Masallı xəstəxanasında “qara maskallılar” qəfil reyd keçirib

1611333596 899262 03

 

Baş həkim Cəlil Nəzərovun və onun baş mühasibin aparıldığı bildirilir

Baş həkim Cəlil Nəzərovun və onun baş mühasibin aparıldığı bildirilir. Bu gün, 22 yanvar 2021-ci ildə, axşam saatlarında Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Masallı Mərkəzi Xəstəxanasında reyd keçirib. Cəlil Nəzərovun Bakıya gedərkən yolda saxlandığı və baş mühasibin saxlandığı və Bakıya aparıldığı  və olayın videoya alındığını bildirilir. Məlumatı İcra hakimiyyətindən təsdiqləsələr də, detalları haqqında məlumatsız olduqlarını bildirdilər. Xatırladaq ki, son 1 ildə  Masallı DSMF-nin baş inspektoru, Qarğalıq ərazi Dairəsinin nümayəndəsi də eyni qaydada aparılmışdı. Birincisi qayıdıb, ikincisi hələ ordadır. Olayı diqqətdə saxlayırıq./Cənub.az/

Vüqar Səfərli apelyasiya şikayəti verməkdən imtina etdi

vuqar seferli 1 e1610628004923vuq

Ləğv olunmuş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq rəhbəri Vüqar Səfərli barəsindəki həbs qətimkan qərarından apelyasiya şikayəti verməkdən imtina edib.

araz.az APA-ya istinadən xəbər verir ki, V. Səfərli barəsində Binəqədi rayon Məhkəməsinin verdiyi qərardan şikayət verməyib.

Qeyd edək ki, Səfərli Vüqar Müzəffər oğlu, “Portos” MMC-nin direktoru Məmmədov Nadir Məhərrəm oğlu və qeyriləri ilə qabaqcadan əlbir olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və yaşayış evlərinin tikintisi ilə bağlı 2013-2019-cu illər ərzində dövlət tərəfindən KİVDF-yə ayrılmış vəsaiti layihə və smeta sənədlərində iş həcmini əsassız şişirdib, işlərin və materialların dəyərini müəyyən edilmiş qiymətlərdən artıq göstərilməklə “Portos” MMC-nin bank hesablarına köçürüb, bununla da, mətbuat işçiləri üçün Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi ərazisində yaşayış binalarının tikintisi üzrə ayrılmış xüsusilə külli miqdarda pul vəsaitini mənimsəyib, qeyd edilən cinayət əməllərinin aşkar olunmasının qarşısını almaq məqsədilə əlbir olduğu şəxslərlə birlikdə yerinə yetirilmiş işlərin qəbulu haqqında “Forma 2” aktlarında ayrılmış vəsaitlərin tam həcmdə binanın tikintisinə sərf edilməsinə dair yalan məlumatlar daxil edib şəxsən təsdiq etməklə vəzifə saxtakarlığı da törədib.

Bundan başqa, Vüqar Səfərli digər şəxslərlə qabaqcadan əlbir olaraq qurumun fəaliyyətinin təşkili üçün inzibati bina üzrə münasib yerin ayrılması və ya qeyri-yaşayış sahəsinin aşağı qiymətlərlə icarəyə verilməsi üçün Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilən qanuni prosedurlara qəsdən əməl etmədən, həmin Fondun maliyyələşməsinin həyata keçirildiyi dövlət büdcəsindən ayrılmış vəsait üzrə icarə xərclərinin özünün əvvəllər sədri olduğu, sonradan isə özünə yaxın şəxslərin fəaliyyətlərinə faktiki nəzarəti həyata keçirməkdə davam etdiyi şirkətlərə, habelə yaxın münasibətdə olduğu digər şəxslərə gəlir qismində verilməsinə nail olmaqdan ötrü həmin şəxslərin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 23L ünvanında yerləşən müəssisə binasının 3-cü mərtəbəsinin Fondun inzibati istifadəsinə verilməsi məqsədilə maddi baxımdan Fond üçün daha ağır şərtlərlə icarəyə götürülməsinə dair müqavilələr bağlayıb, 2011-2019-cu illər ərzində cəmi 812 min manat məbləğində pul vəsaitini icarə haqqı adı ilə köçürməklə dövlət büdcəsinə külli miqdarda ziyan vurub.

Həmçinin, Vüqar Səfərli digər şəxslərlə qabaqcadan əlbir olaraq nəşr olunan qəzetlərə maliyyə yardımının göstərilməsi məqsədi ilə dövlət tərəfindən ayrılmış vəsaitin 2015-2019-cu illər ərzində 300 min manat məbləğində olan hissəsini ailə üzvünün adına təsis etdiyi “Futbol+Qol” qəzetinə qanunsuz olaraq köçürməklə həmin pulu, eləcə də qurumun məqsədlərinin həyata keçirilməsi üçün alınmış 103 min manat dəyərində dəftərxana ləvazimatlarını da mənimsəyib, eyni zamanda 2017-2019-cu illər ərzində ziyafətlərin keçirilməsi ilə bağlı satınalma müqavilələrinin bağlanması zamanı qanunsuzluqlara yol verməklə KİVDF-yə məxsus olmaqla ona etibar edilmiş cəmi 105 min manat məbləğində pul vəsaitini israf edib.

Bundan əlavə, Vüqar Səfərli qeyriləri ilə qabaqcadan əlbir olaraq qeyd edilən mənimsəmə və vəzifə saxtakarlığı cinayətləri üzrə əldə etdiyi xüsusilə külli miqdarda pul vəsaitini kommersiya bankında olan milli və xarici valyutadakı depozit hesablarına 2015-2018-ci illər ərzində cəmi 5 milyon 796 min manatı yerləşdirməklə cinayət yolu ilə əldə edilmiş həmin pul vəsaitlərini külli miqdarda leqallaşdırıb.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Səfərli Vüqar Müzəffər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı), Məmmədov Nadir Məhərrəm oğlu isə Cinayət Məcəlləsinin 179.4, 308.2 və 313-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hüquq-mühafizə orqanlarının NÖVBƏTİ OYUNU

WhatsApp Image 2021 01 15 at 01.42.36
 
2 gün bundan əvvəl KİVDF ilə bağlı yazmışdım. Bu gün elan etdilər ki, KİVDF-nin keçmiş rəhbəri Vüqar Səfərli həbs olunub. Özü də, söhbət təxminən 5 milyon manat civarında mənimsəmədən gedir. Halbuki, bu sahədə olan yeyintilər on milyonlarla ölçülür. Vüqar Səfərli bu cinayətkar dəstənin onlarla üzvündən biridir. 
 
 
Əli Həsənov başda olmaqla, bir çoxları bu gün də oğurladıqlarını xaricdə yerləşdirməklə məşğuldur. Bir çoxları isə, rəngini dəyişib artıq Ramiz Mehdiyev və Əli Həsənov dəstəsi ilə mübarizə aparanlar sırasındadırlar və növbəti cinayətkar dəstənin formalaşmasını gözləyirlər ki, yenə onların sırasına qoşulub, ölkəni dağıtmaqlarını davam etdirsinlər. Bu gün də belələri TV efirlərindədirlər.
 
 
 Uzun müddətdir ki, bu dəstənin cinayətlərini ifşa etməklə məşğulam və bunların Azərbaycan adlı Dövlətə, Azərbaycan Xalqına etdikləri düşmənçiliyi çox yaxşı bilirəm. Məndən də çox onların cinayətlərini hüquq mühafizə orqanlarının rəhbərləri bilirlər. Bu günkü elan, sadəcə, "gözdən pərdə asmaqdır". 
 
 
Bu elanla bütün cinayətləri Vüqar Səfərlinin üstünə yıxıb, bütün cinayətləri və cinayətkarları ört-basdır etmək istəyirlər. Bu gün də bu dəstənin tam tərkibdə ifşa olunmamaları, oğurladıqları on milyonların dövlətə qytarılmamasının isə, bircə səbəbi ola bilər. Deməli, bu işi araşdıranların özlərinin də qəbahətləri çoxdur və bu dəstə tərəfindən ifşa olunacaqlarını bilib, susurlar, yaxud susmağa məcbur edilirlər.
 
 
Ona görə də, bu dəstənin əməllərinin az bir hissəsini elə burada açıqlayıram. Bu cinayətkar dəstə maarifçilik və mətbuat sahəsinə aid olan və qiyməti yüz milyonlarla ölçülən yüzlərlə kitab mağazalarını ("Azərkitab", "Kəndkitab"), kitab evlərini, inzibati binalarını, kitab bazalarını, qəzet köşklərini, maarifçilik məqsədi daşıyan təlim, dərnək mərkəzlərini, nəşriyyatlarını, mətbəələrini su qiymətinə dədə malı kimi özəlləşdiriblər, yaxud da satıb, pulunu mənimsəyiblər. 
 
 
Ölkədə unikallığı ilə seçilən Respublika Dövlət Kitab Palatasının yerində bu gün restoran yerləşir. 17-19-cu əsrlərə məxsus olan on minlərlə qiymətli kitablar, -- orada müdir işləmiş cavan adam isə, qəflətən rəhmətə getdi, -- Dərnəgül qəsəbəsində 10 hektarlıq sahəsi olan kitab bazası, dəyəri milyonlarla ölçülən kitablarla birlikdə yoxa çıxdı. Bu siyahını uzatmaq da olar.
 
 
Bundan başqa, bu cinayətkar dəstə dövlət vəsaiti hesabına tikilmiş yüzlərlə mənzili jurnalistikaya heç bir aidiyyatı olmayan, peşələri reketçilik olan dələduzlara, öz məşuqələrinə, sürücülərinə, ailə üzvlərinə payladılar. 5-10 nəfər layiqli olanlara ev verməklə, "gözə kül üfürdülər". 
 
 
Dövlət vəsaiti hesabına öz reket dəstələrinə "jurnalistikanın inkişafı" adı altında kef məclisləri təşkil edib, "Xəmsə" kimi restoranlar vasitəsi ilə on milyonları mənimsədilər. Bunların sifarişi ilə, Dövlət, Vətən nə olduğunu bilən, bu cinayətkar dəstəni ifşa edən insanları təhqir edən öz reket dəstələrinin xaricdə istirahətlərinə dövlətin on milyonlarını xərclədilər. Xaricdə oturub dövlət rəhbərlərini, onların ailə üzvlərini təhqir edən dəstələri də maliyyələşdirən bu murdar dəstə oldu.
 
 
Əminəm ki, bu dəstənin aparıcı üzvləri bu gün də Prezident Administrasiyasında oturub göstərişlər verirlər, bu dəstəni mühafizə edirlər. Məhz onların səyi nəticəsində, müharibənin qızğın vaxtında susanlar, gizlində hərbi formada şəkil çəkdirənlər bu gün TV ekranlarında qəhrəman kimi peyda olublar, 44 günlük müharibədə qazanılmış Şanlı Qələbəni bu gün gözdən salmaqla məşğuldurlar.
 
 
Bunların ən böyük cinayətləri isə, uzun illər xalqın mənəvi, əxlaqi dəyərlərini tapdalamaları, insanlara əxlaqsızlıq, nüdürüstlük, satqınlıq, yaltaqlıq aşılamaqlarıdır. Ona görə də, bu dəstənin tam tərkibdə ifşa olunmaları tək hüquq mühafizə orqanlarının yox, bütün cəmiyyətin işi olmalıdır. 
 
 
Bu cinayətkar dəstənin onlarla, yüzlərlə qurbanları bu gün də qorxularından susurlar, çünki bunların birliyinə, gücünə bələddirlər. Bunu, elə, hüquq-mühafizə orqanları da bilirlər. Məhz onların bir çoxu, vaxtilə məni də, bu dəstənin çox təhlükəli olmaları barədə xəbərdar da etmişdilər. Məhz bu dəstənin səyi nəticəsində, 3 dəfə məhkum olunmuş, vəkillik peşəsindən məhrum olunmuş şəxsəm və bu gün də təqib olunuram.          
 
 
Aslan İSMAYILOV, hüquqşünas.

VÜQAR SƏFƏRLİ HƏBS OLUNDU - KİVDF-nin sabiq rəhbəri nələri mənimsəyib?

2016 03 07 15 18 26vuqar seferli

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Hesablama Palatasından daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən araz.az-a bildirilib ki, aparılmış istintaqla Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sərəncamında olan əmlakın həmin qurumun İcraçı direktoru və əməkdaşlarının digər şəxslərlə əlbir olmaqla şəxsi maraqlarına uyğun istifadə etmələrinə, fəaliyyətin ayrı-ayrı istiqamətləri üzrə proqramların və vəzifələrin icra edilməsi adı ilə rəsmi sənədlərə yalan məlumatlar daxil edilərək xüsusilə külli miqdarda ziyan vurulmaqla mənimsəmələrinə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və digər qanunsuz əməllər törətmələrinə əsaslı şübhələr müəyyən edilib:

"Belə ki, aparılmış istintaqla müəyyən edilmişdir ki, Fondun icraçı direktoru Səfərli Vüqar Müzəffər oğlu, “Portos” MMC-nin direktoru Məmmədov Nadir Məhərrəm oğlu və qeyriləri ilə qabaqcadan əlbir olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və yaşayış evlərinin tikintisi ilə bağlı 2013-2019-cu illər ərzində dövlət tərəfindən KİVDF-yə ayrılmış vəsaiti layihə və smeta sənədlərində iş həcmini əsassız şişirdib, işlərin və materialların dəyərini müəyyən edilmiş qiymətlərdən artıq göstərilməklə “Portos” MMC-nin bank hesablarına köçürmüş, bununla da, mətbuat işçiləri üçün Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi ərazisində yaşayış binalarının tikintisi üzrə ayrılmış xüsusilə külli miqdarda pul vəsaitini mənimsəmiş, qeyd edilən cinayət əməllərinin aşkar olunmasının qarşısını almaq məqsədilə əlbir olduğu şəxslərlə birlikdə yerinə yetirilmiş işlərin qəbulu haqqında “Forma 2” aktlarında ayrılmış vəsaitlərin tam həcmdə binanın tikintisinə sərf edilməsinə dair yalan məlumatlar daxil edib şəxsən təsdiq etməklə vəzifə saxtakarlığı da törətmişdir.

Bundan başqa, Vüqar Səfərli digər şəxslərlə qabaqcadan əlbir olaraq qurumun fəaliyyətinin təşkili üçün inzibati bina üzrə münasib yerin ayrılması və ya qeyri-yaşayış sahəsinin aşağı qiymətlərlə icarəyə verilməsi üçün Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilən qanuni prosedurlara qəsdən əməl etmədən, həmin Fondun maliyyələşməsinin həyata keçirildiyi dövlət büdcəsindən ayrılmış vəsait üzrə icarə xərclərinin özünün əvvəllər sədri olduğu, sonradan isə özünə yaxın şəxslərin fəaliyyətlərinə faktiki nəzarəti həyata keçirməkdə davam etdiyi şirkətlərə, habelə yaxın münasibətdə olduğu digər şəxslərə gəlir qismində verilməsinə nail olmaqdan ötrü həmin şəxslərin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 23L ünvanında yerləşən müəssisə binasının 3-cü mərtəbəsinin Fondun inzibati istifadəsinə verilməsi məqsədilə maddi baxımdan Fond üçün daha ağır şərtlərlə icarəyə götürülməsinə dair müqavilələr bağlamış, 2011-2019-cu illər ərzində cəmi 812 min manat məbləğində pul vəsaitini icarə haqqı adı ilə köçürməklə dövlət büdcəsinə külli miqdarda ziyan vurmuşdur.

Həmçinin, Vüqar Səfərli digər şəxslərlə qabaqcadan əlbir olaraq nəşr olunan qəzetlərə maliyyə yardımının göstərilməsi məqsədi ilə dövlət tərəfindən ayrılmış vəsaitin 2015-2019-cu illər ərzində 300 min manat məbləğində olan hissəsini ailə üzvünün adına təsis etdiyi “Futbol+Qol” qəzetinə qanunsuz olaraq köçürməklə həmin pulu, eləcə də qurumun məqsədlərinin həyata keçirilməsi üçün alınmış 103 min manat dəyərində dəftərxana ləvazimatlarını da mənimsəmiş, eyni zamanda 2017-2019-cu illər ərzində ziyafətlərin keçirilməsi ilə bağlı satınalma müqavilələrinin bağlanması zamanı qanunsuzluqlara yol verməklə KİVDF-yə məxsus olmaqla ona etibar edilmiş cəmi 105 min manat məbləğində pul vəsaitini israf etmişdir.

Bundan əlavə, Vüqar Səfərli qeyriləri ilə qabaqcadan əlbir olaraq qeyd edilən mənimsəmə və vəzifə saxtakarlığı cinayətləri üzrə əldə etdiyi xüsusilə külli miqdarda pul vəsaitini kommersiya bankında olan milli və xarici valyutadakı depozit hesablarına 2015-2018-ci illər ərzində cəmi 5 milyon 796 min manatı yerləşdirməklə cinayət yolu ilə əldə edilmiş həmin pul vəsaitlərini külli miqdarda leqallaşdırmışdır.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Səfərli Vüqar Müzəffər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə)313 (vəzifə saxtakarlığı), Məmmədov Nadir Məhərrəm oğlu isə Cinayət Məcəlləsinin 179.4, 308.2313-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə qeyd edilən korrupsiya şəbəkəsində iştirak etmiş digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri və dövlətə vurulan ziyanın bərpa olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir".

Hərbi Polisin Qərargah rəisi Zahir Quliyevin bəd əməlləri barəsində ölkə başçısına utancverici MÜRACİƏT

WhatsApp Image 2021 01 13 at 00.43.29
 
Ötən il sentyabr ayının 27-də başlayan Vətən Müharibəsi müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında 44 gün mənfur düşmənlə inamla vuruşan rəşadətli Ordumuzun dünya tarixinə qızıl hərflərlə yazılan möhtəşəm qələbəsi ilə başa çatdı. Dövlətimizin başçısı bütün dünyaya Azərbaycanın qüdrətini, Ordusunun gücünü göstərmiş oldu.
 
Bir sözlə, bu Böyük Qələbə tək uzun zaman düşmən tapdağında inləyən torpaqlarımızı geri qaytatmadı, eyni zamanda dövlətimizin istənilən tapşırığı yerinə yetirə bilən hərbçilərinin olduğunu göstərdi. Məhz bunlara görə də, bu xoş xəbəri uzun zaman gözləyən xalqımızın, elə həmin andan, bu möhtəşəm Qələbəni bizə bəxş edən və adında "Ordu", "Hərbi",.. sözləri olan dövlət qurumlarına, eləcə də onların bu Qələbədə payları danılmaz bacarıqlı rəhbərlərinə hörmət-rəğbəti günü-gündən artmağa başladı. Bu Qələbəyə görə, xalqımızın hər bir övladının ölkəmizin Milli Ordusunun və digər hərbi qurumlarının heyət üzvlərinə minnətdarlıq ifadəsi olan o qədər sonsuz təşəkkürləri var ki... 
 
Çox təəssüf ki, Qələbə sevinci ilə dolu bu həssas dönəmdə bəzi belə qurumlarda vəzifə tutanların barəsində sosial şəbəkələrdə və mediada xoşagəlməz, utancverici yazılar da dərc olundu. Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, bina, 6, mənzil, 9 "A" ünvanında yaşayan Səxavət Əhəd oğlu Abdullayev tərəfindən araz.az-a da ünvanlanan şikayət xarakterli bir Müraciət də, həmin vəzifə sahiblərindən biri haqqındadır. Bu həssas məqamda, şikayətçinin bir hərbçi vəzifə sahibi barəsində yazdıqlarındakı bəzi epizodlar  utancverici olduğundan, onun Müraciətini nöqtə-vergülünə toxunmadan təqdim edirik: 
 
 
"AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, ALİ BAŞ KOMANDAN CƏNAB İLHAM ƏLİYEVƏ bandicam 2021 01 13 01 11 31 854
                   
               
 
                                                    MÜRACİƏT
       
      Cənab Prezident!
 
Hərbi Polisin Qərargah rəisi Quliyev Zahir Özbək oğlu hərbi xidmətdə olan əsgərlərin qida rasionunu, geyim paltarlarını, hətta əsgərlərin hərbi formalarının üzərinə vurulan emblemlərini, əsgərlərin adları yazılmış nişanlarını əsgərlərə pulla satır. Bu yolla qazandığı pulla isə, evakuasiya maşını alıb, icarəyə verir. Bu da vəzifəli şəxs tərəfindən törədilmiş korrupsiya əməlidir ki, Hərbi Polisin Qərərgah rəisi polkovnik Quliyev Zahir Özbək oğlu tərəfindən törədilir. 
 
Onu da qeyd edim ki, maşın ustasıyam. Yəni maşın düzəltməklə beş-on manat pul qazanıb, ailəmi saxlayıram. Həmin Quliyev Zahir Özbək oğlu maşınını mənim usta islədiyim maşın sexində təmir etdirirdi. Bir gün, o, maşınını sexdə təmir etdirən zaman qohumum Fuadla tanış olur. Qısa tanışlıqdan sonra Fuada deyir ki, «evakuasiya maşını tap, pulunu mən verəcəm». Fuad da bunun bu sözündən sonra 45 000 (qırx beş min) manata Göranboy rayonundan evakuasiya maşını tapır və maşının pulunu hərbi polsin polkovniki Zahir Quliyev ödədikdən sonra, maşını alıb qeyri-rəsmi olaraq, həmin evakuasiya maşnını Fuada verir. Bir müddət işlətdikdən sonra, maşının qazancına görə, Fuadla Zahir Quliyev arasında mübahisə düşür və maşın satılası olur. Maşın 37 000 manata satılır.
 
 
Nəticədə, qohumum Fuadın Zahir Quliyevə 8 000 (səkkiz min) manat borcu qaldı. Zahir Quliyev mənə dedi ki, «Səxavət, Fuadı sənə görə tanımışam, ona görə də, bu məsələdə zamin sənsən». Bir müddət qohumum Fuad bu pulu ödəyə bilmədi. Bu müddət ərzində də, Zahir Quliyev mənə zəng edib, pulu tələb edirdi. Pulu verə bilmədiyimizi görən Zahir Quliyev mənə dedi ki, «Səxavət belə bir variant var, mən "Kapital Bank"dan 8 000 manat 36 aylıq kreditlə pul götürürəm. Pulu da Fuad ödəyir».Mən onun bu təklifini Fuada dedikdə, o, bununla razılaşdı. Kredit götürüldü. Eyni zamanda, kredit götürülən zaman Zahirlə aramızda notarial qaydada borc müqaviləsi bağlandı.
 
 
Bir müddət qohumum Fuad bankın pulunu Zahirə verdi. Bankın aylıq kreditini hər ay Zahir Quliyevin sürücüsü maşınla gəlib, mənim yanımda Fuaddan alıb aparırdı. Beləcə, 4700 (dörd min yeddi yüz) manatı Fuad Zahir Quliyevə ödəyib. Pandemiya ilə əlaqədar karantin rejimi olduğu üçün, borcun qalanını Fuad Zahir Quliyevə ödəyə bilmədi. Buna görə də, Zahir Quliyev qohumum Fuad tərəfindən verilmiş 4700 manat pulu aldığını təkzib edərək, 8 000 manat borc müqaviləsinə görə, məni məhkəməyə verdi və onun mənə qarşı 8000  manat pul tələbinə dair mülki iş üzrə iddiası təmin olundu. Hal-hazırda məhkəmə qətnaməsi icra olunması üçün Abşeron rayon İcra və Probasiya Şöbəsindədir.
         
Cənab Prezident!
 
Hərbi Polisin Qərərgah rəisi Zahir Quliyevin belə bir neçə maşını var. Onun maşınlarının toplam qiyməti yüz min manata yaxındır. Hərbi Polisin Qərərgah rəisi maaşı ilə bu qədər var-dövlətə necə  sahib olub?! Əlbəttə ki, bu korrupsiya yolu ilə əldə edilmiş var-dövlətdir. Mənim bu yazdıqlarımı subut etmək üçün, 99 DK 688 dövlət nömrə nişanlı maşının qeydiyyatı ilə bağlı araşdırma aparılmasına göstəriş versiniz, onun bu maşına necə sahib olması məlum olacaq. Ona görə də, Sizdən xahiş edirəm ki, bu Müraciətimin ciddi araşdırılmasına tapşırıq verəsiniz!
Dərin hörmət və səmimiyyətlə:
 Səxavət Əhəd oğlu Abdullayev".
 
 
araz.az xəbər portalı.

1 -dən səhifə 120

Əlaqəli xəbərlər