Təhsil naziri Ceyhun Bayramov ƏMR VERDİ

Ceyhun BayramovTəhsil Nazirliyinə yeni təyinatlar olub.

Araz.az-a xəbər verir ki, bu barədə Təhsil naziri Ceyhun Bayramov müvafiq əmrlər imzalayıb.

Nazirin əmri ilə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov Təhsil İnstitutunun direktor müavini təyin edilib. Nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri vəzifəsinə isə bundan əvvəl Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutunun direktoru vəzifəsində çalışan Vəfa Yaqublu təyin olunub.

Bundan əlavə, Təhsil nazirinin əmri ilə nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifəsində çalışan Emin Əmrullayev Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunub.

Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifəsi isə bu şöbənin müdir müavini vəzifəsində çalışan Nərminə Hüseynovaya həvalə olunub.

Gömrük Akademiyasında imtahan sessiyası başlayıb

Imtahan-DGKA-2020.JPGDövlət Gömrük Komitəsinin Akademiyasında 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb. Akademiyanın rəisi Qulu Novruzovun müvafiq sərəncamı ilə sessiya müddətində imtahanların mövcud normativ sənədlər əsasında təşkil edilməsi və onların gedişatına nəzarətin həyata keçirilməsi məqsədilə imtahan qərargahı yaradılıb.

Gömrük Akademiyası «Huawei Technologies Azerbaijan» şirkəti ilə əməkdaşlığa başlayır

2012201902.JPGÇinin «Huawei Technologies Azerbaijan» Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) rəhbəri Lu Canlinin başçılıq etdiyi nümayəndə heyəti Dövlət Gömrük Komitəsinin Akademiyasında olub.

Gömrük Akademiyasında "Bank fəaliyyəti və fəaliyyətin təşkili" mövzusunda seminar keçirilib

m1.JPGDekabrın 10-da Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə tələbələr üçün "Bank fəaliyyəti və fəaliyyətin təşkili" mövzusunda seminar keçirilib. 

Gömrük Akademiyasının tələbəsi Avropa Tələbələr Forumunun Azərbaycan nümayəndəliyinin prezidenti seçilib

Hesen-Hesenzade.jpegDövlət Gömrük Komitəsinin Akademiyasının “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Həsən Həsənzadə Avropa Tələbələr Forumunun (European Students’ Forum) Azərbaycan nümayəndəliyinin prezidenti seçilib.

8 -dən səhifə 34

Əlaqəli xəbərlər