16511319581643997133164397937416439792594831

Gəncədə, Azərbaycan Texnologiya Universitetində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq konfransın açılışı zamanı konfransa sədrlik edən universitetin rektor Akif Süleymanovun Azərbaycan himni oxunarkən ayağa qalxmaması ciddi müzakirələrə səbəb olub. Bildirilir ki, rektorun ayaqları üzərində dura bilməməsi onun səhhətində ciddi problemlərin olması və insult keçirməsi ilə bağlıdır. 

araz.az xəbər verir  ki, məsələ ilə bağlı Pravda.az-a açıqlama verən universitetin mətbuat xidmətinin rəhbəri Xəyalə Məmmədova bildirib ki, Akif Süleymanovun səhhətində hər hansı ciddi problem yoxdur.

“Universitetimizdə təşkil olunan həmin konfrans Ulu Öndərin anadan olmasının 99 illiyinə həsr olunmuş beynəlxalq bir konfrans idi. Bu konfrans olan zaman Akif Süleymanovun ayağında zədə var idi və bu səbəbdən də o, ayağa qalxa bilməyib. Hazırda da rektor zədəyə görə müalicə alır. Ümumiyyətlə, Akif Süleymanovun özü konfransı təşkil edib, özü də orda iştirak edib. Qeyd edim ki, bu beynəlxalq bir konfrans idi və Hindistan, Bosniya və Hersoqovina, Almaniya və bu kimi 12 ölkədən olan elm adamları konfransa dəvət olunub, iştirak etmişdilər. Rektor özü də şəxsən konfransda idi. Bu konfransın keçirilməsi üçün neçə ay idi ki, hazırlıq prosesi gedirdi. Akif Süleymanov daha əvvəl isə hipertoniyadan əziyyət çəkirdi və müalicə alırdı, yəni bu da çox adamda var. Hazırda isə qeyd etdiyim kimi ayağındakı zədəyə görə qəfil olaraq ayağa qalxa bilmir, ancaq hər gün işə çıxır” – X.Məmmədova qeyd edib.

araz.az xəbər portalı.