Keçmiş məmurlara NİYƏ TOXUNAN YOXDUR?.. – Onlar öz keflərində, tutulansa…

memur 540x330

Hakimiyyət aşağı rütbəli çinovnikləri cəzalandırmaqla yuxarıları ən pis halda “ev dustağı”na çevirir. Bunu isə korrupsiya ilə mübarizənin ən parlaq mərhələsi adlandırır. Lakin həbslər nazirləri əhatə etmədiyi üçün ikinci və üçüncülərin mühakimə olunması cəmiyyətdə ikrah hissi doğurur.


Sonuncu belə fakt – keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin həbs edilən müavini Rafiq Bayramova 8 il cəza verilməsi bu mövzunu şərtləndirir. Artıq neçənci belə antikorrupsiya əməliyyatıdır ki, balığın iylənən başı həbsə göndərilməyib, ətrafı “günah keçisi” çıxarılıb.


araz.az Anaxeber.info-ya istinadən  bildirir ki, ən dişsiz nazirlik olan MN-nin sabiq rəhbəri Əbülfəs Qarayev evdə istirahət etdiyi halda, müavini 8 il iş alır. Bu, bütün qanunsuz hərəkətləri üzə çıxan keçmiş xarici işlər naziri Elmar Məmmədyarova da şamildir.
Eks-nazir dincəlməkdədir, XİN-də vəzifə tutmuş şəxslər qandallanır, bir neçə ay sonra ev dustaqlığına buraxılmaqla yenə cinayət işinin istintaqı gedir. Eyni sözləri Prezidentin keçmiş köməkçisi Əli Həsənovla bağlı söyləmək olar; ləğv edilmiş KİVDF-nin direktoru olmuş Vüqar Səfərli həbsdədir, onu idarə edən “Göbbels” isə azadlıqda gəzir.
Yəni nə R.Bayramov Ə.Qarayevin, nə XİN məmurları E.Məmmədyarovun, nə V.Səfərli Ə.Həsənovun xəbəri olmadan hansısa qanunsuzluğa, mənimsəməyə, rüşvətxorluğa getməzdi.
Və yaxud MTN generalı Eldar Mahmudov böyük və səs-küylü prosesdən kənarda saxlanır, bandası həbsə gedir, bir müddət sonar odioz Akif Çovdarov və digərləri azadlığa çıxır.
Əgər dövlətin ana sütunlarından biri olan MTN kimi strukturda quldurluq etmiş generallar azad olunursa, “mədə niyyətli” korrupsioner R.Bayramova 8 il hökm oxunması, yaxud hansısa əyalətin – Biləsuvarın, Neftçalanın başçısının həbsi ilə hansı sistemli dəyişikliyə, islahata nail olmaq mümkündür?!
Əlbəttə, bu kosmetik görünən tədbirlər olmasa da, yəni həbslər kifayət qədər məmurların canına vəlvələ salsa belə, yenə ölkənin müxtəlif strukturlarında korrupsiya, özbaşınalıq, məmur harınlığı halları davam edir.
Deməli, nə başçıların həbsi həmkarlarını, nə nazirliklərdə gedən tuthatut və “təmizləmə”lər digər orqanların vəzifəli şəxslərini yetərincə qorxuda bilib. Əksinə, bəzən çağırışlar səslənir ki, amnistiya elan olunsun, məmurlar gəlir bəyannaməsi versin, onların mənimsədiyi pullar geri alınaraq Qarabağın qurulmasına yönəldilsin, özləri isə evinə buraxılsın.
Çünki məsələ fiqurların tək-tək cəzalandırılması ilə həllini tapmır, islahatlar və korrupsiya ilə mübarizədə yanaşma dəyişməlidir. Əgər hakimiyyət gömrük sistemində heç nəyin dəyişmədiyini görürsə, səhiyyənin Şirəliyevdən sonra da rüşvət şirəsinin çəkilmədiyini və xəstəliyinin tüğyan etdiyini bilirsə, idarəçilikdə tam xaosdursa, təhsildə Əmirullayev sələflərindən də betərdirsə, heç bir inkişaf yoxdursa, ən əsası Babayev sosial təminat sektorunda az qala xalqı dövlətin üzərinə üsyana qaldırmaqla, sabotaj etməklə, kütləvi şəkildə pensiyaların ləğvi ilə məşğuldursa, Sarbonna təhsilli Kərimov kənd təsərrüfatında heç bir innovativ siyasət aparmırsa, ASAN Xidmətdəki gənc xanımları nazirliyə toplayırsa, o zaman bu dəyişikliklərin islahatlarla və bizim həyatımıza təsirləri ilə hansı bağlantıları var?
Və ən ümdə nüans – ölkənin sadaladığımız bu sektorlarında rüşvət yığışmayıbsa, hansısa Səlim Müslümovu, Rafiq Bayramovu, Vilyam Hacıyevi həbsə göndərməklə biz Azərbaycanı qura bilmərik.
Ələlxüsus, postmüharibə dönəmi, regionda yaranmış yeni reallıqlar, birgəyaşayışla bağlı rəsmi çağırışlar fonunda daxildə idarəçilik mütləq şəkildə bu situasiya ilə ahənglik təşkil etməlidir.
Biz insan haqları, korrupsiya və rüşvətxorluq, monopoliya və inhisarçılıq, məmur qudurğanlığı, talançılıq kimi ən idbar halların kökünü kəsmədən, şəffaflıq, sosial təminat, rifah səviyyəsinin yüksəldilməsini təmin etmədən Azərbaycan cəmiyyətini irəli apara bilmərik. Hakimiyyət əsla bu problemləri yoluna qoymamış xalqdan dəstək ala bilməyəcək. Əksinə, Qarabağda qələbə ilə qazanılmış divident və xallar daxili idarəçilikdəki eybəcərliklər ucbatından xərclənməkdədir.
Elə təkcə gömrükdəki rəzil vəziyyətin davam etməsi və pensiyaların kütləvi şəkildə kəsilib vətəndaşların narazı salınması kifayət edir ki, iqtidar içəridən sosial dayaqlarını itirsin.
Sahibkarlığın inkişafı üçün monopoliyanın ləğvi ən qaçılmaz zərurətdir. Bunları etmədən hansısa nazir müavinlərin, icra başçılarını həbsə göndərmək problemləri fundamental şəkildə həll etməyəcək.

 

araz.az xəbər portalı.

“Azəriqaz”ın şöbə rəisi vəzifəsindən AZAD OLUNDU

modern.az 26.07.2021 1627313033

“Azəriqaz” İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov başqa işə keçməsi ilə bağlı tutduğu vəzifədən azad olunub.


Yeni işilə bağlı Modern.az-a danışan Ceyhun Səfərov bildirib ki, bundan sonra özəl sektorda fəaliyyət göstərəcək:

"Təyinatım təsdiqləndikdən sonra bu barədə məlumat verəcəyəm. Amma bu nə dövlət qurumu, nə də televiziyadır, mənim üçün tamamilə yeni sahədir".

Qeyd edək ki, C.Səfərov “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə 2 il əvvəl təyin edilmişdi.

 

araz.az xəbər portalı.

Şəfəq Mehralıyeva: “Telefonlarınız da dinləniləcək, işinizə əngəllər də törədiləcək”

x 2 660x330

Niyə? Çünki peşəniz belədir. Siz, həqiqət carçılarısınız! Həqiqətin isə dostu dünya yaranandan bəri çox deyil. Inanmırsınız? O zaman, görün evdə həmişə həqiqəti deyən və ya iş ortamında həmişə sözü əyri-əskiksiz deyən olanda sizə qarşı münasibət necə dəyişir. 

XXI əsrdə jurnalistlik hələ də ən təhlükəli məsləklərdən biri olaraq qalır. Ötən il dünyada vəzifəsini yerinə yetirdiyinə görə hədəfə alınan jurnalistlərin yalnız üçdə biri Meksikada öldürülüb. Bu ölkədə jurnalist olmaq təhlükəsizlik baxımdan müharibə zonasında işləməkdən belə betərdir. Digər təhlükəli ölkələr Əfqanıstan və Fillipindir.

Amma ruhdan düşməyin, əziz həmkarlar. Çünki milli mətbuatımızın banisi Həsən bəy Zərdabi belə hərdən məyusluğa uğrayırdı. Deyirdi:

«Nə etməli? Hər kəsi çağırıram gəlmir, göstərirəm görmür, deyirəm eşitmir. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan başqa əlac yoxdur. Axı olmaz ki, mənim sözümü eşidənlərdən heç biri qanan olmasın. Necə ki bir bulağın suyunun altına nə qədər bərk daş qoysaq, bir neçə il sonra o su tökülməkdən bərk daşı əridib deşər. Qəzet çıxarmaqdan başqa bir qeyri-əlac yoxdur ki, kağızın üstə yazılmış sözlər qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin. Sonra düşmənin düşmənliyi, dostun dostluğu və dost göstərən doğru yolun doğruluğu aşkar olar».

Milli Mətbuat Günümüz mübarək! Mirzə Ələkbər vəzifənin təyini verib. Vay o gündən ki, aynamız əyri göstərsin. Hamınıza səbr və uğurlar diləyirəm! Aynamız olmaqda davam edin!

…. çünki vəzifəm budur əşar yazım,

Gördüyüm nikü bədi eyləyim izhar, yazım,

Günü parlaq, günüzü ağ, gecəni ta yazım,

Pisi pis, əyrini əyri, düzü həmvar yazım,

Niyə bəs boylə bərəldirsən, a qarə, gözünü?

Yoxsa bu ayinədə əyri görürsən özünü?!

Şərə məşğul edərik xatiri-qəmmayilimi,

Qoyuram qənşərinə kağızımı, çernelimi,

Gəlirəm yazmağa bir kəlmə, — tutarsan əlimi,

Qorxuram, ya nə üçün, — çünki kəsirsən dilimi!

Ey əcəb, mən ki, sədaqət yolunu azmayıram,

Hələ gördüklərimin dörddə birin yazmayıram!

Hələ mən dörddə birin yazmayıram, karına bax,

Üstümə gündə söyürsən bu qədər, arına bax,

Özün insaf elə, əfkarına, ətvarına bax!

Istəmirsən yazam? Öz eybli kirdarına bax!

Kişi, sən eybini qan, mənlə əbəs cəng eləmə!

Özünü, həm məni bu barədə diltəng eləmə!

Görür ərbabı-qələm qayeyi-amalınızı,

Məndən artıq yaza bilməkdə ikən halınızı, –

Yazmır onlar dəxi on dörddə bir əfalınızı,

Özünüzsüz olara yazdıran əhvalınızı…

Yoxsa bu eybdən aləmdə mübərradır olar,

Boylə alçaq yazıdan min kərə əladır olar!

Necə mən dörddə birin yazmağa əymən deyiləm,

Qorxur on dörddə birin yazmağa həm əhli-qələm;

Sən əgər söz verəsən: “Qorxma, qıl əhvalı rəqəm”,

Vazi-halın yazılarsa zili-zilu bəmi bəm,

Elə bir halə düşərsə ki, tükün biz-biz olar,

Əyninə geyməyə şey tapmasan, astar üz olar!

 

Şəfəq MEHRALIYEVA

120-dən çox media təşkilatı minaya düşən jurnalistlərlə bağlı bəyanat yaydı

WhatsApp Image 2021 06 04 at 22.39.07Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin genişləndirilmiş iclasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (“AZƏRTAC”) müxbiri Məhərrəm İbrahimovun və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AZTV) operatoru Sirac Abışovun Kəlbəcər rayonu ərazisində minaya düşərək həlak olmaları ilə bağlı Azərbaycan jurnalistlərinin xarici media qurumlarına və beynəlxalq təşkilatlara müraciəti qəbul edilib. Şuradan araz.az-a daxil olan, 120-dən çox media, jurnalist təşkilatı rəhbərinin və müstəqil jurnalistin imza atdqları müraciəti təqdim edirik:WhatsApp Image 2021 06 04 at 22.48.32
2021-ci il iyun ayının 4-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin (“AZƏRTAC”) Qarabağa ezam olunan müxbiri Məhərrəm İbrahimov və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AZTV) operatoru Sirac Abışov Azərbaycanın Ermənistan işğalından azad edilmiş Kəlbəcər rayonu ərazisində minaya düşərək həlak olublar. Daha bir mülki şəxsin həlak olduğu, üç nəfərin isə yaralandığı bu hadisə Azərbaycan jurnalistlərində dərin üzüntü, kədər, təəssüf və hiddət hissi doğurmuşdur.WhatsApp Image 2021 06 04 at 22.48.34
İkinci Qarabağ Müharibəsinin başa çatmasından, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli birgə bəyanatdan sonra Ermənistan tərəfindən vaxtilə ərazidə yerləşdirilmiş müxtəlif növ minalar və digər partlayıcı qurğular indiyədək xeyli sayda mülki şəxsin həyatına son qoyub, yaralanmalarına səbəb olub.WhatsApp Image 2021 06 04 at 22.48.34

Təxminən 35000-dən çox minanın zərərsizləşdirilməsinə baxmayaraq, mina qurbanlarının sayı artmaqda davam edir. Məhərrəm İbrahimovun və Sirac Abışovun həyatlarını itirmələri ilə nəticələnmiş faciəli hadisə minalanmış ərazilər probleminin jurnalist fəaliyyətinə də maneçilik törətdiyinin, məhdudiyyət yaratdığının, peşəni əsl təhlükəyə çevirdiyinin bariz göstəricisidir. Nəzərə alaq ki, hər iki media orqanının əməkdaşı Kəlbəcər rayonuna məhz xidməti vəzifələrini həyata keçirmək üçün getmişdilər.WhatsApp Image 2021 06 04 at 22.48.34 1
Ermənistan Respublikası minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir. Bu, nəinki həmin ərazilərdə jurnalist yaradıcılığını məhdudlaşdırır, eyni zamanda Ermənistanın işğalı nəticəsində zorla doğma yurdlarından ayrı düşmüş məcburi köçkün ailələrinin geri qaytarılmasına da imkan vermir. Beləliklə həm cəmiyyətin informasiya ilə təminatı, həm də insanların öz evlərində yaşamaq hüququ pozulur.WhatsApp Image 2021 06 04 at 22.48.35

Otuz ilə yaxın müddətdə işğalçılıq yolu tutmuş Ermənistan indi də mina xəritələrini verməkdən imtina etməklə özünün beynəlxalq hüquqa zidd niyyətini gerşəkləşdirməkdə, bölgədə sülhün və əminamanlığın yaranmasına qarşı çıxmaqdadır.
Onu da bildiririk ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində geniş quruculuq işlərinə başlanılıb. Əraziyə xarici şirkətlərin böyük marağı var. Bu maraq eyni zamanda müxtəlif ölkələrdən jurnalistlərin bölgəyə axınını şərtləndirməkdədir.WhatsApp Image 2021 06 04 at 22.48.35MS

Ermənistanın mina xəritələrini verməkdən imtinası xarici media təmsilçilərinin də həyatlarına təhlükədir. Bu, məqsədli şəkildə edilən hərəkətdir, bəşəri dəyərlərə birbaşa təhdid əməlidir. Çox istərdik ki, beynəlxalq təşkilatlar, o cümlədən jurnalistika sahəsində fəaliyyət göstərən nüfuzlu qurumlar məsələ ilə bağlı qətiyyətli və prinsipial mövqelərini bildirsinlər. Hesab edirik ki, onların verəcəkləri sərt reaksiya Ermənistanın tutduğu anti-bəşəri yoldan daşınmasına əməli töhfə ola bilər. Biz Azərbaycan jurnalistlərinin gösləntisi məhz bundan ibarətdir.WhatsApp Image 2021 06 04 at 22.48.35 1
Biz Azərbaycan jurnalistləri Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimovun və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AZTV) operatoru Sirac Abışovun həyatlarını itirmələri ilə nəticələnmiş faciəli hadisədən bir daha kədərləndiyimizi bildiririk. Bu müraciəti imzalamaqla məqsədimiz beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın insan hüquq və azadlıqlarına zidd əməlinə çəkməkdir.WhatsApp Image 2021 06 04 at 22.48.36
Biz xaricdəki həmkarlarımızı bu fakta ciddi reaksiya verməyə, Ermənistan Respublikasına minalanmış ərazilərin xəritələrini vermək üçün təzyiq göstərməyə çağırırıq. Əmin edirik ki, bu çağırış missiyasına dəstək insanların, habelə jurnalistlərin həyatları üçün mövcud olan təhlükənin aradan qaldırılmasına köməkdir. Bu dəstək həmçinin bölgədə sülhün, əminamanlığın və sabitliyin yaradılmasına son dərəcə böyük töhfə ola bilər.WhatsApp Image 2021 06 04 at 22.48.36M
                                                                    ***
Appeal of Azerbaijani journalists to foreign media outlets and international organizations

On June 4, 2021, Maharram Ibrahimov, a correspondent of the Azerbaijan State Information Agency (AZERTAC), and Siraj Abishov, a cameraman of the
Azerbaijan Television and Radio Broadcasting Closed Joint-Stock Company (AZTV), tragically died as a mine, planted by Armenia in the formerly occupied Kalbajar region of Azerbaijan, exploded. This unfortunate incident caused deep sorrow, grief, regret and anger among Azerbaijani journalists.WhatsApp Image 2021 06 04 at 22.48.37S
Various types of mines and other explosive devices previously planted by Armenia have resulted in the death and injury of more than 120 individuals, since the end of the Second Karabakh War and the trilateral joint declaration signed by the leaders of Azerbaijan, Russia and Armenia on November 10, 2020. Despite the removal of more than 35,000 mines, the number of mine casualties continues to rise. The tragic incident that resulted in the deaths of Maharram Ibrahimov and Siraj Abishov is an indubitable indication that the problem of mined areas also hinders the activities of journalists, creates restrictions and makes the profession a very risky activity. It should be noted that the employees of both media outlets were in Kalbajar with the sole purpose of fulfilling their professional duties.WhatsApp Image 2021 06 04 at 22.48.38A
The Republic of Armenia refuses to provide maps of mined areas. This does not just restrict journalistic activity in those areas, but also prevents the return of IDP families, who were forcibly separated from their native lands as a result of the Armenian occupation. This renders the provision of information to society impossible and violates the right of people to live in their own homes. Armenia, which has been pursuing the policy of occupation for nearly three decades, is still demonstrating the intentions contrary to international law by refusing to provide mine maps, and opposing the establishment of peace and security in the region.WhatsApp Image 2021 06 04 at 22.48.38 1
It must also be noted that extensive construction work has begun in the liberated territories of Azerbaijan. Foreign companies are interested in the area. As a result, there is an influx of journalists from different countries to the region; therefore, Armenia’s refusal to provide the mine maps is also a threat to the lives of foreign media representatives. This is a deliberate act, a direct threat to human values. We would like international organizations, in particular, influential organizations in the field of journalism, to express their firm and principled position on the issue. We believe that their decisive response and condemnation could deter Armenia from its present anti-human position. This is the expectation of Azerbaijani journalists.WhatsApp Image 2021 06 04 at 22.48.38 2
We express our deepest condolences over the tragic death of Azerbaijani journalists Maharram Ibrahimov, correspondent of the Azerbaijan State News Agency, and Siraj Abishov, a cameraman of the Azerbaijan Television and Radio Broadcasting Closed Joint-Stock Company (AZTV). By signing this appeal, our goal is to draw the attention of the international community to Armenia’s actions contrary to human rights and freedoms. We call on our colleagues abroad to react seriously to this fact and to put pressure on the Republic of Armenia to provide the maps of mined areas. We are convinced that supporting this mission could seriously help to eliminate the threat to the lives of a wide range of individuals and, in particular, those of journalists. This support can also be a great contribution to the establishment of justice, peace, security, stability, and the resolution of the long-running conflict in the region.WhatsApp Image 2021 06 04 at 22.48.39

 

Rəsad CƏFƏRLİ,

araz.az xəbər portalının xüsusi müxbiri.

8 -dən səhifə 44

Əlaqəli xəbərlər