Məhkəmə sədri Konstitusiya Məhkəməsinə müraciət etdi

15895303952994

Bakı İnzibati Məhkəməsinin sədri Araz Hüseynov Konstitusiya Məhkəməsinə müraciət edib.

araz.az-ın məlumatına görə, A.Hüseynov məhkəmədən “Əmək pensiyaları haqqında” Qanunun 20.30-cu maddəsinin “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsini xahiş edib.

Həmin müraciəti təqdim edirik:

"Bakı İnzibati Məhkəməsinin icraatında iddiaçı XXXX XXXX XXXX oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı sabiq böyük dövlət vergi müfəttişi kimi büdcədənkənar mükafat və büdcədənkənar fond hesabına ödənilən vəsaitlər nəzərə alınmaqla pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair mübahisə üzrə iş vardır.

Iddiaçının müvafiq müraciətinə cavabdeh qurum tərəfindən verilmiş imtina "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.30-cu maddəsi ilə əsaslandırılmışdır.

"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa yeni məzmunda 20.30-cu madda 30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir ("Azərbaycan" qəzeti, 26 dekabr 2018-ci il, № 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2504). Qeyd edilən maddəyə əsasən, bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır.

"Sosial sıgorta haqları haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində (Məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növləri) sosial sığortal haqqı hesablanmayan gəlir növləri sadalanır. 21 oktyabr 2005-ci il tarixli 1029 IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 16 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1082) ilə 15-ci maddənin mətni yeni redaksiyada verilmişdir. Həmin maddəyə əsasən, məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı hesablanmayan gəlir növləri istisna olunmaqla (yani həmin maddədə sadalanan) əmək ödənişinin və gəlirlərin bütün digər növləri üzrə hesablanır.

Hamin maddədə siyahıda büdcədənkənar fond hesabına ödənilən vəsaitlər nəzərdə tutulmamışdır.

Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər Idarəsi tərəfindən bildirilmişdir ki, idarənin sabiq böyük dövlat vergi müfəttişi XXXX XXXX XXXX oğluna büdcədənkənar fond hesabına ödənilən vəsaitlərdən məcburi dövlət sosial sığorta haqqının hesablanaraq tutulması təmin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydalarının 1-ci bəndinə əsasən həmin Qaydalar əmək pensiyası təyin edilməsi üçün dövlət məvacibinin hesablanmasını tənzimləyir. Həmin qaydların 9-cu bəndinə əsasən, dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınır.

Hazırki müraciət pensiya qanunvericiliyinin tətbiqi, pensiyanın hesablanması və yenidən hesablanması ilə bağlıdır.

Azərbaycan Respublikası Konstitusiyasınin 71-ci maddəsinin II hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının va azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habel. digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq ve azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətləri iştirakçılarının davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsini təmin etməklə, rəsmi tanınmış hüquqi statuslarının, əldə edilmiş hüquqlarının dəyişilməzliyində əminlik yaratmaqla, onların dövlətin hüquq siyasətinə etibarını artırır.

Dövlətin pensiya təminati sisteminin sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında fəaliyyət göstərdiyini və bu sahədə aparılan islahat tedbirlerinin Sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlməli olduğunu nəzərə alaraq, məcburi dövlət sosial sığorta haqlarına cəlb olunmalı olan gəlir növlərinin pensiya hesablanarkən nəzərə alınmasında hər hansı istisnaların mümkünlüyü məsələsinə şərh verilməsi məqsədəmüvafiq hesab edilir.

Odur ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.30-cu maddəsinin "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə, yəni "Əmək pensiyalari haqqında" Azərbaycan Respublikası Qanununun 20.30-cu maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyaları, eləcə də qulluq stajına görə alavə hesablanarkən əməkhaqqına, məcburi dövlət sosial sığorta haqqına cəlb olunmalı vəsaitlərin, o cümlədən büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlərin nəzərə alınması məsələsinə aydınlıq gətirilməsinə zərurət yaranmışdır.

Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra- Konstitusiya) 38-ci maddəsində təsbit olunmuşdur. Hamin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyina, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin I va III hissələri).

İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli hayat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiasi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin ! hissəsi və 16-cı maddəsinin hissəsi).

Konstitusiyanın 71-ci maddəsinin II hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs mehdudlaşdıra bilməz.

Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafie etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını tesdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydin aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, insan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən Ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətləri iştirakçılarının davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsini təmin etməklə, rəsmi tanınmış hüquqi statuslarının, əldə edilmiş hüquqlarının dəyişilməzliyində əminlik yaratmaqla, onların dövlətin hüquq siyasətinə etibarını artırır.

Dövlətin pensiya teminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında fəaliyyət göstərir. Əmək pensiyalari haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminati sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin

formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsina yönəlmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən "sonrakı artımlar" müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, taminat xərcliyinin, dövlət məvacibinin tərkib. hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur.

"Əmək pensiyalari haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 ve 20.14-cü maddələrinin tələblərinə görə, şəxse pensiya təyin edilərkən və ya tayin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və mecburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alıina bilmez (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 ve 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərari).

Hüquq normasının müəyyənliyi, aydınlığı, ikimənalı olmamasının ümumi hüquqi şertləri kimi hamının qanun və məhkəmə qarşısında bərabərliyinə dair Konstitusiya prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsi). Belə bərabərlik hüquqtətbiqedicilər terəfindən yalnız normanın eyni cür şərhi ve anlaşılması şərtilə təmin edilə bilər. Hüquq normasının məzmununun qeyri-müəyyənliyi isə əksinə, hüquqtetbiqi prosesində onun qeyri-məhdud anlaşılmasına imkan yaradır və qaçılmaz olaraq özbaşnalığa, hamının qanun və məhkəmə qarşısında bərabərliyi, eləcə də qanunun aliliyi prinsiplərinin pozulmasına gətirib çıxarır.

Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydin. olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri ve olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilmasinə dair Azərbaycan Respublikası

Konstitusiya Mahkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı) Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tanzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipina riayət edilməsinin vacibliyini vurğulamışdir.

Hüquqi müəyyənlik prinsipi huququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipina cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyina, hüquq tətbiqedənin hərəkətlərinin ise proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, her bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların Icrası Mecellesinin 180.3-cü maddəsinin müddealarının şerh edilməsinə dair 2008-ci il 22 sentyabr tarixli və "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-ci maddələrinin bəzi müddəalarının şerh edilmesinə dair" 2012-ci il 2 aprel tarixli Qərarlar).

İstənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşaiyət oluna bilər, halbuki hüquq dəyişən şəraitle addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədın görmə tələbinin pozulmasına gətirib çıxarmır. Işlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər. (Böyük Palatanın CentroEuropa 7 S.R.L. va Di Stefano İtaliyaya qarşı iş üzrə 7 iyun 2012-ci il tarixli Qərarı, §141; Böyük Palatanın Gorzelik və digərləri Polşaya qarşı iş üzrə 17 Fevral 2004-ci il tarixli Qərarı, § 65; Böyük Palatanın Rekvenyi Macarıstana qarşı iş üzrə 20 May 1999-cu il tarixli Qərarı § 34).

Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun ve tətbiq edilərken onların nəticələrini öncədən görmək mümkün olsun... (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino Italiyaya qarşı iş Üzrə Böyük Palatanın 2006-ci il 29 mart tarixli Qərarı, § 93).

Avropa Məhkəməsi öz qərarlarında ərizəçinin yaşa göre pensiya hesablanması hüququnun Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əhatə olunduğunu müəyyan etmişdir (Andreyeva Latviyaya qarşı [Böyük Palata] (Andrejeva v. Latvia [GC]), ərizə № 55707/00 18.02.2009-cu il tarixli qerar; Belane Nad Macarıstana qarşı [Böyük Palata] (Béláné Nagy v. Hungary [GC]) 53080/13 13.12.2016-ci il il tarixli qarar; Fábián Macaristana qarşı [Böyük Palata] (Fábián v. Hungary [GC]) № 78117/13 05.09.2017-ci il)

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsini rəhbər tutaraq Bakı İnzibati Məhkəməsinin icraatında olan hazırki iş üzrə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.30-cu maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyaları, eləcə də qulluq stajına görə Əlavə hesablanarkən əməkhaqqına, məcburi dövlet sosial sığorta haqqına cəlb olunmalı vəsaitlərin, o cümlədən büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlərin nəzərə alınması məsələsinə aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsindən xahiş olunur ki, "Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 20.30-cu maddəsi "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddesi ilə əlaqəli şəkildə şərh edilsin", - deyə hakim qeyd edib.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər