GECƏNİN GİZLƏTDİYİ GERÇƏKLİK - RESENZİYA

WhatsApp Image 2020 12 19 at 22.54.19 
Ədəbiyyatın başlıca missiyası cəmiyyətin keçdiyi, keçəcəyi yolların da bədiiləşdirilmiş təqdimatını vermək yox, keçilən və yaxud keçilməli olan həmin yollarda cəmiyyətin generatoru olan İnsanın rolunu qabartmaqdan, onu şüurun alt qatında yerbəyer etməkdən başqa bir şey deyil. Bəşər üçün həyati rol oynyacaq bu transformasiyada Vissarion Belinskinin sərrast ifadəsi ilə əhatələnən, “uşaq təfəkkürünün ifadəsi olan” antik ədəbiyyata transfer edilməsinə qədər onun miflərdəki akkumlyasiyasının şahidi oluruq. O da məlum həqiqətlərdəndir ki, antik ədbiyyatın, elə dövrümüzə qədər gəlib çatan söz sənətinin ifadə formaları rəngarəng olsa da, onun ideyası dəyişməz olaraq qalıb. Dövlətlərin və həmin dövlətlərin daşıyıcısı olan ideologiyaların bir-birini əvəz etməsinə, təbliğ edilən dəyərlərin bəzən antaqonist dəyişimlərinə baxmayaraq, günümüzə qədər mövcud olan fakt bundan ibarətdir. Homerin möhtəşəm eposlarında, Demosfon və Siseron idealizəsinin təqdim etdiyi səhnələrdə, Esxil, Sofokl, Evripidin faciələrində, Aristofanın komediyalarında  bunların şahidi oluruq. Beləcə, janrlar və həmin janrları şərtləndirən stillər sistemi dəyişib, dəyişməyən isə, istənilən cəmiyyət üçün başlıca hərəkətverici qüvvə olaraq İnsan obrazı qalır. O obrazların səhnəyə gətirilmiş daxili aləmində oynadığı rolu isə, Aristotel “katarsis”- təbəddül,  Xeyir və Şərin insan qəlbindəki qarşıdurmasının seçim məqamı adlandırırdı və o məqamlar günümüzə qədər təmizlənmə anı kimi qəbul ediləcək. Katarsis, daxili qarşıdurmanın bitməsi, İnsanın seçəcəyi və artıq seçdiyi yolun müəyyənləşməsi məqamıdır.
Bu hisslər İftixarın, təxminən, 6-7 il əvvəl çap edilmiş, təsadüfən 5-6 ay əvvəl isə əlimə düşən və bir az əvvəl dönə-dönə oxuduğum “Pyeslər -- Birinci kitab”ının yaratdığı duyğulardır. Dəqiq ifadə etsək, kitabdakı “Dan yeri söküləndə”ni -- ikihissəli qəmli komediyanı oxuyandan sonra, bir aya yaxın müddətin təəssürratıdır -- desəm, daha doğru olardı. Komediyanın süjet xətti boyunca ancaq yol yoldaşımız kimi deyil, dilmanc olaraq da gülüşü görür, baş verənləri həmin gülüşün fonunda izləyirik. Bu gülüş, qətiyyən, hırıltıdan ibarət məsxərə deyil, o, daha çox sosial məzmun daşıyan və komediyanın tərkib hissəsinə çevrilən, onun elementinə çevrilən obrazdır: “Ölülər”də, “Dəli yığıncağı”nda gördüyümüz kimi! Ona görədir ki, ötən əsrin 60-70-ci illər ədəbi tənqidinin istedadlı nümayəndəsi mərhum Əziz Mirəhmədov həmin gülüşü “Göz yaşları içindəki qəhqəhə” adlandırırdı. O “göz yaşları içindəki qəhqəhəni”nin elementlərini Azərbaycan ictimai fikrinin birmənalı banisi, Azərbaycan dramaturgiyasının əsasını qoymuş ruhuşad Mirzə Fətəli Axundovun komediyalarında epizodik olsa belə, görürük. Yüksək əyarlı həmin gülüşün bircə nümunəsini “Hekayəti -- Molla İbrahimxəlil kimyagər”in “Əvvəlinci məclis”inin remarkasında bu cür təqdim edilir:
“Əvvəlinci məclis Nuxu şəhərində Hacı Kərim zərgərin evində vaqe olur min iki yüz qırx səkkizinc ildə, baharın orta ayında. Hacı Kərim zərgər, xaçmazlı Şeyx Salahı Nuxuya varid olduğu səbəbindən öz evinə dəvət edibdir: aşnaları Ağa Zaman həkim və Molla Salmanı və Məşədi Cabbar taciri və Səfər bəy mülkədarı və həm Şeyx Salah xaçmazlını. Amma Hacı Nuru şair ittifaqən çağrılmamış gəlibdir”.“Şair ittifaqən çağırılmamış gələn” Hacı Nuru şair böyük mütəfəkkirin zəmanəsinin görmək istədiyi, tərs kimi görə bilmədiyi, əvəzində, Mirzə Cəlilin sonradan “şeir bülbülləri” kimi təqdim etdiyi kateqoriyadan olan “şairlərin” ümumiləşdirilmiş obrazı idi. Düzdür, o tip “şairlər” Axundovdan sonra müxtəlif janrlarda yaradılmış ədəbiyyat nümunələrinin, xüsusən, Cəlil Məmmədquluzadənin felyeton, hekayə və dram əsərlərinin ruhunda rast gəlinəcək, amma daha geniş arealda. 
O barədə xatırlatmanı isə, artıq hesab edirik ki, hər bir əsər, ilk növbədə, mövcud zaman və o zaman mühitinin aktuallaşdırdığı mövzuların məcmusundan yaranır. İftixarın “Dan yeri söküləndə” komediyasındakı kimi. 
Baxmayaraq ki, mövzu son məqamda “ölülərinin dirilməsinə” (Ölülər”) və yaxud “dəlilərinin sağaldılmasına”  (“Dəli yığıncağı”) razı olmayanların dominantlıq etdiyi cəmiyyət üzərindəki pərdənin qaldırılması barədə deyil; söhbət, cərəyan edən hadisələrin hansı məzmunda da yox, hansı fonda baş verdiyindən gedir. Güney Qafqazın bir dağ kəndində baş verən (etiraf edək ki, istənilən gecənin sonu olacaq sökülən dan yeri, oxşar potensialı ilə, bütün cəmiyyətlər üçün, istər dağ kəndi olsun, istər dağətəyi çay kənarındakı qəsəbə, istərsə də dəniz qırağındakı şəhər, fərqi yoxdur, mahiyyət eyniliyi sözünü deyir), onun üçündür ki, kəndin adi günlərindən birininin başlanğıcı olmalı olan hadisə üzərində qurulan fabula sizə tanış gələrkən, buna görə heyrətlənməyəcəyinizə əminəm. Hə, bu o gerçəklikdir ki, naturada onunla üzbəüz qalırsınız və heyrətamiz dərəcədə, əl uzatsan, çatacaq qədər yaxınlığında olduğunuz bu gerçəkliyi adidən adi qarşıladığınız isə, sizi təəccübləndirməyəcək. Bu nədir, Cəfər Cabbarlının barəsində dönə-dönə danışdığı “tipik şəraitdə yaranan tipik obrazların” təhtəlşüurumuzda baş qaldırması, yoxsa 
bizim hamımızın içindən çıxdığımız gerçəkliyin təlqin etdiyi duyğunun təzahürü...? Bəlkə buna görədir ki, müəllifin qurduğu kompozisiya qətiyyən təngnəfəslik yaratmır; əsərin, əslində, əsas, ikinci, üçüncü dərəcəli kimi görünməli olan personajlarının təqdimatındakı obrazlar silsiləsi də, nə zamansa eşitdiyiniz və yaxud şahidi olduğunuz hadisələrdən başqa hansısa effekt yaratmayacaq. Sadəcə, obrazların təkcə öz daxili aləmlərini deyil, onları əhatə edən mikromühiti sərrast ifadə etməsi hansısa çaşqınlıq yarada bilər, onu isə boş verin, mükəmməl komposiziyada tətbiq olunan süjet xəttinin dramatikliyində o çaşqınlığın yox olacağına əminik. Elə, həmin əminliklə də, müəllifin təqdim etdiyi remarka ilə, hadisələrin inkişaf xəttinə qoşuluruq: “Gecədir. Qaranlığın sükutunu uzaqda eşidilən cırcırama səsi, it hürüşməsi və yanıqlı saz havası, daha sonra məlahətlə oxuyan qadın səsi pozur”. Sonra bilinəcək ki, bu, Nanı Kişinin səsidir. Hələliksə bilmirik Nanı Kişi kimdir və onun məlahətli səsinin sehrinə düşən Dul Alının bəlkə də səhər o başdan bu səsi eşitmək üçün niyə “çöllərə düşdüyünü” də bilmirik. İftixar komediyanın remarkasında Dul Alının eşitdiyi xəbərə reaksiyasını bizə çatdırır : “Oxu, səsinə qurban, oxu. Oxu, ömrüm-günüm, oxu. Oxu, öyüm- eşiyim, oxu”. Kəndin o gün üçün aktual sayılacaq xəbərini də “xoruzlar tək-tək banlamağa başladığı, yavaş-yavaş səhər açıldığı bir vaxtda”, “Toppuzu at başına bənzəyən, çubuqdan düzəldilmiş atını səyirdə-səyirdə kəndin içi ilə dövrə vurandan sonra” kəndin mərkəzinə gəlib yetən Dul Alı çatdırır: “Ay camahat, ay camahat, nə yatıbsınız, oyanın, ay camahat!!! Avtaritet Abı qaladan çıxıb, bu gün kəndə gəlir. Durun yuxudan, ay camahat...”. 
XX əsrin sonlarını yaşayan, XXI əsrin əvvəllərini qarşılayan bir kəndin ovqatını dəyişdirəcək xəbərlə başlayan hadisənin, əslində, o kəndin yaşantılarının, beləcə, axarına qarışırıq. Müəllifin uydurduğu yox, seçdiyi də deyil, rastlaşaraq nəql etdiyi, kaloritli obrazları ilə diqqət çəkən personajlarının iştirakı ilə başlayan, hər birinin az və ya çox dərəcədə iştirak etdiyi süjet xətti boyunca baş verənlərin beləcə iştirakçısına çevrilirik. Kəndin havalılar kimi qəbul etdiyi Dul Alının, Nanı Kişinin yerdə axtarıb da ta tapa bilmədikləri Ağ Mələyin, mahalda aşıq kimi tanınan, üstəlik kənd klubunun müdirliyini də yola verən Aşıq Əhsənin, özünün də aradabir etiraf etdiyi yarımçıq mollalığına baxmayaraq, “bütöv kişi” olduğuna əmin olan Molla Qasım, 100 yşını haqlayan, 80 il əvvəlki həyatından aralana bilsə də, o illərin xəyallarından qopa bilməyən, “yoldaş Stalinin özü ilə bir ton duz-çörək kəsən”, elə onun rəhbərlərindən biri olduğu inqilabın fəal iştirakçılardan olan, həkim və hüquqşünas ixtisasları almış, lakin hərbçiliyi seçən, Sovet ordusunda xidmətə başlayaraq, general rütbəsinə qədər qalxa bilmiş Muncuqlu Mahmudla ala-toranlıqda, kəndin  mərkəzində rastlaşırıq. Elə, “qənsələrin qabağında” o da məlum olur ki, “yoldaş Stalinin” özünün dostu hesab edilən Muncuqlu Mahmud karyerasının yüksəlişi məqamında sıralanma yerini səhv saldığı ikicə cümləsinə görə “müdik rəhbər və generalisimusun” qəzəbinə tuş gəlib və ömrünün on ilinə yaxınını Sibirdə keçirib. Amma qəribədir ki, general həbsdə yatmağının günahını yenə özündə görür:
“Mən dedim ki, yaşasın yoldaş Stalin! Yaşasın yoldaş Lenin! Əlbəttə, mən düz demədim, gərək yaşasın yoldaş Lenin, ondan sonra yoldaş Stalin!” -- deyəydim. “Haqlı idi yoldaş Stalin. O, ən yaxın bildiyi adamlara, belə, güzəştə getsəydi, qurduğu dövləti yarada bilməzdi” -- sözlərini daxili səmimiyyəti ilə deyən Muncuqlu Mahmud hesab edir ki, bəlkə də, 10 il Sibirdə olmasaydı, həyat yoldaşı Lyudmila ilə çətin rastlaşaydı. Sibirdə tanış olub, evləndiyi Lyudmila isə, təkcə Muncuqlu Mahmudun deyil, kəndin həyatında əməlli-başlı rol oynayıb: hətta kəndin mollasının belə, minnətdarlıqla yada saldığı o rol isə, əvəzsizdir, kənd məktəbində uzun müddət rus dili müəllimi kimi çalışan Lyudmilanın öyrətdiyi dil sayəsində “kəndin cavannarı Urusetdə ilişib qala, qohum-qardaşlarına bir tikə yavanlıq üçün 5-10 manat göndərə bilirlər”. Onlardan biri, elə, Xıdır, üç-dörd ilə qədər kənddə “it döyürdü”, budur, indi gəlib, düzdür, arvadı ola-ola, Nataşa adlı bir qadını da özü ilə gətirib, amma eybi yox, “arvadı deyinib-deyinib kiriyəcək”, əvəzində isə, “əməlli-başlı pulla gələn” Nataşa ilə, dağ kəndinin “məlhəm sulu bulaqlarının  bir- neçəsinin yanında sex quraşdırıb, qablaşdıraraq həmin Urusetdə satdıracaq”. O sulardan gələn gəlirlə nəinki arvadı Günəşi və uşaqlarını “ağ günə çıxaracaq”, üstəlik, “onun axsaq atasını da bəy kimi dolandıracaq”, hələ bir, kəndin “yolunu-irzini də abıra saldıracaq”. Dağ kəndi bu cür xəbərləri “göydə qapır”, özünün artıq “ala itdən məşhur” Obola Bəşir kimi oğrusu, Dambat Dursun kimi “qabağından yeməyən girri oğlanları” ilə bərabər, Sülə Süleymanı, lap Yetim Bayram kimi “əlsiz-ayaqsız” adamları olan bir kəndin adamlarına daha bundan  artıq nə lazım ola bilər ki?.. Hələ, üstəlik, reputasiyası şübhəli olsa da, özünü kəndə canıyanan kimi göstərən kənd icra nümayəndəsi Givi Baduladze kimi “hökümət adamı”, Barbaryan Rafik kimi polis sahə müvəkkili var. Hərçənd ki, kənd adamlarının böyük əksəriyyəti “kənddəki şərə-şur işlərin” bu “hökümət adamlarının” xəbəri olmadan baş vermədiyinə “addarı kimi əmindirlər”, amma “qıraq kənddərə baxanda, bizə şükür” deməyi də unutmurlar. Hələ Cəlil Əfəndi!.. Molla Qasımın, belə, “Yenə yaxşı ki, Cəlil Əfəndi var imiş bu kənddə. O olmasa, neynəyərdik biz?” -- dediyi Cəlil Əfəndi, kənd üçün, necə deyərlər, “yıxıx evin dirəyi”dir.
O dağ kəndi beləcə “günü-günə calayaraq, kasıbçılığını etdiyi” bir məqamda, dan yeri təzə-təzə söküldüyü vaxtlarda “bu Dul evi yıxılmış”  toppuzu at başına bənzəyən, çubuqdan düzəldilmiş atını səyirdə-səyirdə kəndin içi ilə dövrə vuraraq, Avtarıtet Abının” gəldiyini müjdə verirmiş kimi elan edir. Tərs kimi, xəbəri ilk eşidən Aşıq Əhsən marağını boğmaqdansa, özünün boğulub ölməyini “əfzəl bilir”, elə bildiyindəndir ki, Dul Alının yanını kəsdirir:  “Ayə, sən bu xavarı hardan eşitdin, a qara xavarın gəlsin? Kim dedi sana bunu belə savax-savax tezdənnən, a vurğun vurmuş..?”
Sualın özü Dul üçün qəribə səslənir. Ona kim deyəsidi bu xəbəri, Nanı Kişidən savayı? Bu, o Nanı Kişidir ki, “Ağ Mələknən padruqadır” və elə bu gecə ona qonaq gedibmiş, hələ, getdiyi yerə Dul Alını da aparmaq istəyib, amma “nə illah edibsə” Dul Alı getməyib. Elə, Avtaritet Abının kəndə gəldiyini də Nanı Kişi göydən baxanda “apaydın görürmüş”.Nanı Kişiyi görən təkin elə birinci onu soruşub. Yepyekə bir eşşəyə minib gəlirmiş Abı qağa, Kənddən də yekə bir eşşəyə” -- deyə, nəfəskəsmədən danışır. Yaxşı ki, Dul Alı xəbərin mənbəyini çatdırır, yoxsa ki, bu boyda xəbəri qəfil eşidən Aşıq Əhsən onu çətin sinirə biləydi və buna görə də, “az-maz toxtaqlıq tapan” klub müdiri eşitdiyi qəfil xəbərin onda yaratdığı xofunu elə xəbəri verənin üstünə tökür: “A səni kənd yusun, ağlasın, badırsın. Kəndə də “eşşək” deyərlərmi heç? Səni görüm, qızıl gülləyə tuş gələsən, a Dul Alı, ölüb qurtarmırsan kin, ayıblar örtülə” -- deməklə, eşitdiyi xəbərin ağırlığından qurtarmağa çalışır.
Əlbəttə, Dul Alı işini görüb, xəbərini verib, indi isə, “nəyə görə qızıl güllləyə tuş gələ bilməyəcəyini” əsaslandırır:  “Elə bilirsən Ağ Mələk məni ölməyə qoyur? Qoymur məni ölməyə Ağ Mələk. Nanı Kişiyə xəlvətcənə deyib kin, bir günnərisi ikinizi də qanadımda uçurdacam göyün yeddinci qatına, heç kəndin də xavarı olmuyacax...”.
Dul Alının səsinə “şirin, obaşdan yuxusunnan” oyanıb, gələn Molla Qasım əsəbini cilovlaya bilmir:
Allahdan, Tanrıdan qorxmursunuzmu? Niyə qoymursunuz xalx rahatca sabah yuxusunu yata? And olsun peyğəmbərin başına, sizə bir qarğıç tökərəm, yernən yeksan olarsınız” -- sözlərini ümumi desə də, Dul Alı üçün məxsusi “dil-ağız eləməyindən” qalmır:
“Buna bir bax, gecə sabaha təkin dağdan-dərədən əl çəkmir, sabah da tula çezməzdən at səyirdir hay- haraynan. İşi-peşəsi ha yoxdu, atın dırnaqlarında didik-didik olmuşam”.  Molla, Aşıq Əhsənin “A Molla Qasım, o dünyada o qədər yatacaxsan ki, bu dünyada yatmasan da olar” sözünü də cavabsız qoymur, iki daşın arasında “bu gözü-başı oynayan”, hər şeyin elə bu dünyada bitəcəyi fəlsəfəsinin potensial daşıyıcısı olan “zırrama aşığa” o dünyanın nə olduğunu xatırlatmağı, “hamının o qədər yatacağı dünyanın” hikmətlərini yada salmağı lazım bilir:
O dünyada heç kəs yatmır. Hamı ayaq üstə Allahın qulluğunda durur. Kimi saznan, kimi söznən, kimi də iti göznən” -- deyərək, cavabını verir. Əlbəttə, Şota Rustavelini əzbərdən deyən Givi Buduladzenin “Ot Nizami çto nebud rasskaji” sözünün qabağında, “Mən aşığam, aşıxlardan söyləyə bilərəm” -- deməyindən sonra, Muncuqlu Mahmudun “Söyləmə, oxu, oxu, a səni biyabır olasan” qınağını da eşitməzliyə vuran Aşıq Əhsənin, mollanın birbaşa ona üz tutaraq dediyi sözlərə cavabında nəsə deməlidir və deyir: “Bə bu Dul Alı kimisi nağayrır orda?”.
“Dul Alı kimisi də bərkdən-bərkdən Allahın ismarıclarını qışqırır allahsızlara” -- cavabını eşitdikdən sonra, aşıq bir az əvvəl eşidərək, narahat olduğu xəbəri mollaya çatdırmaq üçün, söhbətə körpü salmaq məqamını əldən buraxmır:  “Bəs allahsızlar nağayrır orda?”. 
Aşıq, əlbəttə, Nizami, Xaqani, Xətai, Füzuli, Nəsimidən bir şey bilməsə də, hansı sözünü hansı məqamda deməyin təhərini bilir və buna görədir ki, bir az əvvəl Dul Alıdan eşitdiyi xəbəri mollanın dediyi “Allahsızlar da avtaritet Abı kimi qır qazanında yanır” sözlərindən sonra çatdırmağa tələsmir, "hələ qoy danışsın" -- deyir, gözləyir, Abıdan ki söhbət düşüb, özü gələcək sözün üstünə -- fikri ilə səbr edir. Elə, onun fikirləşdiyi kimi də olur, kəndin icra nümyəndəsini, Givi Baduladzeni nəzərdə tutan molla, ürəyini boşaltmaq üçün yetişən məqamı qaçırmır: “Abıdan canımızı yenicə qurtarmışdıq, indi də bu Baduladze vurğun vurmuş peyda oldu. İki kəlmədən bir hədə-qorxu gəlir adama”.
O, sözünü qurtarmamış aşıq,  Avtaritet Abının gəlməsi xəbərini vermək məqamını qaçırmır.
Bəs, kimdir bu Abı? Bir dəfə də meydanda görünməyən və ümumiyyətlə, meydanda heç vaxt görünməyəcəyimiz bu adam kimdir ki, əsərin kompozisiyasındakı bütün süjet xətləri onun çevrəsində cəmləşərək, paylanılır? Qəmli komediyanın əvvəllindən sonuna kimi, kəndin “havalı” dediyi adamlarından başqa, demək olar ki, hamının, hətta, o kənd camaatının “tük saldığı” icra nümayəndəsi Givi Baduladze ilə, polis sahə müvəkkili Rafik Barbaryanın da bu gəlmək xəbərini gizli bir narahatlıqdan daha çox, talaşla qarşıladığı Avtaritet Abdı kimdir axı?..
İftixarın yüksək peşəkarlıqla çəkdiyi, ab-havasını obıvatel azərbaycanlıların mütləq çoxluğunun müəyyənləşdirdiyi bu ucqar dağ kəndinin tablosunda Abının özü görünmür. Əvəzində, həmin tablonun fonunda yanan müəllif ürəyinin saldığı işığı görür, elə, o işığın qovmağa çalışdığı zülmətin ala-toranlığında rastlaşdığımız Nadanlıq və onun fəsadlarından doğan ədalətsizliyin nəyə qadir olduğuna isə, oxucu bir daha əmin olur. O Nadanlıq ki, XIX əsrin sonlarında Azərbaycanın böyük oğlu Nəriman Nərimanov nəinki mənsub olduğu xalqın, ümumilikdə, bəşəriyyətin inkişafının qarşısını alan ən böyük bəla kimi görürdü. Yeri gəlmişkən, qəmli komediyada əsərin yazıldığı zamanı və tərs kimi, bizim hər birimizin şahidi olmaq zorunda qaldığımız həmin zamanın “tələbatı” kimi ortaya çıxan “vətəpərvər”, “millətsevər” söz adamlarının” özlərini göstərmək üçün dəridən-qabıqdan çıxmaq meylini, İftixarda nəinki müşahidə edir, ümumiyyətlə, sezmirik. Bu, müəllifin ancaq böyük mənəvi dəyərlər daşıyıcısı olmağından daha çox, adi insani duyğuları yaşadan portretinin cizgilərindən biri kimi diqqəti cəlb edir. Babuladze kimi gürcü, Barbaryan kimi erməni personajlarının obrazlarını yaradan müəllif  “özündənrazı” gürcü, “məkrli” erməni surətlərini canlandırmaq, o cür fokuslandırmaq fikrindən çox-çox uzaq görünür. Əvəzində, Nadanlığın doğurduğu cəhalət və ədalətsizliklərin yaratdığı bir obrazın --  Abının gəlmək xəbərini eşidirik. Bu gəlməyin narahatlığını yaşayan aşığın “nə oxuyuruq səhvimizi tutur, nə çalırıq, səhvimizi tutur”, mollanın, “burnunu hər yerə soxur, onun əlindən Quran oxuya bilmirik. Hardan oxuyuruq, ordan kəsir” -- deməsi, bu ucqar dağ kəndininin sifətini müəyyənləşdirən, azından, onu müəyyənləşdirmək üçün “sinoy gedən” adamların psixoloji durumlarını müşayət edirik. O durum əsərdəki bütün personajların yığıldığı, kəndin mərkəzində təşkil olunmuş “yeyib-içmək məclisinin” gedişatında daha aydın görünür.
Nəzəri cəlb edən daha çox o faktordur ki, bu adamların, ucqar dağ kəndinin sifəti kimi görünən, ən azından, görünmək istəyən onların böyük əksəriyyəti sosiafobiyadan əziyyət çəkənlərdir. Düzdür, bu adamları dramaturgiyamızadan bələd olduğumuz “öz ölülərininin dirildilməsinə” (“Ölülər”dəki kimi) və yaxud “binəva dəlilərinin ağıllandırılmasına” (“Dəli yığıncağı”ndakı kimi) razı olmayan insan tipləri ilə müqayisə etmək olmaz, lakin onlar arasındadkı bənzərliyi də görməmək mümkün deyildir. Bənzərlik isə, bu insanların cəmiyyət yaratmaq fikrində belə olmayan toplumlar olaraq qalmalarındadır. Yox, qətiyyən o fikirdə deyilik ki, Dul Alını və yaxud Nanı Kişini Molla Abbas və yaxud Pırpız Sona ilə də müqayisə edək, lakin edə bilmədiyimiz o müqayisəsizdə də görünən ondan ibarətdir ki, İftixarın ucqar dağ kəndindəki Nanı Kişisi “Sahibbəzzamana ərə getmək üçün imamı axtaran”  Pırpız Sonadan daha “şanslıdır”, axtardığını elə kəndlərində tapa bilib. Bu, bəlkə də vilayətə “Əmristandan Həzrət Əşrəf kimi mötədil zat”ın göndərilməməsinin, “indiki Əmristan darülelmlərində təhsil etdikləri elmi-psixikә talib olan” doktor Lalbyuzun gəlib çıxmamasının nəticəsidir. Buna görədir ki, Aşıq Əhsən, Molla Qasım, Muncuqlu Mahmud, Dambat Dursuna, heç kəndin “diri-dirriyi” Cəlil Əfəndiyə də: “And verirәm sizi uzun qollu Hәzrәt Abbasa, burada, әgәr mümkünsә türkcә danışmayaq, çünki Hәzrәt Әşrәfin mәnә qeyzi tutur”- deyən bir kəs yoxdur. Heç bu ucqar dağ kəndin “Hacı ağa, bizim qiylü-qal ilә işimiz yoxdu. Biz Allahın fәqir vә mömin bәndәsiyik. Mәnim o bәdbәxt dәli qardaşım Farmasyon Rüstәmin әlindәn bilmirik hara baş götürüb qaçaq. Bu övrәt (Ümmi Gülsümü göstәrir), ayıb olmasın, haman dәli qardaşımın övrәtidir. Indi bir-iki ay olar ki, mәn onu müvafiq şәri-әnvәr özümә siğәsini oxudub, hәlal elәmişәm. Siğәsini dә Fazil Mәhәmmәd özü oxuyub” -- demək çətinliyini yaşayan Hacı Bağdadı da bu kənddə gözə dəymir. Amma bu o demək deyil ki, “ucqar dağ kəndi” Allahın ümidinə buraxılıb.  Buranın da Givi Badulaze kimi “Həzrət Əşrəf”ləri, Rafik Barbaryan kimi öz “Hacı Nayib”ləri var. Düzdür, hələ ki, onların ağlına buralara “indiki Əmristan darülelmlərində təhsil etdikləri elmi-psixikә talib olan doktor Lalbyuzu” dartıb gətirmək düşmür, heç buna zərurət də hiss etmirlər: Obola Bəşir kimilərinin əli ilə kənddəki mal-qoyunu oğurladıb satdırır, oğurlada bilməyəndə də, “Çovan Qədir kimi adamların taxıla girən qoyunlarından” bir- neçəsini “dişlərinə vururlar”. 
Bütün bunlar İftixarın yüksək sənətkarlıqla çəkdiyi tabloda ucqar bir dağ kəndinin açılan sabahında görünənlərdir. Lakin görünənlər təkcə bunlar deyil. Biz çubuq atını səyirdərək “yuxusunda Ağ Mələyə qonax getmək üçün göyə çıxarkən, Abını apaydın görən” Nanı Kişinin verdiyi xəbəri hər kəslə bölüşmək üçün tələsən Dul Alının hisslərini bölüşə, bu xəbərin toplumun sosiofob adamlarında üzə çıxardığı gərginliyi müşahidə edə bilirik. Onları təkcə “başlarına yaş dəsmal bağlamaq” qorxusunun narahat etmədiyini, bürüncəklərinin istənilən bir vaxt çəkilib atılacağının, necə var eləcə, olduqları kimi görünmək perspektivinin qorxusunu yaşamalarını görürük. Buna görə, o qorxunun mənbəyi də yox, elə, özü olan “Abı qağasının gəlməyini” toy-bayram kimi qarşılayan havalı kişi -- Dul Alı “atını” səyirdə-səyirdə  “Qorxaqlara ölüm!” -- deyib, də qışqırır. Şəhərə, kənd üçün yeni qəbirstanlıq yeri almaq məqsədilə qubernatorun qəbuluna gedən, xəbəri də yolda eşidən Cəlil Əfəndinin Molla Qasımın Abını nəzərdə tutaraq söylədiyi “Bu xalxın işi nə təhər olar, a başına dönüm?” nigarançılığını sakitləşdirməyə çalışdığını, “Onun xalxnan nə işi var? Onun mərəzi başqadı...” -- deməsi ilə, o qorxudan uzaq adamlarla da rastlaşırıq.
Cəlil Əfəndi, deməyinə deyir, amma, elə, Molla Qasımın özü də ovucunun içi kimi yaxşı bilir ki, bəraət alaraq, həbsxanadan kəndə qayıdan Abının işi təkcə qan düşməni olan Yaradanqulu ilə bitən deyil. Heç Baduladze Givi, Barbaryan Rafiklə də bitməyəcək bu gəliş. O işlərin “onun bazarınnan” yan keçməyəcəyini fikirləşən molla qasımlar isə bir deyil, iki deyil... Onların çoxluğundandır ki, Nanı Kişi üzünü qorxanlardan birinə, Aşıq Əhsənə tutsa da, sözünü hamıya deyir:
Ayə, a sazın təpənin ortasında çilik-çilik olsun, biz yaşamaqdan ötrümü yaşayırıq? Biz ölməkdən ötrü yaşamırıqmı? Əmbə, görmürsənmi, Ağ Mələk qoymur ölməyə? Allahın bir ucuz ölümü yoxdu kin, öləsiniz, sizin əlinizdən canımız dincələ. A yerin-göyün yaramazları, a təpənizə kül, ağrım içinizə, neynirsiniz yaşıyıb? Bax, niyə ölmürsünüz kin, ayıbınız örtülə, ay ayıbınızı yer altına çəksin!.. Əmbə, yox, sizin ayıbınızı yer də götürməz, göy də. Sizin ayıbınız heç yerə yerləşəsi deyil...”.
Bu qarışıq əməllərin səksəkəsində ölüb-dirilən adamları hər gün görmək əzabından bezən Dul Alı isə: “Nanı Kişi, beyjə Ağ Mələyə deyərsən ki, daha canımız boğaza yığıldı, qoy aparsın bizi bunnarın əlinnən göyün yeddinci qatına... Gedib ordacana toy eləyib yaşayarıq, canımız  dincələr bu dingirişlərdən. Bunnar adam ha döyüllər, bunnar adam yeyənnərdilər...” -- deyir.
Qəmli komediyanın remarkasında “adam yeyənnərdən” qurtarıb göylərə, Ağ Mələyin yanına gedənlərin səfəri ilə ömrünü ağaran dan yerinə verən gecənin hekayəsi bitmiş də sayıla bilərdi: “Nanı Kişinin məlahətli səsi gecənin qaranlığına hakim kəsilir. Bir qədər sonra bu məlahətli səs it hürüşməsi, cırcırama səsi ilə əvəz olunur, daha sonra sazın kövrək səsinə qovuşan xoruzların banı səhərin açılmasını xəbər verir”. Lakin, bu, oxşar gecələrin kədərli hekayətlərə şahidlik etməsi kimi bir təəssürrat yaratmır. Ona görə ki, növbəti gecələrin söküləcək dan yerlərinin növbəti xəbərlərinin carçısı olmuş başqa bir nəfəri görürük: “Yetim Bayram Dul Alının geyiminə bənzər geyimdə, onun çubuq atına bənzər çubuq atı səyirdərək gəlir. At kimi kişnəyir, büstü dağılmış bünövrənin qarşısında dayanaraq qışqırır: Ay camahat, nə yatıbsınız, durun, ay camahat, Ağ Mələkdən ismarıc var, Ağ Mələkdən ismarıc var...”.
Hə, bu, odur --  Obola Bəşirin oğurladığına kənddə hər kəsin, özünün də əmin olduğu inəyinin tapılması üçün Baduladzedən imdad diləməyə gələn, Barbaryanın: “Bəlkə elə özün oğurlamısan” -- deyərək,  “içəri saldığı”, “Tolko Calil Apandinin xatrina” buraxdığı, “Yetim, get, oğru tapanda qalarsan, deyarsan” -- şərti ilə buraxdığı, “Baş üsdə, baş üsdə... Ömrün uzun olsun... İnəkdi, itib, cəhənnəmə itsin, təki salamatçılıq olsun” -- söyləyən həmən Yetim Bayram...
Bütün bunlar İftixarın dərin psixoloji və soaial kökləri olan, qərinələr, əsrlər keçməsinə baxmayaraq, həyatımızın dəyişməz olaraq qalan gerçəkliklərdən seçdiyi bir epizodun təqdimatıdır. Ədəbi dil ilə bərabər, dialekt və şivə sözlərinin tətbiqi ilə təqdim edilən dialoqların hər birinin arxasından boylanan insan obrazları isə, heç birimizi heyrətləndirmir. Sadəcə, bu “heyrətləndirməyən” obrazların əhatəsində olmağın doğurduğu kədər içərisində yanan bir ürəyin alovlarını görürsən.
Getməli olduğumuz, mütləq gedəcəyimiz o yolların alovlanan ürəklərdən keçməsi isə, mütləq görünür. 
Elə, ədəbiyyatın ən böyük missiyası bizi ona inandırmaqdır!WhatsApp Image 2020 12 19 at 22.54.20
Firuz KAZIMOĞLU,
Dekabr, 2020-ci il.

"Türklər yeganə etnosdular, hər şeyi qanla həll ediblər, amma qansız deyillər" - 25 dildə danışan poliqlotumuz.

resizerZMYA5AUQGoyce.az saytı poliqlot, tərcüməçi, 25 dildə danışan, “20 GÜNƏ İSTƏDİYİN DİL” PROYEKTİNİN MÜƏLLİFİ Emin Qulunun müsahibəsini təqdim edir.

Dillərin kəsişmədiyi nöqtələr hansılardır?

- Bu cümləni yeddi il öncə işlətmişəm. Səbəbi isə odur ki, alimlər dünya dillərinin oxşar və fərqli cəhətlərini axtarıb ümumi qrammatika yaratmaq istəyirdilər. Mən burda yanlışlıq gördüm, öz Praktik universal qrammatikamı düzəltdim. Mənim yaratdığım qrammatika heç bir dilin qrammatikasına oxşamır. O insanın dili bir düşüncə prosesi kimi qavrayışının qrammatikasıdır. Əslində, dillərin oxşar cəhətləri də, fərqli cəhətləri də çoxdur. Önəmli olan o fərqlər deyil, onları  yaradan səbəblərdir. Hər bir dilin qrammatikası min illərlə formalaşır. Həmin uzun illərdə, xalqlar arasında olan münasibət fərqli olduğu üçün, hər qramatikada da fərqlər var. Çünki millətlər dillərini qarşılıqlı, razılıqla formalaşdırmayıblar ki!! Dil toplumda  formalaşır düzdü, amma bu  mənada toplum və onun  dilə təsiri çox mürəkkəb anlayışdır. Biz əsas dillərin özlərinin hansı səbəbdən belə fərqli olmalarını öyrənməliyik.

Dillərin sayını azaltmaq arzunuz olub. Cümləniz ikimənalı səslənir. Hər xalqı yaşadan dildir və bir dilin məhv olması, bir xalqın məhv olması deməkdir.

- Bəli, elədir. İnsan həyatında fərqli dönəmlər yaşayır və təcrübə topladıqca müəyyən yaş dövrünə qədər fikir bildirib, sonradan əvvəl dediyi fikirlə razılaşmaya bilər. Bu arzumu dilə gətirəndə otuz dörd yaşım vardı. Doqquz il bundan əvvəl. İndi elə düşünmürəm. Məqsədim əslində o deyildi. Mən sadəcə dünyada bir ümumi dil yaratmaq istəyərdim. Amma fərqli dillərin hamısının vahid bir dilə gətirilməsi, fərqli düşüncə tərzlərinin öldürülməsi deməkdir. Dil çox böyük silahdır və bir xalqın yaşadığı tarixi əks etdirə biləcək bir güzgüdür. Dillərin məhvi, rəngarəngliyi boğmaq deməkdir. Amma yenə də dünyada yeddi mindən çox dilin 2800 ölüb.

 Dillər niyə ölür?

- Səbəblər müxtəlifdir! Siyasi, sosial, iqtisadi və sairə. Hər il deməzdim, hər həftə dünyada on dörd dil ölür. Get-gedə əhalinin sayı azalır və dil məhv olur. Elə dil var ki, o dildə cəmi üç yüz əlli adam danışır. Əslində, bir dili üç yüz, beş yüz adam danışırsa, o dil artıq ölü dil sayılır. Bu nisbi anlayışdı. O toplumda  ki, ölüm sayı doğum sayından çoxdur, dilin məhv olmaq ehtimalı böyükdür.

Dünyada vacib olan neçə dil var?

- Vacid demək özü bir az mübaisəli məsələdir. Orta hesabla 80-90 dil var ki, bu gün bir sıra səbəblərə görə ən mühüm dil sayıla bilərlər. Bir dili ən azı otuz milyon adam danışırsa, artıq o dil vacib dildir. Elə dil var ki, cəmi üç min adam danışır, amma dil işləkdir.

Akkat, Kopt və bir çox qədim dillər var. O dilləri öyrənmisiz, yaxud öyrənməyə cəhd eləmisiz?

- Mən qədim dilləri öyrənmək məsələsinə, onun öyrənilmə prinsiplərinə bir az fərqli yanaşıram. Səbəb budur ki, o dillərin tələffüzünü bugün yazırlar, guya qədim kopt dilində sözlər belə səslənirdi. Bu bir az mücərrəd məsələdir. Düzdür, o ərazidə yaşayan tayfaların dilində beş-altı qədim söz tapa bilsən, təqribən başa düşmək olar ki, onların sait-samit sistemində səslərin tələffüzü necəydi və onunla əlaqədar olaraq qədim dillərin necə səsləndiyini təqribən bilmək olar. Amma heç kim dəqiq səslənməsini deyə bilməz. Həm də ölü dil artıq ölü dildir. Əgər yazılı abidəsi bizə məlum olan əlifba və səs düzülüşüylə deyilsə, heroqlif və ya simvollarla yazılıbsa, biz onun necə səslənməsini bilə bilərikmi? İkincisi, mən özüm keçmişdən qalan artifaktlara, dillərə, yazılmış kitablara, abidələrə bir az barmaqarası baxıram. Çünki əmin deyiləm, həqiqətən Misir ehramları dörd min bundan əvvəl tikilib, ya yox. Alternativ düşüncəm odur ki, qədim dünya tarixinin yazıldığı kimi  olduğundan əmin deyiləm. Məsələn, Nizami Gəncəvi farsca yazmayıb. Türkcə yazıb! Onun əsərlərinin farscaya çevrilməsi elədə uzaq tarix deyil! Bu təkcə mənim fikrim deyil. Hətta fars alimlərinin də bəziləri belə  düşünürlər! Nizami Gəncəvinin Misirdə tapılan türkcə şeirlərini oxumuşam.

Hal-hazırda Azərbaycanda sizdən çox dil bilən var?

- Dünyada var, Azərbaycanda deyə bilmərəm. Dil barədə bir məsələ də var. Üzərində işlədiyim 125 dil var. Onların birinin tam başlanğıcındayam, birinin ortasında, birinin sonundayam. Hər hansı dili rahat danışıram deməyin özü də mücərrəd anlayışdır. Məsələn, tutuaq ki, iki çinli danışır, mən başa düşürəm onları. Amma mən çincə danışanda, dilim topuq vurur. Amma mən çin dilini bildiyim 25 dilin arasında görmürəm. Kazak dilində mahnılar dinləyirəm, kinolara baxıram, başa düşürəm, danışa bilmədiyim üçün deyə bilmərəm kazak dilini bilirəm. Yapon dilinin qrammatikasından dərs keçə bilərəm, amma bildiyim dillərin arasında saymıram. Qısası, müntəzəm olaraq 125 dildir ki, üzümüzə gələn üç il ərzində bilmək istəyirəm. Çox dil bilən insana digər dilləri bilməyi vacib deyil.

Əlavə dil bilmək insana nə üçün lazımdır?

- Əlavə dil öncəliklə ünsiyyət qurmaq üçün lazımdır. İkincisi, elmi işlə məşğul olmaq üçündür. Misal üçün, mən rus və ingilis dilini bilirəmsə, dünyanın bütün elmi məqalələrini rahat oxuya bilərəm. Mən yapon dilində Eynşteyni oxumağı neynirəm? Yapon dilində küçədə özümü ifadə edə bilirəmsə, mənə kifayətdi. İspan və İtalyan dilinə marağım müxtəlif səbəblərdən lazım olduğu üçün dərindən öyrənmişəm. Amma deyək ki, bugün hind dilini öyrənmək istəyirəmsə, iki mindən artıq söz öyrənməyimin heç bir əhəmiyyəti yoxdu.

Deməli, istənilən dildə iki min söz bilib, ünsiyyət qurmaq kifayətdir?

- Bəli. İstənilən insan öz doğma dilində ömrü boyu uzağı iki mindən artıq söz danışmır. Ondan gerisi isə işlədilməyən, hərdən lazım olan bilikdir. Biz sizinlə bəyaqdan söhbət edirik. Təxminən üç yüz söz işlədərik, ya yox.

Siz həm də yazıçısınız.

- 42 romanım var. Əsas üç janrda yazıram. Belletristika, dedektiv-nəsr və elmi kitablar. Ən böyük işim, beş yüz cilddən ibarət beş sezonluq "DIVARDAKI YAZILAR" romanıdır. Hadisələr İstanbulda cərayan edir. İdeya, bir  il öncə İstanbuıda dənizin kənarında olanda, ağlıma gəlib və 30 bölümünü 1 aya yazmışam, yəni günə bir bölüm. Hər bölümü 50 səhifədir (kitab olaraq 120 səhifə). Durmadan yazırdım. On gün yatmayıb yazdığım gün olub. Günə bir saat sadəcə dincəlirdim. Sonra məni xəstəxanaya aparıblar. Oturmaqdan ayaqlarım şişmişdi. Tarixi, sosial və siyasi bir əsərdir.  Aya Sofya və İstanbulun fəthindən söhbət gedir, amma hadisələr müasir dövrdə baş verib. İkinci sezon, İsmət İnönü dövründə 146 Azərbaycan aydının qətliamıyla başlayır. Kitabın əsas qəhrəmanı anası türkiyəli, atası azərbaycanlı olan, amma atasıyla yaşayan Araz adlı oğlandır. Beş sezonda 200 dən artıq əsas personaj var. Roman yerin altında əcaib və mistik çalarlı bir insanın törətdikləri hadisələrdən  danışır. Əsas ideya “İşıq və qaranlq”-dır. Yəni həyatın işıqda bir cür, kölgədə başqa cür olmasıdır.
Səmimiliyimə inanın, özüm yazdığım üçün demirəm, amma bu roman oxuya biləcəyiniz ən mürəkkəb detallarla və onların təsfiri ilə dolu bir romandır. Oxuyandan sonra biləcəksiz. Bu kitabı yazmaq üçün yeni ədəbi janr düşünməli oldum. Düşündüm ki, bu adi ədəbi janr olmamalıdır. Janrın adını “REALITY-BOOK” qoydum.

Digər ədəbi janrlardan fərqi nədir?

Mən istəyirdim, elə bir əsər yaradım ki, orda insanlar əsəri mənlə birlikdə yazsınlar. Elə bir şərait yaradacam ki, kitabın on bölümünü oxuyan insan, sosial şəbəkə vasitəsiylə özündən bir personaj artırıb romanın ardını yaza bilsin. Yazdığı personaj romana uyğun gəlsə, həmin insanı yaratdığı personajla kitaba salacam. Bu ədəbi cərəyanı yaratmaqda məqsədim odur ki, insanlar bir yerdə danışsınlar. Bu ideyanı tərənnüm edən  başqa bir romanım var, lakin "DIVARDAKI YAZILAR",  “REALITY-BOOK” janrını verdi  mənə. Söhbət "Dünya evimdir" əsəridir. Əsərin qəhrəmanı 192 ölkəni piyada gəzən “yolçudur”. O hansı ölkəyə keçirsə, kitabın o hissəsini həmin ölkənin danışdığı dildə yazmışam. Kitab əlyazma variantında çap olunacaq. Əslində, kitabın adını "BƏŞƏRIYYƏTIN SƏFİRİ" qoymaq istəyirdim. Sözün açığı, çox dil öyrənməyimin səbəbi dünyadakı bütün insanları bir-bir tanımaq idi. Düzdür, mümkünsüz, nağılabənzər arzuydu, uşaq ideyası idi. Təsəvvür edirsən, dünyada bütün insanları bir-bir tanıyırsan.

Buna insanın ömrü çatmaz. Kitabınızı nə zaman oxuya bilərik?   

- Oktyabrdan artıq ilk sezonu çapa vermək fikrim var. Üç hadisə Bakıda baş verir. Azərbaycan dilində yazılıb. Türkiyəlilər o hissələri  bizim şivədə oxumalı olacaqlar.

Dil öyrənmək maraqlıdır, yoxsa kitab yazmaq?

- Mən dünyada kitab yazmaqdan əlavə maraqlı ikinci iş tanımıram. Bunu hər insan başa düşməz. Normal insan formatı deyil. Alimlər araşdırıblar ki, normal insan heç nə bacarmayan, çox bəsit işlərlə məşğul olan insanlardır. Digər insanlar ifratdadır. Mən başa düşürəm ki, ifratı da ötüb keçmişəm.

Yenə də dünyanın bir dildə danışmağını istəyirsiz?

- Daha istəmirəm. Bütün mədəniyyətlər yaşasın! Amma bütün bunların fonunda mən milliyətçiyəm. Dünyanı Türk dünyası görmək istəyirəm. Dünyada türklər yeganə etnosdurlar, hər şeyi qanla həll ediblər, amma qansız deyillər.

Möhtəşəm cümlədir.

- Həqiqət budur. Türklə düşmənçilik edən millətlər türklər qədər qan tökməyiblər, amma çoxları soyuqqanlı və qansızdırlar. İmperiyalar qurmuş yeganə millət kimi heç bir millətə öz dilini yeritməyib. Dünya bir gün tamamilə duracaq! Həmən gün türklər gələcək!!  

Çox dil bilən, çox öyrənən insanların rahatlığı olmur. Sizin narahatçılığınız nədir?

- Mənim yatmaq problemim var. Yatmamışdan əvvəl özümü fiziki olaraq çox yoruram. Sutkanın on dörd saatı daim hərəkətdəyəm. Özümdən asılı deyil.

Mahnılar bəstələyirsiz. Hansı dildə bəstələyib oxumaq daha rahatdır?

- Daha rahatdır anlayışı düz deyil. Bir sıra dillərdə yaza bilərəm. Əgər öz ölkəndə məşhur olmaq istəyirsənsə, öz dilində oxumalısan. Dünyada məşhur olmaq istəyirsənsə, ingilis dilində yazıb oxumalısan. Yaxınlarda çıxacaq iki ROCK albomumun ikisi də ingilis dilindədir. İki fərqli xarakter yaratmışam. Əslində bunu "QARANLIĞIN SƏSLƏRİ" adlı qorxulu film ssenarim var. Albomdakı musiqiləri ssenariyə uyğun yazmışam. Orda iki fərqli rock ifaçıdan söhbət gedir. Biri ölüb, o biri onun təsirinə düşüb yeni musiqi janrı yaratmağa çalışan uğursuz bir insandır. Uğursuz adamın musiqisini tamam fərqli səslə oxumuşam. İki musiqini dinləyən dinləyici musiqiləri eyni adamın ifa edəcəyini bilməyəcək. O filmin ssenarisi üçün dörd musiqi aləti düzəltmişəm.

Özünüzü həm də rejissor kimi sınamısız. "Dönərçi" adında ilk filminiz də qorxu filmidir. Adı tamaşaçını çaşdırır. İlk baxışdan elə bilirsən komediyadır.

Belə deyək, adı satiradır. Film artıq dörd dilə tərcümə olunub. Rus, ərəb, türkiyə türkcəsinə dublaj olunub, orijinal isə azərbaycan dilindədir. İngilis dilinə də dublaj edəcəm, az qalıb. Bu  mistika deyil, amma isterdim mistik olsun! Mistikani çox sevirem, ikinci film  mistik qorxu filmidir.

Mistikaya bu qədər maraq hardandır?

Mistika uşaqlıqdan məni  cəlb edib. Ezoterikaya marağım böyükdür. Kinoda  mistik  janra  gələndə isə belə  deyim. Yaradıcılıq üçün  çox imkan olur - mistikada!! Kinomatoqrafiyanı yaradıcılıq baxımından fərqli rejissorların dünyagörüşünə görə bir neçə katakoriyaya bölmək olar. Elə rejissorlar var, deyir ki, ssenarim super olmalıdır, film pis çəkilsə də olar. Mən elə kinonu qəbul eləmirəm. Mən düşünürəm ki, kino birinci estetikadır, sonra mahiyyətdir. Adamlarsa deyir, kino birinci mahiyyət, sonra estetikadır. Qətiyyən elə deyil. Mənə roman maraqlıdırsa, kitabını oxuyaram, kino nəyimə lazımdır? Amma kino göz oxşamalıdır. Axşam kinoya baxanda birinci onun büdcəsinə baxıram. Büdcəsi iki milyondan aşağıdırsa, istəyir dünyanın ən maraqlı kinosu olsun, baxmıram. Kinonun hər kadrı göz oxşamalıdır. Kinonun hər stop kadrı rəssam əsəri olmalıdır, rəssamın tablosuna bənzəməlidir. Bunu həmişə deyirəm. Filmdə mənim üçün həyatda  olmayan şeylər  maraqlıdır. Mən mistikanı daha çox sevirəm. Görünməyən tərəflərə meyilliliyim uşaqlıqdan var. Birdə tarixi filmləri sevirəm. Ən böyük arzum Şah İsmayıl Xətai və Əmir Teymur haqqında tarixi fllm çəkməkdir.

Filminiz uğurlu alınsa, hər şeyi atıb yalnız rejissorluqla məşğul olacaqsız?

Mən heç vaxt heç nəyi atmıram. Xobbi anlayışını da sevmirəm. Məşğul olduğum hər bir iş sevdiyim işdir və hər birinə diqqət ayırıram. 2008-ci ildən bu ilə qədər yazdığım "SIMASIZ BÜT" romanım var. Bitirməyimə bir-iki səhifə qalıb. Ömür boyu bizə öyrədiblər ki, insanın bir məsləyi olar və özünü o məsləyə həsr edər, qurban edər. İnsan məsləkləri özünə qurban edər, özünü qurban etməz.
Kitabın mahiyyəti budur ki, baş qəhrəman Nizami Gəncəvinin ruhuyla görüşür, Nizami sual verir ki, nəylə məşğulsan? Cavab verir ki, hər şeylə. Deyir, olmur axı elə, həyat bir dənədir. Cavab verir ki, mən məşğul olmaq istədiyim və sevdiyim bütün sahələri bir gündə xəyalımda yaşıyıram. Bir günün içində bir ömürə bərabər bir hadisə yaşayır. Nizami Gəncəviylə sonunda epiloqda da görüşürlər. Ümumiyyətlə, yaşadığım dünyanı tamamilə tanımaq istəyərəm. Kim istəyər ki, yüz otaqlı evi olsun, onun ancaq iki otağını tanısın?
Bu  söhbətlər danışmaqla  birməyəcək!

Söhbətləşdi: Şəfaqət Cavanşir

GOYCE.AZ

İÇİNDƏ İŞIQ OLANLAR -- HƏYATDAKI İŞIQ QƏDƏR PARLAQ İNSANLAR HƏRƏSİ ÖZ İŞIĞINI ÜZƏ ÇIXARTSA, DÜNYA HEÇ VAXT QARANLIQ GÖRÜNMƏZ KAİNATDAN

37260A2A 343C 406A AD7D 4E904EA141BA

Böyük Allahın insan övladına xatir yaratdığı dünyada -- bizi əhatə edən yaşadığımız aləmdə bəşəriyyətin yaratdıqları müxtəlifdir. Bu müxtəliflik sadəcə maraqlı, təəccüblü və heyrətamiz deyil, həm də, öz rəngarəngliyi ilə, təsəvvür edə biləcəyimizdən də gözəldir. Məhz buna görə, yəni, anlayışı olduqca çoxşaxəli bu gözəl dünyanı onun üçün yaratdığından, insan övladı həmişə Ulu Tanrıya duaçıdır və bu gözəlliklər aləmində yaşadığından özünü xoşbəxt sayır. Bu xoşbəxtliklər əhatəsindəki hər bir insan onu əhatə edən dünyanı -- yaşadığı aləmi, sadə dildə desək, ətrafındakı kainatı fərqli şəkildə təqdim etdiyindən, dünyadakı müxtəlifliklər də ilahi bir rəngarənglik alır. 

Azərbaycanlı müğənniyə vəzifə verilib? - Açıqlama

1599917758 ulvi ceferovBu gün bəzi saytlarda tanınmış müğənni, "Şeron" qrupunun tanınmış siması Ülvi Cəfərovun Akademik Musiqili Teatrında direktor müavini vəzifəsinə təyin olunmağı barədə xəbərlər yayılıb.

Ülvi Cəfərov Kult.az-a açıqlamasında məlumatın yalan olduğunu söyləyib.

"Mənim vəzifəyə təyin olunmağım şayədi, həqiqətə uyğun deyil. Mən hazırda Gənc Tamaşaçılar Teatrında işləyirəm".

araz.az

“BÜTÜN SEVGİLƏRİ XATIRLADAN” QOSQOCA PAYIZSAN!

WhatsApp Image 2019-11-27 at 13.19.50.jpgİllər bir-birini əvəz edir, qış gəlir, yaz gəlir, yay gəlir, ancaq payızın yerini heç bir fəsil vermir, çünki payız ağlayır, yarpaqlar saralır, insanlar kövrəlir və soyuqluğu hiss edir. Payız ayında kəndə gedirəm, küçələri dolaşıram, dolaşıram meşələri, Cıdır düzünü, payızın ağlamağını görürəm hər ağac altından keçəndə bir yarpaq ya başımın üstünə, ya ətəyimə düşür, bu yarpaqlar ağacların göz yaşıdır, bu yarpaqlar sevənlərin göz yaşıdır, gözü yolda qalanların sirdaşıdır, salam payız, salam, payız. Bu payız mənə uşaqlıq illərimi xatırladır, bu payız mənə ağlayan günlərimi xatırladır, ağrılı-acılı olsa da ayrıldığım o qızı xatırladır, xatirələr yadıma düşür, salam, payız…

1 -dən səhifə 7

Əlaqəli xəbərlər