Gömrük Akademiyasında “Beynəlxalq ticarət və logistika” ixtisası açılıb

logo DGKADövlət Gömrük Komitəsinin Akademiyasında 2020/2021-ci tədris ili üzrə bakalavriat səviyyəsində yeni ixtisas - “Beynəlxalq ticarət və logistika” ixtisasına qəbul aparılır.

Müəllim işləmək istəyənlər üçün imtahanların TARİXLƏRİ açıqlandı

873159

Cari ilin 21-25 avqust tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanlarda iştirak edəcək namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndərilib.

Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, həmin tarixlərdə Azərbaycan dili, musiqi, fiziki tərbiyə və ibtidai sinif müəllimliyi üzrə test imtahanı keçiriləcək.

Digər fənlər, həmçinin ibtidai sinif müəllimliyi üzrə keçiriləcək növbəti imtahanların tarixi barədə məlumatlar hissə-hissə şəxsi səhifələrə göndəriləcək.

Təhsil Nazirliyi test imtahanlarında iştirak edəcək hər bir namizədə uğurlar arzu edir!

araz.az

Gömrük Akademiyasının məzunlarına diplomları təqdim olunub

Copy of DP2A6733.JPGDövlət Gömrük Komitəsinin Akademiyasının bakalavriat səviyyəsini 2019/2020-ci tədris ili üzrə bitirən tələbələrə məzun diplomları təqdim olunub. Akademiya rəisi Qulu Novruzov 2019/2020-ci tədris ilində məzun olan tələbələrə bundan sonrakı təhsil mərhələlərində və həyatda uğurlar arzulayıb. Akademiya rəisi pandemiya ilə bağlı vəziyyət nəzərə alınaraq, Akademiyada mart ayından başlayaraq dərslərin və imtahanların, o cümlədən buraxılış işlərinin müdafiəsinin onlayn təşkil olunduğunu bildirib. O, tələbələrin onlayn dərslərdə iştirakının və fənlərin məzmununun qavranılmasının yüksək səviyyədə olduğunu vurğulayıb. Dördüncü kurs tələbələrinin istehsalat təcrübəsinin də karantin dövrünə təsadüf etdiyini bildirən Qulu Novruzov buna baxmayaraq buraxılış işlərinin müdafiəsi və səviyyəsinin ürəkaçan olduğunu və uğurla başa çatdığını xatırladıb. “Nəzərdə tutulan akademik öhdəliklərin yerinə yetirilməsi üçün maksimum dərəcədə bütün lazımı işlər görüldü”, – deyə Akademiya rəisi qeyd edib.

Gömrük Akademiyası konsorsium çərçivəsində Aİ-nın layihəsini qazanıb

logo DGKADövlət Gömrük Komitəsinin Akademiyasının iştirak etdiyi üç illik Avropa İttifaqı Erasmus+ konsorsium layihəsi müsabiqənin qalibi seçilib. Gömrük Akademiyasının və səkkiz ali təhsil müəssisəsinin birgə tərəfdaşlığı ilə hazırlanmış “Work4CE” konsorsium layihə təklifi Avropa İttifaqının (Aİ) Eramus+ proqramının “Ali Təhsildə Potensialın Gücləndirilməsi” kateqoriyası  üzrə qrant müsabiqəsinin qalibi olub.

İmtahanların nəticələri açıqlandı

qebulimtahanlari29-30 iyulda keçirilən 9-cu sinif buraxılış (qəbul), 9 illik təhsil bazasında kolleclərə qəbul, 9 və 11 illik təhsil səviyyələri üzrə Azərbaycan dili və Hərbi Liseylərə qəbul imtahanlarının nəticələri elan olunub.


Dövlət İmtahan Mərkəzindən Demokrat.az-a verilən məlumata görə, imtahanların nəticələri 31 iyul saat 21:10-dan etibarən DİM-in internet saytında yerləşdirilib.


İştirakçılar imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə müvafiq olaraq aşağıdakı linklərdə tanış ola bilərlər:


– 9-cu sinif üzrə buraxılış (qəbul) imtahanları;


– Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları;


– Azərbaycan dilindən fərqli dildə təhsilalanlar üçün ümumi (9 illik) orta və tam (11 illik) orta təhsil səviyyələri üzrə Azərbaycan dili (dövlət dili kimi) imtahanları;


– Hərbi Liseylərə qəbul imtahanı .


İştirakçılar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.


9-cu sinif üzrə buraxılış (qəbul) imtahanlarında iştirakı nəzərdə tutulan 1020 nəfərdən 130 nəfər, kolleclərə qəbul imtahanlarında iştirakı nəzərdə tutulan 1491 nəfərdən 543 nəfər, Azərbaycan dili imtahanında iştirakı nəzərdə tutulan 4664 nəfərdən 459 nəfər, Hərbi Liseylərə qəbul imtahanında iştirakı nəzərdə tutulan 377 nəfərdən 35 nəfər imtahana gəlməyib.


Xatırladaq ki, buraxılış imtahanlarında iştirak etməyən və ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verməyən şagirdlər üçün sentyabr ayında yenidən buraxılış imtahanları keçiriləcək. Həmin şəxslərin yekun qiymətləndirilməsi aparılaraq onlara attestat veriləcək.


İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün şəhər və rayonlar üzrə bütün  imtahanlar başa çatdıqdan sonra onlayn qaydada Apelyasiya komissiyası fəaliyyət göstərəcək. Apelyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması DİM-in saytında yerləşdiriləcək.


Qeyd edək ki, 29 və ya 30 iyulda keçirilən əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsində, V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul və 11-ci sinif üzrə buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

araz.az

2 -dən səhifə 34

Əlaqəli xəbərlər