Rayon təhsilinin müdiri müəllimdən qaçdı -- GÜLMƏLİ HADİSƏ


Deyəsən Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinə daxil olan Tovuz Elektrik Şəbəkəsinin rəhbərliyi ilə bərabər, əməkdaşları da adət etdikləri “bic əməllər”dən, hələ də əl çəkmək fikirində deyillər. Düzdür, xeyli müddət bundan öncə redaksiyamıza adı çəkilən bu rayonun enerji təchizatında baş verən süründürməçiliklərlə, çoxsaylı qanunsuzluq əməlləri və s. ilə bağlı bir neçə-neçə şikayətlər daxil olmuşdur. Əməkdaşlarımız bu yöndə daxil olan şikayətlər əsasında məqalələr yayımlayıb, məhz hər kəsin baş verənlərlə bağlı məlumatlı olmasına da çalışmışdılar. Bir-iki gün bundan öncə isə, oxşar şikayətlərdən biri Tovuz rayonu, Düz Qırıqlı kənd sakini, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Məmmədov Elnur Şərif oğlu tərəfindən video-müraciət şəklində daxil olub. Adı çəkilən bu şəxs video-müraciətində qeyd edir: “Mən həm öz adımdan, həm də 12 nəfər sahibkarın vermiş olduqları razılıq əsasında onların adından danışıram. Bildirmək istəyirəm ki, bir neçə gün bundan öncə Tovuz Elektrik Şəbəkəsinin əməkdaşları bizə bildirişlər göndəriblər. Onlar həmin bildirşlərdə 2014-cü ildə şəxsi vəsaitimiz hesabına aldığımız və indiyə kimi istifadəmizdə olan 12 ədəd trasformatorun texniki baxışdan keçirilməsini tələb edirlər. Onu da bildirim ki, 2014-cü ildə trasformatorlarla bağlı bütün texniki şərtləri qaydaya saldıqdan sonra, biz onları şəbəkəyə təhvil verdik və az sonra açılışını həyata keçirdik. Yəni, bütün bu kimi işləri şəxsi vəsaitimizlə gördük və bunun üçün təqribən 23-24 min manat məbləğində xərcimiz çıxdı. Tovuz Elektrik Şəbəkəsinin əməkdaşları beş il tamam olmamış bildirişlər göndəriblər, hətta bir dəfə trasformatordan xəttimizi də açmışdılar. Bizim trasformatorlarımız təzədir, vaxtlı-vaxtında nəzarət edirik, ona görə də heç bir problemi yoxdur. Bundan əlavə, istifadə etdiyimiz elektrik enerjisinə görə ödənişləri də vaxtlı-vaxtında öəyirik və heç birimizin dövlətə borcumuz yoxdur.
Son iki-üç gündür ki, Tovuz Elektrik Şəbəkəsinin əməkdaşları bizə zəng edib bildirirlər ki, “Texniki baxışla bağlı sizə göndərdiyimiz bildirişləri “ASAN xidmət”ə təqdim edin ki, gəlib trasformatorlarınızı texniki baxışdan keçirə bilək. Onlar trasformatorları texniki baxışdan keçirmək üçün bizdən elə qaydalar tələb edirlər ki, həmin qaydaları həyata keçirmək mümkün deyil. Yəni, Tovuz Elektrik Şəbəkəsi əməkdaşlarının bu yöndə tələbləri, hər birimizin əlavə xərclərə düşməyimizə səbəb olacaq. O halın varlığına diqqət yetirək ki, Tovuz Elektrik Şəbəkənin balansında olan və hal-hazırda kənd sakinlərinin istifadə etdikləri trasformatorlar bu gün elə bərbad haldadır ki, ilk növbədə onların texniki baxışdan keçirilməsinə ehtiyac duyulur. Belə ki, həmin trasformatorlar bərbad halda olmaqla bərabər, eyni zamanda insan həyatı üçün sanki bir təhlükə mənbəyidir. Nədənsə, bu gün Şəbəkənin rəhbərliyində olanlar belə bir halların varlığını görmək istəmirlər və onlar yalnız və yalnız bizə qarşı problemlər yaratmaqla məşğul olurlar.
Onu da qeyd edim ki, şəxsən istifadəmdə olan trasformatorla bağlı bir neçə gündür ki, müəyyən problem əmələ gəlib. Belə bir səbəbdən də, 4 dekabrda “ASAN xidmət”ə müraciət etdim, bununla bağlı tələb olunan məbləğdə ödənişi həyata keçirdim, amma hələ də qarşı tərəfdən bir kimsə gəlib problemi qaydaya salmayıb. Əslində Tovuz Elektrik Şəbəkəsi biz sahibkarlara müəyyən mənada köməklik göstərməlidir ki, bu yöndə fəaliyyətimizi davam etdirə bilək. Onlar isə bizə sanki “quyu qazmaq”la məşğul olurlar”.
Biz də bir redaksiya olaraq onu qeyd etmək istəyirik ki, bu gün ölkəmizdə sahbkarlığın müxtəlif sahələri ilə məşğul olan neçə-neçə şəxslər var ki, onlar həm ölkə iqtisadiyyatının inkişaf etdirilməsində, həm də əhalinin gündəlk ən zəruri mallara olan ehtiyaclarının ödənilməsində yaxından iştrak edirlər. Bundan əlavə, onu da yada salaq ki, cənab Prezidentin 19 mart 2020-ci il tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmışdı. Həmin vaxt Fondun yaradılmasında başlıca məqsəd, məhz Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarət idi. Yəni, bu fondun vəsaitlərinin formalaşması mənbələri sırasında dövlət büdcəsi ilə bərabər, fiziki və hüquqi şəxslərin könüllü ödəmələri də yer aldı ki, həmin ödəmələrin həyata keçirilməsində sahibkarlar daha fəallıq nümayiş etdirdilər. O da hər kəsə bəllidir ki, cənab Prezident hər zaman, xüsusilə də ən çətin vaxtlarda hər bir Azərbaycan vətəndaşından öz diqqət və qayğısını əsirgəmir, sahibkarlara, özəl sektorun inkişafına lazım olan dəstəyini də göstərir. Bəli, həmin vxtlarda ölkə sahibkarları öz səylərini, təşəbbüslərini birləşdirdilər, məhz dövlətimizlə həmrəy olduqlarını da nümayiş etdirdilər.
O halda sual oluna bilər ki, görəsən bugünkü gündə Tovuz Elektrik Şəbəkəsinin əməkdaşları sahibkarlıq fəaliyyəti ilə məşğul olan Məmmədov Elnur Şərif oğluna və digər sahibkarlara qarşı belə bir ögey, bir növ düşmən münasibət bəsləmələrinin kökündə nələr durur? Bir tərəfdə ölkə rəhbəri cənab İlham Əliyev sahibkarlara qarşı həssaslıq nümayiş etdirir, yerli vəzifə sahiblərinə lazımi tapşırıqlarını verir, digər tərəfdə isə, yüzlərlə işçinin işlə təmin olunmasına, onların ailə üzvlərinin dolanmasına şərait yaradan sahibkarlar “gözümçıxdıya salınırlar”. Ona görə də sahibkarlıq fəaliyyəti ilə məşğul olan Elnur Məmmədov və digərləri üz-üzə qaldıqları belə bir problemin həllində aidiyyatı dövlət qurumlarından, ələlxüsus ölkə rəhbəri cənab İlham Əliyevdən onlara köməklik göstərmələrini xahiş edirlər.
Mövzunu diqqətdə saxlayacağıq.
Kamal MİRZƏ
Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan birinin - Adil Akif oğlu Rzayevin anası işdən çıxarılıb.
araz.az Xeberle.com-a istinadən xəbər verir ki, bu barədə teleqraf.com-a şəhidin anası Məhbubə Hüseynova məlumat verib.
Ana deyir ki, 1999-cu il avqustun 20-də Qobustan rayonunun Xilmilli kəndində anadan olan Adil ailənin beşinci övladı imiş: "Üç oğlum, iki qızım vardı. Adilə sentyabrın 21-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırış göndərmişdi. Bir neçə gün Qusarda təlim keçdilər.
Oktyabrın 4-də qardaşı ilə danışıb ki, onları oradan Füzuli istiqamətinə aparırlar. Oktyabrın 10-dan Adilin nömrəsinə zəng çatmadı. Noyabrın 28-nə qədər onu axtardıq. Balamın adı itkinlər siyahısında çıxmışdı. Bu müddət ərzində Müdafiə Nazirliyinə də getdik. Noyabrın 29-da zəng vurub dedilər ki, Füzulidə bir şəhid var, gəlin baxın. Kimliyinin müəyyənləşməsi üçün Bakıda məndən DNT analizi götürdülər. Qardaşı ilə dayısı gedib baxdılar ki, Adildir. Noyabrın 30-da oğlumu Sumqayıtdakı Şəhidlər Xiyabanında dəfn etdik”.
Hazırda Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsi (Nasosnu), Kərim Kərimli küçəsində yaşayan ailənin maddi vəziyyəti yaxşı deyil. Məhbubə Hüseynova deyir ki, Adil şəhid olandan bəri onlarla heç kəs maraqlanmayıb: "Həyat yoldaşımı itirdikdən sonra ailənin dolanışığı üçün Sumqayıtdakı "Elat” quşçuluq fabrikində işə düzəlmişdim. Orada aşpaz işləyirdim.
Adilin yeddisi çıxan kimi fabrikdən zəng vurdular ki, işə çıxmalısan. Dedim, heç olmasa, qoyun üzümün cırığı, yarası sağalsın. Balamın 40-ı çıxana qədər onlardan möhlət istədim. Adilin atası da yoxdur ki, gələnlərin qarşısına çıxsın. Səhhətim tez-tez pisləşir, demək olar ki, hər gün təcili tibbi yardım gəlir.
İşdən gələn zənglərin də ardı-arası kəsilmirdi. Vəziyyətim yaxşı olmadığı üçün heç yana təkbaşına çıxa bilmirəm. Axırda bacımla fabrikə getdik. Bacım katibəyə dedi ki, Məhbubə şəhid anasıdır, özünə hələ gəlməyib, heç olmasa imkan verin 40 gün evdə qalsın. Bu vəziyyətdə işə necə gələ bilər?
Katibə də bildirdi ki, Hidayət müəllim (fabrikin direktoru) deyir, ya işə gəlsin, ya da ərizəsini yazıb getsin. Başqa yolu yoxdur. Bacım ona dedi ki, səlahiyyətli qurumlar bilirmi siz şəhidin anasını işdən çıxarırsız, icazə vermirsiz 40 gün övladının yasını saxlasın? Katibə dedi, gedin kağız gətirin ki, hökumət sizin 40 gün işləməməyinizə icazə verir. Əgər onlar icazə versə, biz də verərik.
Çox çalışdım ki, məni işdə saxlasınlar. Amma dedilər, sən bu şirkətdə işləyə bilməzsən. Oğlum şəhid olana qədər 15 gün fabrikdə işləmişdim. Həmin günlərin maaşını da vermədən məni işdən çıxardılar. Ailədə tək işləyən mənəm. Digər oğlanlarım günəmuzd işləyir. İndi də karantin rejimi olduğu üçün onlar da oturublar evdə”.
Ailəsi ehtiyac içində yaşayan Məhbubə Hüseynova deyir ki, heç şəhid ailələrinin kommunal xərclərinə də güzəşt etmirlər: "Kommunal xərclərimizi qonşular ödəyir. Yaşadığımız şəraitsiz ev belə bizim deyil. Mətbəxi var, suyu yoxdur. Hamam da yoxdur. Sağ olsun, qonşularım çox köməklik edir.
Qaldığımız yerin yolları bərbaddır. Bacım qəsəbənin icra nümayəndəliyinə gedib dedi ki, heç olmasa yola iki maşın qum səpilsin ki, şəhidi aparanda palçığa batmasınlar. Dedilər, qəsəbənin İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Lalə Hacıyeva məzuniyyətdədir. Onun səlahiyyətlərin müvəqqəti icra edən şəxs də deyib, cibimdən pul verəsi deyiləm ki...
Tək bu deyil. Adil şəhid olandan nə qəsəbənin İcra Hakimiyyətindən gələn var, nə də aidiyyəti qurumlardan...
Bu gün vəziyyətimiz olduqca acınacaqlıdır. Bizə yardım olunması üçün aidiyyəti qurumlardan kömək etmələrini xahiş edirəm. Bu işi də çətinliklə tapmışdım. Ailəmizin çətin vəziyyətini nəzərə alıb, bizə kömək göstərilməsini xahiş edirəm”.
Biz dəfələrlə GDU-da baş verən qanunsuzluqlar barədə tənqidi məqalələr dərc etmişik və neqativ hallar aradan qaldırılmayana qədər bu mövqeyimizdə qalacağıq.
Gəncədən araz.az-ın redaksiyasına ünvanlanmış yeni şikayət ərizəsi daxil olmuşdur. Təhsil Naziri Emin Əmrullayevə, KİV-ə ünvanlanmış və Gəncə Dövlət Universitetinin bir qrup müəllimi adından yazılan müraciəti Abbas Məmmədov, Yeganə Hüseynova, Maqbet Əhmədov adlı şəxslər yazmışdır. Onlar GDU-da baş verən qanunsuzluqlar haqqında tədbir görülməsini xahiş edirlər. Müraciəti olduğu kimi veririk.
“1. Cənab Prezidentimiz İLHAM ƏLİYEV öz çıxışında dəfələrlə Soros fondunu tənqid edib. Amma GDU-nun rektoru bu fondla əlaqəli şəxsləri universitetdə vacib nöqtələrdə vəzifəyə təyin edir. Konkret olaraq Vasif Həsənov, onun qardaşı Asif Həsənov, onların baçıları, həyat yoldaşları, xalaları və s. Vasif Həsənov Soros fondu ilə əlaqəsi olan şəxsləri də rəhbərlik etdiyi “İnnovasiyalar departamenti”ndə öz ətrafına yığıb.
Adı çəkilən Vasif Həsənov və digərlərinin nənəsi ermənidir. Gəncəyə raket atılan zaman yaralanan Karina Qriqoryan Vasif Həsənovun nənəsidir. Amma rektor Yusif Yusibov universitet əməkdaşları tərəfindən əsgərlərimiz üçün toplanan yardımı erməni əsilli Vasif Həsənovun rəhbərliyi ilə ön çəbhəyə göndərir. Nənəsi erməni olan, kompyuter texnikasının incəliklərini əla bilən bir şəxsin ön cəbhəyə göndərilməsi görəsən nə dərəcədə doğrudur? Kim təminat verir ki, erməni əsilli bu qardaşlar təxribatla məşğul olmur???.Ön cəbhənin müxtəlif istiqamətlərindən hansısa məlumatları erməni dayılarına ötürmür??? Müxtəlif layihələr, elmi konfranslar adı ilə Vasif Həsənov müxtəlif Avropa ölkələrinə səfərlər edir. Bunun hansı elmi nailiyyəti var ki, xarici ölkələrdə bizi təmsil edir? Dəfələrlə Fransada onun erməni qohumları ilə görüşdüyü bütün universitet əməkdaşlarına məlumdur. 2019-cu ilin may ayının 5-də GDU-da keçirilən beynəlxalq konfransda bu qardaşların konfransa gətirdiyi milliyyətcə erməni olan Fransalı qonaqlar da iştirak edirdi. ”İmperial” şadlıq sarayında keçirilən ziyafətdə zala türk iştirakçıların şərəfinə Türkiyənin bayraqları gətirildi və bu zaman həmin erməni əsilli qonaqlar etiraz əlaməti olaraq məclisi tərk etdilər. Ermənilər bizim xalqımıza hansı işgəncə və zülümləri verib, bu heç vaxt unudulmur. Yusif Yusibov isə erməni əsilli bu ailənin üzvlərini yüksək vəzifələrə təyin edir, bu şəxslərin dediyini qeyd şərtsiz qəbul edir, ştat cədvəlini pozaraq müstəsna hal kimi bu şəxslərə yüksək maaş təyin edir.Təsəvvür edin ki, dekan və kafedra müdirlərinin maaşı 1000 manatı keçmədiyi halda,heç bir elmi dərəcəsi olmayan Vasif Həsənova 2000 manatadək maaş verilir. Çox maraqlıdır ki, rektor ömrünü bu tədris müəssisəsində çürüdən layiqli elm adamlarını yox, heç bir elmi nailiyyəti və dosent elmi adı belə olmayan Vasif Həsənovun adını Prezidentin fərmanına saldıra bilib.Həmin fərmanla Vasif Həsənov layiq olmadığı halda “Tərəqqi” medalı alıb. Bu medal və fəxri adlara layiq görülən şəxslərin əksər hissəsi elə Vasif Həsənov kimiləridir. Bunu bütün universitet kollektivi özünə təhqir hesab edir.Rektor cənab Prezidenti aldatdığına görə bir başa məsuliyyət daşıyır. Universitetdə rektorun müşaviri işləyən İlqar Kubışev də “Tərəqqi” medalına layiq görülənlərdəndir. Bu adamın adı Müəllimlər İnstitutuna saxta tələbə qəbulu, saxta diplom satışı, qadın alveri kimi məsələlərdə hallanır. İlqar Kubışev Azərbaycan Texniki Universitetinin “Maşınqayırma ” ixtisasını bitirsə də rektorun müşaviri vəzifəsi ilə bərabər, həm də “İnformatika” kafedrasının dosentidir. Bu günə kimi bir dəfə də olsun kafedraya gəlməmişdir, onun dərs keçdiyini isə heç kim görməyib. Onun dərs yükünə daxil olan dərslər ya keçilmir, ya da kafedranın digər müəllimləri tərəfindən əvəz olunur. Görəsən, kafedra müdiri Əkrəm Aslanov o gəlməyə-gəlməyə ona necə tabel yazır və onun dərslərini keçməməsinə niyə göz yumur??? Məlumdur ki, Regional kollec, eyni zamanda Gəncə Musiqi Kolleci də GDU-nun tərkibinə verilib.”Maşınqayırma” ixtisasını bitirmiş, haqqında yuxarıda qeyd etdiyimiz İlqar Kubışev Yusif Yusibovun təqdimatı ilə Gəncə Musiqi Kollecinə direktor təyin edilib. Maraqlıdır, maşınqayırma hara, musiqi hara? Səbəb aydındır, İlqar Kubışev orada Yusif Yusibovun açdığı bazarda kassir rolunu oynayacaq. Daha biabırçı səbəb isə universitedə hamının bildiyi kimi İlqar Kubışevin cənab rektorun eşq qalmaqallarında ona yardımçı olmasıdır.Qeyd etdiyimiz kimi İlqar Kubışevin adı şəhərdə qadın alveri məsələlərində hallanılır. Rektor Yusif Yusibov tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor Fəxrəddin Məmmədovun bütün fəaliyyətini iflic edib, heç bir məsələdə onunla hesablaşmır.Tədrislə bağlı bütün məsələlərdə nə bu sahəyə məsul olan Fəxrəddin Məmmədovun, nə fakültə dekanlarının,nə də kafedra müdirlərinin fikirlərinə əhəmiyyət verilmir. Bu məsələdə əsas söz sahibi universiteti güc-bəla ilə qurtaran, bakalavr və magistr təhsil pilləsində oxuduğu müddətdə bir saat dərsdə oturmayan, işi-gücü şou tədbirlər və yumoristik verilişlər keçirməkdən ibarət olan, tədbirlərdə Yüsif Yusifovun paltosunu soyundurub geyindirən, yağışlı havalarda ona çətir tutub, mühafizəçi və xəbərdaşıyan funksiyasını yerinə yetirən Orxan Məmmədovdur .(???) Rektor universitetdə əmək haqqını heç bir meyarlara uyğun olmayaraq öz istədiyi kimi verir. Belə ki, istədiyi adamın maaşına ştat cədvəlinə baxmayaraq istədiyi qədər əlavələr edir, bunu isə elmi şuranın adından müzakirə olunmadan əmrləşdirir.
Hörmətli cənab Nazir, Siz əsil təhsil işçisisiz, xahiş edirik ki, bu barədə lazımi tədbir görəsiniz”.
Yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.
5 -dən səhifə 121