Moldovanın xəbər portalında AZƏRTAC-ın xüsusi müxbirinin 44 günlük Vətən müharibəsinə dair məqaləsi dərc edilib

16340500472551037815 1000x669Moldovanın nüfuzlu “Ava.md” xəbər portalında AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə xüsusi müxbiri Emil Hüseynlinin 44 günlük Vətən müharibəsinin ildönümü ilə bağlı “Azərbaycan Ermənistana bütün dünyaya fayda verəcək dərs verdi” sərlövhəli məqaləsi yayılıb.

araz.az  xəbər verir ki, müəllif məqalədə Vətən müharibəsinin ildönümünün bir sıra əlamətdar hadisələrlə yadda qaldığını qeyd edib. Azərbaycan Prezidentinin xalqa müraciəti, Bakıda təşkil olunan anım yürüşü, xarici ölkələrdəki kütləvi tədbirlər yaddaqalan hadisələrdən yalnız bir neçəsidir. Prezident İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi fikirlər bir daha sübut etdi ki, Azərbaycanda "Dəmir yumruq" fəlsəfəsi istənilən düşmənin başını əzmək gücündədir.

“Azərbaycan Ermənistana bütün dünyaya fayda verəcək bir dərs verdi. Bu gün Azərbaycan bölgədə sülh elçisi kimi çıxış edir. Ermənistanın isə iki seçimi var: parlaq gələcək və ya bir dövlət olaraq yox olmaq təhlükəsi”, - deyə E.Hüseynli məqaləsində yazıb.

Məqalədə Prezident İlham Əliyevin xalqa müraciətindəki əsas məqamlara toxunulub, 44 günlük Vətən müharibəsi zamanı əldə etdiyimiz uğurlar, Ermənistan silahlı qüvvələrinin mülki şəxslərimizə qarşı cinayət əməlləri barədə geniş məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 
 
araz.az xəbər portalı.

Əlaqəli xəbərlər