“Qəlpə elə yerində qalıb ki, çıxarsalar öləcək” – Xalq artistinin ağır dərdi

1665593121 1665426086 633eee149d746633eee149d7471665068564633eee149d743633eee149d744 1Onu Gəncə teatrının pərvanəsi adlandırmaq olar. Rəngarəng obrazları, xarakteri, ustalığı ilə tamaşaçı sevgisini qazanıb. Son illər onu müxtəlif seriallarda gördük, sevdik.

araz.az  
xəbər verir ki, lent.az-ın müsahibi teatr və kino aktrisası, Gəncə Dövlət Dram Teatrının aparıcı aktrisası, Azərbaycanın Xalq artisti Pərvanə Qurbanovadır.


- Pərvanə xanım, aktyorun halı tamaşaçıların olub-olmaması ilə ölçülür. Halınız necədir?

- Bir zamanlar teatrlarda bilet tapılmazdı, tamaşalar anşlaqla keçərdi, televiziyalar çıxandan sonra tamaşalara maraq azaldı. İnternetin gəlişi ilə maraq daha da söndü. Deyirlər, mədəniyyətin ən yüksək forması vəhşilikdir. İnternetin gəlişi ilə biz nə qədər qorxunc xəbərlər alırıq, stress yaşayırıq, fərqindəsinizmi? Amma onu da qeyd edim ki, pandemiyadan sonra teatrlara güclü axın hiss edirəm. Çünki insanların canlı ünsiyyətə, sosiallaşmağa ehtiyacı var və teatr bu tələbatı ödəyir. O mənada halımız yaxşıdır.

“Qəlpə elə yerində qalıb ki, çıxarsalar öləcək” – Xalq artistinin ağır dərdi



- Sizi ölkə tamaşaçılarına seriallar tanıtdı. Baxmayaraq ki, illərlə Gəncə teatrında külüng vurursunuz. Kino, yoxsa teatr? Hansı daha əzizdir?


- Birmənalı olaraq teatr. Teatr sənə bir kadrı bircə dəfə yaşamaq şansı verir, kinoya çəkilərkən bir səhnəni 20 dubla da çəkmək olar. Lap əldə heç nə olmasa belə, ordan-burdan kadrlar kəsilir, montaj edilir bir də gördün möhtəşəm bir səhnə alındı. Teatrda bu yoxdur. Canlı tamaşaçı qarşısına çıxmaq, onların reaksiyasını hiss etmək bir başqa duyğudur. Teatr zəhmət əmək deməkdir. Rejissor Rövşən İsax deyir ki, kino, serial sintetik sənətdir.

- Hələ də həyəcan var?

- Yox. Amma tamaşaçı ilə görüşün məsuliyyəti var. Mən onları inandırmalıyam. Səhnədə olanda Pərvanə olmuram.

- Hər aktyora, aktrisaya biçilmiş bir obraz var. Elə aktrisalar var ki, onlara daima çox davakar, qaba qadın obrazları verilir, eləsi var onlara ancaq komediya və ya ağılsız qadın rolları həvalə edilir və s. Sizə baxınca xanım-xatın, bir az hökmlü bir qadın görmək olur. Roldan-rola dəyişmək çətin olmur?

- Mən 41 ildir Gəncə teatrındayam, 16 yaşımdan səhnədəyəm. Demək olar ki teatrın repertuarındakı tamaşaların 70 faizində mən varam və əsasən baş rollarda. Bunların hər biri fərqli xarakterlər olub. Bunu bacarmaq aktyorun vəzifəsidir.

“Qəlpə elə yerində qalıb ki, çıxarsalar öləcək” – Xalq artistinin ağır dərdi


- Dediniz “səhnədən çıxana qədər mən deyiləm”. Bəs olubmu ki, dramatik bir obrazın ağırlığını dərd yükünü evə gətirəsiniz?

- Səhnəyə çıxmazdan 15 dəqiqə öncə pərdənin kənarından səhnəyə baxıram ki, adaptasiya ola bilim. Tamaşa bitdi, hisslər də bitdi. Yalnız bir obrazın ağırlığını, dərdini yaşamşam. “Cavad xan” tamaşasında Mələknisə obrazı məni məndən alıb. Bu tamaşa ilə biz Bakıda Akademik Musiqili Teatrın səhnəsində də çıxış etdik. Tamaşadan sonra teatrın rəhbəri. Əliqismət Lalayev məni qucaqlayıb dedi ki, “Pərvanə sən məni ağlatdın”. Mən hələ onda da özümü Mələknisə kimi hiss edirdim. Onun faciəsi hamımızın yaralı yeridir. Əri şəhid xandır, oğlu şəhiddir, torpağı işğal olunur, əzizlərini gözü görə-görə ölümə göndərir. Bir sözlə bu gün yaşadığımız acıların 100 il öncəki halı. Gəncə Qarabağ müharibəsini çox ağrılı yaşadı, mənim bir qardaşım qazidir, qolunda elə bir yerdə qəlpə qalıb ki, deyirlər çıxarsaq öldürəcək onu. II Qarabağ müharibəsində Gəncəyə 2 dəfə raket atıldı. Yadıma gəlir uçqun altından gecə köynəyində ölmüş bir qadını çıxarırdılar, üstünü örtürdü kişilər ki, kimsə görməsin. Qadın ölüb, amma onlar ilk növbədə meyiti örtməyə çalışırdılar. Bir ay biz gəncəli xanımlar paltarlı girdik yatağa. Çoxları ailəsini apardı Gəncədən. Mən getmədim. Dostlarım zəng edib çağırdılar. Dedim mən gələ bilmərəm, bu mümkün deyil. Sanki getsəm Gəncəyə xəyanət olacaqdı Mələknisə obrazını oynadığım günün səhəri mən mütləq dərman içməli oluram.

“Qəlpə elə yerində qalıb ki, çıxarsalar öləcək” – Xalq artistinin ağır dərdi


- Bakıda qastrollarda olmusunuz. Gəncə və Bakı tamaşaçılarında fərq görmüsünüz?

- Bəli fərq var. Gəncə tamaşaçısının reaksiya verdiyi momentlərə Bakı tamaşaçısı, ya da əksinə reaksiya vermirdilər. Bakıdan Gəncəyə gələn aktyorlar da eyni fikirləri deyirlər. Tam fərqlidirlər.

- Hansı tamaşaçı ilə asandır sizə?

- Heç birini inandırmaq asan deyil. Həm də indiki zamanda. İnsanlar o qədər informasiya bolluğu içindədirlər, dünyanın istənilən teatrının tamaşalarına baxa, müqayisə edə bilirlər. İndi tamaşaçını inandırmaq öz sənətində bir pillə daha yüksəlmək deməkdir.

- Rejissorların təklif etdiyi bütün obrazlarla razılaşırsınız, yoxsa seçimlər edirsiniz?

- Əlbəttə seçimlər edirəm. Oynamdığım obrazlar olur. O roldakı mən özümü görmürəm oynasam da alınmaz, ondan uzaq dururam. Xarakterimə uyğun olmalıdır. Qəbul etmədiyim çox şeylər var. Hər nə qədər desələr ki, aktrisa hər rolda oynamalıdır, mən bunu edə bilmərəm.

- Hansı rolla sevilmisiniz?

“Qəlpə elə yerində qalıb ki, çıxarsalar öləcək” – Xalq artistinin ağır dərdi


- İlk rolum “Yad qızı”nda Nazan obrazı olub. 18 yaşım var idi onda. 82-ci ildə Bakıya bu tamaşa ilə gəldik, 1 gün oynamalı idik, 3 gün oynadıq. Yanımda necə karifey, müqtədir sənətkarlar var idi. Ələddin Abbasov, Məmməd Bürcəliyev, Rəmziyyə Veysəlova, Zülfüqar Baratzadə. Mən onların yanında uşaq idim. İndiki məsuliyyətim onda yox idi, bunu hiss etmirdim. Tamaşaya baxmağa kimlər gəlmişdi, Leyla Bədəlbəyli, Mehdi Məmmədov, Barat Şəkinskaya. Allah hamısına rəhmət eləsin. Rəmziyyə xanım mənim qaynanam rolunu oynayırdı. O tamaşaçı zalında nəhəng aktyorları görüb həyəcanlanmış, hətta boğazını yaşlamaq üçün su da istəmişdi. Amma mən nəinki qorxmuş, həyəcanlanmışdım, əksinə fəxr etmişdim. Sevinmişdim ki, gör kimlər baxacaq. Rəmziyyə xanım bizim gördüyümüz ən böyük sənətkar idi, onu ömrü boyu həyəcanlanan görməmişdim. İndi olsa əlim-ayağım əsər, bəlkə də addım ata bilmərəm.

- Necə oldu ki, 16 yaşında dövlət teatrında işə başladınız?

- O vaxtlar mədəniyyət evlərində musiqi məktəbini bitirənlər musiqi müəllimi kimi işləyə bilirdilər. Aktyorluğu sevirdim, amma aktrisa olacağım ağlıma gəlmirdi. 13 yaşımda Cabbarlının külliyyatını oxumuşdum. Gəncədir də, qardaşlar, dayılar, qoyardılarmı heç? Hilal Həsənov adlı sənətkar var idi, sonralar İstanbula köçdü. Onun dərnəyi var idi, sülh göyərçini rolunu oynamağa uşaq axtarırdı, məni seçib bəyəndi. Məni və qardaşlarımı nənə-baba saxlayıb. Ana-atamızı tez itirmişdik. Dayılarımın sözü qanun idi. Onlar “olmaz” dedilər. Sonra müdiriyyət onları dilə tutdu, beləcə məni ilk dəfə 13 yaşında səhnəyə çıxdım. Səhnənin tozunu uddun xəstələnirsən də. Sonra xalq teatrlarının müsabiqəsi keçirildi və məni ən yaxşı qadın obrazı ifaçısı seçildim. Gəncə teatrının rejissoru məni teatra dəvət etdi, əvvəl evdən buraxmırdılar. Amma şərait elə gətirdi ki, işləmək lazım oldu və mən teatrda işə başladım.

- Peşman deyilsiniz?

- Mən teatrı çox sevirəm. Gəncə teatrını daha çox sevirəm. Məndən çox teatrın gələcəyi üçün stress keçirən, danışan yoxdur. Əlimizdən tutub gətiriblər bu teatrı bizə əmanət ediblər. Bəs biz kimə əmanət edəcəyik? Mənim rəhmətlik yoldaşım da aktyor idi. Biz evlənəndən sonra o məni teatrdan uzaqlaşdırdı, bir il. Vaqif Şərifova Allah rəhmət eləsin, o mənim müəllimim olub, baş tacımdır. Ali təhsilim yoxdur, Vaqif müəllim məni elə yetişdirdi ki, ölkənin Xalq artisti adını ən gənc yaşda alan aktrisa oldum. 34 yaşım var idi, bu adı alanda. 1992-ci ildə Əməkdar, 2000-ci ildə Xalq artisti adını almışam. Vaqif müəllim yoldaşıma dedi ki, Cabbar, gətir Pərvanəni teatra. Bütün tamaşalarda var idim, məni teatrdan işdən çıxarmadı. Gözlədi. Bir gün yoldaşımla tamaşaya baxmağa gəlmişdik, Rəmziyyə xanımın əlini öpmək istədi, incimişdi, qoymadı. Yoldaşım “niyə belə elədin, ay Rəmziyyə xanım?” soruşanda qayıtdı ki, sən Pərvanəni apardın, ona görə. “Hərə öz xanımını götürüb getsə, biz teatrı kimə verib gedəcəyik?” dedi. Bu söz qulağımda sırğa oldu.

“Qəlpə elə yerində qalıb ki, çıxarsalar öləcək” – Xalq artistinin ağır dərdi


- Bəs siz kiminsə əlindən tutub gətirmisiniz?

- Əlbəttə. Teatrda praktika təhsildən önəmlidir. Əsas sənətdir. Təhsil çox önəmlidir, amma təyinatla gələnləri görmüşəm də. Çoxuna mən danışmaq öyrədirəm. Teatr üçün mütaliə, dünya görüşünün genişliyi vacibdir. Universitet bitirib bu sənətə gələnlərin çoxu necəsə olub gəlib. Diplom xətrinə. Bizdə başqa sahələrdən gəlmiş, amma ürəyi, istedadı olan böyük aktyorlar var ki.

- Qızlarınız sənətinizi davam etdirmir. Eləmək istəsələr “yox” deyərdiniz?

- Elə edərdim aktyor olmasınlar.

- Axı niyə? Bütün aktyorlar eyni sözü deyirlər.
1665593240 56180239 1103512336524773 1220617258707976192 n 1665386133
- Aktyorun nə yaşadığını yalnız aktyor olan bilir. Bəli sevilirlər, tanınırlar, amma çətin tərəfləri çoxdur. Mən fəxri ad alanda bunu öz zəhmətimin bəhrəsi kimi gördüm. Teatrda əziyyət çəkməyəndə elə bilirəm havayı maaş alıram. Bunu anlatmaq çox çətindir.

- Gözəl xanımsınız. 57 yaşlı bir xanım olaraq yaşınızdan qat-qat gənc görünürsünüz, gözəllik sirlərinizi xanımlarımızla bölüşərsinizmi?

- Plastik əməliyyatlar etdirməmişəm, amma özümə baxıram, hər qadın baxmalıdır. Mezo, plazma və s. Kök hüceyrə proseduru etdirdim və məncə gənc görünməyimdə onun da rolu var.

- Mənim belə gözəl, gənc nənəm olsaydı ona nənə deməyə dilim gəlməzdi .

- Yoldaşım mənə “Gülüm” deyirdi, ona görə öz nəvələrim də, qardaş-bacılarımın nəvələri də mənə onun diliylə “Gülüm” deyirlər.

araz.az xəbər portalı.

Sabun və bozbaş bişirməməyin fərqi

photo 6959Əvəz RÜSTƏMOV.

_______________________________________________________

Orxan Fikrətoğlu yazıçı-publisistdir, jurnalistdir, maraqlı televiziya proqramlarının müəllifi və aparıcısı kimi tanınıb, istedadına görə rəğbət və hörmət qazanıb. İndi Milli Kulinariya Mərkəzinin baş direktoru vəzifəsinə təyinat alıb. Özünün də dediyi kimi, yemək bişirməyəcək. Onu da bildirir ki, kulinariya bir çoxlarının düşüncəsində bozbaşxanadır.

Vaxtilə mədəniyyət və turizm naziri işləmiş Əbülfəs Qarayev deyirdi ki, ölkəmiz "kabab turizmi" təfəkküründən çıxmalıdır. Hərçənd o, bu təfəkkürü dəyişmək üçün düz əməlli iş görə bilmədi. İndi Orxan müəllim də gərək əməli ilə camaata kulinariyanın bozbaş olmadığını qəbul etdirsin. Nəzərə alsaq ki, kulinariyada menecerlik də əsasdır, yeni baş direktordan necə menecer çıxacağını zaman özü göstərəcək. Ona fəaliyyətində səbr arzulamaq lazımdır. Səbr isə uğur gətirir. 

Əslində diqqət yetirmək istədiyim məsələ başqadır. Niyə yazıçı-publisist və jurnalist olan şəxsin, yəni söz adamının kulinariya ilə bağlı vəzifəyə təyin edilməsinə bu qədər sərt reaksiya verilir?

Birincisi, Orxan Fikrətoğlunu tənqid etmək, onun barədə söz, hətta xoşagəlməz söz demək,  təyinatını ələ salmaq, məsxərə predmetinə çevirmək çox asandır. Həm də ona görə ki, Orxan müəllim üzdə olan adamdır. 

İkincisi və ən əsası. Ölkədə yerində olmayan xeyli adam var. Cəmiyyət vəziyyəti görür və hər kəsdə bu tendensiyaya qarşı aqressiya, ikrah hissi var. Axı insanlar yerində olmayanların əməlindən çox əziyyət çəkiblər. Buna görə Orxan Fikrətoğlu kimi ziyalını bağışlamırlar. Daha doğrusu, öz aləmlərində bağışlamırlar və bütün yerində olmayanların hirsini ondan çıxarırlar. Orxan müəllim bir ziyalı kimi buna dözməlidir. Halbuki cənab Fikrətoğlunun yerində olmadığına dair fikirləri mütləq mənada bölüşmürəm və yazını oxuduqca, xüsusən axır cümlələrdə biləcəksiniz ki, niyə, nə səbəbə bölüşmürəm. 

Bəli, insanlarımız məhşur Azərbaycan filminin personajı Cəbiş müəllimin sabun bişirmək istəməməsini Orxan müəllimin "yemək bişirməyəcəm" deməsindən üstün tuturlar. Hər kəs Orxan Fikrətoğludan Cəbiş müəllim olmağı tələb edir. Başa düşüləndir. İnsanların əslində Cəbiş və Orxan müəllimlərin halına yanmaması da günümüzün reallığıdır...

Geniş düşünülsə, kulinariya mədəniyyətdir və ona  ziyalının, insanımızın ruhunu duyan, estetik zövqə malik, dünyagörüşlü şəxsin rəhbərlik etməsi müsbət haldır. Belə desək, kulinariya cameəsində ziyalı təbiətli bacarıqlı, sahə üzrə səriştəli kimsə yoxdur ki, sırf yazı-pozu işi ilə məşğul adam ora rəhbər təyin edilir? Məncə, bunun üzərində dayanmayaq, çünki başqa söhbətin mövzusudur...

Hələlik onu demək lazımdır ki, kulinariyamızın Orxan Fikrətoğluna tapşırılması müsbət haldır. Yəni ola bilərdi ki, mərkəzə ömrünü-gününü fermada keçirən aqronom rəhbər təyin edilərdi. Yaxud da çilingər. Ona görə şükr etmək lazımdır. Həm də ona görə şükr etmək lazımdır ki, bu təyinata etiraz edənlər, onu  mübahisələndirənlər var. Axı hər yerində olmayanın təyinatına etiraz edilmir. Hətta əksər hallarda cınqır da çıxarılmır. 

Sankt-Peterburqda “Yeddi gözəl” sərgisi açılıb - Foto

215351 6uszb3c47z

Yanvarın 27-də Sankt-Peterburqda, Dövlət Rus Muzeyinin Mərmər sarayında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş “Yeddi gözəl” sərgisi açılıb. 

araz.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Dövlət Rus Muzeyinin elmi işlər üzrə direktor müavini Qriqori Qoldovski çıxış ediblər. Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova qonaqlar üçün kurator turu keçib.

Sərginin ekspozisiyası bir neçə tarixi dövrü birləşdirən xalça, zərgərlik, bədii metal, miniatür və teatr-dekorasiya sənətinin, həmçinin, klassik musiqi və rəqsin, müasir incəsənətin və deklamasiya layihəsinin sintezindən ibarətdir.

Nizaminin poeziyası əsrlər boyu sənətkarları ilhamlandırıb. Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin klassikaya çevrilmiş “Yeddi gözəl” baleti buna bir nümunədir. Balet məşhur “Xəmsə” poemalarından birinin motivləri əsasında yazılıb. “Yeddi gözəl” baleti ilk dəfə 1956-cı ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində nümayiş etdirilib.

Sərginin ekspozisiyasında ədəbi və musiqili-xoreoqrafik mənbəyə əsaslanaraq, qiymətli dekorativ-tətbiqi sənət əsərlərinin nümayişi üçün xüsusi mühit yaradılıb. Ekspozisiya XVI əsrə aid “Kitab oxuyan gənc oğlan” Təbriz miniatürü əsasında Azərbaycanın məşhur konseptualist rəssamı Rəşad Ələkbərovun işıq və kölgə vasitəsilə yaratdığı “Miniatür” instalyasiyası ilə başlayır.

Layihənin konsepsiyası səs və vizual obrazların vəhdətini nəzərdə tutur. Videoinstalyasiyaların köməyi ilə tamaşaçının baş verən hadisələrdə şəxsi iştirakı effekti əldə olunur. Məsələn, qədim əlyazma kitabları təsvir edən videoinstalyasiyalarda miniatür personajları canlanaraq, tamaşaçını sehrli dünyalarına dəvət edirlər. Canlanmış orta əsrlər kitabının təmtəraqlı saraylarında səyahət edərkən tamaşaçı özünü balet məkanında tapır, burada onu kainatın hədsiz hüdudlarından xəyal kimi peyda olan rəqs edən balerinalar əhatəsinə alır.

Sərginin interaktiv davamı olaraq Heydər Əliyev Fondu və ICOM Azərbaycan Milli Komitəsinin təşkil etdiyi “Nizami: dildən-dilə” beynəlxalq onlayn-deklamasiya layihəsinin videoçarxı nümayiş olunur. Videoçarxda Azərbaycan, Rusiya, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan 150-dən çox tanınmış incəsənət və mədəniyyət xadimləri Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından fraqmentləri deklamasiya edirlər.

Sərgi Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi və Azərbaycan Milli Xalça Muzeyinin dəstəyi ilə təşkil olunub. Sərginin kuratorları Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, “Azərxalça” ASC-nin sədri Emin Məmmədovdur. Sərginin ekspozisiyasını Heydər Əliyev Fondu, Azərbaycan Milli Xalça Muzeyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyasından eksponatlar təşkil edir.

Sərgi 9 may 2022-ci il tarixinədək davam edəcək.

araz.az xəbər portalı.

Tamilla Abdullayevanın fərdi sərgisi açılacaq

1643273230 00000000000000000000000000000000000000 1Yanvarın 28-də, saat 19:00-da Azərbaycan Milli Xalça Muzeyində “Rəngarəng qobelen dünyası. Tamilla Abdullayevanın fərdi sərgisi” açılacaq.

araz.az
xəbər verir ki, sərgidə sənətkarın 1990-2022-ci illərdə yaratdığı 50-dən artıq əsər – qobelen, xalça və xalça eskizi nümayiş olunacaq. Burada qobelen və xalça üzrə tanınmış rəssam Tamilla Abdullayevanın “Kəpənəklər”, “Ağaclar”, “Qədim Azərbaycan rəmzləri”, “Təbiət ünsürləri”, “Dörd fəsil” adlı silsilə əsərləri, o cümlədən abstrakt və çiçək kompozisiyalı əsərləri təqdim ediləcək.


Tamaşaçılar müxtəlif toxuma üsulları ilə ərsəyə gələn, sakit, həzin, tarazlaşdırılmış kompozisiyaları, elementlərin səthdə ustalıqla yerləşdirilməsi, isti, qəlboxşayan gözəl və zəngin rəng qamması ilə seçilən qobelenlərdə rəssamın ecazkar yaradıcı dünyasını müşahidə edəcəklər. Qeyd edək ki, rəssam bu əsərləri yaradarkən əksər hallarda hazır eskizdən deyil, yalnız bədii ideya və improvizasiya bacarığından bəhrələnib.

Sərgidə T.Abdullayevanın ustadı görkəmli rəssam Lətif Kərimovun yaradıcılıq yolunu davam etdirərək yaratdığı “İslimibəndlik”, “Əfşan”, “Saxsıda güllər” xalçaları da təqdim ediləcək. Yüksək zövq və romantik qəlbə sahib rəssamın bu əsərlərində rəng və ornamentlər arasında çox gözəl bağlılıq qurulub.

Sərgi çərçivəsində mühazirə, rəssamla görüş, qobelentoxuma üzrə ustad dərslər, tematik ekskursiyalar keçiriləcək.

Sərgi 25 fevral 2022-ci il tarixinədək davam edəcək

araz.az xəbər portalı.

“Əhməd haradadır?” filminin Leylası - Ərini erkən itirən müəllim

994983O, aktrisa kimi cəmi iki filmdə çəkilb və hər iki ekran əsərində də yaddaqalan obrazlar  yaradıb: "Qızmar günəş altında" filmində Nərminə və "Əhməd haradadır?"da Leyla rolları...

Yəqin ki, yaşlı və orta nəsildən olanlar bu aktrisanı yaddan çıxarmayıblar - Töhfə Əzimovanı deyirik...


araz.az  "Yaddan çıxmış sənətkarlar" layihəsində Töhfə Əzimovanın həyat heyakəsini təqdim edir.

İnternet resurslarında onun haqqında geniş məlumat tapmaq mümkün deyil. Haqqında heç bir məqalə yazılmayıb. Bunun da əsas səbəbi Töhfə Əzimovanın əsl sənətinin aktrisa deyil, fortepiano müəllimi olması ilə bağlıdı.

1950-ci illərin sonları, 60-cı illərin əvvələrində cəmi iki filmdə çəkilən Töhfə Əzimova sonradan daha kamera önünə çıxmayaraq, əsl sənətilə məşğul olmağa üstünlük verib. Və nəticədə də mətbuatın diqqətindən kənarda qalıb, unudulub.

Töhfə (əsl adı Tofilə) İbrahim qızı Əzimova (Ələsgərova) 6 fevral 1938-ci ildə Bakı şəhərində doğulub. Əsl peşəsi fortepiano müəllimliyi olub. Həyat yoldaşı, kino rəssamı Cəbrayıl Əzimovla 1957-ci ildə "Qızmar günəş altında" filminin çəkilişləri zamanı tanış olub. Cütlük 1958-ci ildə ailə həyatı qurub.

Bu izdivacdan onların bir oğlu dünyaya gəlib - Elman Əzimov.

Təəssüf ki, Əzimovlar ailəsinin xoşbəxtliyi uzun müddət davam etməyib. 1969-cu ildə 43 yaşlı Cəbrayıl Əzimov yeganə oğlu Elman və onun doslarını Şıxov çimərliyinə apararkən avtomabil qəzasına düşüb və həlak olub.

Ərinin vaxtsız ölümündən sarsılan Töhfə Əzimova daha sonra heç bir filmdə çəkilməyib, oğlunu tək böyüdüb və ömrünün sonunadək Bakıdakı 1 nömrəli Musiqi məktəbində fortepianodan dərs deyib.

Töhfə Əzimova 4 fevral 2003-cü ildə 64 yaşında vəfat edib. Mərhum Yasamal qəbiristanlığında dəfn edilb.

Töhfə xanımın aktrisa sənətinə ilk gəlişi 1957-ci ilə təsadüf edir. O zaman onun 19 yaşı varmış...

Həmin il görkəmli rejissor Lətif Səfərov "Qızmar günəş altında" filmi üçün gənc xanım ifaçılar seçərkən, o zaman ali musiqi təhsil alan tələbə Töhfə Ələsgərova da onun diqqətini cəlb etmiş və bu qızı da ekran əsərinin çəkilişlərinə çağırmışdı...

Filmə çəkilmək Töhfə Əzimovanın həyatını büsbütün dəyişir. Belə ki, çəkilişlər zamanı "Qızmar günəş altında" filminin rəssamı Cəbrayıl Əzimovla tanış olan gənc aktrisa həyatını onunla birləşdirməyə qərar verir və onlar bir ildən sonra ailə qururlar.

O zaman artıq 32 yaşılı Cəbrayıl Əzimov Bakıda Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini (1946), Moskvada isə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rəssamlıq fakültəsini (1953) bitirmişdi, "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam işləyirdi.

Yeri gəlmişkən, Cəbrayıl Əzimov tanınmış aktyor, Xalq artisti Rafiq Əzimovun əmisi oğlu idi və onun sənətə gəlişində də böyük rolu olmuşdu.

Töhfə Əzimovanın aktrisa kimi ikinci dəfə ekran qarşısına çıxmağı 1963-cü ildə çəkilən "Əhməd haradadır?" filmində gerçəkləşib. O zaman filmin çəkilişi zamanı gənc xanım rolları üçün ifaçılar tapmaqla bağlı çətinlik varmış. Baş rollardan biri - Leylanı oynayacaq aktrisa ilə bağlı mübahisəli vəziyyət yaranıbmış.

Belə ki, Leyla obrazını oynamaq üçün Töhfə Əzimovadan əvvəl onlarla qız sınağa çağırılır və nəhayət biri seçilir. Bu qız bir neçə dəfə sınaq çəkilişlərində də iştirak edir. Sonradan həmin şəxsin erməni qızı olduğunu bilən rejissor Adil İsgəndərov ondan imtina edir.

Bu məsələdə rejissor Adil isgəndərovun köməyinə filmin quruluşçu rəssamı Cəbrayıl Əzimov çatır. O, Adil İsgəndərovun xahişini yerə salmayaraq, həyat yoldaşı Töhfə xanımın "Əhməd haradadır?"filminə çəkilməyinə razılıq verir.

Həmin hadisələrlə bağlı xatirələrini Modern.az-la bölüşən bu məşhur filmin "Uzundraz Oqtay"ını oynamış Novruz Axundovun söylədikləri:

"İndiyə baxmayın. O vaxt çox çətin idi. Leyla rolu üçün bəlkə də 100-dən çox qız sınaq çəkilişlərində iştirak etdi. Onların aktrisa olub-olmadığı nəzərə alınmırdı.

Nəhayət qızlardan birini çəkiliş üçün təsdiq etdilər. Ancaq az sonra məlum oldu ki, o, milləycə ermənidir.

Filim quruluşçu rejissoru, görkəmli sənətkarımız Adil İsgəndərov biləndə ki, həmin qız "uzdəniraq qonşularımız"dandır, hirsləndi. O qızı çəkilişdən uzaqlaşdırdı və dedi ki, "öz filmimizdə erməni qızını baş rola çəkmək istəmirəm".

Sonra Leyla roluna daha əvvəl "Qızmar günəş altında" filmində rol almış Töhfə Əzimova təsdiq olundu. O peşəkar aktrisa deyildi. İxtisasca fortopiano müəlliməsi olan Töhfə xanımın həyat yoldaşı - Cəbrayıl müəllim kinostudiyada rəssam işləyirdi. Adil müəllim ondan həyat yoldaşını sınaq çəkilişinə gətirməyi xahiş etdi. Və beləcə, əri Töhfə Əzimovaya filmdə çəkilməyə icazə verdi. Töhfə xanım peşəkar aktrisa olmasa da, rolunun öhdəsindən yaxşı gəldi".  


Tanınmış kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin xatirələrində Töhfə və Cəbrayıl Əzimovlarla bağlı qeydlər var. A.Kazımzadə yazır ki, Töhfə və Cəbaryıl Əzimovlar sənət adamlarının yaddaşında nümunəvi ailə kimi qalıblar:

"Cəbrayıl Əzimov vəfat edərkən cəmi 43 yaşı vardı. Onun xoşbəxt ailəsi vardı. Musiqi müəlliməsi, "Qızmar günəş altında" və "Əhməd haradadır?" filmlərində Nərminə və Leyla rollarının gözəl ifaçısı Töhfə Ələsgərova ilə xoşbəxt cütlük idi. Təəssüf ki, faciəli ölüm yaradıcılığının coşqun çağında olan Cəbrayıl Əzimovu həyatdan erkən apardı. Ondan bizə yadigar qalan isə bu gün kino lentlərində yaşayan bir-birindən maraqlı yaradıcılıq işləri, təsviri sənət nümunələridir".

A.Kazımzadənin sözlərinə görə, mərhum Cəbrayıl Əzimovun rəssam kimi quruluş verdiyi, bədii tərtibatı üzərində işlədiyi filmlər Azərbaycan kino tarixinə öz möhürünü vurmuş ekran əsərlərdir:

"Cəbrayıl Əzimov kinostudiyada müxtəlif rejissorlarla, o cümlədən Həsən Seyidzadə, Tofiq Tağızadə, Lətif Səfərov, Əlisəttar Atakişiyev, Kamil Rüstəmbəyov, Arif Babayevlə işləyib, 10-dan artıq bədii filmin quruluşçu rəssamı olub. "Görüş", "Bəxtiyar", "O olmasın, bu olsun", "Qızmar günəş altında", "Uzaq sahillərdə", "Qəribə əhvalat", "Leyli və Məcnun", "Sehrli xalat", "Zəncirlənmiş adam", "İnsan məskən salır", "Qanun naminə" filmlərinə bədii tərtibat verib. Bundan başqa o, Türkmənistanda "Şahsənəm və Qərib" filminin də quruluşçu rəssamı olub.

Aydın Kazımzadə deyir ki, Cəbrayıl Əzimov bu filmlərin uğurlu alınması üçün çox iş görüb.

"Cəbrayıl Əzimovun müxtəlif filmlərə çəkdiyi eskizlərdə, yaratdığı dekorasiyalarda onun peşəkar kino rəssamı olduğu dərhal nəzərə çarpır.
Bir rəssam olaraq, dövrlə bağlı səhnələrdə hadisələrin təbii və inandırıcı çıxması üçün xeyli axtarış aparıb, tamaşaçıda zamanın reallıqları, insanların həyat tərzi barədə inandırıcı və maraqlı təsəvvür yaradıb. Və təsadüfi deyil ki, 1964-cü ildə ona "Əməkdar  rəssam" fəxri adı verilib".

Mərhum Cəbrayıl Əzimovun əmisi oğlu, Xalq artisti Rafiq Əzimov:

"Töhfə xanım mənim əmim oğlunun həyat yoldaşı olub. Tez-tez görüşməsək də, onunla bağlı bir neçə yaddaqalan xatirələrim var.

Onlardan biri də Töhfə xanımla Cəbrayılın nişan mərasimilə bağlıdır.

Cəbrayılgilin nişan mərasimində idik. Artıq zaman yetişsə də, məclis başlamırdı. Cəbrayıla yaxınlaşıb niyə başlamadığını soruşdum. O, "Şövkət Ələkbərovanın həyat yoldaşı Lətif Səfərovu gözləyirəm" dedi. Həmin vaxt da  da Şövkət Ələkbərova övlad dünyaya gətirmək üçün xəstəxanada idi.


Bir xeyli keçdikdən sonra Lətif Səfərov əlində şampan şərabı şadlıq sarayına daxil oldu. Əlindəki şampanı partladaraq "Oğlum oldu!" deyə qışqırdı. Və onun gəlişi ilə əmim oğlu məclisi başlatdı.


Bir gün Daxili İşlər Nazirliyinin yanında Cəbrayılla rastlaşdım. Rəngi solmuşdu, vəziyyəti heç xoşuma gəlmədi. Yaxınlaşıb niyə belə olduğunu soruşdum. O da mənə "nəsə ürəyim sancır" dedi. Dərhal onu taksiyə mindirib evlərinə apardım. Həyətlərində mənimlə bir az söhbət etdi.


Bu görüş bizim vida görüşümüz oldu.


Mənim aktyor kimi sənətə gəlməyimdə Cəbrayılın rolu böyük olub. Atam bu sahədə olmağımı istəmirdi. Cəbrayıl atama dedi ki, Rafiq haranı istəyirsə, qoy ora getsin. Mən Cəbrayılın o sözündən sonra sənətə gəlmişəm.


Tale Cəbrayılla Töhfə xanıma uzun illər bir yerdə yaşamağı iqsmət etmədi. Əmim oğlunun vaxtsız ölümü onları tez ayırdı.
Onların haqqında məndə ancaq xoş xatirələr qalır. Töhfə xanım mülayim xasiyyətli, ədəb-ərkanlı xanım, çox yaxşı  insan idi".

Modern.az saytı Töhfə və Cəbrayıl Əzimovların yeganə övladı Elman Əzimovu axtarıb taparaq, onun da valideynlərilə bağlı qısa xatirələrini öyrənib:

"Bildiyiniz kimi, anam cəmi iki filmdə rol alıb. "Əhməd haradadır" filmində Leyla obrazına Özbəkistandan bir qadın aktrisa gətirmək istəyirmişlər. Atam da həmin filmin quruluşcu rəssamı olub. Nəsə həmin qadınla bağlı qalmaqal baş verib. Atam da o zaman deyib ki, xarici ölkədən gələn aktrisa bizə lazım deyil. Mən öz xanımıma deyərəm çəkilər. Anam həmin vaxta qədər müəllimə işləyib və tək bir filmdə oyamışdı.

Mənim o yadımdadır ki, anamla şəhərə çıxmaq mümkün deyildi. Heç kim adını bilmirdi, amma hamı onu "Leyla, Leyla" deyərək çağırırdı. Trolleybusa minirdik - hamı dönüb baxırdı, parkda gəzirdik - hamı barmaqla göstərirdi.


Anam rəhmətə getməzdən öncə və sonra heç kim onunla maraqlanmadı. Nə sənət yoldaşları, nə də qeyriləri.


Anamın ölüm səbəbi başında xərçəngin olması idi. O xəstəliyə tutulanda vəziyyəti çox pis idi, deyə bilərəm ki, 5 il evdən çölə çıxmadı.


Atamla anam "Qızmar günəş altında" filmində tanış olmuş, bir-birini sevib evlənmişdilər...".

 

araz.az xəbər portalı.

1 -dən səhifə 22

Əlaqəli xəbərlər