Məhkəmə İlqar Məmmədovla bağlı qərar verdi

ilqar77

Bakı Apellyasiya Məhkəməsi Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədovun maddi kompensasiya tələbəni təmin etməyib.

araz.az  xəbər verir ki, İ.Məmmədov həbsdə qaldığı 5,5 il müddətə görə 53 min 757 manatlıq maddi kompensasiya tələbini məhkəməyə ötən il göndərib. Bu ilin fevralında isə Nəsimi Rayon Məhkəməsi onu rədd etmişdi. Dövlət Vergi Xidmətinin saytından ödənilimiş vergilərlə bağlı çıxarış da daxil olmaqla mötəbər sübutlar təqdim edilsə də, Apellyasiya Məhkəməsi sənədləri diqqətə almayıb, sayta isə ümumiyyətlə baxmaqdan da imtina edib. İlqar Məmmədov deyib ki, məsələ ilə bağlı indi Ali Məhkəməyə də şikayət veriləcək.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər