Şamaxıdakı ədalətsizlik Yadigar Rəcəbovun dünyadan köçməsi ilə nəticələnir

Müəyyən yaş həddinə çatan Yadigar Rəcəbov belə bir haqsızlığa, belə bir ədalətsizliyə heç cür dözə bilmir və təqribən 10-15 gün bundan əvvəl haqqın dərgahına qovuşur

2014-cü ildən indiyə kimi Şamaxı rayonu, Muğanlı kənd sakini mərhum Rəcəbov Yadigar Ağadadaş oğlugilin (Yadigar Rəcəbov bir neçə gün bundan öncə dünyasını dəyişib. Allah rəhmət eləsin!) ailəsinə aid fərdi yaşayış evi ilə bağlı problemin həll olunmaması, bu gün də müəyyən çevrənin müzakirə etdiyi əsas mövzulardan birinə çevrilib. Qeyd edək ki, 2012-ci ilin mart ayında Muğanlı kəndi ərazisində torpaq sürüşməsi hadisəsi baş verir və belə bir səbəbdən də, 62 ailəyə məxsus fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi yararsız vəziyyətə düşür. Baş verən hadisədən sonra bu kəndin ərazisinə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” İnstitunun və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə baxış keçirirlər. WhatsApp Image 2022 08 01 at 15.43.18 1 1Ümumi baxış zamanı Muğanlı kəndi ərazisində yaşayan 47 ailəyə məxsus fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin yararsız vəziyyətə düşməsi müəyyən olunur və bununla bağlı akt da tərtib olunur. Bir neçə gündən sonra isə, yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə 47 ailədə yaşayan şəxslərin siyahısı tam dəqiqləşdirilir və onların sayı barədə toplanmış məlumatlar aidiyyatı üzrə dövlət orqanlarına verilir. Layihə-smeta sənədləri hazırlandıqdan sonra Muğanlı kəndinin daha təhlükəsiz ərazisində yeni fərdi yaşayış evlərinin inşaasına başlanılır və dövlət vəsaitiləri hesabına inşa olunan evlər 2013-cü ildən başlayaraq zərərçəkən ailələrə paylanılır. Qeyd edək ki, tərtib olunmuş cədvəl üzrə siyahıda Yadigar Rəcəbovgilin 7 nəfərdən ibarət ailə üzvləri 46-cı sırada olsalar da, Şamaxı RİH bu ailə üçün inşa olunmuş fərdi yaşayış evini son anda onlara vermirlər. Belə olan halda Yadigar Rəcəbov ailə üzvləri adından möhtərəm Prezidentə, Fövqəladə Hallar Nazirliyinə, Şamaxı RİH Aparatına və digər dövlət qurumlarına şikayət ərizələri göndərsə də, bu ailənin 2013-cü ildən üz-üzə qaldıqları problem heç cür həllini tapmır ki, tapmır. Məsələnin daha düşündürücü və diqqəti cəlb edən tərəfi ondan ibarətdir ki, Yadigar Rəcəbovun sonuncu dəfə yazmış olduğu ərizəyə 23 iyun 2022-ci il tarixdə Şamaxı RİH Aparatının baş memarı cənab Ceyhun Əbilhəsənovun imzası ilə təsdiq olunmuş Ş-06-1147 saylı məktubla cavab verilir və məktubda qeyd olunur: “Evlər paylanana qədər sizə məxsus fərdi yaşayış evinizlə bağlı Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəsisləri tərəfindən akt tərtib olunmamışdır. Bu yöndə akt tərtib olunmadığından ilkin siyahıda adınızın olmasına baxmayaraq, sonradan adınız siyahıdan çıxarılmışdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə fərdi yaşayış evinizə viziual texniki baxış keçirilmiş və 03 mart 2014-cü il tarixdə müvafiq akt tərtib edilmiş və həmin aktda fərdi yaşayış evinizin qəzalı vəziyyətdə olması qeyd olunmuşdur. Sizin fərdi yaşayış evinizlə bağlı akt tərtib olunana qədər yeni tikilmiş evlər vətəndaşlara paylanılmışdır”.

. Zərərçəkən şəxsgilə belə bir gülünc, belə bir əsassız cavabın verilməsinə baxmayaraq, bir müddət bundan öncə Yadigar Rəcəbov əməkdaşımızın suallarını cavablandırarkən qeyd edir: “Sürüşmə baş verən vaxtlarda Fövqəladə Hallar Naziri, Baş Nazirin müavinləri və digər rəsmi şəxslər Muğanlı kəndində oldular, yerində araşdırma işləri apardılar və şəxsən bizim həyətdə iclaslarını da keçirdilər. Həmin vaxt bizim ailəyə məxsus fərdi yaşayış evinin qəzalı vəziyyətdə olması təsdiq olundu. Çox keçmədi ki, büdcə vəsaitləri hesabına Muğanlı kəndində 47 ədəd yeni fərdi yaşayış evi tikildi və siyahıda biz 46-cı ailə idik. 2013-cü ildə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları mənə bildirdilər ki, “Evlər tərtib olunmuş siyahı əsasında paylanılır”.WhatsApp Image 2022 08 15 at 19.40.58 Həmin gün evlər paylansa da, bizə verilməli evi başqa bir şəxsə verdilər. Belə olan halda aidiyyatı üzrə dövlət qurumlarına müraciət etdim və üç gündən sonra Şamaxı RİH Aparatı əməkdaşlarının iştirakı ilə həmin şəxs evdən çıxarıldı. Düzdür, bizə verilməli olan ev boşaldıldı, amma yenə də həmin evi bizə vermədilər. Bir neçə ildən sonra Şamaxı RİH-nə Tahir Məmmədov başçı təyin olundu. O halda həddən-ziyadə sevindim ki, ixtisasca hüquqşünas olan bu şəxs qanun-qaydanın, pozulmuş hüquqların və s. bərpasına çalışacaq. Düzdür, belə bir problemlə bağlı Tahir Məmmədovun da qəbulunda oldum. Çox təəssüflər olsun ki, yeni icra başçısı da üz-üzə qaldığımız problemin həllində bizə köməklik göstərmədi. Həmin vaxtdan indiyə kimi bizim ailənin adına tikilmiş evi bizə vermirlər. Yəni, həmin evdə bu gün də bir kimsə yaşamır. O halda sual oluna bilər ki, görəsən buna səbəb nədir? Axı, həmin ev siyahı üzrə bizim ailə üzvlərinin adına tikilib və onun inşaası dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına baş tutub”.

  Yadigar Rəcəbovun aidiyyatı dövlət qurumlarına ünvanladığı şikayət ərizələrindən birinə isə, 09 mart 2022-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini cənab Elxan Əsədovun imzası ilə təsdiq olunmuş 37/R-00786 saylı məktubla cavab verilir və məktubda qeyd olunur: “Sizin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə ünvanladığınız müraciət Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində araşdırılmışdır.WhatsApp Image 2022 08 15 at 19.40.59 Bildiririk ki, Fövqəladə Hallar Nazirliyinin mütəxəsisləri tərəfindən yerli icra hakimiyyəti orqanlarının təqdim etdiyi siyahılar əsasında Şamaxı rayonu ərazisində 05 fevral 2019-cu ildə baş vermiş zəlzələ nəticəsində ziyan dəymiş yaşayış evlərinin texniki vəziyyəti araşdırılmış və müvafiq aktlar da tərtib olunmuşdur. Tərtib olunmuş akta əsasən fərdi yaşayış evinizin vəziyyəti qənaətbəxş hesab edilmişdir”. Belə bir cavabdan əlavə rəis müavini cənab Elxan Əsədov, hansı ki, 01 iyul 2022-ci il tarixdə təsdiq edib redaksiyamıza verdiyi 37/3604529 saylı cavab məktubunda isə qeyd edir: “Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” İnstitunun və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Planlama Ekspedisiyasının mütəxəssisləri, yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə Muğanlı kənd sakini Yadigar Rəcəbovun fərdi yaşayış evinə vizual baxış keçirmiş və 03 mart 2014-cü il tarixdə akt tərtib etmişlər. Həmin akt əsasında Yadigar Rəcəbovun fərdi yaşayış evi qəzalı evlər siyahısına daxil edilmişdir və bununla bağlı lazımi tədbir görüləcəkdir”. Əslində bu cür, hansı ki, birbirini inkar edən cavabların verilməsi onu sübut edir ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Yadigar Rəcəbovgilin ailə üzvlərinin rəzil duruma salınmasında, getgələ düşmələrində maraqlı tərəfdir. O halda sual oluna bilər ki, Muğanlı kəndində torpaq sürüşməsi hadisəsi 2012-ci ilin mart ayında baş verir və həmin vaxtlarda aidiyyatı dövlət qurumları zərərçəkən şəxslərin fərdi yaşayış evlərinə və həyətyanı torpaq sahələrinə baxış keçirib akt tərtib edirlər. Səbəb nə olur ki, həmin vaxtlarda Yadigar Rəcəbovgilin sağ-sol hissəsində yaşayan qonşuların evləri ilə bağlı akt tərtib olunur, amma bu şəxsin ailə üzvlərinə məxsus fərdi yaşayış evinə isə iki ildən sonra, yəni 03 mart 2014-cü il tarixdə vizual baxış keçirilir və akt da tərtib olunur. Tərtib olunmuş aktda Rəcəbovgilin ailə üzvülərinə məxsus evin qəzalı vəziyyətdə olması da müəyyən olunur. Sual olunur ki, hansı səbəbdən bu şəxsin fərdi yaşayış evinə, həyətyanı torpaq sahəsinə baxış keçirib akt tərtib etmək 2014-cü ilə saxlanılır? Sözsüz ki, bütün bunların hər biri ortaya müxtəlif sualların çıxmasına səbəb olan halların varlığıdır.

Bugünlərdə isə daha pis və daha üzücü bir xəbər eşitdik ki, Şamaxı rayonu, Muğanlı kənd sakini Rəcəbov Yadigar Ağadadaş oğlu, 2014-cü ildən indiyə kimi üz-üzə qaldıqları problemin varlığı səbəbindən gündəlik həyacan keçirir, çox götür-qoy edir, pozulmuş hüquqlarının bərpasına nail olmaq istəyir, son anda isə o, ümumi vəziyyətdən çıxa bilmədikləri qənaətinə gəlir. Bəli, əslində Rəcəbovgilin ailə üzvlərinin getgələ salınmaları, birbaşa onların Konstitusion hüquqlarının pozulması demək olur. Bu kimi səbəblər üzündən də, müəyyən yaş həddinə çatan Yadigar Rəcəbov belə bir haqsızlığa, belə bir ədalətsizliyə heç cür dözə bilmir və təqribən 10-15 gün bundan əvvəl haqqın dərgahına qovuşur. (Allah rəhmət eləsin!)

Bəli, bütün bunlar yerlərdə vəzifə sahibi olan şəxslərin sadə insanların başlarına açdıqları oyunların varlığıdır ki, bu cür addımlardan daha çox zülm çəkənlər də, məhz sadə vətəndaşlar olurlar. O vətəndaşlar ki, onlar zülmə, haqsızlığa, qanunsuzluğa, zoraklığa boyun əymirlər və vətəndaşı olduğu Vətəndə insan kimi yaşamaq istəyirlər. Təəssüflər olsun ku, bu çox zaman heç də belə olmur. Mövzuya qayıdacağıq. Qarşı tərəfi də dinləyə bilərik.

araz.az xəbər portalı

Əlaqəli xəbərlər