“Jurnalist etikası və pandemiyanın mediada işıqlandırılması" -- TƏLİM

WhatsApp Image 2020 09 17 at 14.41.49
 
Mətbuat Şurası bu mövzuda tədbiri Avropa Şurasının Bakı ofisi ilə birgə təşkil edib
WhatsApp Image 2020 09 17 at 14.42.36Dünən Azərbaycan Mətbuat Şurasının və Avropa Şurasının Bakı ofisinin birgə təşkilatçılığı ilə “Jurnalist etikası və pandemiyanın mediada işıqlandırılması” mövzusunda onlayn təlim keçirilib. Mətbuat Şurasından araz.az-a daxil olan məlumata görə, tədbirin açılışında çıxış edən Avropa Şurasının Bakı ofisinin rəhbəri, səfir Zoltan Hernyeş bildirib ki, koronavirus pandemiyası bütün sahəhələrə olduğu kimi, demokratik cəmiyyətin mühüm institutlarından sayılan mediaya da öz təsirini göstərib. Pandemiya şəraiti mediaya üçün də yenilikdir və bu şərait peşə etikasının həssas yanaşılmasını zəruriləşdirir. Avropa Şurasının Bakı ofisi də bunu nəzərə alaraq belə bir təlimin təşkilini vacib sayıb. Səfir Hernyeş onu da bildirib ki, Avropa Şurasının Bakı ofisi medianın ən müxtəlif məsələləri ilə bağlı Azərbaycan Mətbuat Şurası ilə sıx əməkdaşlıq edir, indiyədək çoxsaylı birgə tədbirlər reallaşdırıb. O, hazırda keçirilən təlimin də bu baxımdan əhəmiyyətliliyinə inamını bildirib. Səfir həmçinin təlim barədə məlumat verərək bildirib ki, Avropa Şurasının Bakı ofisi təlimə Türkiyədən təcrübəli ekspert Bülənt Çaplını dəvət edib. 
Mətbuat Şurasının sədri Əflatun Amaşov isə çıxışında bildirib ki, rəhbərlik etdiyi qurum martın 4-də koronavirusla bağlı dezinformasiya tipli bilgilərə həssas yanaşılması ilə bağlı media ictimaiyyətinə ilk müraciətini ünvanlayıb. "Həmin vaxt dezinformasiyalar həddən WhatsApp Image 2020 09 17 at 14.43.25artıq çox idi. İstər-istəməz bu vəziyyət təlaş yaradırdı. Sonrakı aylarda Şura jurnalistlərin xüsusi karantin rejimində fəaliyyətinə dair bir neçə tövsiyə də ünvanladı, habelə Baynəlxalq Jurnalistlər Federasiyanın dünya jurnalistlərinə müraciətini açıqladı. Azərbaycan Mətbuat Şurası Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində koronavirusla əlaqədar tətbiq olunacaq bəzi sosial izolyasiya tədbirləri barədə məlumatında media orqanları ilə bağlı bir sıra məqamlara aydınlıq gətirən açıqlamalar yaydı. KİV-ləri rəsmi mənbəyi olmayan, hansısa söz-söhbətlərə, dedi-qodulara söykənmiş bilgilərin təqdimatından uzaq durmağa çağırdı”, - deyə, Əflatun Amaşov vurğulayıb. 
WhatsApp Image 2020 09 17 at 14.44.03 sədri çıxışında həmçinin bildirib ki, Mətbuat Şurası ötən müddətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə həyata keçirdiyi tədbirlərə dəstək verib, jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsinin səmərəliləşdirilməsi istiqamətində Operativ Qərargah və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə müntəzəm təmaslar yaradıb. Bunun nəticəsində 20-dək redaksiyanın ümumilkdə 30-dan çox əməkdaşının, həmçinin onlarla müstəqil jurnalistin iş sərbəstliyi qanunvericiliyə və qoyulmuş qaydalara uyğun tənzimlənib. Bu fəaliyyət 2020-ci ilin mart-iyun aylarını əhatə edib. 
WhatsApp Image 2020 09 17 at 14.43.45Onlayn konfransda çıxış edən ekspert Bülent Çaplı koronavirus pandemiyası dövründə medianın fəaliyyət özəllikləri və peşəkarlıq meylləri barədə geniş məlumat verib. O, jurnalistlərin müxtəlif məsələlərlə əlaqədar suallarını da cavablandırıb. 
Qeyd edək ki, həmin təlimdə paytaxtdan və bölgələrdən olmaqla, ümumilkdə, 30-dək jurnalistin iştirakı təmin edilib.
 
 
 
Rəşad CƏFƏRLİ
araz.az xəbər portalının xüsusi müxbiri.

Naxçıvanlıları və ermənistanlıları “vururlar”? – Baş redaktor yazır…

aydin“Tanış naxçıvanlılarımızdan biri məndən “bəs bu barədə sən nə düşünürsən?” deyə soruşanda tək onun yox, bir çoxlarının bu cür yanlış fikirlər içində ola biləcəyini düşünərək qərara aldım ki, cavabımı həm də ictimailəşdirim.

araz.az xəbər verir ki, bunu “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib. O, əmin olduğunu bildirib ki, o naxçıvanlı tanışı ilə eyni sırada olanların yox, məhz öz düşüncəsində olanların mövqeyi dövlətçiliyə söykənir.

“Naxçıvanlı tanışa dediklərimi olduğu kimi təkrar edirəm. Ondan soruşdum:

– Korrupsiyada, rüşvət alıb verməkdə, kiminsə talançı biznesini himayə etməkdə, qabiliyyəti oldu olmadı qohumlarını vəzifələrə irəli çəkməkdə, hökumətin içindəki proseslərdən kənar və onlara zidd oyunlar qurmaqda, sahibkarlardan qanunsuz haqq yığmaqda, vəzifədən sui-istifadə etməkdə və bu sayaq başqa nadürüst əməllərdə hər hansı iştirak və ya marağın varmı, olubmu? Şəxsən sənin özünü incidən, təqib edən varmı?”

Cavab verdi:

– Hardan, mən sadə bir məmuram, belə şeylərdən bilmərrə uzağam, işimi görürəm…

Davam etdim:

– O adamlardan sənə nə? Mənə nə? Belə əməllərə görə vurulan naxçıvanlının, ermənistanlının nə naxçıvanlılığa, nə Qərbi Azərbaycanlılığa, nə də ümumən azərbaycançılığa və dövlətçiliyə heç bir bağlılığı yoxdur, ola da bilməz. Belə əməl sahibləri haralı olmasından asılı olmayaraq qanunla “vurulmağı “haqq edirlər.

Onların əslində nə region, nə dövlət, nə də vətən təəssübkeşliyi var. Təəssübkeşlik ifadəsindən isə sənin kimi saf və siyasətdən uzaq insanları öz çirkin siyasi niyyətlərinin alətinə çevirmək üçün istifadə edirlər. İstəyirsən iqtidarçılıq elə, istəyirsən müxalifətçilik elə, tək dövlətçiliyi unutma və ona qarşı getmə. Ömrü boyu talançılıq və xalqa pislik edənlərin ifşa olunma anında saldıqları “naxçıvanlı-ermənistanlı vuruldu” kimi haray-həşirlərinin sadə naxçıvanlılara və Qərbi azərbaycanlılara qəti aidiyyatı yoxdur. Dövlətçilik mövqeyində səf tutan bu sadə zümrə üçün heç bir təqib və ya vurulma təhlükəsi yoxdur və olmayacaq”.

araz.az

Penitensiar Xidmət Tofiq Yaqublu ilə bağlı məlumat yaydı

1599990308 untitled 1Penitensiar Xidmət həbsdə olan müsavatçı Tofiq Yaqublu ilə bağlı məlumat yayıb.
 
araz.az-a  daxil olan məlumatda deyilir:
“Məhkəmənin qərarı ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Tofiq Yaqublu saxlanıldığı 3 saylı İstintaq Təcridxanasında qanunvericiliyə uyğun olaraq maddi-məişət şəraiti ilə təmin olunub, hüquqları məhdudlaşdırılmayıb, ailə üzvləri və vəkilləri ilə mütəmadi görüşüb və telefon vasitəsilə əlaqə saxlayıb.
T.Yaqublu məhkəmə qərarına etiraz olaraq qida qəbulundan imtina etdiyini bəyan edib, vəkilləri isə hökmdən apellyasiya şikayətləri veriblər. Onunla müvafiq izahedici söhbətlər aparılıb, həmçinin İnsan Hüquqları üzrə Müvəkkil tərəfindən və Ombudsmanın Milli Preventiv Qrupunun həkim üzvünün iştirakı ilə qəbul edilib və ona səhhətində problem yaşamaması üçün qida qəbulunu bərpa etməsi ilə bağlı söhbətlər aparılaraq müvafiq tövsiyələr verilib. Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkəmizdəki Ofisinin nümayəndələrinin onunla görüşünə şərait yaradılıb.
Bununla belə, onun səhhətinin daim həkim nəzarətində saxlanılması üçün o, istintaq təcridxanasının tibb məntəqəsinə yerləşdirilib, səhhəti sabit olub. Eyni zamanda xahişi ilə tanıdığı mülki sektorun həkimi Adil Qeybullaya onun müayinəsi, müalicəsi və sağlıq durumuna nəzarət edə bilməsi üçün orada lazımi şərait yaradılıb.
Adil Qeybulla müayinənin və müalicənin daha rahat və əlçatan olması üçün çalışdığı “City Hospital”ına T.Yaqublunun köçürülməsi ilə bağlı müraciət edib.
T.Yaqublunun səhhətinə qayğı ilə həssas yanaşılaraq və humanizm nümayiş etdirilərək o, mülki xəstəxanaya – “City Hospital”a köçürülüb.
A.Qeybullanın KİV nümayəndələrinə açıqlamasında bildirdiyi kimi, T.Yaqublunun müayinəsi və müalicəsi bilavasitə onun həkim nəzarəti altında “City Hospital”da davam etdiriləcək”.
araz.az

Fariz Rzayev nazir müavini təyin olundu

farizzXəbər verdiyimiz kimi Xarici işlər nazirinin müavini Nadir Hüseynov vəzifəsindən azad olunub.

Prezidentin Sərəncamı ilə Fariz Rzayev Azərbaycanın Xarici işlər nazirinin müavini təyin olunub.

XALQ.AZ xəbər verir ki, bu təyinadək Fariz Rzayev Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəis müavini vəzifəsində çalışıb.

Fariz Rzayev 1977-ci ildə Bakı şəhərində anadan olub. Bakı Sosial İdarətemə və Politologiya İnstitutundan beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından eyni ixtisas üzrə magistr dərəcəsinə malikdir. 2000-2013-cü illərdə Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən 2002-2005-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı, 2007-2012-ci illərdə Belçikadakı səfirliklərində çalışıb. 2-ci dərəcəli 1-ci katib diplomatik rütbəsinə malikdir. Fariz Rzayev 3 İyun 2013-cü ildə Azərbaycan Təhsil Nazirliyinin “Tələbə mübadiləsi və təhsilin inkişafı proqramları şöbəsi”nə müdir vəzifəsinə təyin edilib.Təhsil nazirinin 30 may tarixli əmri ilə Fariz Rzayev Tələbə mübadiləsi və təhsilin inkişafı proqramları şöbəsinə müdir vəzifəsinə təyin edilmişdir.  Təhsil nazirliyinin Aparat rəhbəri vəzifəsin çalışıb.

araz.az

“Proseslər taksi xidmətlərinin də inhisara alınacağına doğru gedir” – QUBAD İBADOĞLU

5e9d2dd26027a qub 696x465“Böyük ehtimalla, öncə taksi xidmətlərinin tarifi, sonra da ictimai nəqliyyatda, o sıradan da metroda gediş haqları qaldırılacaq”

“Bakı Nəqliyyat Agentliyinin (BNA) nümayəndəsinin “taksini gündəlik istifadə olunan nəqliyyat vasitəsinə çevirmək doğru deyil, bunun üçün müntəzəm sərnişin daşıma var” fikirlərinə müxtəlif mənbədən fərqli şərhlər yazılsa da, mən də özəl olaraq 2 qənaətimi bölüşmək istərdim”. araz.az xəbər verir ki, bu fikirlər Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğluna məxsusdur.

Beləliklə, iqtisadçı alim hesab edir ki, proseslər taksi xidmətlərinin də inhisara alınacağına doğru gedir: “Xatırlayırsınızsa, “pomidor taksi”lərin təqdimatı zamanı bundan sonra qiymətlərin bahalaşdırılacağını və istismar müddəti köhnə olan avtomobillərin xidmət bazarından çıxarılaraq, yeganə rəqabətli bazar olan taksi xidmətlərinin də inhisara alınacağını bildirmişdim. Yanılmamışam, proseslər ora doğru gedir”. Qubad İbadoğlu onu da əlavə edib ki, taksi xidmətlərinin bahalaşdırılması ictimai nəqliyyatda da gediş haqqının artırılacağı niyyətindən xəbər verir: “Böyük ehtimalla, öncə taksi xidmətlərinin tarifi, sonra da ictimai nəqliyyatda, o sıradan da metroda gediş haqları qaldırılacaq. Gözlənilir ki, ictimai nəqliyyatda gediş haqqı 50 qəpik olsun. Odur ki, bilin, BNA nümayəndəsi sözü heç vaxt havaya deməz, anında və məkanında işlədib. Bir sözlə, ayının min oyunu var, bir armudun başında”.

 

araz.az

6 -dən səhifə 120

Əlaqəli xəbərlər