Övladlarınıza verdiyiniz 8 zərərli qida - Hər gün yeyirlər

1589402986bt258 1

Valideynlər arasında aparılan uşağın sağlam qidalanması ilə bağlı sorğularda onların çoxu övladına verdiyi bəzi qidaları faydalı hesab etdiyini bildirib.

Halbuki düzgün bildikləri bu ərzaqlar uşaqlar üçün zərərlidir.

araz.az Medicina.az-a istinadən bildirir ki, bir çox böyüklər təhlükəsiz qida ilə bağlı bilgilərə malik deyil. Məsələn, faydalı bildiyiniz meyvə şirələri, xüsusən mağazada satılanlar, üzərində yalnız uşaqlar üçün yazılsa belə, uşaq orqanizminə faydalı deyil.

1. Hazır meyvə şirələri

Paketlərdə satılan, 3-4 aylıqdan tutmuş 3 yaşına kimi uşaqlar üçün xüsusi istehsal olunan meyvə şirələri çox zaman rəngsiz, kimyəvi qatqısız olur. Hətta istehsalçılar şirənin tərkibinə vitaminlər də əlavə edir. Bütün bunlar cəlbedici görünə bilər, amma uşaq üçün faydalı deyil. Çünki bu qidada şəkər, karbohidrat çoxdur, sellüloza isə yoxdur.

300 ml-lik portağal şirəsində 50 qr şəkər var. Halbuki bu miqdar böyüklərin gündəlik şəkər normasıdır.

Bu o demək deyil ki, meyvə şirələrindən imtina etmək lazımdır. Meyvə və tərəvəzdən şirəni evdə təzə-təzə hazırlayıb, bir qədər su əlavə edib, içmək olar. Lakin bu halda da 1 stəkandan çox içməyi tövsiyə edilmir.

Dişləri olan uşaqlara isə meyvəni qabığı ilə özünü yeməsini öyrədin. Çünki yalnız bu halda meyvədəki süllulozanı orqanizm mənimsəyir.

Cola, Fanta kimi şirin qazlı içkilərdə də bir paket meyvə şirəsindəki qədər şəkər var. Bu içkilər də uşaqlara qadağandır.
Bu içkilər maddələr mübadiləsi, immun sistem, ürək-damar, beyin üçün zərərlidir.

2. Kəsmikli, qlazurlu sıroklar

Yalnız və yalnız uşaqlar üçün faydalı olması barədə miflər gəzən bu sıroklar şəkərlə doludur, onda süd demək olar yoxdur. Həddən artıq kalorilidir, tərkibində nişasta, dadlandırıcı, palma yağı, bir çox faydalı olmayan maddələr var. Ona görə bu qidaları uşaqlara almayın. Adi süd, adi kəsmik verin.

3. Şirin yoqurtlar

Uşağın menyusunda süd məhsulları mütləq olmalıdır. Bunu anlayan istehsalçılar marketləri müxtəlif dadda, rəngdə, hətta hədiyyəli, sürprizli uşaq yoqurtları ilə doldurub. Valideynlər bilməlidir ki, uşaq üçün faydalı yoqurt tərkibində faydalı bakteriyalar çox olan təbii yoqurt hesab edilir. Əsl yoqurtun 1 qramında 107 KOE faydalı mikroorqanizm olmalıdır.

Bunu isə yalnız yoqurtu analizə verdikdə təyin etmək olar. Körpələr üçün içində meyvə olan yoqurtlar məsləhət deyil.
Hesablamara görə, 1 qab yoqurtda olan şəkər uşağın sutkalıq şəkər tələbatının 30%-ini təşkil edir. Bu isə çoxdur.

4. Saxta kərə yağları

Bu yağ uşaq orqanizmi üçün çox ağırdır. Onu yalnız 9 ayından sonra çox az miqdarda qidaya daxil etmək lazımdır. Mağazada satılan kərə yağları isə əslindən çox uzaqdır.

İstehsalçılar o yağlara transyağıar, aromatizatorlar, konservant, marqarin qatır.

Ona görə övladınız üçün əsl kərə yağı tapmalısız. Uşaq menyusuna 9 aydan sonra yağlılığı 82% olan natural yağ əlavə edilməlidir.

5. Hazır səhər yeməkləri

İri qutularda hazır səhər yeməkləri tərkibi, qutusu, rəngi, dadı ilə valideynləri cəlb edir. Şirin qarğıdalı, kürəciklər, şokoladlı toplar, müsli - reklam olunmuş məhsuldan başqa bir şey deyil. Tez hazırlanan bu qidalar uşaq üçün faydalı sayılmır.

Yaxşı olar ki, özünüz yarma, qarabaşaq, vələmir, qarğıdalı alıb, evdə süddə sıyıq bişirəsiz.

Eləcə də uşaq rasionundan süd kokteyllərini çıxarmalısız. Hazır qutularda satılan şirin, südlü, şokoladlı kokteyllər uşağın qanında şəkəri qəfildən artırır. Belə uşaq tez acıyır. Hazır yoqurt və kokteyllər allergik reaksiyalar da verir.

6. Manna sıyığı

Manna yarması sovet dövründən bağça və məktəblərin əvəzolunmaz qidasıdır. Bu qida da faydalı deyil, səhərlər yox, günorta, axşam yeyilə bilər. Mannının tərkibində karbohidrat çoxdur, 70% nişastadan ibarətdir. Sənaye baxımından işlənmiş manna yarması da zülalını itirir. Xüsusən şəkərlə hazırlanan mannı uşaqda şəkərdən asılılıq yaradır, o doymur, bağırsağı tənbəlləşir. Mannıda çox qlüten var, o ciddi bağırsaq allergiyası yaradır.

Mannı 1 yaşından sonra uşaqlara verilə bilər, 10 gündə 1 dəfə.

7. Popkorn

Bilmirik günəbaxan tumu kimi qarğıdalı partlamasını nə səbəbə icad ediblər, amma qarğıdalı dənələri özü vitaminlərlə zəngin olub, uşaq orqanizmi üçün vacibdir. Lakin bu kinoteatr və yollarda satılan popkorna aid deyil. Termiki hazırlanma zamanı məhsula yağ, şəkər, duz, konservantlar qatılır.

100 qr popkornda 550 kkal kalori var. Popkornun tərkibində olan diasetil adlı aromatizator uşaqda səpki, qaşınma, ağciyər zədələnməsi yaradır. Yaxşı olar ki, 5 yaşına qədər uşaqlara popkorn verməyəsiz. Yoxsa o buna alışacaq, dad reseptorları dəyişəcək, normal qidaların dadını bəyənməyəcək.

8. Soyuq içki və yemək

Həkimlər qeyd edir ki, uşaq qulaq-burun boğaz orqanları, mədə və bağırsaq selikli qişası 3 yaşa kimi hələ zəif formalaşdığından, soyuğa həssasdır. Ona görə uşağa yalnız ilıq su, yemək, hətta soyuq yeməkləri də isidib verməlisiz. Yay olsa da sərin su, buzlu içki, dondurma, soyuq ayran, qarpız, soyuducudan meyvə olmaz.

araz.az xəbər portalı.

Quranda adı çəkilən yeganə ədviyyat

zencefil

Bəli, zəncəfil müqəddəs kitabımızda adı çəkilən yeganə ədviyyatdır. Amma çox təəsüf ki, biz bu dəyərli bitkidən lazımi dərəcədə istifadə etmirik.

Zəncəfil mədə bağırsağın hərəkətini artırır, bədəndən köpü çıxardır, mədə-bağırsaq ağrılarında çox faydalıdır.

Zəncəfil həmçinin həzmin ağır getməsində faydalıdır, iştahaçıcıdır, ürəkbulanma zamanı zəncəfil qatılmış çayın içilməsi ürəkbulanmanı qarşısını alır, hətta hamilə qadınlar zəncəfildən istifadə edə bilərlər.

Zəncəfil cinsi istəksizlikdə (zəiflikdə) faydalı olmaqla yanaşı həm də spermanın miqdarını artırır, buna görə də sonsuzluğun müalicəsində balla qarışdırıb məcun hazırlanılır və istifadə edilir.

Zəncəfil bədənində, əlində və ayağında soyuqluq olanlar üçün əsl şəfadır. Zəncəfil bədəndə qan dolaşımını artırır bununla da bütün iltihabı xəstəliklərin müalicəsində çox faydalıdır.

Zəncəfil revmatizm xəstəliyində də faydalıdır.

Zəncəfil çox yaxşı təbii ağrıkəsicidir. Beynimizə gedən qanın miqdarını artırır, skleroz, Alshaymer kimi xəstəliklərin əvvəlcədən baş verməsinin qarşısını alır, insanın hafizəsini və əzbərləməsini dərinləşdirir.

Zəncəfil həmçinin yaddaşsızlıq ve diqqətsizliyi aradan qaldırmağa kömək edir.

Bronxit xəstəliyi üçün faydalıdır, bəlğəmin tərkibini durulaşdırır. Soyuqdəymələr və boğazgəlməsi üçün faydalıdır, çünki çox yaxşı tərlədicidir.

Bütün saydığım xəstəliklər zamanı zəncəfilin çayından və məcunundan istifadə edə bilərsiniz.

Çayı belə hazırlanılır:
- 1/3 çay qaşığı zəncəfil tozunu 1 stəkan adi çaya və ya qaynar suya qarışdırıb gündə üç dəfə yeməkdən əvvəl bir stəkan içə bilərsiniz. Eyni zamanda bu çay piylərin əriməsinə və adamın arıqlamasına səbəb olur.

Məcun isə belədir:

- 50 qram zəncəfil 500 qram bal ilə qarışdırılır, gündə üç dəfə yeməkdən əvvəl bir çay qaşığı yeyilir.

Sağlamlıq üçün 1 xörək qaşığı bal, 1 çay qaşığı alma sirkəsi, 1/3 çay qaşığı zəncəfil qaynadılmamış suda qarışdırıb bir stəkan səhər, bir stəkan axşam yatmazdan əvvəl içilir.

Ümumiyyətlə zəncəfil tozunu meyvə şirəsinə, adi çaya, salatlara, hətta sulu yeməklərə qarışdırıb istifadə edə bilərsiniz.
Yaxşı olardı ki, zəncəfili özünüz alıb üyüdəsiniz və hava buraxmayan qabda saxlayasınız. Bu həm çox ətirli olur, həm də təmiz olmasına şübhə qalmır.

araz.az xəbər portalı.

Cəmi 7 stəkan... damarların tər-tərmizdir - İnfarktdan sığorta

1548580031 169918 6le17hqg6kDamarları təmizləmək üçün xalq təbabətində bir sıra metodlar mövcuddur. Bu üsullar illərlə sınaqdan keçirilib və özünü doğruldub.


araz.az  sınaqdan keçirilmiş, qan dövranını yaxşılaşdıracaq, bir çox xəstəlikləri aradan qaldıracaq və orqanizmi cavanlaşdıracaq içkinin reseptini təqdim edir.


Bu içki sayəsində orqanizm parazitlərdən də tamamilə azad olacaq. 


Tələb olunan məhsullar: 


1 stəkan limon şirəsi
1 stəkan kök şirəsi
1 stəkan çuğundur şirəsi 
1 stəkan qara turp şirəsi 
1 stəkan (15 baş) sarımsaq şirəsi
1 stəkan bal 
1 stəkan qırmızı şərab (kaqor)


Sadalanan məhsulları 2 litrlik şüşə qaba tökərək taxta qaşıqla qarışdırın. 1,5 ay ərzində 1 x/q olmaqla gündə 3 dəfə, yeməkdən sonra qəbul edin. Daha sonra 2-3 ay müddətində fasilə verin, ehtiyac olarsa, kursu yenidən təkrarlayın.

araz.az xəbər portalı.

Rayon qeydiyyatında olanlar Bakıda icbari tibbi sığortadan yararlana bilərmi? - AÇIQLAMA

hekimesas

Vətəndaşlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan istənilən dövlət tibb müəssisəsinə ixtisaslaşdırılmış ambulator yardım üçün göndəriş vərəqəsi olmadan müraciət edə və Xidmətlər Zərfi ilə təminata alınan 2550 sayda tibbi xidmətlərdən yararlana bilərlər.

araz.az  Trend-ə istinadən xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

"Məsələn, vətəndaş Qəbələ rayonunda yaşayır və onun ixtisaslaşdırılmış tibbi yardımdan (ixtisaslı həkimin müayinəsi) istifadə etməsinə ehtiyac yaranıb. Bu zaman o həm yaşadığı ərazidə, həm də digər şəhər və rayonlarda, eləcə də paytaxt Bakıda fəaliyyət göstərən istənilən dövlət tibb müəssisəsinə göndəriş vərəqəsi olmadan müraciət edə bilər.

Dövlət tibb müəssisələrində yalnız stasionar şəraitdə göstərilən tibbi xidmətlər üçün göndəriş vərəqəsinin verilməsi tələb olunacaq. Bunun üçün vətəndaş ailə həkimi (sahə həkimi-terapevti, sahə həkimi-pediatrı) və ya dar ixtisaslı həkim (müalicə həkimi) tərəfindən göndəriş vərəqəsi almalıdır" - deyə məlumatda qeyd olunub" - deyə məlumatda qeyd olunub.

araz.az xəbər portalı.

7 qida əladır: Mədə “yanması”nı anında bitirir

jFrBWVD3qygZmjckXa8p
 
Mədədə yanma hissi nədən baş verir? Açığı, belə diskomfort yaşayan insanlar az deyil. “Şərq” “Milliyet.com”da yer alan mütəxəssis rəyini təqdim edir. Mədə yanması, mədədə turşuluğun artması mədə və qida borusundakı qastrointestinal (mədə-bağırsaq) xəstəliklərdən, ya da qidalanmada yol verilən yanlışlıqlardan qaynaqlanır.  Həzm prosesində yaranan problemlər mədədə yanma hissini artıra bilir. Bunun qarşısı necə alına bilər, sualına dietoloq Tuğba Yaprak cavab verib. Dietoloq qeyd edib ki, mədə yanmasının səbəbləri yanlış qidalanma, normadan artıq qida qəbulu, qidalanmadan dərhal sonra yatmaq (yemək qəbulundan ən azı 3 saat sonra yatmaq məsləhətdir), ac qarına siqaret çəkmək, alkoqollu içkilərin qəbulu, rejimsiz yuxu və stresdir.  Həmçinin, yağlı yeməklər, çox isti qidalar, şokolad, tərkibində yüksək kafein olan içkilər və qidalar, məsələn, qara çay, qəhvə, kəskin dadlı, acı ədviyyatlar, karbonatlı içkilər, pomidor, turunckimilər, soğan, sarımsaq kimi qidaların miqdardan artıq qəbulu. Bəs mədə yanmasının qarşısını necə almaq olar? 
 
Qısaca desək, mədə yanmasına səbəb olan amilləri aradan qaldırmaqla. Yəni insan sağlam həyat tərzi keçirməlidir. Amma müasir zamanda, stres, həyəcan, min cür xəstəlik və problemlər arasında bunu etmək, əlbəttə, çox çətindir. 
 
Lakin mümkünsüz deyil. Yenə də dietoloq məsləhətlərini əsirgəməyib. Və mədə yanmasını azaldan, qarşısını ala bilən 7 qidanı “nişan” verib.
 Dietoloq məsləhət görür ki, qidalanma az miqdarda, lakin qısa fasilələrlə olmalıdır. Hansı qidanın qəbulundan sonra mədədə daha çox yanma hissi yaranır, buna də diqqət edilməlidir. 
Sağlam qidalanma üçün lifli məhsullar və probiotik ərzaqlar seçilməlidir.  Yanma hissini azaltmaq üçün zəncəfil (həzm prosesinə kömək edir, mədə  şişkinliyini və mədə bulanmasına qarşı yardım edir), karbonatlı su qarışığı (karbonatlı su bədənin pH müvazinətini qoruyur, mədə yanmasının qarşısını alır), bir stəkan soyuq süd, biyan kökü (mədədəki narahatlığı zəiflədən bitkidir), alma (almanın tərkibində liflər yüksək olduğundan həzm prosesinə kömək edir, nəticədə mədə rahatsızlığının qarşısı alınır), gün ərzində 10-15 ədəd badam (badam da yüksək lif faizinə malikdir) və bal. 
 
Təbii bal həzm prosesini qaydaya salmaq üçün ən üstün qidadır. Gün ərzində 1 çay qaşığı təbii bal udmaq və ya çaya, ilıq suya salıb qarışdırıb içmək mədə yanmasının qarşısını alacaq, həzm prosesini yüngülləşdirəcək. 
 
araz.az xəbər portalı.

3 -dən səhifə 44