Yeni nazir Bakıdakı məşhur məktəbin direktorunu işdən çıxardı - Təyinat

emin emirjpg 1595856926

 

Bakıda məktəb direktoru işdən çıxarılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, 214 nömrəli tam orta məktəbin direktoru Esmira Ağayeva Təhsil Nazirinin müvafiq əmrinə əsasən, İdarənin tabeliyindəki digər ümumi təhsil məktəbinə təyinat alıb.

E.Ağayeva 20 nömrəli məktəb-liseyə yeni direktor təyin edilib.

Qeyd edək ki, bundan əvvəl 20 nömrəli məktəb-liseyinin direktoru Səadət Veyisova olub

 

 

araz.az

Gömrük Akademiyası “Məzun günü” ilə bağlı onlayn kompozisiya təqdim edib

logo DGKADövlət Gömrük Komitəsinin Akademiyasının 2019/2020-ci tədris ili məzunlarının onlayn buraxılış mərasimi keçirilib.

 Araz.az xəbər verir ki, Akademiya rəisi Qulu Novruzov bu tədris ilində Akademiyanın 3-cu buraxılışı olduğunu, buraxılış mərasiminin ötən illərdən fərqli olaraq yeni formatda keçirildiyini, pandemiya dövrünə uyğun olaraq virtual şəkildə təşkil olunduğunu vurğulayıb.

Təhsil naziri təyin olundu – Emin Əmrullayev kimdir?

emin emrullayev 768x432

 

Prezident İlham Əliyev Emin Əmrullayevin Azərbaycan Respublikasının Təhsil naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Turkustan.info Emin Əmrullayevin dosyesini təqdim edir:

Bildirək ki, Emin Əmrullayev peşəkar təhsil işçisi kimi tanınır.

Təhsil Nazirliyində Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri vəzifəsində çalışdığı zaman islahatçı və peşəkar kadr olaraq yadda qalıb.

Emin Əmrullayev 2014-cü il 5 dekabrdan etibarən Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini kimi fəaliyyət göstərib. Sabiq təhsil naziri Mikayıl Cabbarovun 28 dekabr 2015-ci il tarixli 11/1280 nömrəli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 14 noyabr 2016-cı il tarixli, 1107 nömrəli Fərmanıilə Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun adı dəyişdirilərək Azərbaycan Respublikasının Təhsil İnstitutu adlandırılıb. 6 aprel 2016-cı il tarixindən qurumun direktoru vəzifəsini Emin Əmrullayev icra edib.

Sabiq təhsil naziri Ceyhun Bayramovun 9 yanvar 2020-ci il tarixli əmri ilə nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifəsində çalışan Emin Əmrullayev Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunub. (publika.az)

 

 

 

araz.az

2020-2021 tədris ilində bizi nə gözləyir? - MÜTƏXƏSSİS RƏYİ

thumb"Hədəf" Liseyinin direktoru Şəmil Sadiq rəhbərlik etdiyi qurumun YouTube səhifəsində növbəti tədris ilindən, pandemiyanın törətdiyi çətinliklərdən və yaranan problemlərdən söz açıb. 


TED.az xəbər verir ki, Ş.Sadiq qeyd edib ki, sentyabrda məktəblərin açılacağına inanır: "Əks halda isə bizi ciddi problemlər gözləyir. Çünki dünyaya nəzər saldıqda 2020/2021-ci tədris ili üçün müəyyən konsepsiyanın yaradıldığını görürük. Amma bizdə bu konsepsiya haqqında hansısa rəsmi açıqlama yoxdur. Əgər hazırlanırsa da, ictimaiyyət xəbərsizdir. Bu da narahatlığı artırır". 

Lisey direktoru şagirdlərin bir qisminin virus təhlükəsindən dolayı, məktəbə gəlməyəcəyi təqdirdə qarşıya çıxacaq çətinliklərdən də söz açıb. Bildirib ki, məktəblərin heç də hamısı sürətli internetlə, sinif otaqları isə kameralarla təchiz olunmayıb. Bu da onlayn dərs formatının tətbiqinə ciddi əngəl yaradır. 

araz.az

Buraxılış imtahanlarının nəticələri elan olunub

 названия23-24 iyul 2020-ci il tarixlərində keçirilən 9-cu sinif buraxılış, 9 illik təhsil bazasında kolleclərə qəbul, 9 və 11 illik təhsil səviyyələri üzrə Azərbaycan dili (dövlət dili kimi) və C.Naxçıvanski adına Hərbi Liseyə qəbul imtahanlarının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən araz.az-a verilən məlumata görə, imtahanların nəticələri 25 iyul saat 22:10-dan etibarən DİM-in internet saytında yerləşdirilib.

İştirakçılar imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə müvafiq olaraq aşağıdakı linklərdə tanış ola bilərlər:

- 9-cu sinif üzrə buraxılış (qəbul) imtahanları;

- Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları;

- Azərbaycan dilindən fərqli dildə təhsilalanlar üçün ümumi (9 illik) orta və tam (11 illik) orta təhsil səviyyələri üzrə Azərbaycan dili (dövlət dili kimi) imtahanları;

C.Naxçıvanski adına Hərbi Liseyə qəbul imtahanı .

İştirakçılar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

 

9-cu sinif üzrə buraxılış (qəbul) imtahanlarında iştirakı nəzərdə tutulan 2359 nəfərdən 202 nəfər, kolleclərə qəbul imtahanlarında iştirakı nəzərdə tutulan 2559 nəfərdən 902 nəfər, Azərbaycan dili imtahanında iştirakı nəzərdə tutulan 4621 nəfərdən 407 nəfər, C.Naxçıvanski adına Hərbi Liseyə qəbul imtahanında iştirakı nəzərdə tutulan 167 nəfərdən 11 nəfər imtahana gəlməyib. 3 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub.

Xatırladaq ki, buraxılış imtahanlarında iştirak etməyən və ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verməyən şagirdlər üçün sentyabr ayında yenidən buraxılış imtahanları keçiriləcək. Həmin şəxslərin yekun qiymətləndirilməsi aparılaraq onlara attestat veriləcək.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün şəhər və rayonlar üzrə bütün imtahanlar başa çatdıqdan sonra onlayn qaydada Apelyasiya komissiyası fəaliyyət göstərəcək. Apelyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması DİM-in saytında yerləşdiriləcək.

Qeyd: 23 və ya 24 iyulda keçirilən əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsində, V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul və 11-ci sinif üzrə buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

araz.az

3 -dən səhifə 34

Əlaqəli xəbərlər