Daha bir azərbaycanlı Ukraynadakı müharibədə həlak oldu - FOTO 21:05 - 22 Yanvar 2023

ukrayna_qumbaraatan16495907081674408191.jpg

Ukraynadakı müharibədə daha bir azərbaycanlının həlak olduğu müəyyənləşib.

araz.az  xəbər verir ki, Rusiyaya qarşı döyüşdə 1974-cü il təvəllüdlü Məmmədov Elçin Telman oğlu həlak olub.

Bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım ediblər.

Məlumata görə, əslən Oğuz rayonundan olan Elçin, Baxmut uğrunda gedən döyüşlər zamanı həyatını itirib.

E.Məmmədovun Odessada yaşayırmış.

Qeyd olunur ki, onun həyat yoldaşı bir neçə il əvvəl dünyasını dəyişib. Bir oğlu və bir qızı qalıb. //Qafqazinfo


 
araz.az xəbər portalı.