Azərbaycanlı qanuni oğru azadlığa buraxıldı

1503649646 ce35e762375066317aac5f71ac6d8d86 651x369 1Avqustun 8-də Belarus Ali Məhkəməsi 42 yaşlı azərbaycanlı qanuni oğru Rəşad Gəncinski kimi tanınan Rəşad İsmayılovun hökmdən verdiyi şikayətə baxıb.

Musavat.com xəbər verir ki, R.İsmayılova yeni cəza təyin edilərkən məhkəmə onun çəkdiyi cəzanı yetərli hesab edib və qanuni oğrunu həbsdən 8 il 3 ay əvvəl azadlığa buraxılması barədə qərar qəbul edib.

Qeyd edək ki, Rəşad Gəncinski 2018-ci ilin noyabrında Belarus hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Minsk yaxınlığındakı elit klubların birində silah, narkotik maddələr və saxta sənədlərlə saxlanılmışdı.

Minsk Rayon Məhkəməsi ötən ilin iyulunda Rəşad Gəncinskinin 10 il azadlıqdan məhrum olunması haqda qərar qəbul etmişdi.

Rəşad Gəncinski məhkəmədə son çıxışında öncə silahla bağlı ittihamdan danışıb. Deyib ki, onun şəxsi təhlükəsizlik xidməti olub və onu qanuni silahla qoruyublar. Amma Belarusa gələrkən silaha heç bir ehtiyac hiss etməyib və bu səbəbdən üzərindən silah tapılması ittihamını rədd edib: “Mən o paslanmış tapançanın şəklini gördüm. Əgər kimsə mənim yanımda o cür silah gəzdirsəydi, utanardım”.

Gəncinski deyib ki, o, həbs edilərkən ona silahla bağlı heç nə deməyiblər. Yalnız səhəri gün müstəntiqlər ona silahın şəklini göstərərək axtarış zamanı tapıldığını və əl izlərinin olduğunu deyib. Qanuni oğru yada salıb ki, onu bir müddət əvvəl Abxaziyada yaralayıblar. “Mən özümlə dırnaqtutan belə gəzdirmirəm” deyə, o məhkəmədə bildirib.

Saxta pasport ittihamına gəlincə, o bildirib ki, 2012-ci ildən bu pasportu istifadə edir:

“Bəli, mənim pasportum var, amma hansı mənzilimdə olduğunu bilmirəm. Mən Gürcüstanda, Yunanıstanda, hər yerdə bu pasportu istifadə etmişəm. Belarusda da heç bir qanun pozuntum olmayıb. Qoy bir nəfər desin ki, burada kimisə incitmişəm, hansısa pis niyyətim olub. Bura pul xərcləməyə gəlmişdim”.

Gəncinski məhkəməyə ililginc açıqlama da vermişdi: “Siz tez-tez təkrar edirsiz: oğru, oğru, oğru… Mən küçədən gəlməmişəm. Hamı hər şey deyə bilər. Mənim xəstə anam var, əməkdar elm xadimi, elmlər namizədidir. 66 yaşında olan anam mənim himayəmdədir. Mənim vəfat edən atam akademik olub, onu Belarusda da yaxşı tanıyırlar”.

Gəncinski deyib ki, o, Belarusda kiminsə cibinə girməyib, kiməsə pislik etməyib:

“Mənim biznesimlə 30-dan yuxarı ailə dolanır. Mən uşaq evlərinə gedirəm, yetimlərə sponsorluq edirəm ki, rahat böyüsünlər və narkotikdən uzaq olsunlar. Hər yerə getdiyim pasportla Belarusa da gəlmişəm. Bura gəlməyin mümkün olmadığını bilmirdim. İndi mənə 10 il həbs cəzası kəsirsiz. Niyə axı?”

İsmayılov Rəşad Məmməd oğlu 1978-ci ildə Gəncə şəhərində Abbas Səhhət adlanan yerdə anadan olub. Gənc yaşlarında doğulub böyüdüyü məhələdə adı xırda cinayətlərə qarışıb.

Daha sonra onun da yolu Moskvadan keçib. Burada gəncəlilərin güclü olduğu bazarlarda tanınmağa başlayıb. Bir-iki dəfə Rusiya həbsxanalarında qısa müddətli cəzalar çəkib. 2010-cu ildə qanunsuz silah saxladığına görə 1 il müddətinə azadlıqdan məhrum edilib.

Liderlik qabiliyyəti, Rusiyada olan azərbaycanlılar arasında olan hörməti Rəşadı qanuni oğrulara yaxınlaşdırıb.

2013-cü ilin fevralında Moskvada böyük “sxodka” keçirilir. Həmin “sxodka”da azərbaycanlı qanuni oğrulardan Vaqif Süleymanov (Vaqif Diplomat), Əlibaba Həmidov (Qoca Yasamalinski), Arif Mehdiyev (Arif Sumqayitski), Yunus Nəzərov (Yunus Yasamalinski), Baxış Əliyev (Vaxa) iştirak edib.

“Sxodka”da Rəşad Gəncinski “qanuni oğru” kimi taclandırılıb.

Rəşad Gəncinski “qanuni oğru” adını aldıqdan bir qədər sonra Nadir Səlifova (Quli Bakinski) yaxınlaşmağa başlayıb.

Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə bir müddət əvvəl iddia etmişdi ki, Rəşad Gəncinski qanqsterlər arasındakı söhbətlərdən birində Rövşən Lənkəranskinin onun əmri ilə “o biri dünyaya göndərdiklərini” deyibmiş. Rəşad Gənsinski bildiribmiş ki, Lənkəranskinin qətlinin motivi onun yaxın dostu, “göyərti kralı” kimi tanınan biznesmen Cambulat Şamiloğlunun öldürülməsidir.

araz.az

Prokurorluq Şəmkirdəki bıçaqlanma ilə bağlı məlumat yaydı

bicaq 384586Avqustun 5-də saat 01 radələrində Şəmkir rayonu ərazisində 1995-ci il təvəllüdlü Sənan Quliyevə çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə məlumat daxil olub.

Şəmkir Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1999-cu il təvəllüdlü Mixayil Quliyevin şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Sənan Quliyevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Mixayil Quliyev təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində Şəmkir Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkən tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

araz.az

Kriminal aləmə meylli şəxslər polisə atəş açdı - Əməliyyat + FOTOLAR

e9204a31 cebf 3a8d b1e6 709d6a6bc408jpg 1596440094Oğuz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyasında və qanunsuz silah-sursat saxlamaqda şübhəli bilinən şəxslər tutulub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şirvanlı kənd sakinləri - əvvəllər məhkum olunmuş, kriminal aləmə meyilli olan Novruz Umarlı və bibisi oğlu Ayaz Balakişiyev kəndin meşəlik ərazisində əvvəlcədən əkib-becərdikləri narkotik tərkibli çətənə kollarına qulluq edərkən “iş başında” yaxalanıblar.

Ancaq N.Umarlı törətdiyi cinayət əməlindən yayınmaq üçün qanunsuz olaraq üzərində gəzdirdiyi tapançadan polis əməkdaşlarına atəş açıb. Şöbənin Cinayət Axtarış Bölməsi əməkdaşlarının çevikliyi və peşəkarlığı nəticəsində atəş açan N.Umarlı zərərsizləşdirilərək saxlanılıb.

Oradan qaçmağa çalışan A.Balakişiyev də qısa müddət ərzində Şirvanlı kəndi ərazisində tutulub.

Hadisənin  baş verdiyi əraziyə baxış keçirilən zaman oradan N.Umarlıya məxsus “Makarov”markalı tapança, içərisində 15 patron olan 2 sandıqça, gecəgörmə cihazı, maska, əlcək və qohumların birlikdə əkib-becərdikləri 165 ədəd çətənə kolu aşkar olunaraq maddi sübut kimi götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxslərin yaşadıqları ünvanlara da baxış keçirilib. A.Balakişiyevin evinin həyətyanı sahəsindən sellofan torbada 91 qramdan artıq qurudulmamış marixuana, eləcə də lüləsi və qundağı kəsilmiş “TOZ” markalı tüfəng, N.Umarlının kənd ərazisindəki evindən isə 37 qrama yaxın marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı Oğuz RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxslərin digər cinayət əməllərində iştiraklarının olub-olmamasının müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

img
araz.az

Bakıda tutulan silahlı şəxsin elə əməlləri üzə çıxdı ki...

hebsjpg 1578216651

 

Bakıda silah gəzdirdiyinə görə saxlanılan şəxsin digər cinayətləri də məlum olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, silah gəzdirdiyinə görə tutulan E.Əliyevin ətrafında Səbail və Nərimanov Rayon Polis İdarəsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini C.Hüseynovla birgə 2016-cı ilin fevral ayından noyabr ayınadək olan müddətdə Bakı şəhər sakinləri L.Həsənovanı aldaıb 119 500 manat, 2019-cu ilin iyul ayında isə E.Zeynalovu aldadıb 13 500 manat pullarını alması da müəyyən edilib.

Hacı Beyləqanski 19 il azadlıqdan məhrum edildi

1595999427 haciRusiyanın paytaxtı Moskvada cinayət törətməkdə təqsirli bilinən Hacıbaba Talıbxanlının (Hacı Beyləqanski) Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi 1-ci bəndi (iki və ya daha çox insanın öldürülməsinə cəhd) və 2-ci bəndi (qətl), 222-ci maddənin 1-ci bəndi (qanunsuz silah dövriyyəsi) və 322-ci maddənin 1 -ci bəndinə (giriş hüququ üçün etibarlı sənədlər olmadan Rusiya Federasiyasının Dövlət Sərhədini keçmək) əsasən barəsində hökm çıxarılıb.

Asiya.az Virtualaz.org-a istinadən bildirir ki, bunu Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İstintaq İdarəsi məlumat yayıb.

Məlumata görə, istintaq və məhkəmə müəyyən edib ki, 2012-ci ilin aprelində təqsirləndirilən şəxs etnik cinayətkar qrupun üzvü olaraq Moskvada rəqib qrupun 1960-cı il təvəllüdlü iştirakçısı və onun 1986-cı il təvəllüdlü tanışının olduğu "Toyota Land Cruiser" avtomobilinə bir neçə atəş açıb. Kişi aldığı yaralardan yerində dünyasını dəyişib.

İstintaq çərçivəsində müəyyən edilib ki, təqsirləndirilən şəxsi həmin cinayəti törətməyə vadar edən onun öz statusunu və kriminal nüfuzunu möhkəmləndirmək istəyi olub.

Araşdırmalar zamanı istintaq şübhəli bilinən şəxsin cinayət əməllərində iştirak etdiyini təsdiq edən təkzibedilməz sübutlar əldə edib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Hacı Beyləqanski 19 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

 
 
 
 
 

Kiyevdə erməni 4 azərbaycanlı tələbəni güllələdi - YENİLƏNİB - FOTO

868379

 

Ukraynanın paytaxtı Kiyevdə iki azərbaycanlı tələbəyə atəş açılıb.

APA-nın "Strana" portalına istinadən verdiyi məlumata görə, naməlum şəxslər iyulun 25-nə keçən gecə Konovaltsya küçəsində, "Montekki və Kapuletti" restoranının yaxınlığında "Mercedes- Gelenvagen" markalı avtomobildən azərbaycanlı tələbələrə tapançadan atəş açıblar.

Bildirilir ki, atəşin açıldığı 50 RV 100 dövlət nömrə nişanlı avtomobilin və hadisəni törədən şəxslərin tapılması üçün hüquq-mühafizə orqanları hərəkətə keçib.

---------
14:01

Kiyevdə 4 azərbaycanlı tələbə erməni tərəfindən güllələnib.

Milli.Az parla-ya istinadən məlumatına görə, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadov bildirib ki, dünən saat 21:30 radələrində Kiyevin mərkəzində dörd azərbaycanlı tələbəyə erməni atəş açıb, onlardan ikisi yaralanıb.

"Bu xəbəri eşidən kimi mən və diasporun idarə heyətinin üzvləri hadisə yerinə gəldik. Tələbələrimiz evə qayıdıb və binanın həyətində erməni nömrələri olan bir maşın gördülər. Azərbaycanlıların yaxından diqqətini görən avtomobil sahibi onunla mübahisəyə başladı. Bundan sonra ona başqa bir erməni də qoşuldu. Onlardan birində tapança var idi. Təcavüzkarlar cinayət yerindən qaçıblar. Səhər beşə qədər hadisə yerində qaldıq. Yaralılar xəstəxanaya aparılıb. Polis təcavüzkarları axtarır".

araz.az

Azərbaycanda “nadzor” başından güllələnərək öldürüldü

meyit.jpgŞəmkirdə güllələnmə olub.

“Qafqazinfo”nun verdiyi məlumata görə, rayonun Bayramlı kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədli Kəramət Şükür oğlu yaşadığı evdə alın nahiyəsindən odlu silahla açılan atəş nəticəsində qətlə yetirilib. Onu öldürən şəxsin kimliyi hələ ki, məlum deyil.

Məlumata görə K. Məmmədli Gəncə şəhərində yerləşən 2 saylı istintaq təcridxanasında nəzarətçi işləyir. Ailəsindən boşanan Məmmədli evdə tək yaşayırmış.

Ardını oxu...

1 -dən səhifə 12

Əlaqəli xəbərlər