Improtex Motors şirkəti ilk dəfə BMW İ3 elektromobilini təqdim etdi

871380Improtex Motors şirkəti tam elektrik ekoloji cəhətdən təmiz və futuristik yeni BMW i3 avtomobilini Azərbaycanda təqdim etdi. Artıq bu gündən etibarən müştərilər daha yüksək enerji sıxlığı olan litium-ion hüceyrələrindən ibarət olan  94 A/s batareyası və 33 kVt/s enerji ehtiyatı olan, 170 a.g. və 250 Nm mühərrikli BMW i3 versiyasını sifariş edə biləcəklər. Pis hava şəraitində və ya kondisioner və istilik sistemləri işə salındıqda gündəlik istifadədə olsa da, yenilənmiş BMW i3 bir tam enerji yığımına ən az 200 km məsafə qət edə bilər.

BMW i3 100 km/s sürətini cəmi 7.3 saniyəyə sürətlənir. Yenilənmiş BMW i3 öz seqmentində 12,6 kvt/100 km enerji sərfiyyatı olan ən idman tərzli və effektiv elektromobildir. Yenilənmiş BMW i3 80-dən 120 km/s-ə qədər yalnız 5,1 saniyə ərzində sürətlənməyə qadirdir və əmin ötmələri həyata keçirməyə imkan verir. Əvvəllər bu cür sürətlənmə vaxtını yalnız daxili yanma mühərrikləri olan avtomobilləri nümayiş etdirə bilərdilər.

BMW i3 öz seqmentində yeni oriyentirlər təyin edir və özündə inanılmaz effektivliklə bütün BMW avtomobillərinə xas olan və yalnız elektrik enerjisi ilə 300 km-də gediş ehtiyatını sürücülük zövqü ilə birləşdirir. BMW i3 enerji işlətməsi təkmilləşdirilmiş detalların sayəsində əhəmiyyətli dərəcədə azaldılıb, o cümlədən elektrik mühərrikin idarəetmə sistemi və aşağı müqavimət göstərən ən yeni şinlər. NEDC testlərinə görə, yenilənmiş BMW i3 100 kilometrə cəmi 12,6 kVt/saat sərf edir və öz seqmentindəki bütün rəqiblərdən daha effektivdir. BMW i3 50 kvt gücündə daimi cərəyanla doldurulma imkanına malikdir. Daimi cərəyanla tez doldurulması üçün uyğunlaşdırılmış müasir enerji doldurma stansiyaları BMW i3 batareyasını 40 dəqiqədən az müddətdə 80% -ə qədər doldurur.

Əlavə olaraq baza komplektasiyasında BMW i3 sahibləri kameralı və Stop&Go funksiyalı kruiz-kontrol, tıxaclarda hərəkət zamanı kömək, sürət məhdudiyyəti haqqında məlumat, şəhərdə avtomatik dayanma funksiyası olan qəza hallarının və piyadaların vurmasının qarşısının alınması sistemi, eləcə də yollarda intellektual yardım sistemi olan Driving Assistant Plus paketini əldə edirlər.

BMW i3-in zəngin baza avadanlıqlarına iDrive əməliyyat sistemi, çoxfunksiyalı BMW iRemoteApp, köməkçi qızdırıcı, sürücülük rejimini dəyişdirmə, radio Professional, kondisioner, dəri sükan, LED gündüz işıqlar, arxa bamper sensorları ilə park etmə sistemi Park Distance Control daxildir, həmçinin adi rozetkaya qoşulmaq üçün doldurma kabeli daxildir.

BMW i3 avtomobilləri ilə A. Salamzadə 33 ünvanda yerləşən "İmprotex Motors(əlaqə: 050-207-17-60 / 050-207-17-80 / 050-207-17-90) və ya Ə. Əlizadə 5 ünvanında yerləşən "İmprotex Motors Exclusive" də (əlaqə: 050-250-17-70) salonunda tanış olmaq mümkündür. Bu modelin alıcıları sürətli enerji yığma cihazını hədiyyə olaraq alacaqlar. Artıq bu ildən etibarən brend həvəskarları həmçinin Hibrid modellərini də əldə edə bilərlər.

 

 

 

 

Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.

 
 
 

Bakıda və bölgələrdə "od tutub yanan" bağ evi qiymətləri

871542Yay mövsümünün bitməsinə az vaxt qalmasına baxmayaraq, Bakıda və bölgələrdə kirayə qiymətləri yüksəkdir.

Trend xəbər verir ki, ötən illə müqayisədə bu il bağ evlərinin kirayə qiymətləri 2-3 dəfə artıb. Qiymət artımı ən çox Bakıda hiss olunur. Tətbiq olunan karantin rejimi, rayonlara gediş-gəlişin məhdudlaşdırılması Bakıda istirahət etmək istəyənlərin bağ evlərinə təlabatını artırıb. Təlabatın artdığını görən əmlak sahibləri isə qiymətləri yüksəldirlər.

Hazırda Bakıda bağ evlərinin günlük kirayə qiymətləri ən ucuz 150-200 manatdan başlayır. Bağ evinin qiyməti evin yerləşdiyi əraziyə, hovuzun böyüklüyünə, avadanlıq təchizatına və dənizə yaxınlığına görə dəyişir.

Bağ evini aylıq kirayələmək istəyənlər isə daha çox xərc çəkməlidirlər. Bakıda bağ evlərinin aylıq ən ucuz kirayə qiymətləri 2 min manatdan başlayır və 14 mindən də yuxarı qiymətlərə də rast gəlmək olur.

Bölgələrdə isə Bakıya nisbətdə daha münasib qiymətlərə kirayə mənzil tapmaq mümkündür.

Ölkə əhalisinin ən çox üz tutduğu bölglərimizdən olan Qəbələdə kirayə evlərin günlük qiyməti 100-300 manat arası təşkil edir. Daha yüksək qiymətə də evlər mövcuddur.

Qubada isə Qəbələ ilə müqayisədə qiymətlər daha ucuzdur, burada günü 50 manata da bağ evi tapmaq mümkündür. Digər istirahət üçün əlverişli bölgələrimizdə də qiymətlər bu civardadır.

Qeyd edək ki, kirayə bağ evlərində qiymətlər sövdələşmədən asılı olaraq da dəyişə bilir. Belə ki, ev sahibləri qalacağınız günün sayının çoxluğuna görə qiymətdə müəyyən qədər endirim də təklif edirlər.

araz.az

iOS əməliyyat sisteminin Azərbaycan üzrə bazar payı açıqlanıb

870966Smartfon əməliyyat sistemlərinin Azərbaycan üzrə bazar payı açıqlanıb.

 ted.az- bildirir ki,  Global Stats analitik şirkətinin məlumatına əsasən, Azərbaycanda istifadəçilər arasında ən populyar Android əməliyyat sistemidir.

Android əməliyyat sisteminin ötən ay ölkə üzrə bazar payı 85.76% olub. iOS əməliyyat sistemi isə böyük fərqlə bazar ikincisi olub, onun bazar payı  13.74% təşkil edib.

Samsung, Series 40, Nokia və Windows əməliyyat sistemləri isə 0,3-0,6% bazar payına sahibdir.

Dünya üzrə göstəricilər fərqlidir Android - 74.6%, iOS - 24.82%, Samsung - 0.21%, KaiOS - 0.1%, Windows - 0.04%.

araz.az

Mobil operatorlar 5G internetinin real sürətini açıqlayıblar

8709534G şəbəkəsi ilə müqayisədə yeni nəsil 5G şəbəkəsinin diqqət çəkən sürətdə bağlantı təqdim edəcəyi gözlənilir. Hətta bəzi elektronika istehsalçıları bir neçə müddət bundan öncə 5G şəbəkəsində rekord sürət (saniyədə 4.3 Gbit) əldə etmişdilər. Lakin test çərçivəsinin kənarında 5G şəbəkəsinin sürəti daha aşağıdır. Cənubi Koreyanın aparıcı mobil operatorları 5G şəbəkəsinin faktiki imkanlarından danışıblar. Hətta aşağı səviyyədə də onun nəticələri diqqət çəkir. Bu barədə Zdnet.com saytı xəbər verib. Təqdim olunmuş statistika bu ilin yanvar ayından iyun ayına kimi yığılıb.

Statistikanın yığılmasında isə 3 telekommunikasiya şirkəti iştirak edib: SK Telecom, KT və LG Uplus. Beləliklə statistikaya əsasən SK Telecom-un 5G şəbəkəsində yüklənmə sürəti saniyədə 789 Mbit, KT-nin 5G şəbəkəsində saniyədə 652 Mbit, LG Uplus-ın 5G şəbəkəsində isə saniyədə 528.6 Mbit təşkil edib. İnsanların çox olduqları yerlərdə faylların yüklənmə sürəti ortalama saniyədə 654 Mbit təşkil edib. Bu tədqiqat kitabxanalar, universitetlər, parklar, xəstəxanalar, terminallar, metro və sərgi mərkəzləri də daxil olmaqla ölkənin 11.000 nöqtəsinin pik vaxtında aparılıb.

araz.az

Mercedes-Benz EQS modeli 700 kilometrlik yürüş məsafəsinə malik olacaq - FOTO

867501Mercedes-Benz EQS seriya elektromobili dolu batareya ilə 700 kilometr (WLTP) məsafə qət edəcəkdir. Bunu, koronavirus səbəbi ilə onlayn şəkildə keçirilən Daimler AG konsernin səhmdarlarının illik toplantısı zamanı, konsernin rəhbəri Ola Kallenius söyləyib.

autograph.az bildirir ki, Mercedes-Benz EQS modeli üçün batareyalar, Daimler konserninin törəmə müəssisəsi olan Accumotive şirkəti tərəfindən alman avtomobil nəhənginin ən qocaman müəssisələrindən olan Mercedes-Benz Untertürkheim zavodunda istehsal ediləcəkdirlər. 2019-cu ilin Vision EQS konseptinə nəzər salsaq, S-Class sedanının elektrik analoqu kimi mövqeləndirilən modelin (ayrı platformada qurulsa da) 100 kilovat-saatlıq akkumulyatorlar blokuna sahib olacağını söyləmək gərəkdir.

Ən vacibi isə, EQS modeli 350 kilovatlıq yükləməni dəstəkləyəcəkdir. Hazırda belə yükləmə gücünü inşasında Daimler konserninin də iştirak etdiyi Ionity şəbəkəsinin terminalları təmin edir. Nəticə etibarilə, batareyanın 80 faizinin (istehsalçıların əksəriyyətinin hədəf aldığı) doldurulmasına 20 dəqiqədən az vaxt sərf ediləcəkdir.

700 kilometrlik yürüş ehtiyatı bu sinif üçün rekord göstəricisi olmağa namizəddir. Müqayisə üçün, Avropada sertifikatlaşdırılmış ən "uzun mənzilli" Tesla Model S elektrokarının yürüş ehtiyatı WLTP dövrünə əsasən 610 kilometr təşkil edir. Döğrudur, bir müddət bundan əvvəl Amerikanın Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) Tesla Model S Long Range Plus modelini rəsmi olaraq 402 mil (647 km) məsafə qət edə bilən elektrik avtomobili olaraq tanıyıb. Qeyd etmək gərəkdir ki, ABŞ-dakı sınaq üsulu Avropada tətbiq edilən yeni metodikadan daha sərtdir.

Ümumiyyətlə, Tesla hələ də bu seqmentdə lider sayıla bilər. Eyni zamanda, Mercedes-Benz EQS modelindən əlavə, İlon Maskın elektrik liftbeki yeni Jaguar XJ və BMW 7 Series sedanları ilə də rəqabət aparmalı olacaqdır. Audi şirkəti flaqman A8 sedanının tam elektrikləşdirilməsindən imtina etsə də, onun əvəzinə iki iri elektromobili - e-tron GT (Porshe Taycan modelinin analoqu) və A9 e-tron adlandırılan elektrokarları hazırlayır.867501 02

 867501 03

araz.az

“WhatsApp”da göndərilən mesajların doğruluğunu yoxlamaq mümkün olacaq

whatsapp phone 696x392“WhatsApp”a göndərilən mesajların məzmununun doğruluğunu yoxlamağa imkan verən yeni funksiya əlavə edilib. Qeyd edildiyi kimi, istifadəçi mesajın “mavi quş” işarəsinin yanındakı böyüdücüdən istifadə edərək, onun məzmuna dair digər məlumatları “Google”da axtarıb tapa biləcək.

 “Vesti.ru” xəbər verir ki.

“Bu funksiya mesajın brauzerdən istifadə edərək yüklənməsi sayəsində işləyir”, – tərtibatçılar qeyd edirlər. Məsələn, istifadəçiyə sarımsağın koronavirus infeksiyasından qorunmağa kömək etdiyini bildirən mesaj göndərilsə, o bu informasiyanın doğruluğunu axtarış sistemi vasitəsi ilə yoxlaya bilər.

Bu gündən etibarən yeni funksiya Braziliya, Böyük Britaniya, İtaliya, İspaniya, İrlandiya, Meksika və ABŞ-da əlçatandır.

Xatırladaq ki, aprel ayında tətbiq “mavi quş” ilə işarələnmiş mesajları eyni anda yalnız bir söhbət otağına göndərməyə icazə verib. Bu tədbir, xüsusilə də koronavirus pandemiyası dövründə yalan məlumatların yayılmasını ləngitmək məqsədini daşıyırdı. Nəticədə, funksiya tətbiq edildikdən bir ay sonra “WhatsApp”da təkrar göndərilən mesajların sayı 70% azaldı.

Bildirildiyi kimi, “WhatsApp” daim dezinformasiya ilə mübarizə aparan tətbiqlərdən biridir. Məsələn, 2018-ci ildə tətbiq təkrar göndərilən mesajları xüsusi oxla işarələməyə başlayıb. Bir müddətdən sonra “WhatsApp” mesajı beş nəfərdən çox istifadəçiyə təkrar göndərməyi qadağan etdi.

 

 

 

 

araz.az

Dünyanın yarısını məhv edəcək qlobal fəlakət – Vaxt açıqlandı

felaketYaxın yüz ildə dünyanı sel basacaq.

Turkustan.info-nun məlumatına görə, bu barədə “Nature” jurnalında dərc edilən elmi məqalədə bildirilib.

Mütəxəssislərin sözlərinə görə, hər il leysan, daşqın və sel kimi fətii fəlakətlərin sayı artır, onlar daha da dağıdıcı hal alırlar. 2100-cü ilə kimi qurunun böyük bir qismi su altında qalacaq.
Sahilyanı ərazilərin isə 50 faizi batacaq.
Alimlərin sözlərinə görə, batmaq riski ən yüksək olan ərazilər dəniz səviyyəsindən 10 metrə kimi yüksəklikdə yerləşənlərdir. Ən pis ssenaridə 287 milyon insan tələf ola bilər. Bu həm də 14 trilyon dollarlıq ziyan deməkdir.
Risk qrupuna daxil olan ərazilər kimi ABŞ-da Virciniya, Merilend, Şimali Karolina ştatları, Asiyada Hindistanın, Banqladeş, Çinin bəzi sahilyanı əraziləri, eləcə də Fransa və Almaniyanın şimal hissəsi göstərilir. Ən böyük ziyan isə Böyük Britaniyaya dəyə bilər.  
araz.az

1 -dən səhifə 38

Əlaqəli xəbərlər