DOĞUM GÜNLƏRİ BU TARİXƏ DÜŞƏN ŞƏHİDLƏRİMİZİN -- FOTOLARI

PROFİL FOTO 1b44 günlük Vətən Müharibəsi müzəffər Azərbaycan Ordusunun möhtəşəm qələbəsi ilə başa çatdı və əbədi olaraq tarixə yazıldı. Bəli, bu Böyük Qələbə xalqımızın qəhrəmanlıq tarixində özünəməxsus böyük epopeyalar, səlnamələr və dastanlar yazmış oldu!

Bu gün, bu Möhtəşəm Qələbəni canları, qanları bahasına bizə bəxş etmiş
Vətən Müharibəsi şəhidlərimizdən 5 nəfərin doğum günüdür.

araz.az şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir və bu gün ad günlərini qeyd etdiyimiz şəhidlərimiz haqqında məlumatları dəyərli oxucularımızın və ictimaiyyətin də diqqətinə çatdırır:

yeni şəkil 2 ci düzəliş

Leytenant Həməşəyev Qismət Oruc oğlu 1988-ci il noyabrın 3-də Rusiya Federasiyasının Rostov şəhərində anadan olub. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 

O, oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhid olub. Qazax rayonunda dəfn olunub. 

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Qismət Həməşəyev ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. yeni 2

Əsgər Kərimov İsmayıl Abbas oğlu 3 noyabr 1990-cı ildə Qəbələ rayon Tüntül kəndində anadan olub. 1996-cı ildə Nohurqışlaq kənd 1 saylı tam orta məktəbində ibtidai təhsil almağa başlayıb. 2007-ci ildə orta təhsilini başa vuran İ.Kərimov, 2009-cu ildə müddətli həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini Murovdağ yüksəkliyində yerləşən N saylı hərbi hissədə keçib. 2010-cu ildə hərbi xidmətini başa vurub. 

İsmayıl Vətən müharibəsinə könüllü olaraq yazılıb. 2020-ci il 27 sentyabrda başlanan Vətən müharibəsində Azərbaycanın işğal altında olan torpaqlarının azad olunmasında iştirak edib. 

5 oktyabr 2020-ci ildə Qarabağ uğrunda gedən döyüşlər zamanı Tərtər rayonu istiqamətində düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. 6 oktyabr 2020-ci il tarixində Qəbələ rayon Tüntül kənd qəbiristanlığında dəfn edilib. 

Şəhidimizin Vətənə əmanət iki oğlan övladı yadigar qalıb. 

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, İsmayıl Kərimov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib. FOTO 3ş

MAHHXHQ, əsgər Sadıqov Elvin Namiq oğlu 1998-ci ildə Goranboy rayonunun Qaradağlı kəndində anadan olub. 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı kəşfiyyatçı-pulemyotçu kimi xidmət edən Elvin Sadıqov, noyabr ayının 3-də Şuşanın azad olunması uğrunda gedən qızğın döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. 

Doğum günündə şəhidlik zirvəsinə ucalan E.Sadıqov doğulduğu Goranboy rayonunda torpağa tapşırılıb. 

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Elvin Sadıqov ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. FOTO 4

MAHHXHQ, baş əsgər Şirəliyev İntiqam Bəxtiyar oğlu 1997-ci il noyabrın 3-də Göyçay rayonunun Potu kəndində anadan olub. O, 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. 

İntiqam Şirəliyev sentyabrın 28-də Kəlbəcər rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Göyçay rayonunun Potu kəndində dəfn olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, İntiqam Şirəliyev ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. FOTO 5g

Gizir Xəlilov Nadir Ağadadaş oğlu 3 noyabr 1984-cü ildə Astara rayonunun Artuna kəndində anadan olub. Orta təhsilini Artuna kənd tam orta məktəbində alıb. 2002-ci ildə N saylı hərbi hissədə əsgər kimi müddətli həqiqi hərbi xidmətə başlayan Nadir Xəlilov, 2005-ci ildə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində (TTM) hərbi təhsil alıb. 2005-ci ildən başlayaraq gizir rütbəsilə tank komandiri vəzifəsində xidmət edib. 

Nadir Xəlilov 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edərək şücaət göstərib. O, sentyabrın 30-da Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub. 

Ömrünün 18 ilini hərbiyə həsr edən tank komandiri, şəhidimizin Vətənə əmanət iki oğlu yadigar qalıb. 

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Nadir Xəlilov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. PROFİL FOTO 2v

 

Şəhidlər ölməz, vətən bölünməz.

Rəşad CƏFƏRLİ,

araz.az xəbər portalının xüsusi müxbiri.

SUMQAYITIN ŞƏHİDLƏR XİYABANINDA ÜÇRƏNGLİ BAYRAĞIMIZ 30 METR HÜNDÜRLÜYÜ OLAN PARILTILI METAL -- "NERJAVEYKA" DİRƏK ÜZƏRİNDƏ DALĞALANACAQ -- AZƏRBAYCANDA DAHA BİR İLK

WhatsApp Image 2021 10 31 at 13.56.38 1Hər şey göz qabağında: Hava şəraiti getdikcə sərt kəskinliyə doğru dəyişsə də, Sumqayıtda xeyli vaxtdır gedən abadlaşdırma və təmir işlərinin sürəti aşağı düşmür. Yüksək zövqlə həyata keçirilən bütün işlər şəhərə xüsusi bir yaraşıq verir, görkəminə gözəllik qatır. Hara baxsan, iş icraçılarının çəkdikləri böyük əziyyətlər hesabına tam olaraq başa çatan bütün işlər valehedicidir. Adama elə gəlir ki, ərazilərində təmir və abadlıq işləri yüksək səviyyədə həyata keçirilən görməli yerlərinin hər biri, sanki, çoxdan, ölkənin bu üçüncü böyük şəhərinin -- Sumqayıtın gözəllik rəmzi kimi qəbul olunubmuş; Elə, yenidənqurma stilli abadlıq və təmir işləriylə görkəmlərinə xüsusi gözəllik qatılan şəhərin adıyla -- "SUMQAYIT" yazısıyla başlayan giriş hissəsi və dənizkənarı park-bulvarı qarışıq, digər görməli yerləri belə, son vaxtlar, adamı bu sarıdan çaşdıranlardır.WhatsApp Image 2021 10 31 at 13.56.39
Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov özünün xüsusi nəzarətində saxladığına görədir ki, Sumqayıtlı Şəhidlərimizin Uyuduqları Müqəddəs Məkanda -- Şəhidlər Xiyabanında başladığı gündən ən müasir inşaat materialları hesabına yüksək zövq və keyfiyyətlə görülən, günü-gündən daha da sürətlənən və tam olaraq başa çatmasına artıq sayılı günlər qalan təmir və abadlıq işlərinin isə, adama təsiri fərqli yöndəndir. Həm də ona görə ki, bu And və Qürur Yerimizdə, şəhər rəhbərinin təşəbbüsü ilə indiyədək həyata keçirilən bütün mürəkkəb işlərə, iş icraçısı Müqayis Verdiyevin başçılığı altında çalışan əlli nəfərə yaxın işçi heyəti böyük məsuliyyət hissiylə yanaşır. Məhz bu işçi heyəti tərəfindən böyük məsuliyyətin nə demək olduğu dərindən anlandığına görədir ki, bu Müqəddəs Ziyarətgahımız indi daha abad olduğu qədər də, şəhərin digər görməli yerlərindən fərqli yöndən təsirlidir.WhatsApp Image 2021 10 31 at 13.56.38
Bəli, icra başçısı Zakir Fərəcovun özünün təşəbbüsüylə və iş icraçısı Müqayis Verdiyevin rəhbərlik etdiyi tikinti şirkətinin bu işçi heyəti tərəfindən neçə vaxtdır yüksək məsuliyyət hissiylə görülən alqışa və tərifə layiq bütün işlər müqabilində Şəhidlər Xiyabanında bir cənnət gözəllik yaradılır. Bütün bunlar isə, Vətən torpaqlarımızın bütövlüyü və toxunulmazlığı naminə, Qarabağda mənfur düşmən tərəfindən işğal edilmiş kənd, qəsəbə və şəhərlərimizin azadlığı uğrunda canlarını fəda etmiş Şəhidlərimizin hər birinin adına onların sonsuz hörmət və rəğbətlərinin, yüksək sevgi və dərin məhəbbətlərinin bariz nümunəsidir. Bunları tərif xatirinə yox, ürəkdən gələn xüsusi hisslərə görə deyirik! Çünki əsl həqiqətdə və reallıqda da, burada görülən bütün işlər alqışa və tərifə layiqdir -- bizləri qürurlandıraraq, bir daha, Azərbaycanlı olmağımıza fəxr və fəxarət gətirir! Bütün bunların nə demək olduğunu, elə, Şəhidlər Xiyabanının girişində, bu dəfəki təmir və abadlıq işlərindən sonra daha yüksəyə qaldırılan və hər səhər tezdən Şəhid Ruhunun salamladığı Əzəmətli Üçrəngli Dövlət Bayrağımıza baxmaq kifayətdir. Bayrağımız əbədi olaraq, hər səhər tezdən, öz parıltısını Günəş şəfəqlərinin parıltısına qataraq, -- bəli, öz parıltısını, qoy, bu, heç kəsə qəribə gəlməsin, -- Şəhid Ruhunun salamlarına: "Salam!" -- deyəcək.WhatsApp Image 2021 10 31 at 13.56.38 2
Yeri gəlmişkən, bu yerdə onu qeyd etməyi vacib bildik ki, bu dəfəki təmir və abadlıq işlərindən sonra, tam keyfiyyətli və müasir standartlara cavab verəcək şəkildə işlənən Müqəddəs Üçrəngli Bayrağımız, artıq, 30 metr hündürlüyü olan parıltılı metal -- pas atmayan və "nerjaveyka" deyilən dirək üzərində dalğalanır. Dövlət Bayrağımızı bu hündürlükdə parıltılı və pas atmayan metal dirək üzərində dalğalandırmağın özü isə, Vətənimiz Azərbaycanda daha bir ilkdir. Bu yerdə, onu da bildirmək istəyirik ki, Şəhidlər Xiyabanında, böyük məsuliyyət tələb etdiyi üçün, yüksək keyfiyyətlə görülən bu işlərin yekunlaşması Noyabr ayına, daha dəqiq desək, Zəfər Bayramına planlaşdırılır.WhatsApp Image 2021 10 31 at 13.56.37
Sonda, xüsusi olaraq bir daha vurğulamaq istəyirik ki, doğrudan da, ölkəmizin üçüncü böyük şəhərindəki Şəhidlər Xiyabanının girişində ucaldılan Əzəmətli Bayrağımızın əhatə etdiyi geniş meydanda, aşağıdan yuxarıya böyük məsuliyyət hissiylə görülən mürəkkəb nümunəli bütün işlərdən bura yolu düşən hər kəs qürur duyur. "Araz" Media Qrupundakı mətbuat vasitələrinin, eləcə də araz.az xəbər portalının əməkdaşları olaraq, biz də, həmin qürur hissi keçirənlərdənik. Və bu yazımız da, Şəhidlər Xiyabanını ziyarətimizdən doğan təəssüratlarımızın ifadəsidir.

Üçrəngli Müqəddəs Bayrağınla Məsud Yaşa, Azərbaycan!

Ruhun Şad Olsun Azərbaycan Şəhidi!



Səməndər QURBANOV,
Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbirləri.

DOĞUM GÜNLƏRİ BU TARİXƏ DÜŞƏN ŞƏHİDLƏRİMİZ -- FOTOLAR

PROFİL 1 Cİ44 günlük Vətən Müharibəsi müzəffər Azərbaycan Ordusunun möhtəşəm qələbəsi ilə başa çatdı və əbədi olaraq tarixə yazıldı. Bəli, bu Böyük Qələbə xalqımızın qəhrəmanlıq tarixində özünəməxsus böyük epopeyalar, səlnamələr və dastanlar yazmış oldu!

Bu gün, bu Möhtəşəm Qələbəni canları, qanları bahasına bizə bəxş etmiş
Vətən Müharibəsi şəhidlərimizdən 2 nəfərin doğum günüdür.

araz.az şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir və bu gün ad günlərini qeyd etdiyimiz şəhidlərimiz haqqında məlumatları dəyərli oxucularımızın və ictimaiyyətin də diqqətinə çatdırır:PROFİL ŞƏKİL 1 Cİ

MAHHXHQ əsgər Məmmədov Səbuhi Şakir oğlu 1982-ci ildə Mingəçevir şəhərində anadan olub. O, Mingəçevir şəhər 4 saylı tam orta məktəbin məzunu olub. Şəhidimiz ömrünün 9 ilini hərbiyə həsr edib. 

2016-cı ilin Aprel döyüşlərində iştirak edən Səbuhi Məmmədov ötən il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan Vətən müharibəsində də iştirak edib. 

O, Vətən müharibəsində Suqovuşan-Ağdərə istiqamətində gedən ağır döyüşlərdə iştirak edib. Sentyabrın 30-da şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz oktyabrın 1-də torpağa tapşırılıb. Onun vətənə əmanət üç övladı yadigar qalıb. 

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Səbuhi Məmmədov ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.PROFİL ŞƏKİL 2 Cİİİ

MAHHXHQ əsgər Məmmədov Elnur Xurşud oğlu 1982-ci il oktyabrın 21-də Gəncə şəhərində anadan olub. Üç yaşında olarkən ailəsi Ağdama köçüb. Elnur Ağdam rayon 1 nömrəli orta məktəbdə təhsil alır. 1993-cü ildə Ağdam rayonu işğal edildikdən sonra Məmmədovlar ailəsi bu dəfə Gəncə şəhərinə məcburi köçkün kimi qayıdıb. Bundan sonra Elnur təhsilini Gəncə şəhər 16 nömrəli tam orta məktəbdə davam etdirib. 

2000-ci ildə Gəncə şəhərində fəaliyyət göstərən Şuşa Kənd Təsərrüfatı Texnikumuna qəbul olub. Texnikumu bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan sonra yenidən hərbidə xidmət etməyə qərar verib. 2014-cü ildən Göygöl rayonunun Toğanalı kəndində yerləşən “N” saylı hərbi hissədə manqa komandiri olub. 

Elnur Məmmədov 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib və döyüş əməliyyatlarında uğurlu iştirakına görə hərbi hissə komandiri tərəfindən fəxri fərmanla təltif edilib. 

Sentyabrın 27-də Vətən müharibəsi başlayan zaman Elnur Məmmədov da ön cəbhədə yer alıb. Murovdağ yüksəkliyi uğrunda şiddətli döyüşlərə qatılıb, elə həmin döyüşlərdə də düşmənin atdığı mərminin partlaması nəticəsində ağır yaralanıb. Xəstəxanaya yerləşdirilən qəhrəmanımız oktyabr ayının 26-da şəhid olub. 

Elnur Məmmədov oktyabrın 27-də Gəncə şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib. Şəhidimizin vətənə əmanət iki oğul övladı yadigar qalıb. 

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Elnur Məmmədov ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilibPROFİL 2 Cİİİ

 

Şəhidlər ölməz, vətən bölünməz.

Rəşad CƏFƏRLİ,

araz.az xəbər portalının xüsusi müxbiri.

Azərbaycan Müstəqilliyinin Bərpası Günü Moldovada qeyd olunub -- FOTOLAR

WhatsApp Image 2021 10 19 at 02.01.51

Oktyabrın 18-də ölkəmizin Moldovadakı Səfirliyində Azərbaycanda Müstəqilliyin Bərpasının 30-cu ildönümünə həsr edilmiş maraqlı tədbir keçirilib. Bu barədə, Səfirliyin Mətbuat Xidmətindən araz.az-a daxil olan məlumatda deyilir ki, bu möhtəşəm tədbirdə Moldova Respublikası Parlamentinin vitse-spikeri, hakim Fəaliyyət və Həmrəylik Partiyasının (PAS) fraksiya sədri Mihail Popşoy, Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin əməkdaşları, Moldovada akkreditə olunmuş Bolqarıstan, Belarus, Litva və Rumıniyanın səfirləri, Türkiyə, Rusiya, Almaniya, Slovakiya və digər səfirliklərin əməkdaşları, Moldovadakı Azərbaycanlılar Konqresinin (MAK) sədri Elçin Bayramov, eləcə də Moldovada fəaliyyət göstərən icmaların rəhbərləri və üzvləri, eləcə də digər həmvətənlərimiz və yerli media nümayəndələri iştirak ediblər.WhatsApp Image 2021 10 19 at 02.01.51 1
Məlumata görə, ilk öncə, tədbir iştirakçıları tərəfindən Səfirliyin önündə yeni yaradılmış bağçadakı Ulu Öndər Heydər Əliyevin büst-heykəli önünə gül dəstələri düzülüb. Bundan sonra, ölkəmizin Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov açılış nitqi ilə qonaqları salamlayaraq, Azərbaycan Respublikasının müstəqillik tarixi haqqında onlara məlumat verib. Səfir öz nitqində 1991-ci ilin bu günündə ölkəmizin müstəqilliyinin bərpa edildiyini, bu dövrdə Azərbaycanın çox gərgin və mürəkkəb proseslərlə qarşılaşdığını, bunun Ermənistanın müstəqil dövlətimizə qarşı təcavüzünün güclənməsinə səbəb olduğunu və torpaqlarımızın 20 faizinin işğala məruz qaldığını xüsusi vurğulayıb.WhatsApp Image 2021 10 19 at 02.01.53

Bildirib ki, 1993-cü ildə, xalqın təkidli tələbi və iradəsi ilə, Ulu Öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdıb və bu gəlişlə də, ölkəmizdə sabitlik bərqərar olub. Görkəmli dövlət xadiminin rəhbərliyi dövründə, dövlətimizin siyasi, iqtisadi, mədəni... sahələrdə inkişafı və beynəlxalq əməkdaşlığını genişləndirməsi nəticəsində dövlət müstəqilliyimiz getdikcə daha da möhkəmləndirilib.Ümummilli Liderin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının uzaqgörən siyasəti nəticəsində isə, Azərbaycan Respublikası regionda lider ölkəyə çevrilib.WhatsApp Image 2021 10 19 at 02.01.53 1

Natiq öz çıxışında, Prezident, Ali Baş Komandan İlham Əliyev cənablarının dərin siyasəti, qətiyyəti və müdrikliyi sayəsində, bu gün, müstəqilliyimizin bərpası gününün qalib ölkə olaraq ərazi bütövlüyümüzün bərpası şəraitində qeyd olunduğunu dilə gətirib və 44 günlük Vətən Müharibəsində həlak olmuş şəhidlərimizin xatirəsinin daim ehtiramla yad edildiyini diqqətə çatdırıb.WhatsApp Image 2021 10 19 at 02.01.55
Daha sonra, səfir Qüdsi Osmanov öz çıxışında Azərbaycan -- Moldova münasibətlərindən də söhbət açaraq, gələcək əməkdaşlıq perspektivlərindən danışıb, bu ölkədə yaşayan həmvətənlərimizi daim diqqətdə saxladığına görə, Moldova rəhbərliyinə təşəkkürünü çatdırıb.WhatsApp Image 2021 10 19 at 02.01.54
Moldova Parlamentinin vitse-spikeri, PAS-ın fraksiya sədri M. Popşoy çıxış edərək, Moldova parlamenti və xalqı adından ölkəmizi və bütün azərbaycanlıları müstəqilliyimizin bərpasının 30 illik yubileyi münasibətilə təbrik edib. Vitse-spiker qeyd edib ki, bu il, Moldova Respublikası da, müstəqilliyinin 30 illiyini qeyd edib və qardaş ölkələrimiz 30 illik müstəqillik tarixində oxşar proseslərlə üzləşiblər. O, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji və digər sahələr üzrə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, bununla da, iki dost ölkə arasında təmasların möhkəmləndirilməsi ilə bağlı planların olduğunu vurğulayıb. M. Popşoy onu da bildirib ki, hakim partiyanın fraksiya sədri olaraq, Moldovada yaşayan azərbaycanlıların təşkilatçılığı, fəallığı və səfərbərliyini hər zaman digər icmalar üçün nümunə göstərib. O, MAK-ın diaspor fəaliyyətində təcrübəli yaşlı nəslin yerini istedadlı gənc nəslə ötürməsinin təqdirəlayiq olduğunu da diqqətə çatdırıb. Diaspor təşkilatımızın səmərəli fəaliyyətinin, ümumən götürdükdə, ölkələrimiz arasında münasibətlərin genişlənməsinə müsbət təsir göstərdiyini bildirən M. Popşoy, yüksək səviyyəli əməkdaşlığın, günü-gündən möhkəmlənən müstəqilliyin xalqlarımızın rifahına töhfə verəcəyinə əminliyini də xüsusi vurğulayıb.WhatsApp Image 2021 10 19 at 02.01.54 1
Tədbirdə çıxış edən Belarus Respublikasının Moldovadakı səfiri Anatoliy Kalinin isə, dövlət müstəqilliyimizin ölkəmizdəki stabilliyə, iqtisadi inkişafa əsaslı zəmin yaratması baxımından qiymətli və vacib olduğunu dilə gətirib. Belarus səfiri qeyd edib ki, Azərbaycanın hərtərəfli inkişafı onu regionun, Cənubi Qafqazın aparıcı ölkəsinə çevirib. O, öz çıxışında, Azərbaycan xalqının zəhmətkeş və qürurlu olduğunu da dönə-dönə dilə gətirib. Azərbaycan -- Belarus münasibətlərindən də danışan səfir, Azərbaycan Respublikasını dost ölkə adlandırıb və iki ölkə arasında ticarət dövriyyəsinin, bütün sahəhələrdə ikitərəfli təmasların, beynəlxalq əməkdaşlıq çərçivəsində qarşılıqlı dəstəyin bunun göstəricisi olduğunu qeyd edib. Səfir, MAK-ın Moldovadakı fəaliyyətinin, burada yaşayan Belarus İcması üçün də nümunə olduğunu diqqətə çatdırıb. Sonda A. Kalinin dövlət müstəqilliyinin bərpasının 30 illik ildönümü münasibətilə Azərbaycan rəhbərliyini və xalqımızı təbrik edərək, xoş arzularını dilə gətirib.WhatsApp Image 2021 10 19 at 02.01.54
Tədbirdə təbrik nitqi ilə çıxış edən Türkiyə Respublikasının Moldovadakı Səfirliyinin əməkdaşı Özlem Okuyucu isə, Türkiyə Cümhuriyyətinin ölkəmizin müstəqilliyini tanıyan ilk ölkə, bunun isə, iki qardaş ölkə arasında xüsusi münasibətlərin mövcudluğunun göstəricisi olduğunu xüsusi qeyd edib, “Bir Millət -- İki Dövlət” ideyası altında Azərbaycanın daim yanında olduğunu xüsusi vurğulayıb. Çıxışının sonunda, o, müstəqillik uğrunda və Vətən Müharibəsində şəhid olanların doğma və yaxınlarına başsağlığı diləyib.WhatsApp Image 2021 10 19 at 02.01.52
Sonda, tədbirdə çıxış edən MAK-ın sədri Elçin Bayramov, müstəqilliyimizin bərpası gününün, ilk dəfə olaraq, bu il ölkəmizin ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd etdiyimizi bildirib və MAK-ın daim Vətənimizin uğurları, həqiqətləri, adət-ənənələrinin təbliği istiqamətində çalışacağını vurğulayıb.
Mətbuat Xidmətinin araz.az-a daxil olan məlumatından o da məlum olur ki, Səfirliyimiz, keçirdiyi tədbir çərçivəsində, ölkəmizin müstəqillik tarixinə həsr edilən və qonaqlar tərəfindən böyük maraqla izlənən foto-şəkillərdən ibarət sərgi də təşkil edib. Eyni zamanda, tədbirdə iştirak edən qonaqlara zəngin Azərbaycan mətbəxinin milli təamları da təqdim olunub.
Sonda, onu da qeyd etməyi lazım bildik ki, olkəmizin Moldovadakı Səfirliyində Müstəqilliyimizin Bərpasının 30-cu ildönümünə həsr edilən bu möhtəşəm tədbirin gedişi, bu dövlətin aparıcı kütləvi informasiya vasitələrində də geniş işıqlandırılıb.

Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.

DOĞUM GÜNLƏRİ BU TARİXƏ DÜŞƏN ŞƏHİDLƏRİMİZ -- FOTOLAR

PROFİL 1 Cİİİ

44 günlük Vətən Müharibəsi müzəffər Azərbaycan Ordusunun möhtəşəm qələbəsi ilə başa çatdı və əbədi olaraq tarixə yazıldı. Bəli, bu Böyük Qələbə xalqımızın qəhrəmanlıq tarixində özünəməxsus böyük epopeyalar, səlnamələr və dastanlar yazmış oldu!

Bu gün, bu Möhtəşəm Qələbəni canları, qanları bahasına bizə bəxş etmiş
Vətən Müharibəsi şəhidlərimizdən 6 nəfərin doğum günüdür.

araz.az şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir və bu gün ad günlərini qeyd etdiyimiz şəhidlərimiz haqqında məlumatları dəyərli oxucularımızın və ictimaiyyətin də diqqətinə çatdırır:

FOTO 2

MAHHXHQ əsgər Ələsgərov Yusif Yaşar oğlu 1996-ci il oktyabrın 14-də Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olub. 2002-2013-ci illərdə M.Məmmədov adına Yuxarı Öysüzlü kənd tam orta məktəbində təhsil alıb.

Yusif Ələsgərov 2014-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2014-2016-cı illərdə Daxili Qoşunların N saylı hərbi hissəsində xidmət edib. 2017-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb.

Azərbaycan Ordusunun əsgəri olan Yusif Ələsgərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli, Xocavənd, Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə tankçı kimi iştirak edib. Oktyabrın 24-də Qubadlı döyüşləri zamanı ağır yaralanıb. Müalicəsi tam bitmədən yenidən döyüş bölgəsinə qayıdıb.

Yusif Ələsgərov noyabrın 7-də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində torpağa tapşırılıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Yusif Ələsgərov ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.FOTO1

Gizir İlkin Bəkir oğlu Ələsgərli 1992-ci il oktyabrın 14-də Şəmkir rayonunun Keçili kəndində anadan olub. 1999-2010-cu illərdə S.Vurğun adına Təzəkənd kənd tam orta məktəbində təhsil alıb.

İlkin Ələsgərli 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2013-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb. Daha sonra xidmətini “gizir” hərbi rütbəsi ilə davam etdirib. İlkin Ələsgərli 2016-cı ilin 2-5 aprelində baş tutan döyüşlərin iştirakçısı olub.

Azərbaycan Silahlı Qüvvələrinin giziri olan İlkin Ələsgərli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 30-da Füzuli döyüşləri zamanı şəhid olub. Şəmkir rayonunun Keçili kəndində dəfn olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, İlkin Ələsgərli ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.FOTO333

Əsgər Əsdiyev Heybullah Məzahir oğlu 1993-cü il oktyabrın 14-də Balakən rayonunun Qaysa kəndində anadan olub. 2000-2011-ci illərdə Qaysa kənd tam orta məktəbində təhsil alıb. 2011-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2011-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Heybullah Əsdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Oktyabrın 16-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Balakən rayonunun Qaysa kəndində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə, Heybullah Əsdiyev ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.FOTO6CI

MAHHXHQ əsgər Tağıyev Anar Zakir oğlu 1996-cı ildə Beyləqan rayonunun Kəbirli kəndində anadan olub. Anar Tağıyev Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun əsgəri olan Anar Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Anar Tağıyev 3 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Anar Tağıyev ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.FOTO555

Əsgər Rükabzadə İbrahim Rasif oğlu 2000-ci ildə Masallı rayonu Boradigah qəsəbəsində anadan olub. 2006-cı ildə Nizami Gəncəvi adına 1 saylı tam orta başlayıb, 2017-ci ildə isə məktəbi bitirib.

İbrahim Rükabzadə 2019-cu il aprel ayının 8-də hərbi çağırış ilə xidmətə yollanıb. Əsgərliyini Goranboy rayonu Aşağı Ağcakəndinin N saylı hərbi hissəsində davam etdirib.

İbrahim Rükabzadə 27 sentyabr başlayan torpaqların azad edilməsi uğrunda müharibədə iştirak edib. O, Cəbrayıl şəhərinin alınmasında iştirak edib. Zəngilan, Qubadlı və Xocavəndin alınmasında da iştirak edib.

İbrahim Rükabzadə 21 oktyabr Xocavənd rayonunda şəhid olub. Oktyabr ayının 23-ü şəhid Masallı rayonu Boradigah qəsəbəsində dəfn edilib.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, İbrahim Rükabzadə ölümündən sonra “Cəsur döyüşçü”, “Kəlbəcərin azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.FOTO444

Əsgər Nəcəfov Yusif Nadir oğlu 14 oktyabr 2001-ci ildə Yasamal rayonunda doğulub. 52 nömrəli tam orta məktəbi bitirib. 5-6 il cüdo idman növü ilə məşğul olub. Yusif Nəcəfov 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində hərbi xidmətə başlayıb.

Azərbaycan Ordusunun əsgəri olan Yusif Nəcəfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində döyüşüb.

2020-ci il oktyabrın 1-i cəbhədə yaralanıb daha sonra 12 gün müalicə alıb, ardınca 13-cü gün təkrar döyüşə qayıdıb elə həmin gün də cəbhənin Kəlbəcər rayonu istiqamətində şəhidliyə ucalıb.

Yusif Nəcəfov 2020-ci il oktyabrın 13-də Murovdağ uğrunda döyüşlər zamanı şəhid olub.

Əvvəlcə Qaradağ rayonundakı Ümumşəhər qəbiristanlığında dəfn olunub. Daha sonra məzarı II Şəhidlər xiyabanına köçürülüb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, Yusif Nəcəfov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

PROFİL 2 Cİİİİİ

Şəhidlər ölməz, vətən bölünməz.

Rəşad CƏFƏRLİ,

araz.az xəbər portalının xüsusi müxbiri.

5 -dən səhifə 44

Əlaqəli xəbərlər