Bu qadın Rəhim Rəhimlinin sevgilisi imiş - Hər gün qəbrini ziyarət edir - VİDEO

rehim (1).jpg

Mərhum müğənni Rəhim Rəhimlinin sevgilisi üzə çıxıb.

araz.az bildirir ki, bu barədə "Maqazin Plus" verilişi məlumat yayıb. Belə ki, özünü mərhum bəstəkar-müğənni Rəhim Rəhimlinin sevgilisi kimi qələmə verən Huri adında qadın Rəhim vəfat edəndə ölkə xaricində olub:

"Rəhim gedəni, hələ də alışa bilmirəm onun yoxluğuna. O gedəni nə havam, nə suyum çatır. Elə bilirəm ki, qaranlıq bir yerdəyəm. Rəhim rəhmətə gedəndə ölkə xaricində idim. Dostları mənə zəng vurub dedilər ki, Rəhim artıq həyatda yoxdur. O, mənimlə sağollaşmadan, küsülü getdi həyatımdan".

O qeyd edib ki, Rəhimli ondan bir övladı olmasını istəyib: "Rəhim əvvəllər tez-tez fikirləşirdi ki, ailə quraq, övladımız olsun. O, ən çox oğlan övladının olmasını istəyirdi. Deyirdi ki, heç olmasa, o, yolumu davam etsin, adımı daşısın. Amma bu da qismət. Ada qədər fikirləşmişdi".

Qeyd edək ki, Rəhim Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından sentyabrın 30-u vəfat edib.

araz.az xəbər portalı.

Çingiz Abdullayev izahat verdi - VİDEO

cingizabdulla.jpg

Jurnalist Həmid Həmidov “Danışaq?” podkastının yeni buraxılışında abunəçilərə növbəti videomüsahibəsini təqdim edib.

Aparıcının qonağı Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayev olub.

Həmid Həmidov və Çingiz Abdullayev Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayının keçirilməsi üçün büdcədən ayrılmış 203 min manat vəsaitin nəyə xərclənməsindən də danışıblar.

Aparıcı və qonaq həmçinin perspektivli gənc yazarlar, Ukrayna müharibəsi və Azərbaycanla İran arasında müharibə ehtimalı, Ermənistanın baş naziri Paşinyan və digər maraqlı mövzulardan danışıblar.

araz.az xəbər portalı.

Çingiz Abdullayev vəzifəsindən azad edildi

cingiz12.jpg

"Neftçi"nin Müşahidə Şurasın tərkibində dəyişikliklər olub.

araz.az   xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Əvvəlki Şura sədri Çingiz Abdullayevi SOCAR prezidenti Rövşən Nəcəf əvəzləyib.

Həmçinin, təhsil naziri Emin Əmrullayev, Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-polkovnik Orxan Sultanov, Elnarə Məmmədova və Hafiz Zeynalov Müşahidə Şurasına yeni üzv seçiliblər.

Əvvəlki heyətdən yalnız Zaur Qəhrəmanovla Səməd Qurbanov öz vəzifələrində qalıblar.

Müşahidə Şurasının əvvəlki üzvləri Cəbrayıl Cəbrayılov, Fərhad Bədəlbəyli və Mehdi Nəcəfov isə klubdan ayrılıb.

araz.az xəbər portalı.

"Başqa nə edə bilərik ki?!" - Anardan Əlisa Nicatla bağlı açıqlama

anar554 (2).jpg

Yazıçı Əlisa Nicatın maddi vəziyyətinin pis olmağı sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

araz.az  Kulis.az-a istinadən  bildirir ki,  bu barədə AYB-nin sədri Anardan açıqlama alıb. Xalq yazıçısı Anar məsələ haqqında bunları deyib:

“Əgər o bizə ərizə ilə müraciət etsə, ona təqaüd təyin edərik. Başqa nə edə bilərik ki?!”

araz.az xəbər portalı.

Kəmaləddin Heydərovla Eldar Mahmudova bağlı şəxslər bir-birini məhkəməyə verdilər

kam7.jpg

Xəbər verdiyimiz kimi, dünən Bakı Kommersiya Məhkəməsində "Dıqlas 2” MMC-nin (VÖEN - 2004774181) ölkənin aparıcı sığorta şirkətlərindən olan “Azsığorta” ASC-yə qarşı qaldırdığı iddia ilə bağlı məhkəmə iclası keçirilib.

araz.az  Yeniavaz.com-a istiadən  xəbər verir ki, bu gün “Azsığorta” ASC tərəfindən Bakı Kommersiya Məhkəməsində qarşılıqlı iddia qaldırılıb. İddia hakim Emin Əliyevin icraatına verilib. “Azsığorta” ASC "Dıqlas 2” MMC ilə bərabər, bu MMC-nin qanuni təmsilçisi Rəhimov Arzu Nüsrət oğlu barəsində, həmçinin “Diqlas” və “Diqlas 1” MMC-lər barəsində də iddia qaldırıb.

Məlumat üçün bildirək ki, 2019-cu ildə paytaxtın Nizami rayonunda yerləşən “Diqlas” ticarət mərkəzində yanğın olub. Hazırda “Dıqlas 2” MMC-nin qanuni təmsilçisi olan Arzu Rəhimov ticarət mərkəzində baş verən yanğın zamanı özünü direktor müavini kimi təqdim edib. Arzu Rəhimov yanğın zamanı verdiyi açıqlamada qeyd edib ki, ticarət mərkəzinin 2 sahibi var və o Rasim adlı direktorun müavinidir.

O dövrdə ticarət mərkəzinin 2-ci sahibi barədə məlumat verilməmişdi.

Onu da qeyd edək ki, yanğının baş verdiyi “Diqlas” ticarət mərkəzinin yerləşdiyi ünvanda - Qara Qarayev prospekti 81Q-də qeydiyyatda olan “Diqlas 1” MMC (VÖEN – 1601175991) adlı şirkətin rəhbəri sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov olub. Hazırda həmin şirkətə Mahmudov Babək Səməd oğlu rəhbərlik edir.

Bundan başqa “Azsığorta” ASC-nin məhkəməyə verdiyi “Diqlas” MMC-nin qanuni təmsilçisi isə Məmmədov Rasim Əzim oğludur.

Xatırladaq ki, barəsində iddia qaldırılan Arzu Rəhimov eyni zamanda nizamnamə kapitalı 4 milyon 325 min manat olan “A.C.E. Dəri” MMC-nin (VÖEN -1400671231) qanuni təmsilçisidir. Bu şirkət əvvəllər fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə bağlı olan “Gilan Dəri” MMC adlandırılırdı.

Arzu Rəhimov ötən ilin dekabr ayında 500 min manat nizamnamə kapitalı ilə təsis olunan “Arfa Aqro” MMC-nin (VÖEN - 1505729691) də qanuni təmsilçisidir.

Onu da qeyd edək ki, “Azsığorta” ASC-nin səhmlərinin 100%-nin Hikmət Əbuzər oğlu İsmayılova məxsus olduğu bildirilir. Mətbuatda “Azsığorta” ASC-nin səhmdarı Hikmət İsmayılovun fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağı olduğu barədə çoxsaylı məlumat yayılıb və bu günə kimi təkzib olunmayıb.

araz.az xəbər portalı.

1 -dən səhifə 285

Əlaqəli xəbərlər