Erməni bədbəxliyinin rus dirəyi. Avropa Ermənistana təsir edə bilirmi?!

253756 o8txtuxkmr 1Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın dünən baş tutan görüşünün nəticəsi, elə, görüşün yekununa dair səslənən Bəyanatın formal mahiyyətinə tam uyğundur. İlk növbədə onu demək lazımdır ki, növbəli şəkildə İlham Əliyevlə Nikol Paşinyanın görüşünü, Bressel və Moskva, əslində, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasında əsas məqsəd kimi deyil, regionda öz nüfuz dairələrini saxlamaq və ya qazanmaq üçün təşkil edirlər. Yəni, Ermənistan -- Azərbaycan münasibətləri Brüssel və Moskva tərəfindən bir vasitə və alət kimi istifadə edilir. Ancaq bu da bir həqiqətdir ki, Rusiya -- Ukrayna müharibəsi fonunda Brüssel Ermənistan -- Azərbaycan münasibətlərinin normallaşmasında və sülh müqaviləsinin bağlanmasında obyektiv səbəblərdən maraqlı tərəfdir.

Bəllidir ki, Rusiya Ukraynada apardığı müharibə dövründə Ermənistan -- Azərbaycan yaxınlaşmasına və sülh müqaviləsinin bağlanmasına imkan verən deyil və əslində, sülh müqaviləsi Azərbaycan üçün o qədər vacib məsələ deyil. Azərbaycan Prezidenti İlham Əliyev son çıxışlarının birində Azərbaycanın da Ermənistanın ərazi bütövlüyünü tanımayacağı barədə, açıq formada deyib və həqiqətən də, Azərbaycan 1920-ci ilə qədər Paris Sülh Konfransında tanınmış ərazilərini həm beynəlxalq hüquqi əsasla və tarixi ədalət prinsipinə uyğun olaraq, hüquqi müstəvidə geri qaytara bilər. Qısası, Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalaması onun milli maraqlarının tam təmin edilməsi deməkdir. Ancaq Ermənistan sülh müqaviləsi məsələində öz milli maraqlarının əksinə hərəkət edir. Bu isə onu göstərir ki, Ermənistan xaricdən, yəni Rusiya tərəfindən idarə olunur və əvvəlki açıqlamalarımda qeyd etdiyim kimi, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi Rusiya üçün heç bir öhdəlik yaratmır və Azərbaycanın problemləri bilavasitə Rusiya adlı şovinist, imperialist, işğalçı dövlətlə bağlıdır. Ermənistan isə bu missiyanı yerinə yetirən vasitədir, hansı ki, prosesdə ara-bir öz oyununu oynamağa çalışır.

O ki, qaldı Rusiyaya, əlbəttə ki, ABŞ SSRİ-nin dağılması prosesinin son mərhələsini həyata keçirir və bu son mərhələdə Rusiyanın özünün parçalanması həyata keçirilir. Bu plan hələ İkinci Dünya Müharibəsindən dərhal sonra hazırlanmış plandır və mərhələli şəkildə reallaşdırılır. Rusiya üçün Ukrayna tələsi də, bu planın tərkib hissəsidir. Əgər diqqət yetirmisinizsə, Rusiya -- Ukrayna müharibəsində SSRİ bayrağından istifadə edir və SSRİ-nin qalib gələcəyinə işarə vurulur. Ancaq bu gedişlə, Rusiyanın da taleyi, SSRİ taleyi kimi bitəcək. Bu tarixi bir zərurət, geriyədönməz bir prosesdir.

Qənaət budur ki, Azərbaycan ancaq öz iradəsi və müzəffər ordusu ilə sərhədlərin delimitasiya və demokrasiyasını aparıb, Ermənistan dövlətini sülhə məcbur edəcək. Ancaq bu dəfə, cənab Prezident İlham Əliyev demişkən, Azərbaycan daha 30 il gözləyən deyil. İndi seçim Ermənistanındır, istəyir ruslara qulaq assın, istəyir asmasın, necə deyərlər, onsuz da "güc doğana düşür"...

Vüqar DADAŞOV,
hüquqşünas, MCP SŞ-nin üzvü, Qarabağ qazisi.

Əlaqəli xəbərlər