand Qafqaz” açılana kimi Gəncədə 3 bazar fəaliyyət göstərirmiş. Lakin yeni ticarət mərkəzi açıldıqdan sonra bazarlar 2-nin fəaliyyəti dayandırılıb və oradakı sahibkar və icarədarlardan gücləri çatanlar köçürülüb yeni bazara. İndi isə Gəncə kimi böyük şəhərdə “Grand Qafqaz”dan başqa yalnız bir bazar qalıb. O da Gəncə bazarıdır. Rayon rəhbərliyi o bazarın da bağlanmasına nail olmağa çalışır. Yəni, kimsə evinə bazarlıq etmək üçün şəhərin o başından bu başına gəlməlidir… 
 
Məsələ ilə bağlı Gəncə şəhər İcra Hakimiyyətindən “BakuPost”un sorğusuna cavab verilib. Lakin sorğuda bazarla bağlı suallara deyil, sadəcə yollarla bağlı suala aydınlıq gətirilib. İcra hakimiyyətinin cavabını olduğu kimi təqdim edirik: “Gəncədə su təsərrüfatı və kanalizasiya sisteminin yenidən qurulması davam edir. Layihənin 4-cü mərhələsi 3 il müddətinə həyata keçirilir. Layihə çərçivəsində sovet dönəmindən qalan və istismar müddətini başa vuran müxtəlif diametrli su və kanalizasiya xətləri yenilənir. Artıq aparılan işlər şəhərin müxtəlif küçə və prospektlərində başa çatırılıb. Hazırda şəhərin Nizami prospektində (Gəncə bazarının ətrafı), Vaqif və Əttarlar küçələrində iş sürətlə davam edir. Bildirək ki, Gəncə şəhərində yaranacaq tullantı suları gələcəkdə Samux rayonu ərazisində inşa ediləcək və məhsuldarlığı sutkada 120 min kubmetr olacaq təmizləyici qurğuda zərərsizləşdiriləcək”.
 


Prezident İlham Əliyev: “Bolqarıstan və Azərbaycan bundan sonra da uğurla əməkdaşlıq edəcək” - YENİLƏNİB

15160268226346043098-1000x669.jpg

«Bu gün biz əlaqələrimizin müxtəlif aspektlərini geniş müzakirə etdik. Bir daha təsdiq etdik ki, Bolqarıstan və Azərbaycan iki dost ölkə kimi bundan sonra da uğurla əməkdaşlıq edəcək».

Araz.az-ın APA-ya əsasən verdiyi məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda Bolqarıstan baş naziri Boyko Borisovla birgə mətbuata bəyanatla çıxışında deyib.

«İqtisadi sahədə biz çalışmalıyıq ki, aramızdakı ticarət dövriyyəsinin həcmini artıraq. Hazırda bu, lazımi səviyyədə deyil. Müvafiq göstərişlər verildi ki, qısa müddət ərzində ticarət dövriyyəsinin artırılması istiqamətində konkret addımlar atılsın. Hesab edirəm ki, qarşılıqlı sərmayə qoyuluşu üçün də yaxşı imkanlar var və biz bu istiqamətdə də işləyəcəyik», deyə dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev deyib ki, bugünkü danışıqların əsas mövzusu energetika sahəsi ilə bağlı olub: “Bildiyiniz kimi, bu sahədə biz tərəfdaşıq. Azərbaycan və Bolqarıstan birlikdə digər ölkələrlə bərabər Cənub Qaz Dəhlizinin icrasını təmin edirlər. Azərbaycanın zəngin qaz yataqları vardır. Təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Cənub Qaz Dəhlizinin inşası Avropanın enerji təhlükəsizliyinə növbəti töhfəmiz olacaqdır. Hazırda Azərbaycan nefti bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin edir və yaxın gələcəkdə Azərbaycan qazı da eyni funksiyanı daşıyacaqdır. Cənub Qaz Dəhlizinin icrası uğurla gedir. “Şahdənz-2” layihəsinin icrası 99 faizə çatıbdır. “Şahdəniz-2” Cənub Qaz Dəhlizinin əsas resurs bazasıdır. Eyni zamanda, bu il TANAP layihəsinin başa çatması nəzərdə tutulmuşdur. Bu layihənin icrası da 90 faizə çatıbdır. Beləliklə, bütün işlər qrafik üzrə gedir və bu nəhəng layihə uğurla icra edilir. Cənub Qaz Dəhlizinin icrasından sonra Avropanın enerji təhlükəsizliyi məsələləri daha da möhkəm təməl üzərində qurulacaqdır və biz şadıq ki, Azərbaycan bu məsələyə öz töhfəsini verməkdədir. Bir neçə ildən sonra 1 milyard kubmetr Azərbaycan qazının Bolqarıstan ərazisinə nəql ediləcəyini nəzərə alaraq, biz bu gün cənab Baş nazirlə müvafiq qurumların rəhbərlərinə göstəriş vermişik ki, tezliklə Azərbaycan şirkəti SOCAR-ın Bolqarıstanda qazlaşdırma ilə bağlı məsələləri araşdırsınlar və imkanları haqqında məlumatlar versinlər”.

Dövlət başçısı xatırladıb ki, keçən ilin oktyabr ayında Bakı-Tbilisi-Qars dəmir yolunun Bakıda təntənəli açılışı olub: “Bu dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsini yenidən tərtib edir. Bu, Avropa ilə Asiya arasında ən qısa nəqliyyat marşrutu olacaqdır. Artıq Bakı-Tbilisi-Qars dəmir yolu işləyir və məsafə baxımından Avropa və Asiya arasında ən qısa yoldur. Vaxt baxımından isə cəmi iki həftə ərzində Asiyadan Avropaya yüklər bu dəhliz vasitəsilə daşına bilər. Əlbəttə, Bolqarıstan da bu dəhlizin üzərində yerləşdiyi üçün biz göstərişlər verdik ki, müvafiq qurumlar bu məsələni də müzakirə etsinlər və yükdaşımalarının artırılması istiqamətində işlər görülsün”.

Prezident İlham Əliyev Boyko Borisova Bolqarıstanın Avropa İttifaqına sədrliyi ilə bağlı təbriklətini çatdırıb: “Bu, Bolqarıstanın böyük uğurudur və böyük məsuliyyətidir. Əminəm ki, Bolqarıstan bu şərəfli missiyanı uğurla icra edəcək. Eyni zamanda, Bolqarıstanın sədrliyi dövründə Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı üçün yeni imkanlar yaradılacaq, xüsusilə hazırda Avropa İttifaqı ilə biz yeni saziş üzərində iş aparırıq və danışıqlar çox uğurla davam etdirilir”.

***

18:35

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan prezidentiİlham Əliyev və Bolqarıstan baş naziri Boyko Borisov mətbuata bəyanatlarla çıxış ediblər.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

36 -dən səhifə 45

Əlaqəli xəbərlər