Bakı Slavyan Universiteti Azərbaycan Dillər Universitetinə birləşdirilə bilər...

ADUBakı Slavyan Universitetinin (BSU) bir qrup tələbəsi vaxtilə Azərbaycanda 20 Yanvar qırğınının törədilməsində iştirak etmiş sovet və Rusiya dövlət xadimi Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı keçirilimiş esse müsabiqəsində iştirak edib. Universitetdə keçirilən bu tədbir cəmiyyətdə heç də yaxşı qarşılanmayıb. Universitet rəhbərliyi ciddi tənqidlərə tuş gəlib.

Gömrük Akademiyası 14-cü PICARD konfransında təmsil olunub

Copy of WCO-PICARD.jpgDövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov və İxtisas fənləri  kafedrasının müdiri Elvin Əlirzayev 22-24 oktyabr 2019-cu il tarixlərində Şimali Makedoniyanın Skopye şəhərində Ümumdünya Gömrük Təşkilatı (ÜGT) və Şimali Makedoniya Respublikasının Maliyyə Nazirliyi və Gömrük İdarəsinin təşkilatçılığı ilə keçirilən 14-cü PICARD  konfransında iştirak ediblər.

“Akademiyada gözləntilərim doğrulur”

Murad-Sefiyev.jpgŞəfiyev Murad Şahin oğlu 20 aprel 2002-ci ildə Bakı şəhərində anadan olub, Səbail rayonu H.Mahmudbəyov adına 2 saylı Texniki-Humanitar liseyini bitirib. 2019/2020-ci tədris ilində I ixtisas qrupu üzrə 627.5 bal toplayaraq Dövlət Gömrük Komitəsinin Akademiyasının “İnformasiya təhlükəsizliyi” ixtisasına daxil olub. 

Gömrük Akademiyasının tələbəsi: “Düzgün seçim etdiyimə əminəm”

Oruc-v.JPGVəliyev Oruc Mansur oğlu 4 dekabr 2000-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dizə kəndində anadan olub. Dizə kənd tam orta məktəbini bitirib. 2019/2020-ci tədris ilində III ixtisas qrupu üzrə 633 bal toplayaraq Dövlət Gömrük Komitəsinin Akademiyasının “Hüquqşünaslıq” ixtisasına daxil olub. O, 2019/2020-ci tədris ilində Akademiyaya “Hüquqşünaslıq” ixtisası üzrə ən yüksək bal toplayaraq qəbul olan tələbədir. Oruc Vəliyev suallarımızı cavablandırıb. 

“Bir” Tələbə-Könüllü Proqramının təqdimatları uğurla davam etdirilir

WhatsApp Image 2019-10-21 at 19.08.11.jpegBu proqram tələbəlik həyatını rəngarəng və faydalı keçirməyə, tələblərin karyera imkanlarını genişləndirməyə xidmət edir

Respublika Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün təqdimatları davam edir. Proqramın mətbuat xidmətindən araz.az-a daxil olan məlumatda bildirilir ki, könüllüləri vahid məlumat bazasında birləşdirən və 2015-ci ilin dekabrından fəaliyyət göstərən bu Proqram Azərbaycanda könüllülük fəaliyyətinin istiqamətləndirilməsinə yaxından köməkçi rolunu inamla həyata keçirir. Ümumilikdə, oktyabr ayının 2-dən indiyədək Proqramın 27 ali və orta ixtisas təhsili müəssisəsində təqdimatları keçirilib və bu təqdimatlarda 4000-dən çox birinci kurs tələbəsi iştirak edib. Həmin tədbirlərdə tələbələrin könüllülük və onun yaratdığı imkanlar, qazandırdığı təcrübələr haqqında sualları ətraflı cavablandırılıb. Təqdimatlar müddətində minlərlə tələbə Proqrama üzv olub və könüllülərin sırasına qoşulub.

10 -dən səhifə 34

Əlaqəli xəbərlər