Media Təhlil Mərkəzi tərəfindən PR təlimləri keçirildi

SEKL1

Oktyabr ayının 5-dən 19-dək Media Təhlil Mərkəzi (MTM) tərəfindən PR işləri üzrə təlimlər keçirilib.


araz.az  xəbər verir ki, ilk təlimlərdə sözügedən sahə üzrə müvafiq bilik və bacarığa yiyələnmək istəyən bir qrup gənc iştirak edib.


Təlimlərin əsas məqsədi PR mütəxəssislərinin hazırlanması, onlara bu sahədə müvafiq bilik və bacarıqlarının öyrədilməsi, çalışdıqları qurumların fəaliyyəti haqqında məlumatların ölkə ictimaiyyətinə daha dolğun şəkildə çatdırılması yolları, bunun üçün müasir PR üsulları və texnologiyalarından səmərəli istifadənin, beynəlxalq təcrübənin mənimsənilməsi olub.


Bundan başqa, təlimlərdə ictimaiyyətlə, media ilə əlaqələr, bunun üçün istifadə edilən müasir yanaşmalar, mətbuat xidmətinin işini qurma prinsipləri, hədəf auditoriyalara görə informasiya kanallarının seçimi, nəzərdə tutulmuş məlumatların klassik və müasir üsullarla cəmiyyətə çatdırılma yolları əsas diqqət mərkəzində yer alıb. Təlimlər bu sahə üzrə ixtisaslaşmış PR mütəxəssisləri tərəfindən keçirilib.


Qeyd edək ki, bu cür təlimlər Azərbaycanda PR sahəsinin inkişafına mühüm töhfə verir. 

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər