Penitensiar Xidmət Tofiq Yaqublu ilə bağlı məlumat yaydı

1599990308 untitled 1Penitensiar Xidmət həbsdə olan müsavatçı Tofiq Yaqublu ilə bağlı məlumat yayıb.
 
araz.az-a  daxil olan məlumatda deyilir:
“Məhkəmənin qərarı ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Tofiq Yaqublu saxlanıldığı 3 saylı İstintaq Təcridxanasında qanunvericiliyə uyğun olaraq maddi-məişət şəraiti ilə təmin olunub, hüquqları məhdudlaşdırılmayıb, ailə üzvləri və vəkilləri ilə mütəmadi görüşüb və telefon vasitəsilə əlaqə saxlayıb.
T.Yaqublu məhkəmə qərarına etiraz olaraq qida qəbulundan imtina etdiyini bəyan edib, vəkilləri isə hökmdən apellyasiya şikayətləri veriblər. Onunla müvafiq izahedici söhbətlər aparılıb, həmçinin İnsan Hüquqları üzrə Müvəkkil tərəfindən və Ombudsmanın Milli Preventiv Qrupunun həkim üzvünün iştirakı ilə qəbul edilib və ona səhhətində problem yaşamaması üçün qida qəbulunu bərpa etməsi ilə bağlı söhbətlər aparılaraq müvafiq tövsiyələr verilib. Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkəmizdəki Ofisinin nümayəndələrinin onunla görüşünə şərait yaradılıb.
Bununla belə, onun səhhətinin daim həkim nəzarətində saxlanılması üçün o, istintaq təcridxanasının tibb məntəqəsinə yerləşdirilib, səhhəti sabit olub. Eyni zamanda xahişi ilə tanıdığı mülki sektorun həkimi Adil Qeybullaya onun müayinəsi, müalicəsi və sağlıq durumuna nəzarət edə bilməsi üçün orada lazımi şərait yaradılıb.
Adil Qeybulla müayinənin və müalicənin daha rahat və əlçatan olması üçün çalışdığı “City Hospital”ına T.Yaqublunun köçürülməsi ilə bağlı müraciət edib.
T.Yaqublunun səhhətinə qayğı ilə həssas yanaşılaraq və humanizm nümayiş etdirilərək o, mülki xəstəxanaya – “City Hospital”a köçürülüb.
A.Qeybullanın KİV nümayəndələrinə açıqlamasında bildirdiyi kimi, T.Yaqublunun müayinəsi və müalicəsi bilavasitə onun həkim nəzarəti altında “City Hospital”da davam etdiriləcək”.
araz.az

Fariz Rzayev nazir müavini təyin olundu

farizzXəbər verdiyimiz kimi Xarici işlər nazirinin müavini Nadir Hüseynov vəzifəsindən azad olunub.

Prezidentin Sərəncamı ilə Fariz Rzayev Azərbaycanın Xarici işlər nazirinin müavini təyin olunub.

XALQ.AZ xəbər verir ki, bu təyinadək Fariz Rzayev Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəis müavini vəzifəsində çalışıb.

Fariz Rzayev 1977-ci ildə Bakı şəhərində anadan olub. Bakı Sosial İdarətemə və Politologiya İnstitutundan beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından eyni ixtisas üzrə magistr dərəcəsinə malikdir. 2000-2013-cü illərdə Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən 2002-2005-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı, 2007-2012-ci illərdə Belçikadakı səfirliklərində çalışıb. 2-ci dərəcəli 1-ci katib diplomatik rütbəsinə malikdir. Fariz Rzayev 3 İyun 2013-cü ildə Azərbaycan Təhsil Nazirliyinin “Tələbə mübadiləsi və təhsilin inkişafı proqramları şöbəsi”nə müdir vəzifəsinə təyin edilib.Təhsil nazirinin 30 may tarixli əmri ilə Fariz Rzayev Tələbə mübadiləsi və təhsilin inkişafı proqramları şöbəsinə müdir vəzifəsinə təyin edilmişdir.  Təhsil nazirliyinin Aparat rəhbəri vəzifəsin çalışıb.

araz.az

“Proseslər taksi xidmətlərinin də inhisara alınacağına doğru gedir” – QUBAD İBADOĞLU

5e9d2dd26027a qub 696x465“Böyük ehtimalla, öncə taksi xidmətlərinin tarifi, sonra da ictimai nəqliyyatda, o sıradan da metroda gediş haqları qaldırılacaq”

“Bakı Nəqliyyat Agentliyinin (BNA) nümayəndəsinin “taksini gündəlik istifadə olunan nəqliyyat vasitəsinə çevirmək doğru deyil, bunun üçün müntəzəm sərnişin daşıma var” fikirlərinə müxtəlif mənbədən fərqli şərhlər yazılsa da, mən də özəl olaraq 2 qənaətimi bölüşmək istərdim”. araz.az xəbər verir ki, bu fikirlər Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğluna məxsusdur.

Beləliklə, iqtisadçı alim hesab edir ki, proseslər taksi xidmətlərinin də inhisara alınacağına doğru gedir: “Xatırlayırsınızsa, “pomidor taksi”lərin təqdimatı zamanı bundan sonra qiymətlərin bahalaşdırılacağını və istismar müddəti köhnə olan avtomobillərin xidmət bazarından çıxarılaraq, yeganə rəqabətli bazar olan taksi xidmətlərinin də inhisara alınacağını bildirmişdim. Yanılmamışam, proseslər ora doğru gedir”. Qubad İbadoğlu onu da əlavə edib ki, taksi xidmətlərinin bahalaşdırılması ictimai nəqliyyatda da gediş haqqının artırılacağı niyyətindən xəbər verir: “Böyük ehtimalla, öncə taksi xidmətlərinin tarifi, sonra da ictimai nəqliyyatda, o sıradan da metroda gediş haqları qaldırılacaq. Gözlənilir ki, ictimai nəqliyyatda gediş haqqı 50 qəpik olsun. Odur ki, bilin, BNA nümayəndəsi sözü heç vaxt havaya deməz, anında və məkanında işlədib. Bir sözlə, ayının min oyunu var, bir armudun başında”.

 

araz.az

Daxili İşlər Naziri cənab Vilayət Eyvazova və digər vəzifə sahiblərinə təşəkkür!

hjhuigyt656445r

Müəyyən çevrəyə də bəlli idi ki, 2019-cu ilin dekabr ayında soyadını və atasının adını dəqiq bilmədiyim Şahin adlı şəxs etibarımdan sui-istifadə etdi və məni ciddi bir problemlə üz-üzə qoydu.

O, qeyd olunan müddət ərzində heç bir iş görmədi, yaxud da görmək istəmədi. Belə olan halda həmin şəxsdən əlbəəl verdiyim pullarımı geri qaytarmasını tələb etdikdə, o, hər dəfə minbir bəhanlər danışdı və pullarımı geri qaytarmaqdan yayındı. Son anda həmin şəxs qaçıb gizlənməyi, sanki özü üçün vəziyyətdən çıxış yolu da hesab etdi. Belə olan halda məcburiyyət qarşısında qalıb 17 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikasının Daxili Işlər naziri, polis general-polkovniki cənab Vilayət Eyvazova rəsmi qaydada müraciət etmək qərarına gəldim və üz-üzə qaldığım belə bir problemi nəzarətə götürməsini, həmçinin aidiyyatı üzrə lazımi tapşırıq verməsini də xahiş etdim. Təqdirəlayiq hal o oldu ki, cənab Nazirin üz-üzə qaldığım problemin həlli yöndə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbərliyinə vermiş olduğu tapşırıq nəticəsində, adı çəkilən qurum əməkdaşlarının həyata keçirdikləri operativ əməliyyat tədbirləri çərçivəsində, bu işdə günahı olan şəxsə və şəxslərə heç bir zərər yetirilmədi və üz-üzə qaldığım problem 29 avqust 2020-ci il tarixdə öz həllini tapdı.
Sözsüz ki, indiyə kimi həm mənim, həm də eşitdiyim şifahi məlumatlara görə çoxsaylı vətəndaşların üz-üzə qaldıqları əksər problemlərin həllini tapmasında, cənab Vilayət Eyvazovun nazir vəzifəsinə təyinatından sonra, rəhbərlik etdiyi qurumda ciddi islahat proqramlarının həyata keçirilməsi, vətəndaşlarla polis əməkdaşları arasında əmələ gələn səmimi münasibətlərin və digər amillərin varlığı əsas səbəb oldu. Təbii ki, bu gün də atılan hər bir uğurlu addımın kökündə cənab Nazirin olduqca savadlı və peşəkar olması, qanunun aliliyini uca tutması, polis orqanlarının rəhbər şəxslərinə bütün müraciətlərə operativ baxılıb qanuni qərarların qəbul edilməsi, insanlara münasibətdə etik davranış qaydalarına ciddi əməl olunması, hər kəsin hüquq və azadlığının, qanuni mənafelərinin ən yüksək səviyyədə qorunması istiqamətində lazımi tapşırıq və tövsiyələrini verməsi, həmçinin digər çevik addımlarını atması da əsas rol oynamaqdadır. Yuxarıda qeyd etdiyim kimi, 17 iyul 2020-ci il tarixdə Daxili Işlər naziri, polis general-polkovniki cənab Vilayət Eyvazova rəsmi qaydada ünvanladığım müraciətim əsasında üz-üzə qaldığım problem, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının operativ addımları sayəsində 29 avqust 2020-ci il tarixdə öz həllini tapdı. Üz-üzə qaldığım problem ədalətli həllini tapdığı üçün şəxsən cənab Nazirə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis polkovniki cənab Əbülfət Rzayevə və problemin həllini tapmasında iştirak edən bu qurumun əməkdaşlarına xüsusi minnətdarlığımı bildirirəm və bundan sonra atacaqları hər bir addıma görə, onlara yeni-yeni uğurlar da arzulayıram. Bu gün öz şəxsimdə tam əminliklə deyə bilərəm ki, hər bir Azərbaycan vətəndaşının hüquq və azadlığının qorunması, qanuni mənafelərinin müdafiə olunması və s. güvənli əllərdədir. Mənim bir vətəndaş olaraq belə bir yanaşmama əsas səbəb, təqribən 9 (doqquz) ay ərzində üz-üzə qaldığım problemlə bağlı həyata keçirilən uğurlu əməliyyat tədbirlərinin müsbət sonluqla nəticələnməsi və digər amillərin varlığı oldu.
Bütün bunları nəzərə alaraq bir daha şəxsən cənab Vilayət Eyvazova, polis polkovniki cənab Əbülfət Rzayevə və problemin həllini tapmasında iştirak edən BMCMİ-nin əməkdaşlarına xüsusi təşəkkürümü bildirirəm.

Hörmətlə, Cəfəri Şirin Abbasqulu oğlu

“Gündəm Xəbər” müstəqil, ictimai-siyasi qəzetinin təsisçisi və baş redaktoru

Rusiyanın müdafiə naziri Bakıya gəlir – SƏBƏB

soyquRusiyanın müdafiə naziri Sergey Şoyqu Azərbaycana səfər edəcək. APA-nın məlumatına görə, müdafiə naziri Azərbaycanda keçiriləcək Dəniz kuboku ordu oyunlarının açılış mərasimində iştirak edəcək. Rusiya müdafiə nazirinin Azərbaycana səfərinin avqustun 24-də deyil, 25-də baş tutacağı gözlənilir.

Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, səfər Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə reallaşır.

Politoloq Elxan Şahinoğlu səfərlə bağlı fikirlərini bölüşüb:

-Rusiya prezidenti Vladimir Putun xarici siyasətdə qonşu dövlətlərlə əlaqələrə üstünlük verdiyini gizlətmir. Baltik ölkələri çoxdan Avropadadır, Moskvanın separatçılara verdiyi dəstəyə görə Ukrayna və Gürcüstanı itiriblər, ona görə yerdə qalanlarını özlərinə yaxın tutmağa çalışırlar.

Kremldə anlayırlar ki, Azərbaycan cəmiyyəti də Rusiyanın regional siyasətindən narazıdır və Türkiyə ilə strateji müttəfiqliyə üstünlük verir. Ancaq Kreml döyüşsüz təslim olmaq istəmir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilk səfərini Türkiyəyə reallaşdırdı, dərhal onu Moskvaya dəvət etdilər. Azərbaycanın və Türkiyənin müdafiə nazirləri qarşılıqlı səfərlər etdilər, indi də Rusiyanın müdafiə naziri Bakıya gəlir. Rusiyanın müdafiə naziri Sergey Şoyqu Azərbaycanda keçiriləcək dəniz kuboku ordu oyunlarının açılış mərasimində iştirak edəcək. Bu yarışlar nədirsə bizə faydası yoxdur, əks halda Ermənistanın Azərbaycana qarşı sərhəd təxribatından sonra Rusiya işğalçı dövlətə tonlarla hərbi yük daşımazdı.

araz.az

2 -dən səhifə 116

Əlaqəli xəbərlər