Tovuz Elektrik Şəbəkənin rəhbərliyi Ağdam kənd sakinlərini “imtahana çəkir” –FOTO/ FAKT

 IMG 20161223 WA0002

Məlumdur ki, Azərbaycan Respublikasının iqtisadiyyatında kommunal xidmətlər sektoruna elektrik enerjisi də daxildir və bu sahənin mühüm əhəmiyyətə malik olması danılmaz faktdır. Bugünə kimi mövcud infrastrukturun təkmilləşdirilməsi və istehlakçıların fasiləsiz elektrik enerjisi ilə təmin olunmaları üçün ölkəmizdə genişmiqyaslı islahatlar və bir çox iri investisiya layihələri həyata keçirilmişdir. Bütün bunların nəticəsi olaraq, istehlakçılar fasiləsiz elektrik enerjisi ilə tam təchiz olunmuş və investisiya qoyuluşu hesabına nəzərəçarpacaq irəliləyişlər də baş vermişdir. Unutmaq olmaz ki, elektrik enerjisinin istehlakı daxili bazarda, ələlxüsus sənaye sahəsində xüsusi çəkiyə malikdir. Bundan əlavə, elektrik enerjisi ixracı ölkənin xarici ticarət dövriyyəsində müəyyən paya da sahib olur. Hal-hazırda respublikamızda elektrik enerjisinə olan tələbat “Azərenerji” ASC-nin tabeliyində fəaliyyət göstərən elektrik stansiyaları hesabına ödənilsə də, istehlakçıların elektrik enerjisinə olan tələbatlarını tam şəkildə ödəmək məqsədilə, bu gün bir sıra əlavə enerji mənbələrindən də istifadə olunur.WhatsApp Image 2021 11 24 at 11.15.16

Düşündürücü hal odur ki, bu yöndə belə bir addımların atılmasına baxmayaraq, Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinə  daxil olan Tovuz Elektrik Şəbəkədə, sanki indiyə kimi susqunluq yaşanıb. Bir anlığa diqqət yetirək ki, son 4-5 il ərzində Tovuz Elektrik Şəbəkəsinə bir neçə şəxs rəhbərlik etsə də, işğalçı Ermənistanla həmsərhəd ərazidə yerləşən və təqribən 300 təsərrüfatı, 1500 sakini olan Ağdam kəndinə bəslənilən ögey münasibət, bu gün də yaşanmaqda davam edir. Kənd sakinlərinin araz.az-ın redaksiyasına çatdırdıqları məlumatlara görə, hal-hazırda elektrik enerjisi ilə təmin olunmalarında ciddi problemlər yaşanır. Buna səbəb, vaxtilə kəndarası yollara basdırılmış elektrik dirəklərinin çürüyüb yarasız hala düşmələridir. Sakinlər bildirirlər ki, “Əski sovet dönəmində basdırılmış dirəklər küləkli havada, yağmurlu günlərdə tutrəyir, bəzən dirəklərdəki elektrik naqilləri sınıb yerə düşür, hətta elə hallar da olur ki, küləkli günlərdə naqillərin bir-birinə dəyməsi səbəbindən xoşagəlməz halların baş verməsi riski daha da artır. Belə bir səbəbdən də, yaşayış evlərimizdəki avadanlıqlar sıradan çıxır, əlavə xərcə düşməli oluruq. Yaşanan problemlə bağlı Tovuz Elektrik Şəbəkəsinə rəhbərlik edən hər kəsi məlumatlandırsaq da, indiyə kimi həmin şəxslərdən heç biri problemin aradan qaldırılması yöndə hansısa addımını atmayıb. İllər öncə kəndimizə büdcə vəsaitləri hesabına alınmış xeyli sayda elektrik dirəkləri gətirildi, onların köhnə elektrik dirəkləri ilə əvəz olunması nəzərdə tutuldu, hətta dirəklərin basdırılması üçün bir neçə kiçik diametrli quyu da qazıldı. Bütün bunlara baxmayaraq bu gün də həmin dirəklər yol kənarlarında, dayanacaqlarda çürüməkdə davam edirlər. Belə bir səbəblərdən də, ötən illərin birində qazılmış quyulardan birinə təsadüf nəticəsində məktəbli şagird düşür və onun həyatı üçün olduqca təhlükə yaranır. Xoşbəxtlikdən şagirdin həyatını kənd sakinlər xilas edə bilirlər. Bu cür olayların baş verməsinə baxmayaraq, yenə də Tovuz Elektrik Şəbəkənin rəhbər şəxsləri bizim kəndə məxsus belə bir problemi aradan qaldırmağa cəhd göstərmirlər. Unutmaq olmaz ki, yeni elektrik dirəklərinin alınması və onların kəndaarası yollara basdırılması, hətta bir neçə ədəd quyuların qazılması və s, büdcədən ayrılmış vəsaitlər hesabına başa gəlir”. O halda sual oluna bilər ki, nədən büdcədən ayrılmış vəsaitlər hesabına bu cür israfçılığa yol verilir və illərdir ki, bizə məxsus belə bir problem aradan qaldırılmır?”WhatsApp Image 2021 11 24 at 11.15.16 1

Bəli, əslində Tovuz Elektrik Şəbəkənin rəhbərliyi tərəfindən Ağdam kənd sakinlərinə göstərilən diqqət artırılmalı olduğu halda, bəslənilən belə bir ögey münasibətin varlığı hal-hazırda hər kəsi düşündürməkdədir. Görəsən Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinə  daxil olan Tovuz Elektrik Şəbəkənin rəhbərliyində olanlar indiyə kimi susqunluq nümayiş etdiriblərsə, rayon rəhbərliyinin belə bir problemlə bağlı susqunluq nümayiş etdirməsinin kökündə nələr durur? Axı, ölkə rəhbəri İlham Əliyev cənabları RİH-nin başçısını vəzifəyə təyin edərkən ona müvafiq tapşırıqlarını verib, yerli sakinlərə məxsus problemləri aradan qaldırmağı onun diqqətinə çatdırıb. Çünki, şəhər və rayonlara rəhbərlik edən hər kəs təkcə quru-quru idarəçiliyini həyata keçirməklə deyil, eyni zamanda sosial problemləri aradan qaldırmağa məsul olan vəzifə sahibidir. Deməli, Tovuzun ermənilərlə sərhəd ərazisində yerləşən Ağdam kənd sakinlərinə bəslənilən belə münasibət “xor münasibətdir”, sayğısıqlıqdır, diqqətsizlikdir.WhatsApp Image 2021 11 24 at 11.15.17

Mövzunu diqqətdə saxlayacağıq.

    Kamal MİRZƏ

 

Şəhid Natiq Əliyev Gəncədə dəfn edilib

 

e3f8f2a1 9b35 3372 b04b f82ac04347e5 850

araz.az  Report-a istinadən bildirir ki,Natiq Əliyev Gəncə şəhərində Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

15:15

Kəlbəcər rayonunda şəhid olan müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbçi Əliyev Natiq Yusif oğlu ilə Gəncədə vida mərasimi keçirilir.

araz.az  Report-a istinadən bildirir ki, onun nəşi Gəncə şəhər Cavad Xan küçəsində ailəsinin yaşadığı evə gətirilib.

Hazırda şəhid Natiq Əliyevlə vida mərasimi keçirilir.

Mərasimdə şəhidin yaxınları ilə yanaşı şəhər ictimaiyyəti, qazilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və şəhidin hərbçi yoldaşları iştirak edir.

Şəhid N.Əiliyev Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, Natiq Əliyev ailəli olub, 1 övladı var.

Allah rəhmət eləsin!

15:00

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Natiq Əliyev bu gün ailəsinə təhvil verilib.

araz.az  Report-a istinadən bildirir ki, onun nəşi Gəncə şəhər Cavad Xan küçəsində ailəsinin yaşadığı evə gətirilib.

Şəhidlə vida mərasimi saat 15:00-da başlayacaq və Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, Natiq Əliyev ailəli olub, 1 övladı var.

Allah rəhmət eləsin!

araz.az xəbər portalı.

Azərbaycanda Konstitusiya Günü qeyd olunur

1541999729 46030536 2091069210935991 1098853746160435200 n12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür.

Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 26 il ötür.

Müstəqil Azərbaycanın ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də qəbul edilib.

1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır. Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da, onun SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunub. 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiya da, əvvəlki konstitusiyalar kimi, SSRİ Konstitusiyasına uyğunlaşdırılıb. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti isə dövlətin əsas qanununu qəbul edə bilməyib.

SSRİ hakimiyyətinə son qoyularaq dövlətimiz müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxdı. Bunun üçün Prezident Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradıldı və bundan sonra Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarıldı. 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın ilk Konstitusiyası referendumla qəbul olundu.

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi. Sözügedən referendumda seçicilərin 86 faizi iştirak edib və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verib.

Əsas Qanun noyabrın 27-də hüquqi qüvvəyə minib.

Azərbaycanda ilk konstitusiya məhkəmə nəzarəti orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi isə 1998-ci il iyul ayının 14-də yaranıb.

Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. Buna qədər üç dəfə Konstitusiyamıza dəyişiklik edilib: 2002-ci il avqust, 2009-cu il mart və 2016-cı il sentyabr. Müvafiq tarixlərdə referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklər edilib.

Konstitusiya günü bayram kimi qeyd olunsa da, noyabrın 12-si iş günüdür.

Azərbaycan Respublikasının Konstitusiya Günü bu il  daha fərqli əhval-ruhiyyədə qeyd olunur. Çünki ötən il Müzəffər Azərbaycan Ordusu döyüş meydanında tarix yazaraq öz ərazi bütövlüyünü bərpa edib. Azərbaycan xalqı dövlət başçısı İlham Əliyevin ətrafında yumruq kimi birləşərək tarixi ədalətsizliyə son qoyub. Odur ki, bu il Azərbaycan xalqı üçün hər bir özəl günün anlamı ikiqat dəyər daşıyır. Konstitusiya Günümüz bu il uzun müddətdən sonra ərazi bütövlüyünü bərpa etmiş ölkəmizin hər bir yerində böyük qürur və iftixar hissi ilə qeyd olunacaq.

 

araz.az xəbər portalı.

“Qarabağ Rusiya ərazisidirmi, rus generallar orada heykəl qoyur, kilsə tikir...”

etibar1 e1560977312505

“Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ torpaqlarında yerləşməsinin Azərbaycan dövləti tərəfindən məcburi tədbir kimi həyata keçirilməsi hamının yanındadır.  Və onların vəzifəsi də döyüşən tərəflərin ayrılması, ərazidəki qanunsuz işğalçı birləşmələrin tərksilah edilməsi  və atəşkəsi təmin etmək olub”. 

araz.az  xəbər verir ki, bu fikirləri Moderator.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının lideri, istiqlalçı deputat Etibar Məmmədov ifadə edib.

“Təəssüf ki, ötən bir il ərzində Rusiya hərbçiləri Laçın dəhlizi və Qarabağda vəzifələrindən kənar kifayət qədər işlərlə məşğul olublar. Və  rəsmi Bakı tərəfindən qəti etirazlar bildirilmədikcə belə fəaliyyətlərinin “dozası”nı günü-gündən artırırlar. Ona görə Azərbaycan hökumətinin birbaşa vəzifəsidir ki, Rusiya hərbi kontingentinin komandanlığına ciddi xəbərdarlıq etsin, onların  vəzifə  səlahiyyətlərini və çərçivələrini dəqiq müəyyənləşdirsin, nəzərlərinə çatdırsın və onlardan tələb etsin ki, bu özbaşınalığa son qoyulsun. Çünki Qarabağ, Xocalı, Xankəndi və s. Rusiya ərazisi deyil ki, rus generallar orada istədikləri kimi  heykəl qoysunlar, kilsə tiksinlər və yaxud hansısa digər tədbirlər həyata keçirsinlər. O torpaqlar nə işğal zonası, nə də Rusiya ərazisidir, Azərbaycan Respublikasının hüquqi və tarixi torpaqlarıdır... Və əgər Rusiya hərbçiləri Qarabağa gerçəkdən sülhməramlı  kimi gəlibsə, onların vəzifəsi, sadəcə, tərəfləri ayırmaq, aralarında atəşkəsi və sülhü təmin etmək olmalıdır”- deyə Etibar Məmmədov açıqlamasının davamında  vurğulayıb.

 

araz.az xəbər portalı.

Milli Xalça Muzeyinin eksponatları Ermitajda sərgilənəcək

WhatsApp Image 2021 11 12 at 01.13.19"Görünməyən incəsənət. İmkan sərhədlərini genişləndirərək” adlı inklüziv sərgi öz qapılarını ictimaiyyətə açır

Noyabrın 13-dən Rusiyanın Sankt-Peterburq şəhərindəki Dövlət Ermitajında “Görünməyən incəsənət. İmkan sərhədlərini genişləndirərək” adlı inklüziv sərgi öz qapılarını ictimaiyyətə açacaq. Bu barədə araz.az-a Azərbaycan Milli Xalça Muzeyindən məlumat verilib. Saytımıza verilən həmin məlumatda bildirilir ki, layihə Dövlət Ermitajı və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı, “Cartier” fransız Zərgərlik-Saat Evinin dəstəyi ilə keçirilir.

Sərgi görmə imkanları məhdud insanlar üçün sənət əsərlərinin replikalarının yaradılması sahəsində uzun illər aparılan tədqiqatların nəticələri əsasında ərsəyə gəlib. Belə ki, muzey ziyarətçiləri taktil üsulla dünya mədəni irs nümunələri ilə yeni tərzdə, yaxından tanış olacaqlar.WhatsApp Image 2021 11 12 at 01.13.20

Sərgidə Dövlət Ermitajında qorunub saxlanılan və dünyanın ən qədim xalçası hesab edilən “Pazırıq” xalçasının Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsində toxunan inklüziv fraqmentləri təqdim olunacaq. Görmə imkanları məhdud şəxslər fraqmentlərə toxunmaqla, onu təsəvvürlərində canlandıra biləcək, ornamentlərinin formasını hiss edəcəklər.

Sərgidə “Pazırıq” kurqanında tapılmış keçə məmulatlarının relyefli replikaları, Pəncikəndin məşhur freskaları əsasında hazırlanmış barelyeflər və onların animasiya edilmiş süjetləri, Rembrandtın “Gözlərinə kölgə salınmış avtoportret” əsərinin relyef modeli və s. nümayiş etdiriləcək.WhatsApp Image 2021 11 12 at 01.13.20

 

araz.az xəbər portalı.

3 -dən səhifə 150

Əlaqəli xəbərlər