Yevlax və Ucar polisləri Vətən Müharibəsi iştirakçısına qarşı -- ŞİKAYƏT

WhatsApp Image 2021 03 04 at 01.54.10

Ucar rayonunun Yuxarı Şilyan kənd sakini, Vətən Müharibəsi iştirakçısı Rafiq Behbud oğlu Əhmədov, araz.az xəbər portalına ünvanladığı məktubunu, başdan-ayağa, hədsiz narazılığının ifadəsi olan cümlələr üzərində qurub. O, Yevlax Rayonlararası Qeydiyyat, İmtahan və Texniki Baxış Şöbəsində, eləcə də Ucar Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsində üzləşdiyi qanunsuzluqlardan şikayətçidir. Şikayətçinin bu məktubunu olduğu kimi təqdim edirik:WhatsApp Image 2021 03 04 at 01.54.31
"Vətən Müharibəsi iştirakçısı olmağıma baxmayaraq, mən də, bir müddətdir ki, Yevlax Rayonlararası Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsində baş verən saxtakarlıqlardan, bu azmış kimi, Ucar Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin əməkdaşı Fəqan Məmmədovun da özbaşına əməllərindən əziyyət çəkirəm. Belə ki, "MİTSUBİSHİ" markalı 99 XU 876 nömrəli avtomobili, 15 sentyabr 2020-ci il tarixində alıb, Yevlax Rayonlararası Qeydiyyat, İmtahan və Texniki Baxış Şöbəsində adıma qeydiyyata aldırmışam. Həmin vaxt burada məndən həm qeydiyyat, həm də texniki baxış adı ilə, 150 manat pul alındı, mənə isə bildirildi ki, avtomobilim artıq texniki baxışdan keçirilib. Bundan 6 gün sonra -- sentyabrın 21-də isə, çağırışla, mən də, Vətən Müharibəsinə aparıldım. Cəbhədə möhtəşəm qələbələr qazanan Milli Ordumuzun sıralarından dekabrın 26-da tərxis edildim.WhatsApp Image 2021 03 04 at 01.54.52
Cəbhədən qayıdandan iki gün sonra, dekabrın 28-də, qeydiyyata düşmək üçün, Ucar Rayon Hərbi Komissarlığına gedən zaman özümü pis hiss etdiyimdən, avtomobilimi atamın idarə etməsini qərara aldıq. Bu zaman, bizi, yolda, Ucar Rayon Polis Şöbəsinin Yol Polis Bölməsinin əməkdaşı Fəqan Məmmədov saxlatdı. Avtomobilimin texniki baxışdan keçmədiyini əsas gətirib, qanunsuz protokol tərtib etdi. Mən isə ona izah etdim ki, sentyabr ayının 15-də aldığım avtomobili, adıma qeydiyyata da aldırmışam. Həmin vaxt avtomobilimin texniki baxışdan keçməsini Yevlax Rayonlararası Qeydiyyat, İmtahan və Texniki Baxış Şöbəsində də mənə bildiriblər. Mən, həmçinin, sentyabr 21-də Vətən Müharibəsinə getmişəm. Bütün bu dediklərimə və dekabrın 26-da cəbhədən geri dönməyimi də bildirməyimə baxmayaraq, Fəqan Məmmədov heç nəyi nəzərə almadan, həmin qanunsuz protokolu tərtib etdi. Bu, bir özbaşınalıq və qanunsuzluqdur, hansı ki, Yevlax Rayonlararası Qeydiyyat, İmtahan və Texniki Baxış Şöbəsi və Ucar Rayon Polis Şöbəsinin Yol Polis Bölməsinin əməkdaşı Fəqan Məmmədov tərəfindən mənə qarşı törədilib. WhatsApp Image 2021 03 04 at 01.55.09 
Ümumiyyətlə, idarə etdiyi yol patrul avtomobili ilə, Fəqan Məmmədov, hər gün rayonun yollarında sürücüləri güdərək, tələyə salmaqla, hədə-qorxu gəlib, onları talamaqla məşğuldur. Məqsədinə çatmaq üçün, o, hətta sürücü vətəndaşları söyüb, təhqir etməkdən belə çəkinmir. Yevlax Rayonlararası Qeydiyyat, İmtahan və Texniki Baxış Şöbəsinin rəhbər şəxsləri isə, sürücüləri aldadıb, bu yolla ciblərini doldurmaqla məşğuldurlar. Qanuna əsasən, avtomobil qeydiyata alınan zaman, həm də texniki baxışdan keçirilməlidir. Bir də ki, avtomobilin qeydiyyata alınması 17 manat, texniki baxışdan keçirmək rüsumu isə, 20 manat təşkil etdiyi halda, sentyabrın 15-də məni aldadaraq, 150 manat pulumu alıblar. Üstəlik, bu azmış kimi, öyrəndim ki, avtomobilimi qeydiyyata alsalar da, heç, texniki baxışdan belə keçirməyiblər. Bu hallar, bir mənim yox, çoxlarının başına gətirilən qanunsuz əməllərdir.WhatsApp Image 2021 03 04 at 01.55.29
Bəli, bütün bunlar, korrupsiya və rüşvət yönlu bağışlanmaz cinayətlərdir ki, həm Yevlax Rayonlararası Qeydiyyat, İmtahan və Texniki Baxış Şöbəsinin rəhbərliyi, həm də Ucar RPŞ-nin YPX-nin əməkdaşı Fəqan Məmmədov həyata keçiriblər. Belə bəd əməl sahibi olan şəxslərin hüquq-mühafizə orqanlarında təmsil olunmaları, ən azı, ölkə polisinin adına bir ləkədir!".WhatsApp Image 2021 03 04 at 01.55.41
Şikayətci Vətən Müharibəsi iştirakçısı məktubunun sonunda onu da bildirir ki, bütün bunlar barədə, o, Azərbaycan Respublikasının daxili işlər naziri Vilayət Eyvazova da şikayət xarakterli müraciət ünvanlayıb və çox hörmətli general-polkovnikdən xahiş edib ki, başına gətirilənləri araşdırıb, korrupsiyaya qurşanan Yevlax Rayonlararası Qeydiyyat, İmtahan və Texniki Baxış Şöbəsinin rəhbər şəxslərinin və YPX əməkdaşı Fəqan Məmmədovun barələrində, qanunlarımız çərçivəsində ciddi tədbirlər görsün.

Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.

Moldovada Xocalı soyqırımına həsr edilən anım tədbiri keçirilib

 WhatsApp Image 2021 02 26 at 00.03.54Fevralın 25-də Azərbaycan Respublikasının Moldovadakı Səfirliyi, bu ölkədəki Azərbaycanlılar Konqresi (MAK) ilə birlikdə, paytaxt Kişinyovda yerləşən “Time” hotelinin konfrans zalında Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilən anım tədbiri keçirib.

"Nəhayət, Azərbaycanın Moldovadakı səfirliyinin də, ölkəmizin adına layiq inzibati binası yaradıldı" -- KİŞİNYOVDAKI SOYDAŞIMIZ

WhatsApp Image 2021 01 30 at 14.25.37 2Yazımızın başlığına çıxardığımız bu xoş xəbəri, eləcə də onun təsdiqi üçün çəkilmiş bu foto-video görüntüləri, araz.az xəbər portalımızın e-mail ünvanına, Baş redaktorumuzun tələbə yoldaşı olmuş, hal-hazırda isə, Moldovada yaşayan bir soydaşımız göndərib. Və özü də, bizə ötürdüyü bu xəbərini qürurverici təsir bağışlayan bu cümlələrlə başlayıb: "Biz bunu çoxdan gözləyirdik. Di gəl ki,..

Ruslar Qarabağda senzura tətbiq edib: NİYYƏT VƏ MƏQSƏDLƏRİ NƏDİR?!

WhatsApp Image 2021 01 26 at 23.48.21
 
Vüqar DADAŞOV: "Görünən odur ki, ruslar 10 noyabr tarixli üçtərəfli Bəyanatın 4-cü bəndini təsirdən salmaqda çox israrlıdırlar" 
 
"Bu ilin yanvar ayının 11-də baş tutan Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin üç tərəfli Moskva görüşündən iki həftədən çox vaxt keçib. Diqqət yetirsək, açıq-aydın görərik ki, həmin məlum görüşdən sonra, Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyətinin işıqlandırılmaşına senzura tətbiq edilib. Demək olar ki, sülhməramlıların nəzarətimizdə olmayan ərazilərimizdə  hansı missiya ilə məşğul olması tam gizli şəkildə aparılır. Bölgədən sülhməramlılarla bağlı hər hansı məlumat tam rəsmi xarakterli olur. Artıq, rus əsgərlərinə də, fərdi qaydada məlumat axınını gizlətmək və yayımlamamaq tapşırığının ciddi şəkildə verildiyi göz qabağındadır. 
 
Rus sülhməramlılarının Qarabağdakı fəaliyyətinin məxfiliyinin, təbii ki, məlum 11 yanvar Moskva görüşündən sonra tətbiqi onu göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyevin həmin görüşdə rus sülhməramlılarının öz missiyalarından kənar fəaliyyətinə kəskin etirazı və bununla bağlı narazılığı, rusları informasiya məsələsində daha diqqətli olmağa məcbur edib”,
 
-- bu fikirləri tanınmış hüquqşünas Vüqar Dadaşov araz.az xəbər portalına açıqlamasında bildirib. O, rus sülhməramlılarının mandatdankənar fəaliyyəti barədə danışarkən, xüsusi olaraq onu vurğulayıb ki, onlara diqqətli olmaq tapşırığının verilməsi ancaq o demək deyil ki, rus sülhməramlıları artıq öz çirkin niyyətlərindən əl çəkib: "Sadəcə olaraq, onlar, özlərinin həmin Moskva görüşündən sonrakı erməni və azərbaycanlı düşmənçiliyin dərinləşməsinə xidmət edən çirkin əməllərini Azərbaycan cəmiyyətindən gizlətməyə qərar veriblər.
 
Son vaxtlar baş verən proseslər də göstərir ki, Kreml hakimiyyəti heç bir razılaşmaya əməl etmək fikrində deyil və həmin razılaşmaları açıqcasına təhrif edir. Rusiya xarici işlər naziri Lavrov da, Rusiya sülhməramlılarının Qarabağda fəaliyyətinin konkret parametrlərinin müəyyən olunmasına dair açıqlamasında bu məsələnin üçtərəfli forma çərçivəsində mümkünlüyünü bir daha bildirib. Axı, bu nə deməkdir, Azərbaycan ərazisində hər hansı bir ordunun yerləşdirilməsi və fəaliyyəti niyə üçüncü tərəflə -- Ermənistanla razlıaşdırılmalıdır?! Axı, Ermənistan Azərbaycan ərazilərində hansısa hüquqa malikdir?!
 
Bir də, bu barədə danışarkən, xüsusi olaraq vurğulanan əsas nüanslardan əlavə, 10 noyabr tarixli üçtərəfli Bəyanatın əsas şərtlərinə də nəzər yetirmək lazımdır. Bu şərtlərə görə, tərəflərdən hər hansı birinin istəyi əsasında sülhməramlılar bölgəni tərk etməlidir. Görünən odur ki, ruslar həmin Bəyanatın 4-cü bəndini təsirdən salmaqda çox israrlıdırlar. 
 
Bir sözlə, deyilənlər növbəti rus təxribatlarıdır. Siyasi nəticəyə və hədəfə hesablanmış belə rus təxribatlarının biri də, Azərbaycan Respublikasının işğaldan azad olunmuş Kəlbəcər rayonunun işğal müddətində "Drambon" adlandırılmış Heyvalı kəndindəki yolun ermənilərin bağlayaraq, Azərbaycana məxsus yük maşınlarından ibarət kolonun qarşısını kəsməklə, keçirdikləri etiraz aksiyası idi.
 
Ermənilər yalandan bu aksiyalarının heç bir münaqişə yaratmaq məqsədi daşımadığını bildirərək, onları buna təhrik edən sülhməramlılar qarşısında qəti tələb də qoyublar ki, azərbaycanlılar istifadə etdikləri kimi, onların da, Kəlbəcərdən Ermənistana keçən həmin yolla Vardenisə -- Basarkeçərə sərbəst getmələrinə normal şərait yaradılsın. Konkret desək, həmin aksiyanın mahiyyəti də o idi ki, ruslar ermənilərin dili ilə, Azərbaycan sərhədlərini, ölkəmizin suverenliyini belə tanımaq istəmədiklərini bir daha ortaya qoymuş oldular. 
 
Təbii ki, rusların razılığı olmadan belə bir aksiyanın təşkili və keçirilməsi mümkünsüz idi. Həmin aksiyaçılar qarşısına çıxan rus zabitinin işlətdiyi “Artsax” kəlməsi isə, həmin o aksiyada kimin nə məqsəd daşıdığını, hansı hədəfi vurmaq istədiyini göstərmiş oldu. 
11 yanvar Moskva razılaşmasından sonra, hətta,
 
“Dağlıq Qarabağın Azərbaycan daxilində statusu mümkün deyil və qəbuledilməzdir. Bunu Qarabağ Prezidenti Arayik Arutyunyan çərşənbə axşamı Karen Sarkisyanı Daxili İşlər Nazirliyinin personalına təqdimatı zamanı deyib” mövzulu xəbəri bu gün “Sputnik” xəbər portalı da yayımlayıb. Bu xəbərin mahiyyəti də onu göstərir ki, ruslar, artıq, Ermənistanla deyil, özlərinin yaratmış olduğu separatçı rejimlə Azərbaycanda daimi mövcudluğunu təmin etmək fikrindədirlər. Burdan o da bəlli olur ki, beynəlxalq axtarışda olan Araikin, -- Ermənistanın və bütün dünya ermənilərinin məğlubiyyətindən sonra, -- ilk dəfə belə ürəkli, qorxmaz açıqlama ilə çıxış etməsi, onun ruslara arxayınlığına bağlıdır. 
 
Rusların Ermənistanla deyil, separatçı rejimlə iş birliyinə üstünlük verməsi, birbaşa, onların “b” planıdır. Daha doğrusu, Ermənistan haçansa Rusiya təsirindən çıxmış olsa da, ruslar, Qarabağ separatçılarının vasitəsi ilə, bölgədə mövcudluqlarını bu yolla indidən təmin etmək fikrindədirlər. Əlavə olaraq, bu vəziyyət bir daha onu göstərir ki, ruslar, ümumiyyətlə, Ermənistanın rus təsirində qalacağına, Qərbə və ya Türkiyəyə inteqrasiya etməyəcəyinə əmin deyillər.  
 
Diqqətimizdən yayınan digər bir məqam da odur ki, hələ nəzarətimizdə olmayan ərazilərimizə hava müşahidəmizin ruslar tərəfindən “qadağan” edilməsi belə, onların Azərbaycana qarşı yeni bir məkrli planlarının rahatlıqla başa çatdırılmasına hesablanıb. Tam əminliklə demək olar ki, rusların sürprizləri hələ qabaqdadır, onlar Qarabağ konfliktini dirçəldəcək və bu konfliktin tarixə qovuşmasına mane ola biləcək ən məkrli planlardan belə istifadə edəcəklər. Bu səbəbdən, vəziyyət təcilli olaraq onu tələb edir ki, Azərbaycan dövlət sərhədlərini tam qapatmalı, Laçın dəhlizini  nəzarətə götürməli, rus sülhməramlılarının statusunu müəyyən etməlidir. Tarixi analizlər də göstərir ki, ruslarla “müdafiə” siyasəti effektli deyil, ruslar həmişə “hücum”“güc” siyasətinə loyallıq edibdir.
 
Prezident İlham Əliyevin ağıllı strateji siyasi bacarığı, eləcə də Azərbaycan dövlətinin hərbi və iqtisadi potensialı, ortadakı əzəmətli Türkiyə faktoru, bütünlüklə dünyada və dövlətlərdə baş verən proseslər onu deməyə əsas verir ki, biz, rusların yeni növ istənilən məkrli planını da poza biləcək iqtidarındayıq”. 
 
 
araz.az xəbər portalı.

10 -dən səhifə 44

Əlaqəli xəbərlər