“Akademiya öz tələbələrinin ölkəmiz və cəmiyyətimiz üçün yararlı vətəndaş olmasında xüsusi rol oynayır”
Dövlət Gömrük Komitəsinin Akademiyasının "İqtisadiyyat" ixtisası üzrə builki məzunlarından biri Eldar Əliyev 1999-cu ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhəri Nizami rayonu Məzahir Rüstəmov adına 32 saylı tam orta məktəbdə alıb. 2016/2017-ci tədris ilində Dövlət İmtahan Mərkəzi tərəfindən ali məktəblərə keçirilən qəbul imtahanında 591 bal toplayaraq Dövlət Gömrük Komitəsinin Akademiyasının "İqtisadiyyat" ixtisasına qəbul olub. 2019/2020-ci tədris ilində buraxılış işini uğurla müdafiə edərək Gömrük Akademiyasını "Fərqlənmə diplomu" ilə bitirib.