Ölkəmizdə təhsillə bağlı dələduzluq halları artıb - Video

1634024051 195151 fz5qf2khkfSon zamanlar xaricdə təhsil almaq adı altında vətəndaşların müxtəlif məbləğlərdə pulunun dələduzluq yolu ilə ələ keçirilməsi halları artıb.

araz.az
Reyting.az-a istinadənxəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.

Məlumata görə, prokurorluq orqanları tərəfindən bu kimi neqativ halların aradan qaldırılması, habelə təqsirkar şəxslərin aşkarlanaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər keçirilir.

Baş Prokurorluq diqqətə çatdırır ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır: “Eyni zamanda bildiririk ki, xarici ali təhsil ixtisaslarının tanınmasına fərdi qaydada baxıldığı üçün müvafiq ali təhsil sənədi əsasında Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etməyiniz zəruridir”.

Baş Prokurorluq vətəndaşlardan xahiş edir ki, bu kimi dələduzluq halları ilə qarşılaşdıqda dərhal 961 nömrəli Çağrı Mərkəzi, 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzi, o cümlədən Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələri vasitəsilə məlumat versinlər.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər