Sahibkarlar Zakir Fərəcova müraciət etdi

big_1590922117_xuda.jpg

Bir qrup sahibkar Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova müraciət edib.

Abşeron RIH-nin həbs olunan Baş memari Zakir Fərəcovun sağ əlidir



Bu, bir həqiqətdir ki. hər bir sabit və dayanıqlı iqtisadiyyatın formalaşmasında kiçik və orta biznes nümayəndələrinin fəadakar əməyi və onlara böyük dövlət dəstəyi siyasəti həlledici rola malikdir. Bu baxımdan Azərbaycan da istisna təşkil etmir. Ölkəmizdə sahibkarlar ali dövlət rəhbərliyinin böyük diqqət və qayğısı ilə əhatə olunmuşdur. Xüsusilə də COVİD-19 pandemiyasının vurduğu böyük iqtisadi ziyandan sahibkarlıq subyektlərinin minimum itkilərlə çıxmasının təminatı istiqamətində Prezident İlham Əliyevin atdığı preventiv, profilaktik, ardıcıl və sistemli addımlar biz sahibkarlar tərəfindən böyük sevinc və qürur hissi ilə qarşılanmışdır. Həm möhtərəm Prezidentimiz İlham Əliyev, həm də onun ən yaxın məsləkdaşı olan ölkəmizin Birinci vitse-prezidenti mərhəmətli Mehriban xanım Əliyeva hər zaman xalqın işguzar təbəqəsi olan və maddi nemətlər yaradan sahibkarların yanındadırlar. Təsadüfi deyildir ki, dövlətimizin başçısı sahibkarları “zəli” kimi yapışaraq qanını soran azğınlaşmış dövlət məmurları və harınlaşmış icra başçılarının təzyiq və təqiblərindən qoruyaraq xəbərdarlıq edir ki, “Sahibkar heç kimə borclu deyildir. Vergisini verməlidir, vəssalam. Sahibkarı boğurlar, soyurlar, incidirlər, malını əlində alırlar. Bu, dözülməz haldır.” Cənab Prezident belə harınlamış məmurlara xitabən söylədiyi bu xəbərdarlıqlarda onu da xüsusi olaraq qeyd edir ki, xalqa ləqayətlə xidmət etməyən, öz mənafeyini düşünən, rüşvət və korrupsiya yolunu tutan, vəzifə saxtakarlığına və vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verən məmurlara qarşı ən amansız mübarizə aparılacaq və belələri qanunun ən sərt üzü ilə cəzalandırılacaqlar. Dövlət başçımızın hər zaman sözü ilə əməli eyniyyət təşkil edir. Bu xəbərdarlıqlardan ibrət dərsi almayan 5 rayonun icra başçısı və bir neçə mərkəzi icra hakimiyyətlərinin yüksək vəzifəli şəxsləri barəsində həbs qəti imkan tədbiri görülmüşdür. Bu proseslərə məntiqlə qiymət versək, onda oxşar fəaliyyət yolunu seçmiş və seçmək niyyətinə düşən istənilən məmur üçün bu həbslər və digər sərt cəza tədbirlərinin bir ibrət dərsi olacağını proqnozlaşdırmaq mümkündür. Bütün bu reallıqlar fonunda bəzən fərqli mənzərə ilə üzləşirik. Cənab Prezidentin “Biz hüquqi dövlətik. Hamı qanun qarşısnda bərabərdir. Heç kimin qanun qarşısnda müstəsna səlahiyyəti yoxdur” kimi konkret və aydın tələbləri qarşısında bəzi icra başçıları hələ də “bəlkə də, qaytardılar” sevdası ilə yaşayır, öz qanunazidd davranış və fəaliyyətləri ilə dövlət başçısının müəyən etdiyi kursa etimadsızlıq göstərirlər.
Təəssüf hissi ilə qeyd edirik ki, antisahibkar mövqedə dayanan və bununla da dövlət başçısının müəyyən etdiyi kursa sədaqətsizlik göstərən bəzi icra başçıları işərisində siz “lider” statusuna yüksəlmisiniz. Qılaflanıb, özünü cənab Prezidentə sadiq məmur obrazında təqdim etmək istəsəniz də, müəllifi olduğunuz acı və əcaib gerçəkliklər bunun əksini-olduqca eybəcər bir mənzərəni ortaya qoyur. Həmin mənzərini xarakterizə edən bir sıra detalları növbəti dəfə nəzərinizə çatdırmaq istəyirik.
Siz artıq 4 ilə yaxındır ki, Sumqayıt şəhərinin abadlıq və quruculuq işlərinin görülməsinə cəlb etdiyiniz sahibkarlara qarşı olmazın təzyiq, təqib və təhdid kampaniyasını həyata keçirirsiniz. Şəhərin əsas giriş hissəsini yenidən quran, Xəzərin sahilində uzunluğu 4,2 km, sahəsi 106 hektar olan, əhalinin istirahəti üçün bütün lazımı şərait yaradılan və ən müasir standartlara cavab verən Dənizkənarı bulvarı ən qısa zamanda-8 ay ərzində, 2016-cı ilin sentyabr ayında istismara təhvil verən 426 nəfər sahibkar və fəhlə hələ də qanuni ödənişlərimizi-təxminən 8 milyon manat pulu sizdən-Zakir Fərəcovdan ala bilmirik. 70 illik tarixində heç bir zaman dənizkənarı bulvarı olmayan bir sənaye şəhərinin sakinləri üçün mohtəşəm bir istirahət məkanı yaradan, Prezident İlham Əliyevin “möcüzə” adlandırdığı bu bulvarın Madridə keçirilən “Global Trade Leaders Club”un XXIV Beynəlxalq üstünlük və liderlik forumunda “İnternational Awards for Excellence and ledareship” mükafatına layiq görülməsinin qəhrəmanları olan biz sahibkarların boynuna nəinki qələbə çələngi taxmamısınız, əksinə boyunlarımız üzərində “Domokl-Zakir qılıncı” asmısınız. Bu qılınc 4 ildir ki, biz sahibkarların boynunu kəsməklə hədələyir. Siz “Zakir Fərəcov qılıncı”nı qınına taxmaq görüntüsü yaradarkən cinayətkar “sövdələşmə” təklif edir-borcun 30 faizinin bagişlanması şərtini ortaya atırsınız. Buna razı olmayan sahibkarları yenidən təqib və təhdid tərəfinə çevirirsiniz. Hikkəniz miqyasını aşan hallarda bağışlanmaz siyasi səhvlər buraxmaqdan belə çəkinmirsiniz. Sahibkarların üzünə duraraq əsəbi halda bildirirsiniz ki, “dövlətiniz mənə nə pul verib ki, mən də ondan sizə verim. Gedin kimə şikayət edirsiz edin. Pulunuzu arxanızda dayanan dövlətinizdən alın”. Sizin məntiqinizcə “həddini aşan sahibkarlar” indidən özləri üçün “suxarı” tədarükü görməli, yəni məhbəs həyatına hazırlaşmalıdırlar. Siz 70 yaşlı şəhərin “əbədi qubernatoru” kimi davranaraq ən yaxın “adam”ınız olan Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Nizami Xudadatov vasitəsilə iş adamlarına qarşı “qamçı və kökə” siyasətini tətbiq edirsiniz. O, sizin tapşırığınız ilə ya sahibkarları məhbəs həyatı ilə hədələyir, ya da ki, onlara Sumqayıtın özləri üçün yaxın hesab etdikləri iş adamları vasitəsilə “kokə” təklifini edir. Şəxsən mənə qarşı həm “qamçı” siyasəti tətbiq edilib, həm də “kokə”. Yəni birbaşa sizin şərləmə və ləkələmə siyasətinizin qurbanı olaraq 3 ilə yaxın müddətdə həbsxanaya salınmışam, eyni zamnada gördüyüm tikinti-abadlıq işlərinə görə dövlət ödənişi deyil, hansısa başçıya yaxın şirkət vasitəsilə 10 min manat pul təklifi almışam.
Beləliklə, bu gün siz Zakir Fərəcov Sumqayıtın və sumqayıtlıların ən böyük probleminə çevrilməklə və sahibkarların qənimi olaraq Sumqayıt miqyasında qanunazidd və cinayətkar fəaliyyətiniz ilə möhtərəm Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın sahibkarlığa dəstək və onun inkişafı istiqamətində atdığı bütün möhtəşəm addımların üstündən qara xətt çekirsiniz. Özünüzü qanunun fövqündə qoyursunuz. Bununla da sözün əsl mənasında ölkəmizin ali rəhbərliyinin müəyyən etdiyi kursa meydan oxuyursunuz. Kimə və nəyə arxayınsınız? Beş harınlamış və xalqa xor baxan, sahibkarın “zəli” kimi qanını soran həmkarlarınızın həbsi doğrudanmı sizə dərs olmayıb? Daha nələr baş verməlidir ki, siz ibrət dərsi alasınız?
Siz Adil Xudadatov və Gunduz Eliyevle birge sahibkarrlarin dərisini soyursunuz.
Abşeronun hə bs olunan Baş memari sizin sağ əliniz deyilmi Zakir Fərəcov.

Zənnimizcə, Zakir Fərəcov, siz sadəcə reallıq hissini itiribsiniz. Bu hissi itirdiyiniz gündən zamanınız geriyə sayılmaqdadır. Nə qədər ki, “X” anı gəlib çatmayıb, papağınızı qarşınıza qoyub dərindən düşünün, sahibkarların haqqına girməyin, mənimsədiyiniz 8 milyon manat vəsaiti öz halal sahiblərinə-iş adamlarına qaytarın. Möhtərəm Prezidentimiz İlham Əliyevin təbirincə desək, “qanundan qorxmursunuzsa, Allahdan qorxun”

Əlaqəli xəbərlər