WhatsApp Image 2022 05 02 at 00.55.35Layiqli Vətən Övladları, Gözəl İnsanlar, Əziz Dostlar, Dəyərli Oxucular!

Müqəddəs kitabımızın -- ilahi hikmətlər xəzinəsi "Qurani-Kərim"in nazil olduğu on bir ayın Sultanı Mübarək Ramazan Ayındakı ən yüksək dəyərlər zirvəsinin pik nöqtəsində özünə əbədi yer tutan bu gözəl Bayram münasibəti ilə, öncə, gözəl Allah bəndəsi və insan övladı olaraq, Sizlərə, doğma və yaxınlarınızla bərabər səmimi qəlbdən gələn təbriklərimizi çatdırır, hər birinizə ən xoş arzu və diləklərimizi yetiririk! Xüsusi məmnunluq hissi ilə onu da qeyd etmək istəyirik ki, tarixən Azərbaycan cəmiyyətində vəhdətin, həmrəyliyin və nümunəvi tolerantlıq mühitinin bərqərar olmasında əhəmiyyətli rol oynayan İslam dininin milli-mənəvi dəyərlərinə hər zaman dərin bağlılıq nümayiş etdirən Böyük Xalqımız öz adət-ənənələrini, dini ayin və mərasimlərini, o cümlədən Mübarək Ramazan Bayramını hər il yüksək əhval-ruhiyyədə xüsusi bir təntənə ilə keçirir. Bu il isə, 30 il düşmən tapdağında olan dədə-baba torpaqlarımızın azad olunması uğrunda mübarizədə min bir əzab-əziyyətlə, igid Vətən övladlarının canları-qanları bahasına qazandığımız şanlı Zəfərin bizə bəxş etdiyi daha yüksək əhval-ruhiyyə ilə bu gözəl Bayramımızı qeyd edirik.WhatsApp Image 2022 05 01 at 23.29.20 Uca Yaradanın, öz sevimli bəndələri olaraq bizə bəxş etdiyi daha bir xoşbəxtlikdir ki, artıq, azad edilmiş dədə-baba yurdlarımızda həyat yenidən dirçəldilir, tarixi-mədəni irsimiz, ibadət yerlərimiz bərpa olunur, məscidlərimizdən azan sədaları yüksəlir. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş qəhrəman şəhidlərimizin ölməz xatirəsini bu mübarək bayram günlərində bir daha ehtiramla yad edir, onlara Böyük Allahdan rəhmət, ailələrinə yüksək səbr və dözüm, qazilərimizə möhkəm cansağlığı diləyirik.
Qoy, öz səhifəsinə, möhtəşəm zəfərlər dolu 44 günlük Vətən Müharibəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarından aldığı ağır məğlubiyyətdən hədsiz qəzəblənən mənfur düşmənlə, eləcə də koronavirus pandemiyası adlı amansız təhlükəylə mübarizə yazılan keşməkeşli tariximizin bu həssas məqamında, Müqəddəs Ramazan öz xoşluqlarıyla, Sizləri, qarşınızda ola biləcək hər cür təhlükə və fəlakətlərdən də qorusun! Ulu Tanrı birliyimizin canlı təzahürü möhtəşəm Zəfərimizi göz bəbəyimiz kimi qorumağımız üçün, dünya müsəlmanlarının, ələlxüsus ulu türklərin əmniyyətini davamlı etsin, düşmənlərinə aman verməsin! Elə, bu arzu və istəklər yönündə, eləcə də xalqımızın və dövlətimizin əmin-amanlığı, tərəqqisi naminə etdiyiniz dualarınıza həmrəy olduğumuzu da bildirir, insanları xeyirxah əməllərə, birlik və bərabərliyə dəvət edən, onlara əxlaqi saflığın, nəfs üzərində qələbənin və ruhi-mənəvi kamilliyin sevincini yaşadan, bir-birilərini xoş xəbərlərlə müjdələyəcəkləri bu gözəl günlərdə xoş istək-niyyətlərinizin Ulu Tanrı dərgahında qəbulunu və tezliklə gerçəkləşməsini də diləyirik! Milli ideologiyamızın ana xəttindəki ali dəyərləri müəyyən edən ölçülər, hər zaman nümayiş etdirəcəyiniz vicdana və islami dəyərlərə sədaqət vəzifə funksiyalarınızda əsas uğurlarınızdan birinə çevrilsin. Allahın mərhəmətinin, mehribanlığın, qarşılıqlı hörmətin hökmran olduğu ədavətdən uzaq xoş günlər daimi nəsibiniz olsun, ölkəmizin əmin-amanlığı və tərəqqisi naminə etdiyiniz dualar sayəsində Uca Tanrı öz mərhəmətini və şəfqətini Sizlərdən əsirgəməsin! Böyük Allahdan, onun bütün layiqli bəndələritək, Sizlərin də, qəbul etdiyiniz Müqəddəs Ana Kitaba -- "Qurani-Kərim"ə və ondan qaynaqlanan Dövlət Konstitusiyamıza, müqəddəs qanunlarımıza səmimi qəlbdən itaət edən Tanrı bəndələri və insan övladları olaraq, layiq olduğunuz mükafatları almağınızı da arzulayırıq!
Təbrikimizin sonunda, bir daha, ümumbəşəri əhəmiyyətə malik olan, mənəvi-əxlaqi zənginliyin təntənəsinə çevrilən, Böyük Allahın yaratdıqları arasında münasibətlərdə xeyirxahlıq təlqinçisi rolunu oynayan, üstəlik, əsrlər boyu bəşər övladına dözüm, mərhəmət, sonsuz iman və inam sevgisi bəxş edən, savab və ülfət ayı kimi tarixdə əbədiləşən, xalqımızın birliyini belə daha da gücləndirən Mübarək Ramazan Ayında ölkəmizin firavanlığı və tərəqqisi naminə etdiyiniz dualara qatılır, böyüklü-kiçikli hamınıza Ulu Tanrımız və Dinimiz qarşısında, vicdan borcunuzu daha dolğun yerinə yetirə bilməyiniz üçün, qəlbimizin dərinliklərindən dələn səmimi bayram diləklərimizi yetirir, xeyirxah əməllərinizin, şəfqət və mərhəmət duyğularınızın sevincini yaşamaq fürsəti qazanmağınızı, tutduğunuz oruclarınızın və etdiyiniz dualarınızın Ulu Tanrı dərgahında qəbulunu arzulayırıq! Qoy, yüksək könül xoşluğu düzənində rahatlıqla yola saldığınız və ən xoş niyyətlərinizin təntənəsinə çevrilən Orucluq mərasimləri, tezliklə sizlərə möhkəm cansağlığı, tükənməz həyat enerjisi bəxş etsin, bədəninizə yüksək dözüm gətirsin! Ramazan Müqəddəsliyinin ilahi gücü, Sizlərə, həm də həyatda ən vacib sıx birlik, evlərinizə əbədi xoş bayram ovqatı gətirsin, bu güc müqabilində mənəvi zənginlik, əxlaqi kamillik, nəfs üzərində qələbə sevinci daim nəsibiniz olsun! Həm də tarixi ənənələrin, mütərəqqi islami və mənəvi-əxlaqi dəyərlərin qorunması istiqamətində böyük ruh yüksəkliyi, onlara daha möhkəm bağlılıqda yorulmazlıq, milli köklərimizə sadiqlikdə sarsılmaz mübarizə əzmi, yüksək vətənpərvərlik əbədi nailiyyətiniz, ailələrinizə xoşbəxtlik, firavan həyat, ailə süfrələrinizə ruzi-bərəkət dolu bolluq daimi qazancınıza çevrilsin, möhkəm cansağlığı və səadət kimi arzu və istəklər ifadəsi olan şirin sözlər isə, heç vaxt taleyinizdən əskik olmasın!

"Araz" Media Qrupunun araz.az xəbər portalı kollektivi adından:

Hamınıza xoş arzular -- nurlu xeyirli sabahlar, bin-bərəkətli gözəl günlər, ruzili axşamlar diləkli dərin hörmət və səmimi duyğularla,

Hüseyn ƏZİZOĞLU,
təsisçi və Baş redaktor.