Ali məktəblərdə təhsil haqqı ləğv edilir? – RƏSMİ

Screenshot 1 86təs

“Təhsil haqqının ləğv edilməsi ilə bağlı fikirlər səsləndirilir. Əgər elə olsa, biz rəqabət prinsipindən uzaqlaşmış olarıq”.

araz.az konkret.az-a istinadən xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Azərbaycanın ali təhsil müəssisələrində təhsil haqqı təxminən 2 500 manatdır:

“Ali məktəblərdə ödənişli təhsilin qiyməti 500 manat olarsa, daha çox şəxs ali təhsil ala bilər. Təhsil haqqı ilə bağlı məsələyə fərdi qaydada baxmaq daha uyğundur. Bu il ərzində təhsil kreditlərinin təqdim edilməsini planlaşdırırıq. Bununla bağlı dövlət büdcəsindən 80 milyon manat vəsait nəzərdə tutulub”.

Gömrük Akademiyası Azərbaycanda pandemiya şəraitində məsafədən təhsil prosesi ilə bağlı tədqiqat layihəni təqdim etdi

1101202101001.jpgDövlət Gömrük Komitəsinin Akademiyasının təşəbbüsü və təşkilatçılığı ilə "Azərbaycan ali məktəblərində onlayn təhsil təcrübəsi: çağırışlar və perspektivlər" adlı onlayn konfrans keçirilib.

Konfrans Gömrük Akademiyası tərəfindən Azərbaycanda pandemiya şəraitində ali məktəblərdə məsafədən təhsil prosesinin problemlərini və imkanlarını araşdırmaq məqsədi ilə həyata keçirilmiş, yerli və xarici ekspertlərin cəlb olunduğu layihənin hesabatının təqdimatına və məsafədən təhsilin problemlərinin müzakirəsinə həsr olunub.

Gömrük Akademiyası Koreyanın Gömrük Sərhəd Nəzarəti Təlim İnstitutu ilə əməkdaşlıq müqaviləsi imzalayıb

logo DGKADövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) ilə Koreya Gömrük Xidmətinin (KGX) Gömrük Sərhəd Nəzarəti Təlim İnstitutu (GSNTİ) arasında ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb.

Gömrük Akademiyası Ukrayna Gömrük və Maliyyə Universiteti ilə əməkdaşlıq müqaviləsi imzaladı

1612202020.jpgDövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) ilə Ukrayna Gömrük və Maliyyə Universiteti (UGMU) arasında ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb.

Universitetlərdə boş qalan yerlərin siyahısı dərc olundu

ixtisas seçimiDövlət İmtahan Mərkəzi tərəfindən “Abituriyent” jurnalının 8-ci nömrəsini nəşr olunub.

Turkustan.info xəbər verir ki, bu nömrədə 2020/2021-ci tәdris ili üçün Azәrbaycan Respublikasının ali təhsil müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisaslar, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu və digər zəruri məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub. 

Jurnalı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq olar.

Jurnalın elektron versiyasını (pdf formatında) DİM saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz.

araz.az

1 -dən səhifə 35

Əlaqəli xəbərlər