Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı – RƏSMİ

koronavirus 8

Azərbaycanda son sutkada koronavirusa 226 yeni yoluxma faktı qeydə alınıb, 601 nəfər müalicə olunaraq sağalıb.

araz.az  bildirir ki, bu barədə  Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 229 584 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 221 717 nəfər müalicə olunaraq sağalıb, 3 105 nəfər vəfat edib, aktiv xəstə sayı 4 762 nəfərdir.

Ölkədə son sutka ərzində 7 458, hazırkı dövrədək isə 2 380 074  test aparılıb.

Əlaqəli xəbərlər