Bu tələbələr ölkəyə buraxılmayacaq - QADAĞA

kollec telebeAğ ev Çindən olan bəzi tələbələrin, xüsusən də doktorantura təhsili alanların və tədqiqatçıların ABŞ-a daxil olmasını qadağan edib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Ağ evin məsələ ilə bağlı yaydığı bəyanatda həmin şəxslər ABŞ-ın yüksək texnologiyalar sahəsində intellektual mülkiyyətini oğurlamaqda ittiham edilir. İyunun 1-dən qüvvəyə minəcək qadağanın təxminən 3-3,5 min çinli tələbəyə şamil ediləcəyi güman olunur.

“COVID-19 pandemiyası şəraitində gömrük və sərhəd idarəetməsi” mövzusunda beynəlxalq onlayn forum keçirilib

Copy of 05-05-2020.jpgMayın 8-də Dövlət Gömrük Komitəsinin Akademiyasının təşkilatçılığı və Latviya Respublikasının Azərbaycandakı səfiri Daynis Qarançsın iştirakı ilə “COVID-19 pandemiyası şəraitində gömrük və sərhəd idarəetməsi” mövzusunda beynəlxalq onlayn forum keçirilib.

Gömrük Akademiyası onlayn təhsildə keyfiyyəti təmin etmək üçün səylərini davam etdirir

logo DGKAAzərbaycanda ilk dəfə olaraq tədris cədvəlinə tam uyğun vaxtda və müddətdə dərslərin onlayn tədrisini təmin edən Dövlət Gömrük Komitəsinin Akademiyası onlayn təhsildə və biliyin qiymətləndirilməsi prosesində maksimum keyfiyyəti təmin etmək üçün səylərini davam etdirir.

Gömrük Akademiyasında onlayn tədrisə tam keçid təmin olunub

logo DGKA

Dövlət Gömrük Komitəsinin Akademiyasının növbəti onlayn iclası keçirilib. İclasda koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar təhsilin davamlılığını təmin etmək məqsədilə karantin dövrü ərzində Akademiyada onlayn tədrisin həyata keçirilməsi prosesinin səmərəliliyinin artırılması, mütləq əksəriyyətinin dərslərə cəlb olunması üçün Akademiya tərəfindən tələbələrə lazımı dəstəyin verilməsi, həmçinin tələbə və müəllimlər tərəfindən onlayn tədris prosesinin qiymətləndirilməsi üçün xüsusi sorğu formalarının təsdiq olunması məsələləri müzakirə edilib.

Azərbaycanda ali təhsil müəssisəsi distant təhsilə keçdi

Copy of DP2A5225.JPGKoronavirus pandemiyası ilə bağlı zəruri tədbirlərin görülməsi ilə əlaqədar dərslərin müvəqqəti dayandırıldığını nəzərə alaraq təhsilin davamlılığının təmin edilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin Akademiyasında bütün dərslər distant formada təşkil edilir.

6 -dən səhifə 34

Əlaqəli xəbərlər