MÜHARİBƏ VƏ PANDEMİYANIN ÇƏTİNLƏŞDİRDİYİ BU DÖVRDƏ İNAMLA İŞLƏYƏN "MEDERA" HOSPİTALIN FƏDAKAR TİBB PERSONALININ ƏMƏYİ QİYMƏTSİZDİR 

WhatsApp Image 2021 01 17 at 03.59.32

BU HOSPİTALIN GÜVƏNƏ BİLƏCƏYİMİZ TAM PROFİLLİ BİR TİBBİ XİDMƏT MƏRKƏZİ OLDUĞU DANILMAZDIR

 Ötən ilin sentyabr ayının 27-də başlayan və müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında, mənfur düşmənlə inamla vuruşan rəşadətli Milli Ordumuzun dünya tarixinə qızıl hərflərlə yazılan möhtəşəm qələbəsiylə başa çatan 44 günlük Vətən Müharibəsində yaralanan, eləcə də bütün dünyanın amansız müharibə adlandırdığı koronavirus pandemiyası dövründə xəstəlik tapan doğma-yaxınlarımıza baş çəkmək üçün, hamı kimi, biz də, ölkəmizin bir çox xəstəxanalarında oluruq. Bu ağır günlərdə dərd çəkənlərin kədərli gözlərinin daha çox həkimlərə, tibb işçilərinə və digər səhiyyə mütəxəssislərinə dikildiyini görürük. Həm bu təhlükəli virusa yoluxanların, həm də müharibədə ağır yaralananların tezliklə sağalacaqları yönündə ümidlər yalnız onlaradır.WhatsApp Image 2021 01 17 at 03.59.38
Mətbuat əməkdaşları olaraq, müşahidə də apardığımız əksər tibb müəssisələrində ümid yerinə çevrilən bacarıqlı həkimlərin və səriştəli tibbi personalların gördükləri miqyası olduqca böyük ürəkaçan işlərə şahidlik edirik. Demək olar ki, onlar da, Vətən Müharibəsinin qəhrəmanlarına çevrilən fədakar hərbçilərimiz kimi, savaş meydanlarına xas həddən ziyadə ağır və mürəkkəb şəraitə uyğun gərgin əmək sərf edərək, sutkalar ərzində gecə-gündüz fasiləsiz çalışırlar -- bu yaxınlarda bir daha olduğumuz paytaxt Bakının Əcəmi Naxçıvani küçəsi, 53 ünvanında yerləşən "MedEra" Hospitalın kollektivi kimi! 
Bu barədə təəssüratlarımızı yazmaqdan öncə, xüsusi olaraq onu vurğulamaq istəyirik ki, "MedEra" Hospitalda müharibə və pandemiyanın çətinləşdirdiyi bu dönəmdə belə, insanların sağlamlığını qorumağa hər zaman hazır, bütün fəaliyyətlərini bu sahə ilə bağlayaraq, həyatlarını qədim, nəcib və xeyirxah bu işə həsr etməkdən rahatlıq tapan əməyi qiymətsiz həkimlər və fədakar tibbi personal var. Ümumiyyətlə, bu hospitalın bütün həkimləri və tibbi personalı daim pasiyentlərinin etibarını doğrultmağa, xəstələrinin sağalması üçün var-güclərini ortaya qoymağa, məqsədlərinə çatmaq üçünsə, təkcə əldə etdikləri nailiyyətləri ilə kifayətlənməyərək, öz imkanlarını davamlı olaraq genişləndirməyə çalışırlar. Bu tibb müəssisəsinin vaxtaşırı müasir tibbi avadanlıqlarla təmin olunmasının, maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsinin və infrastrukturunun yeniləşdirilməsinin, daim, ona rəhbərlik edən bacarıqlı və səriştəli kadrların diqqətləri mərkəzində olmasının nəticəsidir ki, onun fəaliyyətini, ölkəmiz üçün çox həssas olan, olduqca gərgin və ağır keçən belə bir dönəmdə də, yüksək səviyyədə qurmaq mümkün olur.WhatsApp Image 2021 01 17 at 03.59.54 
Virusun yayılmağa başladığı və Vətən Müharibəsinin getdiyi vaxtlarda, dövlət başçısının ciddi tapşırıqlarına əsasən, bu hospitalda zəruri qabaqlayıcı, profilaktik və təxirəsalınmaz tədbirlər görülüb, kollektivi əhalini bu təhlükəli xəstəlikdən qorumaq, ağır yaralı əsgər və zabitlərimizin həyatını xilas etmək yolunda ən ağır çətinliyə belə hazır olub. Bunun təsdiqi kimi, yalnız onu demək kifayətdir ki, hospitalın 13 nəfər həkimi, 14 nəfər tibb bacısı və tibb qardaşı Vətən Müharibəsi başlayandan bu gündək, könüllü olaraq, Silahlı Qüvvələrin hərbi hospitalında təmənnasız çalışır, düşmən gülləsinə tuş gələn qəhrəman oğullarımızı təkrar həyata qaytarmaq üçün, gecəli-gündüzlü çalışmaqdan rahatlıq tapırlar. Bu çətin dönәmdә gecәlərini gündüzlərinә qatan, aylarla ailәlərindәn, sevdiklәrindәn uzaqda qalan bu tibb işçilərinin qiymətsiz işlərinin və fədakarlıqlarının əvəzini isə, heç nə ilə ödəmək olmur. Hətta doğma-yaxınlarımızı, millətimizin qəhrəman oğullarını ölüm pəncəsindən xilas etmək üçün gecə-gündüz çalışan, fədakarlıqları heç bir ölçüyə sığmayacaq qədər böyük olan bu insanların çəkdikləri əziyyətləri bir neçə cümlə ilə ifadə etmək də mümkün deyil. Çünki onların savaş iştirakçılarının həyatda qalmaları üçün göstərdikləri bu fədakarlıq, əslində, ölçüyəgəlməz qiymətə və minnətdarlığa layiq böyük bir missiya təsiri bağışlayır. 
Bəli, "MedEra" kollektivinin ürəkaçan işlərində dəfələrlə şahidlik etdiklərimiz, bizim, bu xəstəxana kompleksinin millətimizin güvənə biləcəyi tam profilli bir tibbi xidmət mərkəzi olduğu qənaətinə gəlməyimizə əsas verir. Həm də ona görə ki... 
...Xəstə doğma-yaxınlarımıza baş çəkib, onların vəziyyətlərini bilmək üçün, əvvəllər də, cəmiyyətin yaxşı yöndən tanıdığı xəstəxanalarımızda çox olmuşuq, -- hətta xarici ölkələrin tanınmış tibb müəssisələrində də, -- elə, həmin tibb ocaqlarındakı hərtərəfli yüksək şəraiti, insanlara qarşı xoş rəftarı və səmimi münasibəti "MedEra" Hospitalda da görməyimiz, bizi, əlimizə qələm götürməyə, bu qabaqcıl və fədakar tibbi kollektiv barəsində xoş təəssüratlar yazmağa vadar edir. Bu zaman, öncə, gözlərimiz önündə qapısını açıb, içərisinə girdiyimiz bu hospitalın dizaynı insana rahatlıq gətirən, onda xoş ovqat yaradan foyesi açılır. Sonra ağ xalatlıların hospitalın hər tərəfindən gələn mülayim səslərini eşidirik. Onlar içəri daxil olan pasiyentlərlə xoş-beşdən, gəlişlərinin məqsədini biləndən sonra: "Xoş gəlmişsiniz!" -- deyə, onları otaqlarına dəvət edir, əyləşmələri üçün yer göstərirlər. Az sonra bizi də içəri dəvət edib, qəbullarında olmuş xəstələrinə aid nəzərdən keçirdikləri kağızları, diaqnozları masalarının bir qırağına qoyaraq, maraqlı söhbətə başlayırlar... WhatsApp Image 2021 01 17 at 04.02.18
Elə, səmimi münasibətləri bizdə xoş ovqat yaradan həmin işçilərinin müşayəti ilə də, hospitalı dörd bir yandan "ələk-vələk edir", buradakı fərəhverici çox şeylərin şahidi oluruq. Dəhlizlərindəki, otaqlarındakı, palatalarındakı insanlar əzizlərini, doğmalarını, tanışlarını yenidən həyata qaytaran, öz sağlamlıqlarına qovuşduran həkimlərə, eləcə də digər tibb işçilərinə daha xoş sözlərlə minnətdarlıq etməyə çalışır, həyəcandan yalnız: "Sizin qızıl əlləriniz var!" – deməyi bacarırlar.
Doğrudan da, burada çalışanlar öz peşələrinin mahir biliciləri olmaqla yanaşı, həm də həssas, qayğıkeş insanlardır. Onlar xəstələri təkcə cərrah bıçağıyla, dərmanla deyil, mehriban sözlərlə, səmimi münasibətlə də sağaltmağa qadirdirlər.
Bunu görüb, deməyə və yazmağa adi insan duyumu belə kifayət edir. Buna baxmayaraq, həkim iynəsindəki, cərrah biçağındakı ümid işığına iman gətirən bu insanların qəlbindən keçən minnətdarlıq duyğularını sözlə ifadə etmək bizim üçün d6 olduqca çətin olur...WhatsApp Image 2021 01 17 at 04.03.34
...Təcili yardım maşınının səsi həkimlərlə söhbətimizi yarımçıq kəsir və onların ovqatlarını dəyişir. Cəbhədə gedən ağır döyüşlər zamanı ağır yaralanıb, əvvəllər bu hospitalda müalicə olunmuş bir qazimizi, yenə də, bura gətirmişdilər və deyəsən, halı pis idi. Təcili cərrahiyyə əməliyyatı lazım olduğundan, qazi tezliklə cərrahiyyə stoluna çıxarıldı... Elə, Baş həkimin icazəsiylə, cərrah bıçağını əllərinə alıb, əməliyyata Böyük Allahın adı və "Bismillah"la başlayan, alınlarından puçur-puçur tər axan həkimlərin bu gərgin işinə də şahidlik etdik.
 
Gərginlik nə qədər çox idisə, nə yaxşı ki, onlar, olduqca çətin bu işlərini də nikbin bir əhvalla başlayıb, uğurla başa çatdıra bildilər. Bir sözlə, bir neçə saatlıq əməliyyatdan sonra, onların üz-gözlərindən sevinc duyulurdu. Elə, bu sevinc hissləriylə də, həkimlər bizimlə söhbətlərini davam etdirdilər. Söhbət zamanı, görkəmlərindən alicənablıq, əsl ziyalılıq, müdriklik yağan, üzlərindəki qibtə ediləcək xoş təbəssümləri, bir də, xüsusilə loğmanlara xas digər cizgi və keyfiyyətləri bizdə xoş təəssüratlar oyadan ali dəyərlərə malik bu təcrübəli tibb işçiləri ilə nələrdən söhbət etmədik... WhatsApp Image 2021 01 17 at 04.03.34 2
       
Həmsöhbətlərimiz xüsusi olaraq onu vurğuladılar ki:
     
-- Son illər Azərbaycan səhiyyəsində də qürurverici uğurlu nəticələrin qazanıldığı danılmazdır. Artıq, ölkəmizi beynəlxalq miqyasda təmsil edən tanınmış tibb xadimləri, səhiyyə işçilərimiz zamanla həmahəng addımlayaraq, əhaliyə tibbi xidmətin səviyyəsini daha da yaxşılaşdırmaq üçün çalışırlar; WhatsApp Image 2021 01 17 at 04.03.35
-- Ölkəmizin səhiyyə sisteminin keyfiyyətcə yeni dövrün tələblərinə uyğunlaşdırılması, əhalinin sağlamlığının etibarlı təminatına imkan verən müasir tibb infrastrukturunun yaradılması hazırda Azərbaycanda həyata keçirilən sosialyönümlü siyasətin mühüm tərkib hissəsinə çevrilib. Bu istiqamətdə ardıcıl və sistemli olaraq reallaşdırılan islahatların nəticəsi kimi, son illərdə ölkədə səhiyyə sisteminin maddi-texniki bazası və infrasturukturu yeniləşir, ən müasir texnologiyaların tətbiqi vətəndaşlara göstərilən xidmətin səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsini təmin edir;WhatsApp Image 2021 01 17 at 04.04.58
-- Azərbaycan prezidentinin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir, bu sahəyə dövlət qayğısı ildən-ilə artırılır. Azərbaycanın dövlət büdcəsinin ildən-ilə artımı da, səhiyyə sistemində insanların mənafeyinə xidmət edən islahatları inamla davam etdirmək imkanı yaradır. Bir sözlə, bütün bunlar respublika prezidenti möhtərəm İlham Əliyev cənablarının daim diqqətindədir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da ölkə səhiyyəsindəki durumla daim yaxından maraqlanır; WhatsApp Image 2021 01 17 at 04.04.58 1
-- Məhz bu deyilənlərin nəticəsidir ki, tanınmış qabaqcıl tibb müəssisələrində olduğu kimi, bizim hospitalda da, bütün cərrahi, terapevtik və diaqnostik ixtisaslar üzrə fəaliyyət göstərən peşəkar həkimlərin qəbuluna yazılmaq çətin deyil. Yüksəkixtisaslı, təcrübəli və qayğıkeş belə həkimlərimiz insanların qorunması üçün, onlara keyfiyyətli tibbi yardım göstərməyə hər zaman hazırdırlar. Tibb bacılarından tutmuş, rəhbər şəxslərinə qədər hamının işə məsuliyyətləri hesabına, "MedEra" Hospital, bütün xidmətləri əhatə edən fəaliyyəti ilə, tam profilli tibbi mərkəz kimi özünü təsdiqləyib;WhatsApp Image 2021 01 17 at 04.04.59
-- Bizim hospitalımızda tətbiq olunan yüksək tibbi texnologiyalar insan həyatını xilas etməyə və sağlamlığını qorumağa tam şəkildə imkan verir. Niyə də verməsin ki?!. Axı, hospitalımız da dünya şöhrətli istehsalçıların müasir tibbi avadanlıqları ilə təmin olunur. Lakin bu da əsas deyil, ən böyük dəyəri burada çalışan, öz sahələrinin yüksək səviyyəli peşəkarları olan tanınmış mütəxəssislərdir. Bir də ki, bizim hospitalda Azərbaycan tibbinin ən vacib qollarından olan şöbələr də fəaliyyət göstərir;
-- Məhz əldə etdiyi böyük uğurlarına və nailiyyətlərinə görədir ki, "MedEra" Hospital tibb sahəsindəki müxtəlif mükafatlara layiq görülüb. Fəaliyyət göstərdiyi sahədə bu mükafatları almaq isə, şərəfli, eyni zamanda, böyük zəhmət tələb edən bir vəzifədir. Bunun üçün hospitalımızın bütün kollektivi, təkcə əldə etdikləri nailiyyətlərlə kifayətlənmir, üstəlik, öz imkanlarını davamlı olaraq genişləndirir, pasiyent etibarını daim doğrultmağa çalışır. Bütün bunlar isə, pasiyentlərə daha keyfiyyətli xidmət göstərməyə və ümumi işin təkmilləşməsinə yaxından kömək edir;WhatsApp Image 2021 01 17 at 04.04.59 1    
-- Biz, tibbin inkişaf etdiyi xarici dövlətlərdə olmuş, müalicə və müayinə proseslərində iştirak etmiş, həyata keçirilən hər növ əməliyyatların şahidi olmuşuq. Yalnız onu demək kifayətdir ki, bizim hospitalın laboratoriyasında aparılan analizlər, həmin dövlətlərin xəstəxanalarında aparılan analizlərlə müqayisə ediləndir; Eləcə də, həyata keçirilən digər tibbi əməliyyatlar. Bir sözlə, hospitalımızın rəhbər heyətinin və bütün tibbi personalının qiymətsiz birgə gərgin əməkləri sayəsində burada yaradılan yüksək şərait, heç də, tibbi inkişaf edən xarici dövlətlərin ən qabaqcıl tibb müəssisələrindən belə geri qalmır...
...Bəli, elə, "MedEra" Hospitalla ilkin tanışlıq zamanı da, onun xarici ölkə xəstəxanalarından geri qalmadığını görmək mümkün olur. Elə, bunlara görə də, yəni, tibbin ən son texnoloji imkanlarından yararlanmaq, ən müasir metodlarından istifadə edərək, müayinə və müalicə olunmaq istəyənlər “MedEra” hospitala üz tuta bilərlər. Hamı bilsin ki, bu hospitalın tibbi personalı öz xəstələrinin sağalması üçün var gücləri ilə çalışır, onların hər birinə eyni qayğı və diqqətlə yanaşır, mövcud olan bütün resurslardan istifadə edərək, onlara yüksək səviyyədə xidmət göstərir. Bir sözlə, tibb işçisi kimi, hospitalın bütün həkimləri və tibbi personalı məsuliyyətin fərqindədirlər. Elə, buna görədir ki, onlar hər bir xəstəliklə mənfur düşmən kimi vuruşur, onlara qalib gələcəklərinə inanaraq, savaş meydanında olduğu kimi mübarizə aparır, xəstələri təkrar həyata qaytarmaq üçün, var güclərini ortaya qoyurlar.WhatsApp Image 2021 01 17 at 04.04.59 2 
..."MedEra" hospitalın palatalarını, laboratoriyalarını, həkim otaqlarını... gəzərkən, burada yaradılan ideal şəraitin, xəstələrə göstərilən yüksək səviyyədə diqqətin və qayğının şahidi oluruq. Burada çalışanların çöhrələrindəki nuru görüb,  pasiyentləri adından dərin minnətdarlıqla, onların sağlamlıqları üçün müraciət etdikləri bu savadlı, təcrübəli həkimlərə, eləcə də onları əhatə edən mehriban tibb bacılarına və tibb qardaşlarına mətbuat vasitəsilə: “Çox sağ olun!” -- deməkdən başqa söz tapmırıq. Bu yerdə, onlara, həm də öz böyük minnətdarlığımızı çatdırmağı özümüzə borc bildik...            
...Yenə, "MedEra" Hospitala toplaşan  insanlarla bir aradayıq. Bura, sözün həqiqi mənasında, qaynar bir qərargaha bənzəyir. Həkimləri və digər tibbi personalı xəstələri, onların yaxınlarını dinləyib, bəzilərinə məsləhət, bəzilərinə təskinlik verərək, dərdlərinə şərik çıxırlar. Bir sözlə, onlar hər kəsi qayğı, mərhəmət dolu baxışlarıyla razı salmağa çalışırlar.
Hər kəsin taleyini Böyük Allahın yazdığını bilirik. Onu da bilirik ki, insan əməlləri ilə öz ömür yolunu gözəlləşdirir, cəmiyyət isə, onu dəyərləndirir. Burada çalışanlar da, cəmiyyət tərəfindən öz dəyərlərini almış insanlardır. Qoy, Ulu Tanrı onların qəlbinin hərarətini, mərhəmətini, şəfasını heç zaman azaltmasın! Bu xoş ovqatla, bu xoş arzularla da, günortayadək qonağı olduğumuz "MedEra" Hospitaldan ayrılırıq...
 
WhatsApp Image 2021 01 17 at 04.06.04
 
Malik MİRZƏ, 
Məhi ELSEVƏR,
Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbirləri.
     
REDAKSİYADAN:
 
Yuxarıda yazdıqlarımız "MedEra"  Hospitalda bizim şahidl olduqlarımızın yekun nəticəsi yox, bu tibb mərkəzində müalicə alan pasiyentlərin və onların yaxınlarının buradakı tibbi xidmətin səviyyəsini özündə əks etdirən münasibətlərinin kiçik bir xülasəsidir. Redaksiya olaraq, araz.az xəbər portalı, bu tibb müəssisəsi haqqında daha geniş və maraqlı bir yazını bu yaxınlarda dərc etməyi planlaşdırır. İndi isə, xüsusi olaraq yalnız onu vurğulayırıq ki, doğrudan da, "MedEra" Hospitalda işləyən və ən müasir tibbi biliklərə yiyələnən savadlı həkimlərin peşəkarlığı, burada insanlara göstərilən yüksək səviyyəli səhiyyə xidməti, pasiyentlərə qarşı xoş rəftar və diqqət, haqlı olaraq, onun haqqında müsbət ictimai rəyin və cəmiyyətin yüksək münasibətinin formalaşmasını şərtləndirib. Elə, bu müsbət imicinə görə də, tam səmimiyyətlə onu demək istəyirik ki, bu hospitalla bağlı bəzi saytlarda "tənqidi yazılarını" verənlərə və sosial şəbəkələrdə xoşagəlməz paylaşımlarını edənlərə heç cür haqq qazandıra bilmirik. Çünki, onların iddialarına görə, guya, "MedEra” Hospitalda insanlara qarşı kobud və məsuliyyətsiz münasibət mövcuddur. Bizsə, tam əminliklə onu demək istəyirik ki, belələrinin həqiqətə uyğun olmayan bu cür məsuliyyətsiz, qərəzli və populist çıxışlar etməkdə əsas məqsədləri, ictimaiyyətdə çaşqınlıq yaratmaqdan başqa bir şey deyil. Həm də onların qərəzlə dolu bu çıxışları, bu hospitalın işgüzar nüfuzuna zərbə vurmağa, onun mənafeyi qarşısında ciddi problemlər yaratmağa hesablanıb. Çünki bizim "MedEra"da görüb, şahidi olduqlarımızla, onların yazdıqları və dedikləri tərs mütənasiblik təşkil edir və özündə hansısa bir həqiqəti əks etdirmir. Bir də ki, "MedEra" Hospitalın adının dövlətimizin siyasətini dəstəkləyən qabaqcıl tibb müəssisələri sırasında çəkilməsi hamıya məlumdur...

Əlaqəli xəbərlər