Dayanma və ya durma qaydalarının pozulması ilə bağlı inzibati xətanın törədilməsinə görə bir şəxs gün ərzində təkrar inzibati məsuliyyətə cəlb olunmayacaq.
araz.az Cebhe.info-ya istinadən xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə (İXM) dəyişiklik edilir.
Dəyişikliyə əsasən, şəxs İXM-in 346-cı maddəsində (dayanma və ya durma qaydalarının pozulması) nəzərdə tutulmuş eyni inzibati xətanın törədilməsinə görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz.
Dəyişiklik layihəsi yaxın müddətdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.