Bu gün doğum günü olan şəhidlərimiz dərin hörmət və ehtiramla yad edirik - FOTO

PROFİL QLAVNI1

44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız hərbçilərimiz tərəfindən azad olunub.

Qələbəyə gedən yolda qazilərimizlə yanaşı, şəhidlərimiz də oldu. Bu gün qəhrəman şəhidlərimizdən 10 nəfərin doğum günüdür.

 araz.az Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir: 

Polkovnik-leytenant Sadıqov Rəşad Xanlar oğlu 1978-ci il oktyabrın 11-də Laçın rayonunda anadan olub. 1984-1992-ci illərdə Laçın şəhərində 2 nömrəli tam orta məktəbdə təhsil alıb. 1992-ci ilin may ayında Laçın şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunduğu üçün Sadıqovlar ailəsi Şəmkir şəhərində yaşamağa başlayırlar. 1992-1995-ci illərdə həmin şəhərdə Ə. Cavad adına 1 nömrəli tam orta məktəbdə təhsil alıb. 1995-1999-cu illərdə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (BABKM) ali hərbi təhsil alıb.

Rəşad Sadıqov 1999-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Şahbuz rayonunda yerləşən N saylı hərbi hissədə xidmət edib. 2004-cü ildə Naxçıvan şəhərində Heydər Əliyev adına Hərbi Liseydə çalışıb. Daha sonra isə Naxçıvan şəhərində Hərbi Komissarlığda və Hərbi Hospitalda xidmət edib.

Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Rəşad Sadıqov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rəşad Sadıqov oktyabrın 30-da Laçın döyüşləri zamanı şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Rəşad Sadıqov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edildi.

Əsgər Şahmarlı Vüsal Mərdan oğlu 1996-cı ildə İmişli rayonunun Sarıxanlı kəndində dünyaya göz açıb. İlk təhsilini Rusiyanın Tümen şəhərində alan Vüsal 5-ci sinifdə oxuyarkən ailəsi ilə birlikdə Azərbaycana qayıtmış və Bakı şəhəri 138 nömrəli orta məktəbdə təhsilini davam etdirib.

Orta təhsilini 2014-cü ildə başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Gədəbəydə hərbi xidmətinə başlayıb. Hərbi xidmət müddətində 2016-cı ilin aprel ayında baş verən dördgünlük müharibədə iştirak edib. Hərbi xidmət müddəti bitdikdən sonra Vüsal xüsusilə, biznes sahəsində çalışıb.

Vüsal Şahmarlı ötən ilin 21 sentyabr tarixində hərbi təlim toplantılarına çağırılıb. Azərbaycan Ordusunun əsgəri olan Vüsal Şahmarlı 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində 5 oktyabr tarixindən iştirak edib. Topatıcı əsgər olaraq hərbi əməliyyatlarda, xüsusilə də, Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə vuruşub. 18 oktyabr 2020-ci ildə Füzulinin azad edilməsi münasibətilə ailəsi ilə əlaqə saxladıqdan 40 dəqiqə sonra snayper atəşi nəticəsində şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Vüsal Şahmarlı ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edildi.

Əsgər Budaqov Yusif Ramiq oğlu 1997-ci ilin 11 oktyabrında Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra, 2015-2017-ci illərdə hərbi xidmətdə olub, dizayn üzrə kollec təhsili alıb. Vətən müharibəsindən bir neçə gün öncə isə təlimlərə cəlb olunub. Müharibə başlayan kimi də döyüşlərdə iştirak edib. 23 yaşını da oktyabrın 11-də müharibədə - səngərdə, güllə, mərmi yağışları altında döyüş yoldaşları ilə birlikdə qeyd edib.

Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhid olan Y.Budaqovun nəşi oktyabrın 30-da ailəsinə təhvil verilib. Şəhidimiz oktyabrın 31-də də Badamdar qəbiristanlığında torpağa tapşırılıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Yusif Budaqov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

MAHHXHQ kiçik çavuş Yusifli Özal İdris oğlu 1992-ci il oktyabrın 11-də Yevlax şəhərinin Aşağı Qarxum kəndində anadan olub. 1999-cu ildə orta məktəbdə təhsil almağa başlayan Özal 2010-cu ildə təhsilini bitirərək hərbi xidmətə yollanıb.

Naxçıvan Milli Ordu sıralarında xidməti başa vuraraq Yevlax şəhərinə qayıdıb. 2017-ci ildə Milli Ordu sıralarında çavuş kimi çalışmağa başlayıb. 2019-cu ilin əvvəllərində hərbi polis kimi fəaliyyətə başlasa da, öz ərizəsi ilə yenidən 2019-cu ilin axırlarında Milli Ordu sıralarında çavuş kimi xidmətə davam edib.

O, Vətən müharibəsində Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 2-də vəfat edib.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Özal Yusifli ölümündən sonra “Cəsur döyüşçü”, “Suqovuşanın azadlığına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Əsgər Hacıyev İntiqam Eynullah oğlu 11 oktyabr 1998-ci ildə Ağcabədi rayonunun Minaxorlu kəndində anadan olub. Ağcabədi rayon Minaxorlu kənd tam orta məktəbində təhsil alıb. İntiqam Hacıyev 21 sentyabr 2020-ci ildən hərbi təlimlərə cəlb olunub.

Azərbaycan Ordusunun əsgəri olan İntiqam Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq vuruşub.

Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Döyüşlərdə yaralanıb və 13 oktyabrda şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, İntiqam Hacıyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

MAHHXHQ əsgər Məmmədov Emin Fazil oğlu 1997-ci il oktyabrın 11-də Beyləqan rayonu 1-ci Şahsevən kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Emin Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib.

Emin Məmmədov noyabrın 2-də Şuşa şəhəri istiqamətində gedən hərbi əməliyyatlar zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Emin Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

MAHHXHQ kiçik çavuş Murtuzəliyev Xəqani İsa oğlu 1984-cü il oktyabrın 11-də Zaqatala rayonunun Qımır kəndində anadan olub. 1990-2001-ci illərdə İ. Məmmədov adına Qımır kənd tam orta məktəbində təhsil alıb. Xəqani Murtuzəliyev 2002-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2013-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Xəqani Murtuzəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəqani Murtuzəliyev oktyabrın 22-də Füzuli döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunun Qımır kəndində dəfn olunub. Şəhidimiz ailəli idi, Vətənə əmanət iki oğul övladı yadigar qalıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Xəqani Murtuzəliyev ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

MAHHXHQ əsgər Quliyev Həsən Adışirin oğlu 1996-cı ildə Ağcabədi rayonunun Sarvanlar kəndində dünyaya göz açıb.

Orta məktəbi bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmət müddəti bitdikdən sonra 2015-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. Azərbaycan Ordusunun əsgəri olan Quliyev Həsən 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib.

Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşan H.Quliyev 3 noyabr 2020-ci ildə Xocavənd istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. 21 noyabr 2020-ci ildə Ağcabədi rayonunun Sarvanlar kəndində torpağa tapşırılıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Həsən Quliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Əsgər Quliyev Azər Zakir oğlu 1996-cı ildə Sumqayıtda doğulub. Ailənin ikinci övladı olan Azər vətənpərvər ruhda böyüyüb. Ötən ilin sentyabrında Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində başlayan müharibəyə qatılıb. Sentyabrın 29-dan ön cəbhədə döyüşlərdə iştirak edən A.Quliyev sonuncu dəfə ailəsi ilə oktyabrın 23-də əlaqə saxlayıb. Elə o danışıqdan sonra, axşam saat 20:00-da ailəsinə şəhidlik xəbəri verilib. Xidməti dövründə bütün döyüş tapşırıqlarının öhdəsindən layiqincə gələn qəhrəmanımız Xocavənd istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə, Quliyev Azər Zakir oğlu ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olmasına görə” medalları ilə təltif edilib.

Əsgər Rüstəmov Arif Seymur oğlu 2001-ci il oktyabrın 11-də Salyan şəhərində anadan olub. 2018-ci ildə orta təhsilini bitirdikdən sonra kollecə daxil olub. A.Rüstəmov 2019-cu ildə təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanıb və orada rabitəçi kimi xidmət edib. Qazax rayonu N saylı hərbi hissədə qulluq edən şəhidimiz 27 sentyabrda başlanan Vətən müharibəsinə qatılıb.

O, Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlının azad olunması uğrunda döyüşlərdə iştirak edib. Arif Rüstmov 27 oktyabr tarixində Füzuli rayonunda gedən döyüşlərdə şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Arif Rüstəmov ölümündən sonra “Vətən uğrunda” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub.

PROFİL QOYMA 2 Cİ

Şəhidlər ölməz, vətən bölünməz.

Rəşad CƏFƏRLİ,

araz.az xəbər portalının xüsusi müxbiri.

 

 

Bu gün doğum günü olan şəhidlərimiz - FOTO

KİNCİ MONTAJ

44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız hərbçilərimiz tərəfindən azad olunub.

Azərbaycan ordusu tarixi qələbə çaldı və bütün dünya Azərbaycan ordusunun gücündən danışdı.

Qələbəyə gedən yolda qazilərimizlə yanaşı, şəhidlərimiz də oldu. Bu gün qəhrəman şəhidlərimizdən 11 nəfərin doğum günüdür.

araz.az Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.

Baş leytenant Bədəlov Valeh Vahid oğlu 1990-cı il oktyabrın 10-da Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub.

1996-2007-ci illərdə R.Şabanov adına Aşağı Tala kənd tam orta məktəbində, 2007–2012-ci illərdə Qafqaz Universitetinin Filologiya fakültəsində təhsil alıb. Ali təhsilini Azərbaycan dili və Ədəbiyyat müəllimliyi ixtisası üzrə başa vurub. Valeh Bədəlov 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2012-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində “leytenant” hərbi rütbəsi altında xidmət edib.

2015-ci ildən Xüsusi Təyinatlı Qüvvələrin sıralarında xidmət edirdi. Valeh Bədəlov 2016-cı ilin 2-5 aprelində baş tutan döyüşlərin iştirakçısı olub. 2017-ci ildə Türkiyədə komando kurslarında iştirak edib. 2018-ci ildə Azərbaycan Ordusunun 100 illiyi münasibəti ilə keçirilən paradda iştirak edib, fərqlənməyə görə medalla təltif olunub. 2019-cu ildə Bakının azad edilməsinin 100 illiyi münasibətilə keçirilən paradda iştirak edib. Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Valeh Bədəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ, Cəbrayıl, Xocavənd və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Valeh Bədəlov oktyabrın 7-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunun Aşağı Tala kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən Valeh Bədəlov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”,  “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”,  “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

MAHHXHQ çavuş Ələsgərzadə Sənan Muxtar oğlu 1995-ci il oktyabrın 10-da Şəki rayonunun Əliyar kəndində anadan olub. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Sənan Ələsgərzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sənan Ələsgərzadə oktyabrın 19-da Füzuli döyüşləri zamanı şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Sənan Ələsgərzadə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edildi.

XTQ-nin Tibb Xidməti baş leytenantı Ənvərli Aqşin Faiq oğlu 1994-cü il oktyabrın 10-da Qəbələ şəhərində anadan olub. 2001-2012-ci illərdə Qəbələ şəhərinin N. Apayev adına 4 nömrəli tam orta məktəbində təhsil alıb. Ali təhsilini isə 2012-2018-ci illərdə Azərbaycan Tibb Universitetində (ATU) alıb.

Aqşin Ənvərli 2018-ci ildə tibbi xidməti leytenantı rütbəsi ilə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən “N” saylı hərbi hissəsində xidmətə başladı. Bir müddət sonra isə Xüsusi Təyinatlı Qüvvələrin Tibb Xidmətinin rəisi vəzifəsinə təyin edildi.

Azərbaycan Ordusunun leytenantı olan Aqşin Ənvərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının, Şuşanın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib.

Aqşin Ənvərli noyabrın 6-da Xocavənd döyüşləri zamanı şəhid olub. Döyüşlər zamanı səngərdə “baş leytenant” rütbəsi alıb. Qəbələ rayonunda torpağa tapşırılıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Aqşin Ənvərli ölümündən sonra “Vətən uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

MAHHXHQ əsgər İbrahimov İbrahim Abdulla oğlu 1999-cu il oktyabrın 10-da Bakı şəhərində anadan olub. 2007-2018-ci illərdə Bakı şəhərində 205 saylı tam orta məktəbdə təhsil alıb. 2018-ci ildə Sumqayıt Dövlət Texniki Kollecinə qəbul olub. İbrahim İbrahimov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib.

Azərbaycan Ordusunun əsgəri olan İbrahim İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə qoşulub. Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Hadrut istiqamətində gedən döyüşlərdə iştirak edib. Noyabrın 8-də Şuşa istiqamətində gedən döyüşlərdə xüsusi şücaət göstərib. Noyabrın 9-da Şuşa şəhəri yaxınlığında snayper gülləsinə tuş gələrək şəhid olub. O, noyabrın 12-də Bakı şəhərində Binəqədi qəbiristanlığında torpağa tapşırılıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən İbrahim İbrahimov ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edildi.

Əsgər Kərimli İsmayıl Ceyhun oğlu 1997-ci il oktyabrın 10-da Bakı şəhərində anadan olub.[1] 2015-2019-cu illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU)Su Təsərrüfatı və MKS” ixtisası üzrə ali təhsil alıb. İsmayıl Kərimli 2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi.

Azərbaycan Ordusunun əsgəri olan İsmayıl Kərimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hadrut döyüşləri zamanı döyüş yoldaşlarının əhatəyə aldığı səngərə daxil olub və Ermənistan Silahlı Qüvvələrinin bir neçə əsgəri öldürüb. İsmayıl Kərimli noyabrın 4-də Daşaltı istiqamətində döyüş yoldaşlarını xilas edən zaman ağır yaralanıb, nəticədə şəhid olub. Əvvəlcə Qaradağ rayonundakı Ümumşəhər qəbiristanlığında dəfn olunub. Daha sonra məzarı II Şəhidlər Xiyabanına köçürülüb.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən İsmayıl Kərimli ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Leytenant Məcidzadə Teymur Tehran oğlu 1992-ci il oktyabrın 10-da Füzuli rayonunun Gecəgözlü kəndində anadan olub. 1993-cü ilin avqustunda Füzuli rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra Məcidzadələr ailəsi Xətai rayonunda yaşamağa başladılar.

2010-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “Dünya iqtisadiyyatı” üzrə ali təhsil alıb. Azərbaycan Ordusunun leytenantı olan Teymur Məcidzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Teymur Məcidzadə noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Teymur Məcidzadə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edildi.

Baş leytenant Məmmədzadə Mikayıl İlqar oğlu 1994-cü il oktyabrın 10-da Sumqayıt şəhərində anadan olub. 2001 - 2009-cu illərdə C.Səfərov adına 10 saylı tam orta məktəbdə, 2009—2012-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb.

2012 - 2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Mikayıl Məmmədzadə 2016-cı ildən Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif hərbi hissələrində xidmət edib. 2018-ci ildən xidmətini “baş leytenant” hərbi rütbəsi altında davam etdirirdi. Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Mikayıl Məmmədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Mikayıl Məmmədzadə sentyabrın 28-də Murovdağ döyüşləri zamanı, Kəlbəcər rayonu ərazisində Camışdağ-Qaragöl istiqamətində şəhid olub. Nəşi uzun müddət götürülə bilməyib. Dekabrın 28-də Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Mikayıl Məmmədzadə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Əsgər Mərdanov Vaqif Ədalət oğlu 2001-ci il oktyabrın 10-da Suraxanı rayonunun Hövsan qəsəbəsində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Vaqif Mərdanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vaqif Mərdanov noyabrın 3-də Qubadlı döyüşləri zamanı şəhid olub. Hövsan qəsəbəsində dəfn olunub.

bandicam 2021 10 10 11 32 58 285

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən Vaqif Mərdanov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medaları ilə təltif edilib.

MAHHXHQ, əsgər Qənbərzadə Heydər Ağahüseyn oğlu 10 oktyabr 1997-ci ildə Lənkəran rayonunun Cil kəndində dünyaya gəlib. Heydər Qənbərzadə orta məktəbi bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmət müddəti bitdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq və çavuş rütbəsi alaraq hərbi xidmətinə davam edib.

Azərbaycan Ordusunun əsgəri olan Heydər Qənbərzadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzuli və Hadrut döyüşlərində vuruşub. Heydər Qənbərzadə 9 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Heydər Qənbərzadə ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Əsgər Qumaşov Anar Saleh oğlu 10 oktyabr 1997-ci ildə anadan olmuşdur. Əslən Cəbrayıl rayonundan olan şəhidimiz uşaq yaşlarında atasını itirib, nənəsinin himayəsində böyüyüb.

Azərbaycan Ordusunun əsgəri olan Anar Qumaşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd rayonun azad olunması uğurunda gedən döyüşlərdə iştirak edib. Anar Qumaşov 20 oktyabr 2020-ci ildə Xocavənd rayonun azad olunması uğurunda gedən döyüşlərdə şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Anar Qumaşov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

MAHHXHQ əsgər Yunisli Ruslan Elçin oğlu 1996-ci ildə Beyləqan rayonunun Təzəkənd kəndində dünyaya göz açıb. Orta təhsilini başa vurduqdan sonra 2020-ci il sentyabrın 8-də həqiqi hərbi xidmətə çağırılıb.

Xidmət dövründə atıcı qumbaraatan köməkçisi olub. Ruslan Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edib və oktyabrın 25-də Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

bandicam 2021 10 10 11 35 01 068

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Ruslan Yunisli ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

MZAYA QOYULAN ŞƏKİL

Rəşad CƏFƏRLİ,

araz.az xəbər portalının xüsusi müxbiri.

Vətən Müharibəsində hərbçi kimi iştirak etmiş jurnalistlərlə görüş keçirilib

WhatsApp Image 2021 10 04 at 18.08.32Bu gün Bakı İdman Sarayında davam edən Milli Kitab Satış Sərgisi çərçivəsində, 44 günlük Vətən Müharibəsində hərbçi kimi iştirak etmiş jurnalistlərlə görüş keçirilib. Bu barədə, Mətbuat Şurasından araz.az-a daxil olan məlumatda deyilir ki, bu görüşdə, MŞ-nin sədri Əflatun Amaşov Vətən Müharibəsində 30 nəfərədək jurnalistin hərbçi olaraq döyüşdüyünü bildirib. “Onlar qələmlərini silahla əvəzləyərək, Vətənin çağırışına səs vermiş həmkarlarımızdır. Hər biri bizim, ümumilikdə, media ictimaiyyətimiz üçün dəyərlidir. Mətbuat Şurası müharibə müddətində onların valideynləri, ailə üzvləri ilə daim təmasda oldu. Biz gördük ki, onlar öz övladları ilə necə fəxr edirlər. Əlbəttə, hər birimiz fəxr və qürur hissi keçirirdik. WhatsApp Image 2021 10 04 at 18.08.03Müharibədə döyüşmüş jurnalistlər bizim üçün əzizdirlər. Mətbuat Şurası olaraq, çalışacağıq ki, onlar Azərbaycan dövlətinin bu və ya digər imtiyazlarından bəhrələnə bilsinlər. Ümumən, döyüşçü jurnalistlərimizi daim diqqətdə saxlayacağıq”, -- deyən Əflatun Amaşov vurğulayıb ki, rəhbərlik etdiyi qurum Vətən Müharibəsinin ildönümü ilə əlaqədar müharibədə iştirak etmiş, eləcə də müharibəni işıqlandırmış jurnalistlərə yönəlik müxtəlif aksiyalar reallaşdırmağı planlaşdırıb. Bu günkü görüş də, həmin tədbirlərin ilkidir. Əflatun Amaşov rəhbərlik etdiyi qurumun bu təşəbbüsünün gerçəkləşdirilməsiylə əlaqədar, dövlət qurumları ilə danışıqlar aparıldığını da diqqətə çatdırıb. Qeyd edib ki, müvafiq razılıq əldə edildikdən sonra, həmin tədbirlər gerçəkləşdiriləcək və bu barədə cəmiyyət də məlumatlandırılacaqdır. O, həmçinin Zəfər Gününə qədər döyüş meydanlarında olmuş media təmsilçilərinin xatirələrinin yer aldığı kitabın nəşrinin planlaşdırıldığını da diqqətə çatdırıb və jurnalistlərdən cəbhə xatirələrini qələmə alaraq, Şuraya göndərməyi xahiş edib.WhatsApp Image 2021 10 04 at 18.08.32 1
“Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu da bu görüşdə bildirib ki, toplantı Vətən Müharibəsinə döyüşçü kimi qatılmış media təmsilçilərinin əməyinə dəyər vermək baxımından olduqca əhəmiyyətlidir. O, rəhbərlik etdiyi qurumun bu təşəbbüsə həvəslə qoşulduğunu xüsusi vurğulayıb. Şahbaz Xuduoğlu həmin jurnalistlərin döyüş xatirələrinin toplanaraq, kitab şəklində nəşri təşəbbüsdən də söz açıb və bildirib ki, Mətbuat Şurasının irəli sürdüyü bu təşəbbüsə “Qanun” Nəşrlər Evi tərəfindən dəstək olacaq və həmin kitabın nəşri həyata keçiriləcəkdir.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Anar Eyvazov isə, öz çıxışında, Vətən Müharibəsinin informasiya savaşı mərhələsindən söz açıb. O, jurnalistlərin həmin savaşda fədakarlıq göstərdiklərini vurğulayaraq, bunun yekun zəfərin əldə edilməsində müstəsna rol oynadığını önə çəkib, bununla əlaqədar maraqlı məqamlara toxunub.WhatsApp Image 2021 10 04 at 18.08.31
MŞ sədri Ə. Amaşov 44 günlük Vətən Müharibəsi dönəmində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin kifayət qədər operativ çalışdığını vurğulayaraq, buna görə, xidmətin MŞ tərəfindən xüsusi diplomla təltif edildiyini vurğulayıb və həmin diplomu A. Eyvazova təqdim edib.
MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli də çıxışını müharibənin informasiya cəbhəsinin vacibliyi üzərində qurub. O bildirib ki, erməni saytı olan “news.am” 44 günlük müharibədə Ermənistanın müvafiq dövlət qurumlarının danışdıqları yalanları günbəgün göstərən kampaniyaya start verib. M. Ələsgərli bundan fərqli olaraq, AR Müdafiə Nazirliyinin, eləcə də digər müvafiq strukturların dəqiq və operativ çalışdıqlarını, cəmiyyəti dolğun informasiyalarla təmin etdiklərini xüsusi vurğulayıb. WhatsApp Image 2021 10 04 at 18.08.32 2MŞ sədrinin müavini, həmçinin müharibədə döyüşmüş jurnalistlərin də öz işlərinə peşəkar yanaşdıqlarını, hərbi forma geyindikdən sonra, sırf hərbçi kimi davrandıqlarını dilə gətirib, Ermənistan tərəfdə söz azadlığı və jurnalist təhlükəsizliyi müstəvisində ciddi spekulyasiyaların həyata keçirildiyindən söz açıb.
Vətən Müharibəsində döyüşmüş jurnalistlərdən Pərviz Aslanov, Məğrur Əliyev, Fərid Teymurxanlı, Nurlan Əliməmmədov, Nahid Salayev, Mahal Məmmədov və başqaları, öz çıxışlarında döyüş xatirələrini bölüşərək, bildiriblər ki, 44 günlük bu savaşda iştirak etmək, torpaqlarımızın azadlığı uğrunda döyüşmək onlar üçün böyük qürur və fəxarət anlarıdır və bu anlar ömür yollarında əbədi qalacaqdır. Onlar, həmçinin Vətən Müharibəsi dövründə Azərbaycan xalqının birlik və bütövlük nümayişinin yekun qələbənin qazanılmasında müstəsna rol oynadığını və xüsusi önəm daşıdığını vurğulayıblar.WhatsApp Image 2021 10 04 at 18.08.33
Bu görüşdə, müharibədə iştirak etmiş bir qrup jurnalistə Azərbaycan Mətbuat Şurasının bir neçə ay öncə təsis etdiyi “Qələmdən süngüyə” mükafatı təqdim olunub. Görüşdən sonra isə, toplantı iştirakçıları Milli Kitab Satış Sərgisi ilə tanış olublar. Jurnalistlərə “Qanun” Nəşrlər Evi tərəfindən kitablar hədiyyə edilib.

Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.

Füzuli Beynəlxalq Hava Limanı Moldova mətbuatında

WhatsApp Image 2021 09 05 at 20.37.12

Azərbaycanın Moldovadakı səfirliyindən araz.az-a daxil olan məlumata görə, bu ölkənin nüfuzlu xəbər portalları işğaldan azad olunmuş Qarabağın ilk aeroportuna -- Füzuli Beynəlxalq Hava Limanına Bakıdan uçan "Azərbaycan Hava Yolları"na məxsus ən böyük "Airbus A340-500" tipli sərnişin təyyarəsinin enişi barədə məqalələr yayıb. Materialları əsasında “tribuna.md”, “ava.md” və “noi.md” saytlarında dərc edilən məqalələrdə qeyd olunub ki, Füzuli Beynəlxalq Hava Limanının istismara verilməsindən əvvəl, "Azərbaycan Hava Yolları"na məxsus ən böyük "Airbus A340 - 500" tipli sərnişin təyyarəsi sentyabrın 5-də sınaq reysi həyata keçirərək, işğaldan azad olunmuş Qarabağın ilk hava limanında eniş icra edib. Simvolik olaraq, həmin təyyarə "Qarabağ" adını daşıyır.
Bundan əlavə, Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan "Boeing 747 - 400" tipli hava gəmisi də bu gün Füzuli hava limanına eniş icra edib. Bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırılıb.
Bakı -- Füzuli marşrutu üzrə sərnişin təyyarəsi ilə uçuş müddəti 35 dəqiqə olub.
Həmin məqalələrdə xüsusi olaraq vurğulanıb ki, sentyabrın sonunda istifadəyə verilməsi planlaşdırılan sərnişin terminalının qarşısında 150 avtomobil üçün nəzərdə tutulan dayanacaq inşa edilib. Həmçinin, Füzuli Beynəlxalq Hava Limanını “Zəfər yolu” və Şuşa şəhərinə aparan magistral yolla birləşdirən avtomobil yolunun tikintisi davam etdirilir. Bundan əlavə, Hava Limanının ərazisində yaşıllaşdırma işləri aparılır.
Həmin yazıları bu linklərdən oxuya bilərsiniz:

1.https://tribuna.md/ru/2021/09/05/azal-karabah-samolet-aeroport-fuzuli/
2.https://noi.md/ru/v-mire/prinadlezhashhij-azal-samolet-karabah-prizemlilsya-v-fizulinskom-ajeroportu?prev=1
3.https://ava.md/2021/09/05/prinadlezhaschiy-azal-samolet-karabah/

Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.

Sumqayıt Şəhidlər Xiyabanı əsaslı şəkildə yenidən qurulur – Fotolar

FEADADF8 8D3E 4C6C A42F 3317DEE20CC8 660x330

Sumqayıt şəhərində əsaslı abadlıq-quruculuq işləri sürətlə davam edir. Son vaxtlar şəhərin Şəhidlər Xiyabanı da əsaslı şəkildə yenidən qurulur. Şəhər sakinləri bildirir ki, tikinti işlərinin necə getdiyi icra başçısı Zakir Fərəcovun şəxsi nəzarətindədir. Onun tez-tez həmin məkanda göründüyü bildirilir. Şumqayıt Şəhidlər Xiyabanında olduğumuz zaman həmin müqəddəs məkanın şəhidlərin adları və məqamlarına uyğun şəkildə yenidən qurulduğunun şahidi olduq. Bir neçə gündən sonra, Şəhidlər Xiyabanındakı işlərin tamamlanacağı gözlənilir. Azinforum.az həmin yerdən çəkilən fotoları təqdim edib:

 

araz.az xəbər portalı.

2 -dən səhifə 40

Əlaqəli xəbərlər