Paytaxtın Nəsimi rayonunda “Heydər Əliyev ili”nə həsr edilən yardım aksiyalarına start verilib -- FOTOLAR

CRA

Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatı tərəfindən, mütəmadi olaraq, aztəminatlı ailələrə, tənha şəxslərə və ahıl insanlara maddi və mənəvi dəstək göstərilməsi istiqamətində sosial aksiyaların keçirilməsi hamıya məlumdur. Təşkilat yeni ildə, həm də, “Heydər Əliyev ili”nə həsr edilən yardım aksiyaları keçirmək qərarına da gəlib.

CRA2

Bu barədə, adını çəkdiyimiz təşkilatdan araz.az-a daxil olan məlumatda bildirilir. Həmin məlumata görə, artıq, təşkilatın adıyla keçiriləcək aksiyalara start verilib. Həyata keçiriləcək tədbirlər planı çərçivəsində, Rayon Təşkilatının sədri Azər Süleymanov, Nəsimi rayonunun bir qrup aztəminatlı ailələrini qəbul edərək, onların sosial qayğıları ilə, ətraflı maraqlanıb.

CRA 3 CU
Məlumatın sonunda o da qeyd edilir ki, təşkilat sədri ailələri narahat edən problemlərin həlli istiqamətində, onlara dəstək göstərərək, eyni zamanda, ailələrinə ərzaq yardımı da təqdim edib.

CRA 4

CRA 5

araz.az xəbər portalı.