“AzerGold” QSC-nin nümayəndə heyəti Türkiyənin “Öksüt” qızıl mədəni ilə tanış olub

WhatsApp Image 2022 05 13 at 14.14.42“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin “Çiftay” dağ-mədən və tikinti şirkətinin “Öksüt” qızıl mədəninə səfər edib. Bu barədə, qurumdan araz.az-a daxil olan məlumatda bildirilir ki, işgüzar səfər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşəbbüsü və iştirakı, Türkiyənin Metal Sənayeçiləri Birliyini (MSB) təmsil edən MEXT Texnoloji Mərkəzi və onun tərəfdaşı “KoçDigital” şirkətinin təşkilati dəstəyi ilə həyata keçirilib.WhatsApp Image 2022 05 13 at 14.14.41
Kayseri şəhərində yerləşən və Kanadanın “Centerra Gold” şirkəti tərəfindən istismar edilən qızıl mədənində istehsalatın avtomatlaşdırılması prosesi ilə bağlı tətbiq edilən texnologiyalarla yaxından tanışlıq və işgüzar əlaqələrin genişləndirilməsi məqsədi daşıyan səfər çərçivəsində istehsal müəssisəsində səmərəlilik əmsalının artması, əsas keyfiyyət göstəricilərinin dəyərləndirilməsi istiqamətində təcrübə mübadiləsi məqsədilə dördtərəfli görüş keçirilib. Görüşdə Cəmiyyətin istehsal proseslərinin innovativ həllərin və müasir texnologiyaların tətbiq edilməsi ilə avtomatlaşdırılması üzrə potensial əməkdaşlıq perspektivləri və bu çərçivədə atılacaq növbəti addımlar müzakirə edilib.
Qeyd edək ki, fəaliyyətə başladığı dövrdən müxtəlif istiqamətlər üzrə innovativ yenilikləri tətbiq edən və daim təkmilləşdirən “AzerGold” QSC mütəmadi qaydada maddi-texniki bazasını çağdaş dövrün texniki tələblərinə uyğun olaraq yeniləyir. İnnovativ yanaşmalar təkcə istehsal prosesinin səmərəliliyini artırılması məqsədilə deyil, biznesin inkişafı, işçilərin sağlamlığının qorunması, əməyin təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitin mühafizəsi və digər fəaliyyət istiqamətləri üzrə də tətbiq edilir.WhatsApp Image 2022 05 13 at 14.14.42 1 Bu məqsədlə İqtisadiyyat Nazirliyinin tabeliyində 4SİM ilə Türkiyənin MSB-yi arasında ötən ilin sonu imzalanmış anlaşma memorandumu çərçivəsində MEXT Texnoloji Mərkəzi və “KoçDigital” şirkəti ilə birgə rəqəmsal savadlılığın təşviqi, ağıllı istehsal proseslərinin qurulması, istehsalat sahələrinə qarşılıqlı səfərlərin təşkili və s. kimi əməkdaşlıq istiqamətləri üzrə müvafiq addımlar atılır.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər