DİM ali məktəblərə imtahansız qəbul olmaq istəyənlərə müraciət etdi

138719608252aeeeb2819cd

Dövlət İmtahan Mərkəzi (DİM) beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qaliblərinə müraciət edib.

Mərkəzdən Milli.Az-a verilən məlumata görə, Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarına uyğun olaraq, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

2. Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri dedikdə, aşağıdakı şəxslər nəzərdə tutulur:

- beynəlxalq fənn olimpiadasının qızıl, gümüş və ya bürünc medalı ilə təltif olunmuş şəxslər;

- IX-XI sinif şagirdləri arasında keçirilən respublika fənn olimpiadasında birinci, ikinci və üçüncü yer tutmuş şəxslər;

- beynəlxalq müsabiqənin və ya yarışın (15 yaşdan yuxarı yaş qrupunda) laureatı olmuş (ali mükafat, birinci, ikinci və üçüncü yerlər) şəxslər.

3. Beynəlxalq və respublika fənn olimpiadasının qalibinin tam orta təhsil səviyyəsini bitirdikdən sonrakı növbəti 2 tədris ili üçün, beynəlxalq müsabiqənin və ya yarışın qalibi isə tam orta təhsil səviyyəsini bitirməklə qalibiyyət əldə etdikdən sonrakı növbəti 5 tədris ili üçün ali təhsil müəssisəsinə tələbə qəbulunda yalnız bir dəfə müsabiqədənkənar qəbul olunmaq hüququ vardır.

(Müsabiqədənkənar qəbulun aparıldığı ixtisaslar, beynəlxalq və respublika fənn olimpiadalarının siyahısı, beynəlxalq müsabiqələrin və yarışların siyahısı Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarında əks olunmuşdur.)

4. Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri (indiyədək müvafiq sənədlərini DİM-ə təqdim etməyənlər) 23-31 iyul 2020-ci il tarixlərində aşağıda göstərilən sənədlərin fotosurətlərini Dövlət İmtahan Mərkəzinə onlayn qaydada (Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. poçtuna mövzu hissəsinə "müsabiqədənkənar qəbul" yazmaqla) təqdim etməlidirlər:

araz.az xəbər portalı.
 
 

Gömrük Akademiyasında yay imtahan sessiyası sona çatıb

Copy of DP2A6055.JPGDövlət Gömrük Komitəsinin Akademiyasında 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası sona çatıb. İmtahan sessiyası təsdiq edilmiş imtahan cədvəlinə uyğun olaraq, “Microsoft Teams” platforması üzərindən onlayn formada şifahi keçirilib. İmtahan sualları tələbələrə Akademiyanın elektron sistemi tərəfindən ünvanlanıb və tələbə sualları onlayn qaydada şifahi şəkildə cavablandırıb.

Gömrük Akademiyasının magistratura səviyyəsi üzrə qəbul planı 100 faiz dolub

logo DGKADövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri ilə bağlı statistik göstəricilərinin nəticələrinə əsasən, Dövlət Gömrük Komitəsinin Akademiyası üzrə yüksək göstərici qeydə alınıb. Belə ki, Gömrük Akademiyasının magistratura səviyyəsi üzrə qəbul planı 100 faiz dolub.

Gömrük Akademiyasında onlayn imtahanlar davam edir

DP2A6233.JPG

Dövlət Gömrük Komitəsinin Akademiyasında 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahanları Akademiyanın Elmi Şurası tərəfindən qəbul edilmiş yeni qaydalara əsasən Akademiyanın elektron imtahan sistemindən istifadə edilməklə, Microsoft Teams proqramı vasitəsilə onlayn qaydada şifahi şəkildə keçirilir.

Azərbaycan distant təhsilə hazırlaşır

distan-tehsil.jpgKamran Əsədov: “Bütün məktəblilərə planşet verilməlidir”

Prezident İlham Əliyevin “Microsoft” korporasiyasının rəhbər şəxsləri ilə keçirdiyi videogörüşdə müzakirə edilən əsas mövzulardan biri pandemiyanın davam edəcəyi təqdirdə, məktəb və universitetlərdə təhsilin distant formada davam etdirilməsinə hazırlıq, həmçinin mümkün olan yerlərdə işin kənardan təşkili məsələləri olub.

4 -dən səhifə 34

Əlaqəli xəbərlər