Səfirliyin keçirdiyi tədbir Moldova mətbuatında geniş işıqlandırılıb

WhatsApp Image 2021 10 20 at 22.36.15Moldovanın Kütləvi İnformasiya Vasitələrində ölkəmizin müstəqilliyinin bərpa olunmasının 30 illiyi ilə əlaqədar, Azərbaycanın bu ölkədəki Səfirliyində keçirilən tədbir geniş işıqlandırılıb. Səfirlikdən araz.az-a daxil olan məlumatda bildirilir ki,
Moldovanın aparıcı informasiya portallarında Azərbaycanın müstəqilliyin tarixi, ölkəmizin suverenliyinin ilk illərində üzləşdiyi mürəkkəb və gərgin proseslər, Ermənistanın Azərbaycana qarşı təcavüzü və torpaqlarımızın 20 faiz işğal olunması barədə ətraflı məlumat verilir. Qeyd olunur ki, yalnız 1993-cü ildə xalqın iradəsi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtması ölkəmizi fəlakətdən xilas edib, sabitliyin, əmin-amanlığın bərqərar olunması, Azərbaycanın hərtərəfli inkişafı və beynəlxalq əməkdaşlığın genişlənməsi görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqilliyimizin möhkəmlənməsi yolunda apardığı böyük işlərin nəticəsidir.
Həmçinin yazılarda Prezident İlham Əliyevin uzaqgörən siaysəti nəticəsində Azərbaycanın regionda lider ölkəyə çevrilməsi, Ali Baş Komandan Prezident İlham Əliyevin siyasəti, qətiyyəti və müdrikliyi sayəsində bu gün müstəqilliyin bərpası gününün qalib ölkə olaraq ərazi bütövlüyümüzün bərpası şəraitində qeyd olunduğu oxucuların diqqətinə çatdırılır.
Eyni zamanda, Səfir Qüdsi Osmamovun, Moldova Parlamentinin vitse-spikeri, PAS-ın fraksiya sədri M. Popşoyun, Belorusiya, Türkiyə səfirlərinin tədbirdə çıxışları dərc olunub.

Yazılar ilə daha ətraflı aşağıdakı linklərdən tanış olmaq mümkündür:

https://tribuna.md/ru/2021/10/18/azerbaidjanul-marcheaza-30-de-ani-de-la-restabilirea-independentei/

https://deschide.md/ru/russian_news/externe_ru/93771/В-Азербайджане-отмечается-30-летие-восстановления-независимости.htm

https://deschide.md/ro/stiri/externe/93786/Ambasadorul-Goedsi-Osmanov-Azerbaidjanul-marchează-30-de-ani-de-la-restabilirea-independenței.htm

https://www.jurnaltv.md/news/6ad14d53dda78832/azerii-din-intreaga-lume-au-celebrat-astazi-30-de-ani-de-la-proclamarea-independentei.html

https://bloknot-moldova.md/news/v-azerbaydzhane-otmechaetsya-30-letie-vosstanovlen-1403780

https://noi.md/ru/obshhestvo/v-moldove-otmetili-30-letie-nezavisimosti-azerbajdzhana-video

https://noi.md/ru/politika/popshoj-u-moldovy-bolishie-plany-po-ukrepleniyu-svyazej-s-azerbajdzhanom

https://ava.md/2021/10/19/v-moldove-otmetili-18-oktyabrya-den-vosstanovleniya/

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər