Koronavirusun daha bir qeyri-adi simptomu üzə çıxıb

424534866Davamlı hıçqırıq koronavirusun simptomu ola bilər. Bu barədə "The American Journal of Emergency Medicine" jurnalında dərc olunmuş hesabatda bildirilir.

 Davamlı hıçqırıq koronavirusun simptomu ola bilər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "The American Journal of Emergency Medicine" jurnalında dərc olunmuş hesabatda bildirilir.

Həkimlər şəkərli diabet, hipertoniya və ürəyin işemik xəstəliyindən əziyyət çəkən 62 yaşlı Çikaqo sakininin xəstəliyinin gedişini açıqlayıblar. Aprel ayında o, dörd gün davam edən hıçqırığa görə həkimlərə müraciət edib.

Xəstədə koronavirusun əsas simptomları sayılan öskürək, qızdırma, burnun tutulması, boğaz ağrısı və təngnəfəslik olmayıb.

Müayinə zamanı pasiyentin hərarətinin 37,3 dərəcə olduğu məlum olub, COVID-19 testi isə pozitiv çıxıb. Döş qəfəsinin rentgeni ağciyərlərdə kiçik qaralmaların olduğunu göstərib. Bundan sonra kişini koronaviruslu xəstələr şöbəsinə göndəriblər və onun halı orada pisləşib.

Daha sonra çikaqolunu koronavirusa qarşı effektiv dərman sayılan malyariya əleyhinə hidroksixlorin preparatı ilə müalicə ediblər. Bir müddət sonra ÜST bu dərmanın koronavirusa qarşı effektsiz olduğunu etiraf edib. Lakin üç gündən sonra kişinin vəziyyəti sabitləşib və onu xəstəxanadan evə buraxıblar.

"Bildiyimiz qədər, bu, tibbi ədəbiyyatda COVID-19 xəstəsi olan şəxsin davamlı hıçqırıqdan şikayət etməsinə dair ilk hesabatdır", - məqalədə bildirilir. Həkimlər həmkarlarını davamlı hıçqırıqdan şikayət edən digər pasiyentlərə də çox diqqətlə yanaşmağa çağırıblar və qeyd ediblər ki, koronavirusa yoluxma getdikcə daha çox atipik simptomlarla üzə çıxır.

araz.az


Əlaqəli xəbərlər