20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi heç zaman undulmayacaq

 azedu.az azl 190898 349Zaman-zaman xalqımızın qəlbində azadlıq ruhu, istiqlal ideyası baş qaldırsa da, kommunist ideologiyası ilə silahlanmış hakimiyyət mənsubları hər zaman bu istəyin qarşısını almış və 70 il ərzində SSRİ-nin varlığını qoruyub saxlaya bilmişlər. Unutmaq olmaz ki, həmin illərdə Moskvanın əmr və tapşırıqları əsasında yerlərdə rusşovinist siyasəti yürüdülmüş, azadlıq ruhu təbliğ edənlərin dilləri kəsilmiş, millətçilik adı altında həbsxanalara atılmışlar. Çünki, kommunist ideologiyasının mahiyyəti bütün xalqlara, xüsusilə də azərbaycanlılara daha çox qənim kəsilir. Ötən əsrin əvvəllərində bir dəfə istəyini gerçəkləşdirən xalqımız, 1988-ci ildə yenidən bu amal uğrunda mübarizəyə başlayır və “Azadlıq” şüarı altında meydanlara axışanların sayı milyonları ötüb keçir. Sanki, tarixi şərait hər kəsi əsl azadlıq uğrunda mübarizəyə, imperiya buxovundan xilas olmaq üçün meydana səsləyir. Bəli, ötən əsrin 80-ci illərinin sonlarında müttəfiq respublikalarda başlanan milli-azadlıq hərəkatı, çox keçmir ki, Moskvanı hərəkətə gətirir. Yəni, xalqların azadlıq ruhunu sındırmaq məqsədilə minbir təxribatlara əl atıb imperiyanın ömrünü uzatmağa çalışanlar, bir çox müttəfiq respublikalarda qanlı hadisələr törədə bilrlər. Azərbaycana gəldikdə isə, Mixail Qorbaçov başda olmaqla respublikamızda hakimiyyət başında duranlar Bakıya qoşun yeridilməsinə razı olurlar. Onların məqsədləri hakimiyyət kürsülərini saxlamağa nail olmaq olur. Həmin vaxtlarda əliyalın xalqımıza qarşı olduqca qəddarlıq, görünməmiş vəhşilik nümayiş etdirən rus hərbi birləşmələri, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda yüzlərlə insanı qanına qəltan etdilər, yüzlərlə insanlara ağır bədən xəsarətləri yetirdilər. Ona görə də tarixi həqiqətləri hər kəs bilməlidir və yaxın tariximizin öyrənilməsi, araşdırılması vacib vəzifədir. Bəli, 20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayətdir. Çünki, həmin gecə Bakıda fövqəladə vəziyyət tətbiq olunsa da, bu haqd əhali məlumatlandırılmır. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə çatdırılana kimi elan olunanadək 82 nəfər hərbi qulluqçu amansızcasına qətlə yetirlir, 20 nəfəri ölümcül yaralanır. Fövqəladə vəziyyət elan olunduqdan sonra, yəni yanvarın 20-də və sonrakı günlərdə təkcə Bakı şəhərində 21 nəfər öldürülür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda, o cümlədən yanvarın 25-də Neftçalada, yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmir. Ümumilikdə, rus hərbi birləşmələrinin əliyalın, dinc sakinlərə qarşı törətdikləri vəhşiliklər nəticəsində 131 nəfər qətlə yetirilir, 744 nəfər yaralanır, 841 nəfər qanunsuz olaraq həbs olunur, təqribən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları güllələrin törətdiyi yanğın nəticəsində məhv olunur.

    20 Yanvar faciəsindən sonra Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını Azərbaycanda itirdi, ölkənin müstəqilliyi ideyası ümummilli amala çevrildi və bu hadisələr Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə çox böyük rol oynadı. Bundan əlavə, 20 Yanvar faciəsi milli məfkurənin inkişafına təkan verdi ki, bununla da Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış dövrü başladı. Qeyd edək ki, baş verən hadisə azadlıqsevər Azərbaycan xalqının iradəsini və bütövlüyünü heç cür qıra bilmədi. Əksinə, xalqın Sovet İttifaqı Kommunist Partiyasına və mövcud rejimə qarşı nifrəti son həddə çatdı və tam əksəriyyət bu partiyanın biletlərini atıb, onun sıralarını tərk edirlər. 20 Yanvar hadisələri Azərbaycana qarşı törədilmiş hərbi və siyasi cinayətdir. Bu faciə xalqımızı dəhşət və müsibətə düçar etdiyindən, faciə bütün dünyada əks-səda doğurmuş və dünyanın mütərəqqi qüvvələrinin qəzəb və hiddətinə səbəb olmuşdur. Həmin günlərdə bir çox ölkələrin radiostansiyaları yanvar faciəsi haqqında hərtərəfli informasiya verir və imperiya qüvvələrinin atdıqları addımları olduqca lənətləyirlər.eff34a37cde9f2317dbf5e94754e5844 800

   Bundan əlavə, 20 Yanvar hadisəsi Azərbaycan xalqına qarşı törədilmiş siyasi terror aktı kimi də qiymətləndirilməlidir. Çünki, bu bəşəriyyət və insanlıq əleyhinə törədilmiş dəhşətli cinayət olub. Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı, 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan Haqları Bəyannaməsinin, insan haqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəalarının tələbləri kobud şəkildə pozulur.

    Bir faktı qeyd edək ki, Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən və heç bir təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən ümummilli lider Heydər Əliyev olur. Yəni, o, 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına baxmayaraq, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedir və qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham edir, ifşaedici və cəsarətli bəyanatını verir.  Bundan əlavə, 20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi ümummilli lider Heydər Əliyevin siyasi iradəsinin nəticəsində baş tutur. Yəni, Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi bu faciəyə ilk siyasi qiymətini verən 21 noyabr 1990-cı il tarixli qərarını qəbul edir. Bu gün Azərbaycan dövləti və xalqı 20 Yanvar faciəsi şəhidlərini unutmur. Bu hadisələrin nəticəsində şəhid olmuş ailələrin sosial vəziyyəti daim dövlətin diqqət mərkəzində saxlanılır.

    Onu da vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyevin 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə, bu gün də aylıq təqaüd verilir ki, bu təqaüdün məbləği 2021-ci il yanvarın 1-dən 300 manatdan 500 manatadək artırılmışdır. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə, Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri aparılmışdır,  Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində qanlı Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış memorial abidə kompleksi inşa olunmuşdur. 343 1 1579243766   

     Son olaraq onu da qeyd etmək istəyirik ki, 20 Yanvar faciəsi xalqımızın yaxın tarixinin şanlı səhifəsidir. XX əsrin 80-ci illərinin sonlarında 90-cı ilin əvvəlində Moskva hökuməti xalqımıza qarşı nə qədər təxribat törətsə də, son anda öz sitəyinə çata bilmədi. 1991-ci ildə Sovet imperiyası baş verən milli-azadlıq mübarizələri nəticəsində duruş gətirə bilməyib süqut etdi. Odur ki, qanlı 20 Yanvar günü xalqımızın yaxın keçmiş tarixi olaraq, bizim hər zaman qürur duyduğumuz, azadlıq uğrunda hamılıqla meydanlara axışıb məqsədlərimizi gerçəkləşdirə bildiyimiz qəhrəmanlıq səlnaməmizdir. Xalqımız bu faciənin qurbanlarını hər il yada salır, ruhları qarşısında baş əyib, onların əzəmətli qürurları ilə öyünürlər. Əsl həqiqət ondan iibarətdir ki, 20 Yanvar faciəsinin qurbanları qorxmadan, heç nədən çəkinmədən rus şovinizminə, onu siyasətinə nifrət əlaməti olaraq sinələrini qabağa verdilər və ölümün ən yüksək zirvəsi lan “Şəhidlik zirvəsi”nə ucaldılar. Onlar hər zaman xalqımızın xatirəsində əbədi yaşayacaqlar.

 Aytən MURADOVA,

Baki “ASAN XİDMƏT” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin rəisi.

Əlaqəli xəbərlər