Binəqədidə dəhşətli virus ocağı — Sakinlər yenidən ölkə rəhbərliyinə MÜRACİƏT ETDİLƏR (VİDEO)

BineqedisakinleretirazBinəqədi rayonu, Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsinin sakinləri qəsəbədə yaranmış dərin gigiyenik problemlərlə əlaqədar ölkə Prezidentinə müraciət ediblər. 

Demokrat.az həmin müraciəti təqdim edir:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev,

Biz, Biləcəri qəsəbəsi Məmməd Səid Ordubadi küçəsinin sakinləri ikinci dəfə sizə müraciət edərək qəsəbədə yaranmış dərin gigeyenik problemlərə ciddi diqqət ayırmanızı xahiş edirik. Belə ki, yaşadığımız ərazidə illərdir ki, "Məmmədoğulları" ASC-nin servis ərazisindən başlayan kanalizasiya və çirkab suları yaşadığımız ərazinin yaxınlığından keçməkdədir. Bununla bağlı bir neçə dəfə müvafiq orqanlara, o cümlədən də Binəqədi Rayon İcra Hakimiyyətinə xəbərdarlıq edilsə də, təəssüflər olsun ki, hələ bu günə qədər heç bir tədbir görülməyib. 

Sizə şəxsən bu ilin iyul ayında ünvanladığımız məktubdan və məsələnin bir sıra media saytlarında ictimailəşdirilməsindən sonra Binəqədi Rayon İcra Hakimiyyətindən heç kim bu məsələnin həll olunmasına səy göstərməyib. Əvəzində isə Binəqədi RİH problemin həll olunması üçün "Azərsu" qarşısında qaldırıldığını vurğulamaqla məsuliyyəti öz üzərindən atmaqla bitmiş hesab edib. 

Bundan əlavə, bu yaxınlarda Binəqədi RİH-ə gedərək İH-nin əməkdaşı ilə söhbət əsnasında bizə bildirildi ki, bu günlərdə kanalın ləğv olunması ilə bağlı layihə icraya başlayacaq. Ancaq biz, sakinlər bu prosesin deyilən zaman kəsiyində baş verəcəyinə əmin deyilik, və proses uzanmaqda davam edir... 

Açıklama yok.


Qeyd etməliyik ki, yaşadığımız ərazidə xeyli sayda azayaşlı uşaqlar vardır, amma kanalın yaratdığı dözülməz üfunət və qeyri-adekvat şərait onların başqa yerdə oynaması üçün alternativ tanımayıb. Üstəlik də, pandemiya dövründə onların sağlamlığı gələcəkdə arzuolunmaz nəticələrə bilər ki, bu da ərazidə müxtəlif cür infeksion xəstəliklərin yayılmasına səbəb ola bilər. Ona görə də, bu kanalın birdəfəlik ləğv edilməsi sakinlər üçün əsas məsələyə çevrilib. 


Açığı, biz sakinlər problemin həllinin illərlə ləngiməsini Binəqədi RİH-nin "Məmmədoğullar" ASC ilə hər hansı formada gizli sövdələşməsinin olduğundan irəli gəldiyindən şübhələnirik. Çünki hər dəfə bizə verilən yalan vədlər bunu deməyə əsas verir.


Yuxarıda qeyd olunan problemləri nəzərə alaraq, tərəfinizdən problemin dərhal aradan qaldırılması püçün Binəqədi Rayon İcra Hakimiyyətinə ciddi tapşırıq verməyinizi xahiş edirik.


Hörmətlə,

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsinin sakinləri

Əlaqəli xəbərlər