QÜRUR, ŞƏRƏF, LƏYAQƏT GÜNÜN MÜBARƏK, AZƏRBAYCAN! -- 28 MAY TƏBRİKİMİZ

WhatsApp Image 2020-05-28 at 00.54.23.jpegBöyük Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunan 1918-ci ilin may ayının 28-i, Müstəqil Dövlətimizin hər bir vətəndaşı tərəfindən qürur, şərəf, ləyaqət... günü kimi qəbul edilib!

MÜQƏDDƏS RAMAZAN BAYRAMINIZ MÜBARƏK, ƏZİZ VƏ DƏYƏRLİ VƏTƏN ÖVLADLARI!

WhatsApp Image 2019-06-04 at 00.03.36.jpg

Bəşər övladlarını xeyirxahlığa, birliyə, mənəvi kamilliyə dəvət edən, dünya müsəlmanlarına mənəvi-ruhi ucalığın, əxlaqi saflığın fərəhini, şəfqət, mərhəmət, həmrəylik duyğularının xoşluğunu yaşadan, öz mahiyyətilə bütün insanların ruhunu təzələyən on bir ayın sultanı Mübarək Ramazan Ayında, əziz xalqımızın Uca Yaradan qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirib, mənəvi zənginliyin nəfs üzərində üstünlüyünün qələbə sevincini yaşamaq fürsətindən faydalanan dəyərli övladlarını, mərhəmət, xeyirxahlıq, yüksək əxlaqi hiss, mənəvi paklıq, saf düşüncə rəmzi və bütövlük, həmrəylik, vəhdət, sülh, əmin-amanlıq təcəssümü olaraq, ən yüksək dəyərlər zirvəsinin pik nöqtəsində özünə əbədi yer tutan bu Müqəddəs Bayram münasibətilə səmimi qəlbdən təbrik edir, onların hər birinə ən xoş arzularımızı çatdırır, xalqımızın və dövlətimizin əmin-amanlığı, tərəqqisi naminə etdikləri dualara həmrəy olduğumuzu bildiririk!

Azərbaycanda "Aİ-95" markalı benzin ucuzlaşıb -FOTO

Benzin.jpgBu gün gecə saat 00:00-dan etibarən “Aİ-95” (Premium) markalı benzin ucuzlaşıb.

APA-nın xəbərinə görə, “Aİ-95” markalı yanacaq 0,10 manat ucuzlaşaraq 1 manat 10 qəpik olub.

Koronovirus ABŞ-ın maliyyələşdirdiyi Çin virusologiya laboratoriyasından yayılıb -"Daily Mail"in iddiası

koronaavirusKoronovirus bütün mənalarda dünyanı diz çökdürməyə davam edir. Nəzarətə götürülə bilinməyən yoluxma sayının artdığı bu günlərdə virusun qəti mənbəyini müəyyən etmək üçün aparılan müxtəlif araşdırmalar davam edir.

İsgəndər Həmidov vəfat etdi

isgender hAzərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidov vəfat edib.
Araz.az xəbər verir ki, bu barədə səhiyyə eksperti, professor Adil Qeybulla bildirib.
O, İ.Həmidovun bu gün dünyasını dəyişdiyini xəbər verib.

4 -dən səhifə 116

Əlaqəli xəbərlər